Məhkəmə qərarları › İş №2-2(102)-599/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-599/2025

05.11.2025 · Sair işlər - Mühafizə zonasında inşa edilmiş tikilinin sökül
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-599/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə d air iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 26 may tarixli 2-2(104)-47/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş iaşə obyektinin (şadlıq sarayının) sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə Kommersiya Mə hkəməsinin 2023-cü il 23 iyun tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - G.Quliyeva).

3. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-20/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov, İ.Həsənov).

5. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) Kassasiya instans iyası məhkəməsindəki ilk icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 noyabr tarixli 2-2(102)-626/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim – B.Qəribov, hakimlər – M.Əhmədova və B.Məmmədli). d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 26 may tarixli 2-2(104)-47/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və cavabdeh tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa ed ilmiş iaşə obyektinin (şadlıq sarayının) qaz kəmərinin mühafizə zonasında yerləşən 10 m hissəsinin sökülməsi və həmin hissənin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir (sədrlik edən – Rüfət Məcidov, hakimlər – Rəşad Mamedov və Günay Cavadova).

8. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tə rəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığ ı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Kassasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili iddiadan imtina barədə 2025-ci il 7 oktyabr tarixli ərizə verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır.

12. Belə ki, MPM-in 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd d eyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

13. Həmçinin MPM-in 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə iş üzrə icraata xitam verilməli və MPM-in 417.1.5-ci maddəsinin tələblərinə görə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

14. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 191, 417.1.5-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçının öz iddiasından imtinası qəbul edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 26 may tarixli 2-2(104)-47/2025 nömrəli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar