Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-556/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: sudan istifadəyə görə hesablanmış borcun silinməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 06 iyun tarixli, 22(103)-590/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı MMC-yə məxsus olmuş və həmin bina Cavabdeh ASC tərəfindən su ilə təchiz edilmişdir. 2. 2023-cü il 31 mart tarixli aktla İddiaçı MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının idarəetməsi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilmişdir. Təhvil alan öhdəlik götürmüşdür ki, binanın idarə edilməsi ilə bağlı 2023-cü il 1 aprel tarixindən yaranacaq bütün kommunal ödənişləri öz hesabına qarşılayacaqdır. Təhvil verən binanın bütün kommunal borclarını ödəyərək təhvilini həyata keçirir. Təhvil alan 2023-cü il 1 aprel tarixdən etibarən binanın idarə edilməsi, saxlanılması, binan ın yerləşdiyi torpağın icarəsi, kommunal və gələcəkdə yaranacaq hər hansı digər xərclərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürür.
3. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göndərilmiş 2023-cü il 31 mart tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri tərəfindən mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq "xxxx" MMMC təsis edildiyi, həmin binanın su ilə təchiz edilməsi məqsədi ilə "xxxx" MMMC ilə yeni müqavilənin bağlanmasına etiraz edilmədiyi bildirilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2023-cü il 7 noyabr tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 2023-cü il 31 mart tarixindən təhvil-təslim aktı əsasında "xxxx" MMMC tərəfindən idarə edilir. Bu səbəbdən İddiaçı MMC ilə olan 072633 saylı müqaviləyə xitam verilməsini xahiş edir. Abonent kodu: 072633.
5. Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2023-cü il 21 dekabr tarixli ********* nömrəli hesab-fakturaya əsasən, sonuncunun həmin tarixə qalıq borcu 13.340,28 manat təşkil edir.
6. İddiaçı MMC-yə məxsus abonent haqqında məlumata əsasən, MMC-nin su və çirkab sularından istifadəyə görə ümumi borcu 13.100 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 072633) əsassız olaraq hesablanmış 13.340,28 manat borcun silinməsi və tərəflər ar asında su təchizatına dair müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqaviləyə xitam verilməsini, su sayğacının iddiaçının adından "xxxx" MMMC-nin adına keçirilməsini xahiş etsə də, cavabdeh tərəfindən şifahi olaraq iddiaçının istifadə etdiyi suya görə borcun olması bildirilmiş və iddiaçının müraciətlərinə rəsmi cavab verilməmişdir. Əlavə olaraq bu məsələ ilə bağlı “Asan kommunal” xidmətində fəaliyyət göstərən cavabdehin məntəqəsinə müraciət edilmiş, lakin nəticə eyni olmuş, müqaviləyə xitam verilməmiş, səbəb kimi isə iddiaçının borclarının olması bildirilməklə, 13.340 manat borcun olması barədə elektron çıxarış verilmişdir. Qeyd edilən borcun nə vaxt və nə ilə bağlı yaranması məl um deyil. Cavabdeh bunu izah edə bilmir və borca aid heç bir etibarlı sənəd təqdim etmir. Bu səbəbdən, iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmir və binanı faktiki olaraq idarə edən şirkət yeni müqavilə bağlayıb sayğacı öz adına keçirə bilmir.
9. Birinci instansiya məhkəməsində cavabdeh tərəfin nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçıya hər ay sayğacın göstəriciləri nəzərə alınmaqla hesab-faktura təqdim edilir. Hazırda iddiaçının cavabdehə 13.100 manat borcu vardır. Həmin borc isə sərfiyyat borcudur. İddiaçı barəsində hər hansı akt tərtib edilməmişdir. Belə ki, iddiaçı əvvəlki illər üzrə istifadə edilmiş su və kanalizasiya xidmətlərinə görə az ödəniş etmiş, nəticədə qalıq borc yaranmışdır. Borcun silinməsi üçün əsaslar yoxdur. Müqavilənin ləğvi isə yalnız bütü n borclar ödənildikdən sonra mümkündür.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 mart tarixli, e-2-2(113)-1013/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.T.Həsənova) iddia qismən təmin edilmiş, İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 13.100 manat borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi, ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilənin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borcu mübahisələndirir. Cavabdeh isə mübahisələndirilən borcun hesablanmış sərfi yyat borcu olduğunu bildirir.
12. Məhkəmə tərəfindən borcla bağlı iddiaçıya təqdim edilmiş hesab fakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif etsə də, cavabdeh həmin borcla bağlı məhkəməyə yalnız abonent haqqında məlumat təqdim edə bilmişdir.
13. Bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesab-faktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, borcun hansı illər, yaxud aylar üzrə olduğunu göstərə bilməmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddi açının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
15. Bununla yanaşı, abonent haqqında məlumatdan, habelə cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçıdan hazırda tələb edilən qalıq borc 13.100 manat təşkil edir. Bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçıya hesablanmış 13.100 manat borc silinməlidir.
16. Birinci instansiya məhkəməsi daha sonra göstərmişdir ki, iddiaçı 2023-cü il 31 mart tarixli akt əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsini "xxx x" MMMC-yə həvalə etmiş, həmin MMMC bütün kommunal ödənişləri 2023-cü il 1 aprel tarixindən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc silindiyindən, habelə iddiaçı müqavilənin ləğvi tələbi ilə bağlı cavabdehə müraciət etdiyindən, lakin onun tələbi təmin edilmədiyindən, iddia tələbi müqavilənin ləğvi hissəsində də əsaslıdır və təmin edilməlidir.
17. Məhkəmə mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsi, 58-ci maddəsinə, 59-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.5, 4.1.3, 8.3, 8.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
18. Cavabdeh ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 06 iyun tarixli 22(103)-590/2024 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 mart tarixli, e-2-2(113)-1013/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə q eyd etmişdir ki, iş materiallarında olan və cavabdehin iddiaçıya göndərdiyi elektron qaimələrdə (səhifə 77-80) abonent saldosunda hesablanmış borc məbləği göstərilməmişdir. Yəni, cavabdeh iddiaçıdan sudan istifadəyə görə yaranmış borcu tələb etməmişdir. Odur ki, cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30.1-ci maddəsinin tələbinə əməl edilmədiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq əsassız hesablanmış borcu silmişdir.
21. Daha sonra, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə istinad etməklə göstərmişdir ki, cavabdeh iddiaçının borcu olduğu üçün müqavilə ləğv edilə bilməməsini, yalnız yaranmış borc məblə ği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasında əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib, yeni istehlakçı ilə müqavilə bağlana biləcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin ləğvini ona görə qanunsuz saymışdır ki, iddiaçı tərəfindən borc ödənilməmişdir. Lakin, apellyasiya kollegiyası hesablanmış borcun əsassız olması qənaətinə gəldiyi üçün şikayətin bu dəlilini də əsaslı və qanuni hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
22. Cavabdeh ASC-nin yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 23.1. “Sudan istifadə qaydaları”nın 4.1.2, 4.1.3, 7.1, 7.14, 8.4-cü bəndləri, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndi üzrə - mübahisələndirilən borc məbləği istehlakçıya quraşdırılmış su sayğacının göstəricisinə əsasən yaranmış borc məbləğidir. Həmin ünvana 2004-cü il 18 iyun tarixində sayğac quraşdırılmış, həmin sayğac sökülərək yerinə 2008-ci il 13 iyun tarixində yeni sayğac quraşdırılmışdır. Həmin sayğac 2013-cü ildə sökülərkən göstəricisi 18.576 m3 olmuşdur. Əlavə olaraq, "xxxx" MMMC 2023-cü il 1 aprel tarixdən sonra yaranan kommunal ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrlər üzrə borc məbləği yaranmasına baxmaya raq, məhkəmə həmin dövrdə də yaranmış borcu silmişdir. İddiaçının borcu olduğu üçün müqavilə ləğv edilə bilməz, yalnız yaranmış borc məbləği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasında əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib, yeni istehlakçı ilə müqavilə bağlana bilər. 23.2. Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələri üzrə - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. İddiaçı MMC kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verərək, tam əsaslı, qanuni və ədalətli qərar vermişdir. Şikayətdə göstərilən dəlillərin heç biri ağlabatan deyil və əsassızdır. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 31. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama y olu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59-cu maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.
32. Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrindən biridir. 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.20-ci maddəsinə əsasən STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlk i istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əs asən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etm əsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhk əməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nə ticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
36. Belə ki, cavabdeh tərəfindən iddiaçı MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının 2002-ci ildən su ilə təchiz edilməsi işin mübahisəsiz hallarıdır.
37. Hazırkı mübahisə iddiaçının istifadə etdiyi suya və tullantı sularına görə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verildiyi 2023-cü il 31 mart tarixinə borcun qalması ilə bağlıdır.
38. Belə ki, iddiaçı onun icra olunmamış öhdəliyinin olmamasını iddia etsə də, cavabdeh 13100 manat borcun qaldığını göstərmişdir.
39. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat borcun yaranması və əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmaqla yanaşı, həmçinin göstərmişdir ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş elektron qaimələrdə qeyd olunan məbləğdə borc əksini tapmamışdır.
41. Kassasiya kollegiyası bu əsaslandırılma ilə razılaşmayaq qeyd edir ki, aşağı instansiya məhkəmələri borcun yaranmasının və mövcudluğunun sübutetmə yükünü düzgün olaraq cavabdehin üzərinə qoysalar da, sonuncunun təqdim etdiyi sübutlara tam və hərtərəfli hüquqi qiymət verməmişlər.
42. Belə ki, cavabdeh tərəfindən iddiaçı MMC-nin mülkiyyətində olan binada quraşdırılmış su sayğacı üzrə Abonent haqqında məlumat təqdim etmişdir.
43. Həmin sənəddə illik su sərfiyyatı və ödənişlər barədə məlumat əks olunmuşdur.
44. İddiaya etiraz edən cavabdeh tərəf iddiaçının su istehlakına görə ödənişləri tam yerinə yetirməməsini bildirmiş və borcun yaranmasını bu halla əsaslandırmışdır.
45. Cavabdeh tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunur ki, 2013-cü ildən başlayaraq 2023-c ü il daxil olmaqla hər il üzrə sudan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, bəzi illərdə su sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur.
46. Birinci instansiya məhkəməsi qeyd olunan abonent saldosunu sübut qismində qiymətləndirməkdən imtina etsə də, mövqeyini əsaslandırmamışdır. Halbuki, bu sənəddə “Sudan istifadə Qaydaları”nın 7.20-ci bəndinə əsasən cavabdeh təşkilat tərəfindən açılan fərdi hesabın göstəricilərini öz əksini tapmışdır.
47. Digər tərəfdən, iddiaçı qeyd olunan sənəddə əks olunan məlumatlarla razı olmadığını məhkəmədə bildirməmişdir. Halbuki, Qaydaların 7.2-ci bəndinin ikinci cümləsinə əsasən onun mövcud sayğacın göstəricilərini təqdim etməklə, Abonent haqqında məlumatda əks olunan göstəriciləri mübahisələndirmək imkanı olmuşdu r.
48. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının istifadə etdiyi suyun həcmini və dəyərini sübutetmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, onun ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxs olmaqla, xərclərinin dəqiq uçotunu aparmalıdır.
49. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin dəlillərini rədd edən apellyasiya kollegiyasının iş materiallarının 77-79-cu vərəqlərində əlavə olunmuş elektron qaimələrə istinad da iddianın tam rəddi üçün əsas ola bilməzdi.
50. Belə ki, həmin elektron qaimələr Cavabdeh ASC tərəfindən müvafiq olaraq 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üçün bu ayların sərfiyyatına görə tərtib olunmuş, əvvəlki borcları əhatə etməmişdir.
51. Beləliklə, müəyyən olunur ki, apellyas iya instansiyası məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
52. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məh kəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
54. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
55. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
56. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 (əvvəlki Cavabdeh ASC) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 06 iyun tarixli, 22(103)-590/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.