Məhkəmə qərarları › İş №2-2(102)-569/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-569/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-569/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "Azərişıq" açıq səhmdar cəmiyyətinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kommersiya mübahisələrinə dair işlər üzrə on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "Azərişıq" açıq səhmdar cəmiyyətinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “elektrik enerjis indən istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 avqust tarixli, 22(103)-687/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazilı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "Azərişıq" açıq səhmdar cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 22.891 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.

2. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 23.084.84 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, e-2-2(113)-2212/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən elektrik enerjisi üzrə yaranmış 23.084.84 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

4. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiya sı məhkəməsində icraat

5. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 avqust tarixli, 2-2(103)-687/2021 saylı qətnaməsi (hakimlər V.Ə.Baxışova (sədrlik edən), A.S.Hüseynov və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, e-2-2(113)-2212/2020 saylı qətnaməsi qismən, cavabdehdən iddiaçının xeyrinə 19.994,48 manat pul tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qeyd olun an kommersiya işi iddiaçının kassasiya şikayəti əsasında 2021-ci il 11 noyabr tarixli qərardadla icraata qəbul edilmişdir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 noyabr tarixli, 2-2(102)-569/2021 saylı qərardadı ləğv edilməli, kommersiya işi kassasiya baxışından çıxarılmalıdır.

8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

9. Məcə llənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

10. Beləliklə, mülki prosessual qanunvericiliklə kommersiya mübahisələrinə dair işlər üzrə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadıgından, cavabdeh tərəf isə qətnamənin yalnız mübahisələndirilən 3.090.36 manat hissəsindən kassasiya şikayəti verdiyindən, istinad olunan prosessual hüquq normalar ının tələblərinə görə iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz.

11. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407, 408 və 417.1.7-ci m addələrini rəhbər tutaraq, qərara aldı:

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 noyabr tarixli, 2-2(102)-569/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı "Azərişıq" açıq səhmdar cəmiyyətinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “elektrik enerjisindən istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi kassasiya baxışından çıxarılsın. İş Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar