Məhkəmə qərarları › İş №2-2(102)-573/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-573/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-573/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı İB-nin cavabdehə, Cavabdehin İB-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə Açar sözlər: qaz istehlakına görə borcun tutulması, əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi, iddiaçı İB-nin vəkili cavabdehin vəkilinin iştirakı ilə, İddiaçı İstehsalat Birliyinin cavabdehə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” ilkin iddia tələbinə dair; cavabdehin İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” qarşılıqlı iddia tələbinə dair iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-492/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, İstehsalat Birliyi (bundan sonra – “İB”) ilə cavabdeh (bundan sonra – “Cavabdeh”) arasında 2017-ci il 23 yanvar tarixli ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.

2. Müqavilənin şərtlərinə görə: 2.1. Qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın də yərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (1-ci bənd). 2.2. Qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub m üçün 0.20 manat məbləğində müəyyən edilir (3.1-ci bənd). 2.3. Hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir (3.4-cü bənd). 2.4. İstehlakçıya məxsus istixana üçün 2015-ci il 19 iyun tarixində üzərinə plomblar vurulmuş və 2015-ci il 18 iyun tarixində dövlət yoxlamasından keçmiş G-650 markalı qaz sayğacı quraşdırılmışdır (4.4-cü bənd).

3. İş materiallarında olan Cavabdehə məxsus istixanada istehlak etdiyi təbii qazın hesabatını əks etdirən abonet saldosundan gö rünür ki, 2020-ci ilin may ayının sonuna (iyun ayınının əvvəlinə) Cavabdehin təbii qazdan istifadəyə görə 214.204,20 manat məbləğində ödənilməmiş borcu yaranmışdır.

4. Cavabdehin abonent saldosuna əsasən, müqavilə üzrə 2015-ci il 19 iyun tarixində qaz sayğacı quraşdırıldıqdan sonra aşağıdakılar müəyyən olunur: 4.1. 2015-ci ilin iyun ayının əvvəlinə istehlakçının 533 manat borcu qeydə alınmış, həmin ayın sonuna həmin borc onun hesabından silinmişdir (sıfırlanmışdır). 4.2. Həmin ilin növbəti üç – iyul, avqust və sentyabr aylarında qaz sərfiyyatı mövcud olmamış, oktyabr ayında 2.658 manat məbləğində qeydə alınmış, həmin ayda ödəniş olmamış, noyabr ayında 14.554,80 manat sərfiyyat olmuş, həmin ayda da ödəniş edilməmiş, ayın sonuna istehlaçının borcu artaraq 17.213,70 (2.658 + 14.554,80) manat olmuş, dekabr ayının sərfiyatı 13.089,10 manat olmuş, həmin ayda 17.215 manat məbləğində ödəniş edildikdən sonra ayın sonuna, yəni 2016-cı ilin əvvəlinə olan abonentin cəmi borcu 13.087,80 (17.213,70 + 13.089,10) 17.215) manat təşkil etmişdir. 4.3. 2016-cı ildə - sərfiyyat yanvar ayında 15.276,50 manat, fevral ayıda 12.859,50 manat, mart ayında 12.323,40 manat, aprel ayında 5.947,70 manat, may ayında 117,10 manat, iyun, iyul, avqust, sentyabr aylarında “0”, oktyabr ayında 5.815,70 manat, noyabr ayında 14.288,50 manat, dekabr ayında 43.307 manat, ümumilikdə 109.935,80 manat məbləğində olmuşdur. 4.4. Həmin ilin mart, aprel, may, iyun və dekabr aylarında cəmi 79.716,20 manat ödəniş olunmuş və 2015-ci ildən keçən borc məbləği ilə birlikdə 2016-cı ilin sonuna olan borc məbləği 43.307,40 (109. 935,80 + 13.087,80) - 79.716,20) manat təşkil etmişdir. 4.5. 2017-ci ildə də yay ayları istisna olmaqla, qış, yaz və payız aylarında, istehlak olunan qaz sərfiyayatı 202.373 manat təşkil etmiş, həmin ildə abonentin cəmi, 169.997 manat ödənişi olmuş, ilin sonuna (əvvəlki ildən keçən borc məbləği də nəzərə alınmaqla) və 2018-ci ilin əvvəlinə abonentin 75.683 (202.373+43.307,40) - 169.997) manat borcu qeydə alınmışdır. 4.6. 2018-ci ildə isə qış və yaz aylarındakı istelak hesabına qaz sərfiyayatı 128.481,40 manat təşkil etmiş, həmin ildə abonentin cəmi, 204.165 manat məbləğində ödənişindən sonra, ilin sonuna (əvvəlki ildən keçən 75.683 borcu da nəzərə alınmaqla) və 2019-cu ilin əvvəlinə olan borcu “0” altına “-0,60” (202.373 + 43.307,40) - 169.997) düşmüşdür. 4.7. 2019-cu ildə yanvar ayında qa z sərfiyyatı 19.997,20 manat, fevral ayında isə 34.262 manat qeydə alınmış, həmin ilin sonuna və 2020-ci ilin əvvəlinə (0,60 manata artıq ödəmə nəzərə alınmaqla) borc ümumilikdə 54.259 (19.997,20 + 34.262) - 0,60) manat təşkil etmişdir. Həmin ildə abonentin ödənişləri mövcud olmamışdır. 4.8. 2020-ci ildə isə istelak olunan qaz sərfiyatı - yanvar 46.120 manat; fevral 49.364 manat; mart 31.122,40 manat, aprel 33.331,20 manat, may 7,40 manat – cəmi 159.945 manat təşkil etmişdir. 4.9. Həmin aylarda da abonentin ödənişi mövcüd olmamış, beləliklə də onun əvvəlki ildən keçən 54.259 manat məbləğində borcu da nəzərə alınmaqla 2020-ci ilin may ayının sonuna və iyun ayının əvvəlinə olan borcu 214.204,20 manat təşkil etmişdir.

5. İş materiallarında olan 2021-ci il 16 fevral tarixli 210 №-li (həmçinin 2021-ci il 23 iyun tarixli 212 №-li) hesab-fakturaya əsasən müəyyən olunur ki, qeyd olunan 214.204,20 manat məbləğində qalıq borcun Cavabdehdən ödənilməsi tələb olunmuşdur.

6. İş materiallarında olan İB-nin 2020-ci il 13 oktyabr tarixində Cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, İB ilə təbii qazdan istifadəyə görə Cavabdehin yaranmış 214.204,20 manat borcunun 10 gün müddətində İB-nin hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İB 2020-ci il 19 oktyabr tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 214.204,20 manat borcun və 30 manat məb ləğində dövlət rüsumunun məcburi qaydada Cavabdehdən tutularaq İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İB 2017-ci il 23 yanvar tarixli ***-**-** saylı müqavilə əsasında Cavabdehə məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün Cavabdehya bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 2020-ci il 16 iyun tarixə 214.204,20 manat borcu yaranmışdır. Mübahisənin həll olunması məqsədi ilə məktubla pretenziya qay dasında müraciət olunmasına baxmayaraq Cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinin tələbi Cavabdeh tərəfindən pozulmuşdur.

9. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 2000-ci il 29 iyun tarixli 356 saylı Fərmanına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” (bundan sonra – “QİQ”) 5.2-ci bəndinə istinad edilməklə əsaslandırılmışdır.

10. Cavabdeh 2020-ci il 7 noyabr tarixində İB-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İB tərəfindən qazdan istifadəyə görə əsassız hesablanmış 214.204,20 manat borcun Cavabdehin hesabından silinməsi və İB-nin qazdan istifadəyə borcun ödənilməsinə dair ilkin iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən məbləğin haradan, nə vaxt və necə yaranması barədə Cavabdehin heç bir məlumat yoxdur. Çünki bu barədə ona hesab-faktura təqdim olunmayıb. Həmçinin 2019-cu ilin ortalarında İB-nin təkidi ilə mövcud qaz xəttinin olmasına baxmayaraq ona məxsus Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində yeləşən istilikxanaya uzaq məsafədən böyük xərc tələb edə n qaz xətti çəkilməsinə lazımsız yerdə İB-nin günahı ucbatından 142.000 manat vəsait xərclənmişdir. Yeni qaz xətti çəkildikdən və sayğac onlar tərəfindən öz istədikləri yerə qoyulduqdan sonra qaz sərfiyyatında Cavabdehin istifadə etdiyindən xeyli çox sərfiyyat görünməyə başlamışdır. 2018-ci ildə bütünlükdə 128.481,40 manatlıq qaz sərf edilməsinə baxmayaraq, 2019-cu ilin iki ayı ərzində sayğaca müdaxilə edildikdən sonra 219.192,20 manatlıq, 2020-ci il dörd ayı ərzində isə pandemiya dövründə 159.945 manatlıq qaz sərf edildiyi göstərilmişdir ki, bu da mümkün deyildir.

12. Qarşılıqlı iddia tələbi MM-in 425.1, 425.2, 439.4, 1091.1-ci, MPM-in 155.1, 156.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 fevral tarixli e-2-2(113)-338/2021 saylı q ətnaməsi ilə ilkin iddia təmin edilmiş, 214.204,20 manat pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manatın Cavabdehdən tutularaq İB-nə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – F.Qasımov).

14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 214.204,20 manat borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə istilikxanaya uzaq məsafədən böyük xərc tələb edən qaz xətti çəkilməsinə 142.000 manat vəsaitin xərclənməsi, bu xərcin İB-nin təqsiri üzündən çəkilməsi, borcun qalan hissəsinin (72.204,2 manat) hansı səbəbdən əsassız hesablanması, artıq sərfiyyatın hansı dövrləri əhatə etdiyi kimi hallar əsaslandırılmamış və bu barədə məhkəm əyə heç bir sübut təqdim olunmamışdır.

15. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 442, 567-ci, MPM-in 14.2, 77.1, 78.1, 119.1, 217.4-cü maddələrinə, QİQ-in 5.2, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh 2021-ci il 26 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunması, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 22(103)-492/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 fevral tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – H.Həmidov və E.Nağıyeva).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin gəldiyi nəticələrlə (bax yuxarıda § 14) razılaşmış, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini faktlar-nöqteyi nəzərindən işin hallarına və maddi hüquq normalarına uyğun olan, mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin qətnamə iddiaçının yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, abonentin borcunun müəyyən edilməsi üçün heç bir zəruri biliyə ehtiyac tələb olunmur. Çünki abonent saldosu və hesab fakturanın məlumatlarını araşdırlıb onlara hüquqi qiymət verilməsi heç bir çətinlik doğurmur. Ona görə də qarşılıqlı iddiaçının apellyasiya şik ayətinin borcun müəyyən edilməsi üçün ekspertiza təyin olunması zərurətini mübahisələndirən dəlilini işin uzadılmasına yönələn mövqeyi kimi qiymətləndirir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçının borcun haradan, nə vaxt və necə yaranması barədə heç bir məlumat olmadığını, ona hesab faktura təqdim edilmədiyini və borcu olmadığını iddia etməsinin əsassız olduğu öz təsdiqini tapır. Ümumiyyətlə, onun iddia ərizəsində istinad etdiyi hallar sübutlara söykənməyən mülahizələri özündə əks etdirir.

20. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına (bax yuxarıda § 15), həmçinin əlavə olaraq MPM-in 385.2-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiya ya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən 2021-ci il 3 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

22. Qətnamədə ancaq müxtəlif maddələr sadalanır, maddələrin tələblərinə əməl etmək isə unudulur. Qətnamədə demək olar ki, əsaslandırıcı hissə yoxdur. Çünki borcun yaranmasını təsdiq edə biləcək bir sənəd də iş materiallarına əlavə olunmayıb və oluna da bilməzdi, çünki belə bir sənəd mövcud deyildir. Həmin borc barəsində bir ədəd də olsun hesab, hesab-faktura, sayğacın göstər icisindən çıxarış, elektron qaimə istehlakçıya təqdim olunmayıb (göndərilməyib). Bu barədə İB tərəfindən məhkəməyə də heç bir sənəd təqdim olunmayıb. Yalnız birinci instansiya məhkəməsinin son iclasında İB tərəfindən məhkəməyə 214.204,20 manat borcun olması barədə yazılı vərəq təqdim olunub. Hər iki məhkəmə instansiyasının əsas sübut kimi qəbul etdiyi həmin yazılı vərəq sübut kimi qəbul edilə bilməz. Çünki həmin yazılı vərəqədə yalnız tələb olunan məbləğ göstərilir. Həmin məbləğin necə, nə vaxt əmələ gəlməsi barədə heç bir qeyd yoxdur. Belə çıxır ki, əgər İB tərəfindən həmin yazılı vərəqdə hansı məbləğ göstərilsəydi, məhkəmə həmin məbləği qəbul edəcəkdi.

23. Abonentin saldosu rəsmi sənəd deyildir və həmin sənədə Paylayıcı istənilən rəqəmi yaza bilər.

24. Həmçinin 2021-ci il 16 fevral tar ixli 210 №-li hesab fakturada borcun yaranma mənbəyi göstərilmir.

25. Birinci instansiya məhkəməsinə təqdim olunan hesab-faktura ilə apellyasiya məhkəməsinə təqdim olunan hesab-fakturanın arasında 4 ay fərq olmasına baxmayaraq, nömrələrdə cəmi 2 ay fərq görsənir. Burdan da aydın olur ki, Paylayıcı bütün abonentlərə hansı marağa görəsə hər ay tələb olunan hesab-fakturanı göndərmir.

26. Kassasiya şikayəti MPM-in 9.3, 14.2, 77.1, 78.1, 217.4, 417.1.4, 417.2, 418.1-418.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İB tərəfindən 2021-ci il 23 noyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, Cavabdehin kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli qətnaməsini dəyişdi rilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən Cavabdehin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin tam ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

29. Məhkəmə iclasında iştirak edən İB-nin vəkili kassasiya şikayəti ilə razı olmadığını, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya inst ansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəy yənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

34. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şə xslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.”

35. QİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərin i yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

36. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul ta rixli qərarında qeyd etmişdir ki: “... Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 22-25) işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, həmin dəlillər aşağıdakı səbəblərdən apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

38. Əvvəla, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, QİQ-də, habelə tərəflər arasında bağlanmış müqavilədə İB tərəfindən abonentə istifadə olunmuş qazın haqqı barədə sənəd (hesab, hesab-faktura, elektron qaimə, bildiriş v ə s.) təqdim edilmədiyi (göndərilmədiyi) hallarda, təbii qazdan istifadəyə görə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsinin yolverilməzliyi haqqında müddəalar nəzərdə tutulmamışdır.

39. Yəni həmin sənədin İB tərəfindən abonentə təqdim edilməməsi və ya göndərilməməsi (hətta belə hal mövcud olmuşdursa belə) təbii qazdan istifadəyə görə yaranmış borcun məhkəmə qaydasında tələb edilməsindən imtina olunması üçün hüquqi əsas deyildir.

40. Bundan başqa, Cavabdeh istixana üçün müvafiq aylar üzrə təbii qaz istehlak etdiyi, daha doğrusu, belə istehlak ardıcıl olaraq davam etdiyi, həmçinin Cavabdeh tərəfindən istehlak etdiyi qaza görə İB-yə vaxtaşırı böyük həcmdə ödəmələr etdiyi halda, İB tərəfindən ona istifadə olunmuş qazın haqqı barədə sənədin (hesab, hesab-faktura, elektron qaimə, bildir iş və s.) təqdim edilmədiyinə (göndərilmədiyinə) istinad olunması kassatorun mövqeyinin əsaslandırılması üçün tutarlı dəlil hesab oluna bilməz.

41. Belə ki, qaz istehlakının və buna görə ödənişlərin davam etdiyi bütün dövr ərzində Cavabdeh ona istifadə olunmuş qazın haqqı barədə sənədin (hesab, hesab-faktura, elektron qaimə, bildiriş və s.) təqdim edilmədiyini (göndərilmədiyini) bilirdi və ya bilməli idi.

42. O, özü də bunun səbəbləri, habelə müvafiq dövr üzrə (müvafiq tarixə) yaranmış borcun məbləği barədə İB-dən maraqlana, eləcə də sayğacın düzgün işləməməsi barədə (əgər belə narazılığı var idisə) İB-yə müraciət edə bilərdi.

43. Abonent saldosunda göstərilənlərin həqiqətə uyğun olmadığına gəldikdə isə, kassator bununla bağlı hər hansı tutarlı dəlil gətirməmiş, konkret olaraq hansı illə r və aylar üzrə düzgün hesabat aparılmadığını əsaslandıra bilməmişdir.

44. Apellyasiya baxışı zamanı da ilkin iddia üzrə cavabdeh tərəf ona artıq borc hesablandığını bildirsə də, bununla bağlı MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 34) uyğun olaraq məhkəməyə lazımi sübutlar təqdim etməmiş, yalnız birinci instansiya məhkəməsi tərəfindən həmin borcun müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməməsindən, artıq hesablamanın yazılıb-yazılmadığını araşdırmamasından şikayətlənmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində işdə olan sənədlər əsasında müvafiq təhlillər apararaq ekspertizanın təyin edilməsi üçün zərurət olmadığını əsaslandırmışdır.

46. Kassator isə hazırkı şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsinin qanunauyğun olmadığını tutarlı də lillərlə əsaslandıra bilməmiş, yalnız abonent saldosunda göstərilənlərin həqiqətə uyğun olmaması barədə ümumi xarakterli mülahizələrlə kifayətlənmişdir.

47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və ədalətli hesab olunmalıdır.

48. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: ilkin iddia üzrə Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)492/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar