Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-541/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a)Balakən Rayon Məhkəməsindəki icraat 1.İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı cavabdehin mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətindən keçməklə iddiaçının mülkiyyətində olan Balakən şəhəri, Şambul kəndində yerləşən fərdi yaşayış evinə giriş-çıxış yolunun açılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Balakən Rayon Məhkəməsinin 2025-ci il 12 may tarixli e-2(019)-11/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Səlimov). 3.Həmin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin vergi məlumatları üzrə çıxarışdan vergi ödəyicisi k imi qeydiyyata alınmaları müəyyən olunmuşdur. 4.Digər şərtin, yəni hüquq münasibətlərinin xarakterinin yoxlanılmasına gəldikdə isə mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığı öz təsdiqini tapmışdır. 5.Belə ki, iddiaçı bank X2 və digərlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 2011-ci il 28 iyun tarixli 54/11,55/11,56/11 və 57/1 nömrəli kredit müqavilələrinə əsasən 445.000 manat kredit vermiş, verilmiş kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, kredit borcu ödənilmədiyindən tutma ipoteka predmetinə yönəldilmiş, ipoteka predmeti hərracda satılmadığından iddiaçının mülkiyyətinə keçmiş, iddiaçı hazırda həmin evə giriş-çıxış yolunun verilməsini tələb etmişdir. b) Şəki Kommersiya Məhkəməsindəki icraat 6.Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 4 iyul tarixli e-2-2(117)-749/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – E.Hüseynova). 7.Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bank X2 və digərlərinə 2011-ci il 28 iyun tarixli 54/11, 55/11, 56/11 və 57/1 nömrəli kredit müqavilələrinə əsasən 445.000 manat kredit vermiş, verilmiş kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan, Balakən rayonu, Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, kredit borcu ödənilmədiyindən tutma ipoteka predmetinə yönəldilmi ş, ipoteka predmeti hərracda satılmadığından iddiaçının mülkiyyətinə keçmiş, iddiaçı hazırda həmin evə giriş-çıxış yolunun verilməsini tələb etmişdir. Göründüyü kimi, mübahisə predmeti cavabdehin mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evidir. 8.Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə olunmuş məlumatdan da görünür ki, cavabdehin adına VÖEN 2018-ci il 6 dekabr tarixində açılmış, həmçinin ipoteka qoyan şəxs olan cavabdeh 2010-cu il 18 noyabr tarixli ipoteka müqaviləsini bağlayarkən vergi ödəyicisi olmamışdır. Yəni ipoteka predmeti olan Balakən rayonu Şambul kəndində yerləşən 400.1 kv.m ümumi,191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi sahibkarlıq fəaliyyətinin predmeti d eyil. Hazırki iddia tələbi də həmin fərdi yaşayış evinə giriş-çıxış yolunun verilməsi, yəni əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. Nəticədə kommersiya məhkəməsi hesab etmişdir ki, tərəflərin VÖEN-nin olması hazırkı mübahisənin tərəflərin ayrılıqda və ya birlikdə sahibkarlıq fəaliyyətindən irəli gəldiyini təsdiq edən hal kimi qiymətləndirilməməlidir. 9.Qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən olunmuşdur ki, hazırkı mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, mübahisəyə kommersiya məhkəmələri tərəfin dən baxılmasını istisna edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.” 11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər gör ülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarl ıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” Ali Məhkəmənin mövqeyi
13. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməlidir.
14. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
15. Hazırkı iş üzrə subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya baxılması üçün hər hansı hüquqi maneə mövcud deyil. Belə ki, iddiaçı kommersiya hüquq i şəxsi, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir.
16. Tərəflər arasındakı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə dair isə aşağıdakılar qeyd edilir.
17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübah isənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd).
18. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olma sı işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən i rəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11-ci bənd).
19. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).
20. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd).
21. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (14-cü bənd).
22. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir (15-ci bənd).
23. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır (25-ci bənd).
24. Plenum Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
25. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçıya olan kredit borcu ödənilmədiyindən tutma ipoteka predmetinə yönəldilmiş, ipoteka predmeti hərracda satılmadığından, verilmiş kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan Balakən rayonu, Şambul kəndində yerləşən 400.1 kv.m ümumi, 191.3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçmiş, iddiaçı ha zırda həmin evə giriş-çıxış yolunun verilməsini tələb etmişdir.
26. Göründüyü kimi, mübahisə predmeti cavabdehin mülkiyyətində olmuş və hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə giriş-çıxış yolunun verilməsindən ibarətdir. Belə tələb isə əşya hüquqi münasibətlərdən irəli gələn tələblərə aiddir. Bu da tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığına dəlalət edir və işə kommersiya məhkəməsində baxılmasını istisna edir.
27. Qeyd olunanlara əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, işə məhkəmə aidiyyatı üzrə Balakən Rayon Məhkəməsində baxılmalıdır.
28. Şərh olunanlara əsasən məhkəmə tərkibi Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəmə