Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-555/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik hava xətti və elektrik dirəklərinin çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə və "xxxx" ASC-yə qarşı “elektrik hava xətti və elektrik dirəklərinin çıxarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel ta rixli 2-2(105)18/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1,40 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 2. "xxxx" ASC-nin 2020-ci il 29 yanvar tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq "xxxx" ASC-nin elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyəti olmadığı və qeyd edilən problemin torpaq sahibi ilə elektrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir.
3. İddiaçı tərəfindən X1 2020-ci il 21 fev ral tarixli məktub göndərilərək Abşeron rayonu, Saray qəsəbəsində 2011-ci il 27 oktyabr tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla onun xüsusi mülkiyyətində olan 1,40 hektar torpaq sahəsindən keçən elektrik xətlərinin və dirəklərin 10 gün ərzində həmin ərazidən çıxarılmasını və torpaq sahəsindən qanunsuz istifadənin əvəzində 10.000 manat miqdarında maddi zərərin ödənilməsi xahiş olunmuşdur.
4. Cavabdeh2 ASC-nin 2020-ci il 24 oktyabr tarixli məktubundan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sorğusuna cavab olaraq 10 Kv-luq elektrik hava xətlərinin istismarı "xxxx" ASC-nin fəaliyyət sahəsinə daxil olduğundan həmin təşkilata müraciət olunmasının məqsədəuyğun olduğu bildirilmişdir. 5. 2021-ci il 30 mart tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində y erləşən kənd təsərrüfatı təyinatlı, sahibkarlıq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş (2011-ci il 27 oktyabr tarixində **********86 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış) 1,40 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları faktiki vəziyyətdə müəyyənləşdirilərək məlum olub ki, mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri həmin torpaq sahəsinin daxilinə düşür. Mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneçilik edib-etməməsinin aydınlaşdırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir (İ cild, iş.v132). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci inst ansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh X1 (bundan sonra – “K.Qafarova”) qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 ha torpaq sahəsinin içərisindən keçən və K.Qafarovaya məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəklərinin sonuncunun hesabına çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın ondan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2020-ci il 13 avqust tarixində Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
7. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləş ən, 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 ha torpaq sahəsinin içərisindən dirəklər vasitəsilə iddiaçıya məxsus olmayan yüksək gərginlikli elektrik xətləri keçməkdədir. Hazırda iddiaçı sözügedən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün təmir-tikinti işləri aparmaq niyyətində olsa da, həmin dirəklər və elektrik xətləri bu işlərin aparılmasını qeyri-mümkün etmişdir. Buna görə də Abşeron rayonu, Saray qəsəbəsində 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla onun xüsusi mülkiyyətində olan 1,40 ha torpaq sahəsindən keçən elektrik xətlərinin və dirəklərin həmin ərazidən çıxarılması üçün iddiaçı tərəfindən 2020-ci il 10 yanvar tarixli məktubla "xxxx" ASC-yə (bund an sonra – "xxxx") müraciət olunmuşdur. xxxx-ın 2020-ci il 29 yanvar tarixli məktubu əsasında məlum olub ki, ərazidən keçən 10 kV-luq elektrik hava xətti Bakı-Sumqayıt yolunun sağ tərəfində yerləşən restoranlardan birinin elektrik təchizatı üçün quraşdırılmış transformatoru qidalandıran xətdir. Həmçinin xxxx öz məktubunda bildirmişdir ki, elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyəti yoxdur və qeyd edilən problemin torpaq sahibi ilə elektrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsi məqsədəuyğundur. Əlavə araşdırma əsasında müəyyən edilib ki, iddiaçıya məxsus torpaq sahəsindən keçən elektrik hava xətti K.Qafarovaya məxsus restoranın elektrik təchizatı üçün quraşdırılmış transformatoru qidalan dıran xətdir. Bundan sonra, iddiaçının torpaq sahəsindən keçən elektrik xətlərinin və dirəklərin 10 gün ərzində həmin ərazidən çıxarılması və torpaq sahəsindən qanunsuz istifadə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə 2020-ci il 21 fevral tarixli ərizə ilə cavabdehə müraciət olunmuşdur. İddiaçının müraciətindən sonra K.Qafarovaya məxsus restoranı işlədən şəxslər şifahi formada məsələni qısa müddət ərzində həll edəcəklərini və bu barədə artıq xxxx ilə danışıqlara başladıqlarını bildirmişdir. Lakin bu danışığın üstündən aylarla vaxt keçməsinə baxmayaraq, nə K.Qafarova, nə də xxxx elektrik dirəklərinin və xətlərinin iddiaçının ərazisindən çıxarılması istiqamətində tədbir görüblər. Ölkədə tətbiq olunan karantin rejiminə görə ləngimələri nəzərə alaraq, işin məhkəmədənkənar qayd ada həll olunması üçün kifayət qədər vaxt verilmişdir. Lakin K.Qafarova üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, K.Qafarovanın iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etməklə, öz restoranına elektrik xətti çəkdirməsi nəticəsində həmin torpaq sahəsini (iddiaçının xüsusi mülkiyyətini) zəbt etməsi və ona faktiki sahiblənməsi iddiaçının həmin torpaq sahəsindən gəlir və fayda götürməyini qeyri-mümkün etmişdir. Əgər K.Qafarova tərəfindən həmin torpaq sahəsinin istifadəsinə maneçilik törədilməsə idi, iddiaçı da öz torpaq sahəsinin normal istifadəsini həyata keçirib, gəlir əldə edə bilərdi. Buna görə də K.Qafarovanın iddiaçının mülkiyyətinə etdiyi maneçilik nəticəsində bu müddət ərzində gəlir əldə edə bilməmiş, nəticədə 10.000 manat fayda əldən çıxmışdır və bu hal hələ də davam etməkdədir.
8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 4, 14, 21.1, 152.1, 157.2, 157.4, 157.5-ci maddələrinə istinad olunmuşdur.
9. Daha sonra iddiaçı 2020-ci il 15 oktyabr tarixdə məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 hektar torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə (bundan sonra – "xxxx") məxsus olan 10 kV-luq elektrik hava xəttinin və elektrik d irəklərinin cavabdehlər MMC, xxxx və Cavabdeh2 ASC-nin (bundan sonra – Cavabdeh2) hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İ cild, iş.v110). 10. cavabdeh2 2021-ci il 15 sentyabr tarixdə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə quraşdırılmış elektrik enerjisi sayğacından sonrakı elektrik xətləri və elektrik dirəkləri sifarişçinin balansında olmalıdır. İddiaçının çıxarılmasını tələb etdiyi 10 kV-luq elektrik hava xətti və elektrik dirəkləri MMC-yə məxsus olduğundan mübahisə iddiaçı ilə MMC arasında həll olunmalıdır. Belə ki, cavabdeh2-nin e lektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyəti yoxdur. Bundan başqa, mübahisəli xətlərin cavabdeh2 tərəfindən çəkilməsinə dair iddiaçı tərəfindən hər hansı sübutlar təqdim olunmamışdır (İ cild, iş.v 193).
11. Abşeron rayon Məhkəməsinin 2020-ci il 23 noyabr tarixli e-2-2(012)-3325/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: MMC-yə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən əmlak kompleksi kimi obyektə gedən 10kV-luq elektrik hava xəttinin və elektrik dirəklərinin iddiaçınnın xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1,40 ha olan torpaq sahəsinin ərazi hüdudlarına düşüb-d üşməməsi və düşdüyü halda həmin elektrik hava xəttinin və elektrik dirəklərinin həmin torpaq sahəsindən istifadəsində iddiaçıya maneçilik edib-etməməsi aydınlaşdırılsın.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 4 may tarixli 10/1760 nömrəli rəyində göstərilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, sahibkarlıq məqsədi ilə iddiaçının mülkiyyətinə verilmiş (2011-ci il 27 oktyabr tarixində **********86 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış) 1,40 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları faktiki vəziyyətdə müəyyənləşdirilərək məlum olub ki, mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elek trik dirəkləri həmin torpaq sahəsinin daxilinə düşür. Mübahisə olunan 10 Kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneçilik edib-etməməsinin aydınlaşdırılması ekspertin səlahiyyətlərinə aid deyildir.
13. Abşeron rayon Məhkəməsinin 2021-ci il 23 iyun tarixli e-2(012)-388/2021 saylı qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (İ cild, iş.v155).
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 12 oktyabr tarixli e-2-2(119)1018/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən - Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 2011-ci il 27 oktyabr tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 ha torpaq sa həsinin içərisindən keçən və MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəkləri MMC və xxxx-ın hesabına həmin torpaq sahəsindən çıxarılması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – X.Tağıyev).
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1,40 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğu, MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xəttinin və elektrik dirəklərinin isə iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən keçməsi müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. İddiaçı mülkiyyət hüquqlarını həyata keçirməsinə törədilən maneənin aradan qaldırılması üçün cavabdehlərə müraciət etmiş, lakin həm in maneə aradan qaldırılmamışdır. Məhkəmə iclasında cavabdeh2-nin nümayəndəsi və vəkili ilkin olaraq hər hansı bir qeyri-yaşayış sahəsinə elektrik enerjisi verilməsi müəyyənləşdirilərkən cavabdeh2 tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq texniki şərt verildiyini, burada cavabdeh2-nin rolunun qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı tələb olunan elektrik gücünün həcminin müəyyən olunması və həmin gücə uyğun olaraq hansı mənbədən qoşulmasının daha məqsədəmüvafiq olmasının aydınlaşdırılmasından ibarət olduğunu bildirmişdir. Həmçinin cavabdeh2 öz məktubunda 10 Kv-luq elektrik hava xətlərinin istismarının xxxx-ın fəaliyyət sahəsinə daxil olduğunu qeyd etmişdir. Buna görə də məhkəmə hazırkı vəziyyətdə yaranan problem elektrik enerjisi xətlərinin istismarı məsələsi ilə bağlı olduğundan cavabdeh2-nin hazırkı iddia üzrə cavabdehlik daşımaması və iddia tələbinin cavabdeh2-yə münasibətdə təmin olunmaması qənaətinə gəlmişdir.
16. MMC-nin nümayəndəsi və vəkili elektrik xətlərinin MMC-nin balansında olsa da, xəttin marşrutunu müəyyən edən ya xxxx, ya da cavabdeh2 olduğunu bildirmişdir. Elektrik xətti ilk dəfə çəkiləndə texniki şərtə uyğun olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməyib, xəttin marşrutu sonradan dəyişdirilib. Elektrik hava xətlərinin və dirəklərinin yeri dəyişdiriləndə bundan MMC-nin rəhbərliyinin məlumatı olmayıb. Elektrik xətti ilk dəfə çəkilərkən MMC tərəfindən texniki şərtə görə maliyyə vəsaiti ödənilib. Buna görə də məsuliyyət digər iki cavabdeh qurumun üzərinə düşür. Məhkəmə iclasında xxxx-ın nümayəndəsi isə çəkilmə xərcləri, yəni görüləcək işlərin haqqı MMC tərəfindən ödənildiyi halda xxxx-ın elektrik hava xətti və elektrik dirəklərinin həmin torpaq sahəsindən çıxarılmasına etiraz etmədiyini bildirmişdir.
17. İş üzrə hər iki cavabdeh - MMC və xxxx iddia tələbini elektrik hava xətlərinin və dirəklərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması hissəsində qəbul edirlər, yalnız bu işin onların hesabına görülməsinə etiraz edirlər. Bununla bağlı məhkəmə hesab edir ki, MMC elektrik hava xətlərinin və dirəklərinin sahibi və istifadəçisi olduğu üçün, xxxx isə həmin elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdehlik daşıyan təşkilat olduğu üçün iddia bu hissədə onlara münasibətdə əsaslı olmuşdur.
18. Məhkəmə iddia tələbinin mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsi ilə bağlı qeyd etmişdir ki, elektrik hava xətlərinin və dirəklərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması elə mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılmasını da özündə ehtiva etdiyi üçün iddia tələbinin mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsində təmin edilməsinə zərurət qalmamışdır.
19. İddia tələbinin 10.000 manat miqdarında əldən çıxmış faydanın MMC-dən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar iddiaçı məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün iddia həmin hissədə təmin olunmamalıdır. Bundan başqa, iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə verdiyi və həmin sahədən fayda götürdüyü, lakin əldən çıxmış faydanın mövcudluğu məhkəmədə sübuta yetirilməmişdir.
20. G əldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-in 152.1, 157.1, 157.4, 157.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. MMC 2021-ci il 3 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin cavabdeh2-yə və xxxx-a münasibətdə olan hissəsinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 22. xxxx də 2021-ci il 9 dekabr tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən edilərək iddia tələbinin xxxx-a münasibətdə təmin olunmuş hissəsində dəyişdirilərək iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 8 fevral tarixli e-2-2(119)1018/2021 saylı qərardadı ilə məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin xxxx tərəfindən buraxılması üzrlü sayılaraq həmin müddət bərpa edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(105)-18/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Məmmədov, hakimlər – İ.Dəmirov və Z.Məmmədov).
25. Məhkəmə kollegiyası bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1,40 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, MMC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəkl əri iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən keçir. Bu isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. İddiaçı mülkiyyət hüquqlarını həyata keçirməsinə törədilən maneənin aradan qaldırılması üçün cavabdehlərə müraciət etmiş, lakin həmin maneə aradan qaldırılmamışdır.
26. MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə məxsus elektrik hava xətti və elektrik dirəklərinin 4 ədədinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin xəttin və dirəklərin onun xəbəri olmadan yerinin dəyişdirildiyinə istinad etsə də, həmin halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. 27. xxxx-ın apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda qeyd olunan elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdeh təşkilat xxxx olduğundan iddia tələbinin ona münasibətdə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslı olmuşdur.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, MM-in 152.1, 157.2, 157.4, 157.5-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü, “Energetika haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci, MPM-in 88-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 2.1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
29. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 11 may tari xində iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir. 30. xxxx tərəfindən 2022-ci il 13 iyun tarixdə kassasiya şikayəti verilərək həmin qətnamənin ləğv, iddia tələbinin xxxx-a münasibətdə təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. MMC də 2022-ci il 24 iyun tarixində kassasiya şikayəti verərək qətnamənin MMC-yə aid olan hissədə ləğv edilməsi, işin apellyasiya məhkəməsində müəyyən olunmuş hal və sübutları əsasında iddia tələbinin digər cavabdehlərə aid olan hissədə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) xxxx-ın kassasiya şikayətinin dəlilləri
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı qərarı ilə təs diq edilmiş “Elektrik enerjsindən istifadə Qaydaları”nın 5.2, 5.2.1, 5.2.2-ci bəndləri üzrə - İş materiallarında olan Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin 2013-cü il 22 aprel tarixli 150009-01-4-25 saylı İstismara Buraxılma aktının 5-ci bəndində elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədinin 220/110/10-6 kv “Xırdalan” YS-dan çıxan 6 kvluq BQF-Saray-2 elektrik hava xəttinin 42-ci dayağında budaqlanma nöqtəsi olduğu müəyyən edilmişdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın qeyd edilən normalarını rəhbər tutaraq, hazırki iş üzrə mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərin MMC-nin balansında olduğunu, onların texniki vəziyyətinə və xidmətə görə məsuliyyət sərhədinin əsa s xəttin ayırma aparılan dayağında müəyyənləşdirildiyini nəzərə alsaq, həmin dirəklərin və hava xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyətin məhz MMC-nin üzərinə düşməsi müəyyən olunur. Lakin apellyasiya məhkəməsi mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərin istismarının məhz hansı təşkilatın məsuliyyət dairəsinə düşməsi ilə bağlı işin hallarını araşdırmadan, elektrik hava xətlərinə və dirəklərin istismarına cavabdeh təşkilatın birtərəfli qaydada məhz xxxx olması barədə tamamilə səhv qənaətə gəlmiş və nəticə etibarilə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.
33. MPM-in 217.3, 217.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsi öz qətnaməsində mübahisə predmeti olan dirəklərin və elektrik hava xətlərinin xxxx-ın hesabına çıxarılması qənaətinə gə lsə də, elektrik hava xətlərinin və dirəklərin istismarına cavabdeh təşkilatın məhz xxxx olmasını hər hansı bir tutarlı, mötəbər sübutlarla əsaslandırmamış və bu zaman konkret qanunun normasına yox, formal mülahizələrə əsaslanmışdır. İddia tələbi xxxx-a münasibətdə təmin edilərkən cavabdehin məsuliyyətinin olub-olmaması kimi iş üçün əhəmiyyətli olan hallar nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya məhkəməsi tərəfindən lazımı qaydada əsaslandırılmışdır. Apellyasiya məhkəməsi həmçinin iş materiallarında olan və mübahisə predmeti olan dirəklərin və elektrik hava xətlərinin istismarına cavabdeh təşkilatın müəyyən edilməsi baxımından əhəmiyyətli sübut sayılan Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin 2013-cü il 22 aprel tarixli 150009- 01-4-25 saylı İstismara Buraxılma aktının sübut kimi tədqiqini tam, hərtərəfli aparmamış və bu hal özlüyündə məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamənin qəbulu ilə nəticələnmişdir. b) MMC-nin kassasiya şikayətinin dəlilləri
34. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci, “Energetika haqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texnikişərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji tə chizatı şəbəkəsinə qoşulması Qaydası”nın 2.10-2.13, 2.15 və 2.16-cı bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələbi (“texniki şərtdə hər hansı dəyişiklik, yerdəyişmə və abonentə məxsus xəttə qoşulma da həmin abonentin yazılı razılığı əsasında həyata keçirilir”), 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qayd ası”nın 2.11-2.13-cü bəndləri üzrə - Həmin normativ aktların tələbindən məlum olur ki, cavabdeh2 və xxxx MMC-nin elektrik enerjisi ilə təmin edilməsi üçün enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir. Bu qaydalarda göstərilən şərtlərə əməl edilmədən texniki şərt verilə bilməz və istismara qəbul edilə bilməz, həmçinin iddiaçıdan yazılı razılıq alınmadan onun mülkiyyətində olan torpaq sahəsindən elektrik xətləri çəkilə bilməzdi. Sadalanan hallara və istinad edilən maddi hüquq normalarının tələbinə əsasən, 2012-ci il 18 iyun tarixində verilmiş 09/15/747 nömrəli texniki şərtin əldə edilməsi, layihə sənədlərinin və elektrik xəttinin çəkilməsi üçün elektrik təchizat sxeminin hazırlanması, bununla bağlı avadanlıq və qurğuların alınması, tikinti quraşdırma işlərinin və xidmətlərin icrası ilə bağlı, bir sözlə, qoşulma haqqı ilə bağlı bütün maliyyə xərcləri MMC-nin hesabına ödənilmişdir. MMC-nin elektrik enerjisi ilə təmin edilməsi üçün enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassasını (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsini cavabdeh2 və xxxx müəyyən etməklə təsdiqləyiblər. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarəti İdarəsi 2013-cü il 22 aprel tarixli 150009-01-4-25 nömrəli istismara buraxılma aktı ilə 2012-ci il 18 iyun tarixində verilmiş 09/15/747 nömrəli texniki şərtin cavabdeh 2 tərəfindən yerinə yetirilməsi təsdiqlənmişdir. Yenidən eyni əsaslara və şərtlərə görə təkrar ödənişə cəlb edilməsi hallarına heç bir hüquqi qiymət verilməmişdir. Həmin normaların tələbindən məlum olur ki, bir hüquqi şəxs eyni əsaslara görə, yəni, texniki şərtin və ya onun hər hansı bir hissəsinin icrası bağlı təkrar ödənişə cəlb edilə bilməz. Məlumat üçün bildiririk ki, iddiaçının və MMC-nin 10 KV-luq elektrik stansiyasına müdaxilə etməyə, elektrik verilişini dayandırmağa və elektrik xətlərin yerini dəyişdirməyə səlahiyyəti yoxdur. Qanunsuz və özbaşına müdaxilə həmin şəxslərin birbaşa fiziki olaraq ölümünə səbəb olardı. Yalnız digər cavabdehlər öz səlahiyyətləri müəyyən olunan 2015-ci ilin aprel ayına kimi cavabdeh2 və 2015-ci ilin aprel ayından sonrakı dövrlərdə xxxx fəaliyyətləri dövrü ndə 10 KV-luq elektrik stansiyasına müdaxilə etməyə, elektrik verilişini dayandırmağa və elektrik xətlərinin yerini dəyişdirməyə səlahiyyəti vardır. Digər cavabdehlər elektrik verilişinin dayandırması və elektrik xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı MMC tərəfindən onlara hər hansı müraciətin daxil olmadığını bildirmişlər. Bir sözlə, elektrik xətlərinin yerinin dəyişdirilməsini MMC icra etməyib və icra edə bilməzdi. İstinad etdiyimiz maddi hüquq normalarından bir daha məlum olur ki, MMC hazırkı iddia tələbi üzrə onun iradəsindən asılı olmayan hallara görə müştərək maddi məsuliyyətə cəlb edilə bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kas sasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. MMC apellyasiya məhkəməsinin qətnaməsini yalnız özünə aid olan hissədə mübahisələndirdiyindən, habelə xxxx da qətnamənin tam ləğvini xahiş etsə də, faktiki olaraq qətnaməni yalnız özünə aid hissədə mübahisələndirdiyindən və bu hissələr birlikdə qətnaməni tam əhatə etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından tam yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellya siya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulur: “ M a d d ə 1
3. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “ M a d d ə 2
9. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.”
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyy ətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir....”
41. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə 1 1
1. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması...
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.”
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
2. ELEKTRİK QURĞULARİNİN ŞƏBƏKƏYƏ QOŞULMASİ ÜÇÜN TEXNİKİ ŞƏR TLƏR 2.1. Yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcu d və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəs i və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir....” 43. “Energetika haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
8. Enerji resurslarının, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə tələblər
1. Hər hansı bir hüquqi və fiziki şəxs qanunvericiliyə müvafiq olaraq enerjinin, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə, enerji resurslarından səmərəli istifadə qaydalarına və enerji effektivliyi üzrə öhdəliklərə riayət edilməsinə və normadan artıq tullantılara yol verilməməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət eyni dərəcədə enerji aqreqatlarının v ə qurğularının layihələşdirilməsinə, quraşdırılmasına və istismarına da aid edilir....”
44. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini (bax yuxarıda §§ 32-32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, MMC-nin kassasiya şikayəti təmin edilməməli, xxxx-ın kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(105)-18/2022 saylı qətnaməsi xxxx-a aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
46. Məhkəmə kollegiyasının qənaətinə görə, MMC-nin kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
47. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından müəyyən olunur ki, M MC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və 4 ədəd elektrik dirəyi iddiaçının razılığı olmadan onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən keçir. Bu isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir.
48. Bu o anlama gəlir ki, MMC-yə məxsus sözügedən elektrik xətti və dirəklər iddiaçının torpaq sahəsində onun razılığı alınmadan yerləşdirilməklə həmin sahə özbaşına zəbt olunmuşdur.
49. MM-in 157.4-cü maddəsi (bax yuxarıda § 40) mülkiyyətçiyə imkan verir ki, əşyanı götürmədən və ya ondan məhrum etmədən mülkiyyətə qəsd və ya başqa maneələr törədildiyi hallarda qəsd edəndən bu hərəkətlərə son qoymağı məhkəmədənkənar qaydada, bu cür hərəkətlər davam etdirildikdə isə məhkəmə vasitəsilə tələb etsin.
50. Həmçinin Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü hissəsinin (bax yuxarıda § 41) tələbi də ondan ibarətdir ki, zəbt olunmuş torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan bina, tikili və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
51. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, vaxtilə texniki şərtin alınmasına görə çəkilmiş xərclərin MMC tərəfindən ödənilməsi MMC-nin hazırkı iddia tələbi üzrə məsuliyyətdən (özbaşına zəbt olunmuş torpağın əvvəlki vəziyyətinə gətirilməsi ilə əlaqədar çəkilməli xərclərdən) azad edilməsi üçün əsas ola bilməz.
52. Belə ki, texniki şərt verilərkən və ya ondan sonrakı dövrlərdə müvafiq elektrik xətti və dirəklərin məhz iddiaçının torpaq sahəsindən keçirilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş hər hansı rəsmi sənəd iş mate riallarında mövcud deyildir.
53. Elə iş materiallarından, o cümlədən MMC-nin özünün icraatın əvvəlki mərhələlərində verdiyi çoxsaylı ifadələrdən, apellyasiya şikayətindən və digər sənədlərdən də aydın olur ki, MMC-yə məxsus iaşə obyektinə verilmiş 2012-ci il 18 iyun tarixli 09/15/747 nömrəli texniki şərtin elektrik təchizat sxemində göstərilənlərin əksi olaraq MMC-yə gələn elektrik hava xəttini daşıyan dəmir dirəklərin yerləri həqiqətən də dəyişdirilmişdir.
54. Bununla əlaqədar məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən MMC-yə münasibətdə hər hansı maddi və ya prosessual hüquq pozuntusuna yol verməmişdir.
55. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə xxxx-a münasibətdə düzgün nəticəyə gəlməmiş, MM-in 88-ci maddəsinin (bax yuxarıda § 44) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 44) zidd olaraq müvafiq hissədə əsassız qətnamə qəbul etmişdir.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi xxxx ilə bağlı nəticəyə gələrkən yalnız ona əsaslanmışdır ki, mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdeh təşkilat xxxx-dır.
57. Lakin məhkəmə kollegiyasının qənaətinə görə, xxxx-ın mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdeh təşkilat olması xxxx-ın hazırkı iddia üzrə maddi məsuliyyətə cəlb olunması üçün yetərli əsas ola bilməz.
58. Belə ki, sözügedən məsələ ilə bağlı xxxx tərəfindən hər hansı sənəd verilm əsi, iş görülməsi, yaxud belə işlərin görülməsində hər hansı formada iştirak edilməsini təsdiq edən sənəd(lər) iş materiallarında mövcud deyildir, işə baxan məhkəmələr tərəfindən də bununla əlaqədar hər hansı hal müəyyən edilməmişdir.
59. Eləcə də xxxx-ın əməkdaşlarının razılığı və iştirakı olmadan mübahisə predmeti olan elektrik hava xətlərinin və dirəklərinin yerlərinin qanunsuz dəyişdirilməsinin texniki cəhətdən mümkün olub-olmamasına da apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aydınlıq gətirilməmişdir.
60. Odur ki, hazırkı vəziyyətdə iddianın xxxx-a münasibətdə təmin edilin-edilməməsi barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xxxx-a münasibətdə ləğv edilməlidir. Yeni apellyasiya baxışında məhkəmə həmin məs ələyə qanuni və əsaslı qiymət verməlidir.
61. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli 2-2(105)-18/2022 saylı qətnaməsi qismən - iddianın "xxxx" ASC-yə münasibətdə təmin edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.