Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-626/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı tələblər, Yerüstü, yeraltı elektrik xətlərinin, qaz borularının və s. çəkilməsi ilə əlaqədar məhdudiyyətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi və ər azinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 iyun tarixli 2- 2(104)-20/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya RX nömrəli çıxarışa əsasən, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kataqoriyasına daxil olan 0,75 ha torpaq sahəsi daşınmaz əmlakın **********21 reyestr nömrəsi ilə Cavabdeh mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi Dairəsinin 229384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə görə, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ehtiyyat fondu torpaqları kateqoriyasına daxil olan 0,75 ha torpaq sahəsinin planı və ölçüsü 2017-ci il 25 dekabr tarixdə tərtib edilmişdir.
3. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının “Veyisli kənd sakini Cavabdeh sahibkarlıq məqsədi ilə tikinti aparılmasına icazə verilməsi barədə” 2018-ci il 10 iyul tarixli 77 nömrəli sərəncamına əsasən, Cavabdeh ehtiyat fondu torpaqlarından 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsədi ilə tikinti aparılmasına icazə verilmişdir. 4. 2018-ci il 10 iyul tarixli 14 nömrəli obyektin tikintisinə icazə sənədinə əsasən, Goranboy Ra yon İcra Hakimiyyəti Goranboy rayonu Veyisli kənd sakini olan Cavabdeh Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 1617,45 kv.m, tikintialtı sahəsi 1324,96 kv.m, tikintinin həcmi 13514,6 kub.m olan qeyri-yaşayış binasının tikintisinə icazə vermişdir. 5. 2018-ci il 10 iyul tarixli 14 nömrəli tikintiyə icazə barədə xüsusi nişana görə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Cavabdeh 0,75 ha torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə barədə xüsusi nişan verilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin X3 kəmərləri sahəsi “Goranboy QPS” qol qaz kəmərinin “0” “5.131” km-lər arası sahədə texniki pasportuna əsasən, “0” “5.131” km-lər arası sahədə “Goranboy QPS” qol qaz kəməri qolu 0-cı km-dən 5.131-ci km -dək 2016-cı ildən istismara qəbul olunmuşdur. 7. 2020-ci il 21 fevral tarixli akta əsasən, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq Cavabdeh tərəfindən Goranboy rayonu Kəpənəkçi kəndi ərazisindən keçən 325 mm-lik yüksək təzyiqli Goranboy QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə tikili inşa olunması qeyd edilmişdir. 8. 2020-ci il 21 fevral tarixli məktuba əsasən, Qaz İxrac İdarəsi Cavabdeh qaz kəmərinin mühafizə zonasının pozulması barədə xəbərdarlıq göndərmiş, ona tikinti işlərinin dayandırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmişdir.
9. Goranboy Rayon Məhkəməsinin 2020-ci il 5 mart tarixli 2(045)-553/2020 saylı qərardadına əsasən, iddiaçının iddianın təmin edilməsi tədbiri haqqında ərizəsi təmin edlimiş, hazır kı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh Goranboy rayonunun Kəpənəkçi kəndi ərazisində Qaz İxrac İdarəsinin Ağdaş MQKS-nin balansı və istismarına aid olan 325 mm-lik Goranboy QPS qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin və tikintiyə dair hər hansı hüquqi hərəkətləri (sənədləşməsi, dövlət reyestr qeydiyyatına alınması və s) qadağan edilməsi qərara alınmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 31 mart tarixli 2-1(104)-21/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli 2-1(102)1425/2022 saylı qərarlarına əsasən, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh) qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs Cavab deh ticarət obyekti tikilmək üçün cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 2018-ci il 10 iyul tarixli 77 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2020-ci il 4 dekabr tarixli 2-1(114)-1225/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 31 mart tarixli 2-1(104)-21/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2020-ci il 4 dekabr tarixli 2-1(114)-1225/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. İddiaçının kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli 2-1(102)1425/2022 saylı qərarı ilə kas sasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş iaşə obyektinin (şadlıq sarayının) sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Kəpənəkçi kəndi (Goranboy-Goran şosse yolunun sağ tərəf i) ərazisində cavabdeh tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 1999-cu il 21 iyul tarixli, 103 saylı qərarının tələbləri pozularaq Qaz İxrac İdarəsinin X3 kəmərləri sahəsinin balans və istismarında olan, diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 21 metr məsafədə tikinti işləri aparılır. İddiaçı tərəfindən cavabdehə qarşı qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının dayandırılması tələbinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, aparılan tikinti işləri üzrə Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə 2018-ci il tarixli 77 saylı sərəncam verilmişdir. H əmin sərəncamın ləğv edilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Sərəncamın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsinin işə baxıb yekun qərar verənədək iş üzrə icraatın dayandırılması barədə tərəflərindən Goranboy Rayon Məhkəməsinə ərizə təqdim edilmiş və ərizə təmin olunaraq iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə inzibati iş yekunlaşdığı üçün 2(045)-553/2020 mülki iş üzrə icraatın təzələnməsi barədə Goranboy Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş və iş üzrə icraat təzələnmişdir. Bu müddət ərzində cavabdeh Goranboy Rayon Məhkəməsinin tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardadı olmasına baxmayaraq tikinti işləri apararaq kəmə rin mühafizə zonasında iaşə obyekti (şadlıq sarayı) inşa etmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020ci il 30 sentyabr tarixli 10/1444 nömrəli rəyinə əsasən, Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində cavabdeh tərəfindən aparılan tikinti işləri, “Qaz İxrac” idarəsinin X3 kəmərləri sahəsinin balans və istismarında olan diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy GPS” qolu qaz kəmərindən 21 metr məsafədə yerləşdiyindən, həmin tikililər qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 29 dekabr tarixli 10/4021 nömrəli rəyinə əsasən, Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində cavabdeh tərəfindən aparılan tikinti işlər ilə iddiaçının balansında və istismarında olan magistral qaz kəməri X3 Kəmərləri Sahəsinin istismarında olan “Goranboy QPS” qolu (0,325 mm, yeraltı) magistral keçən qaz xətti ilə tikili ilə ara məsafəsi 40 metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizantında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2 və 2.7-ci bəndlərinə əsasən göstərilən qaz borusunun mühafizə zonası 50 m olduğundan cavabdeh tərəfindən inşa edilən tikili qaz kəmərindən 40 m aralıda yerləşd iyini nəzərə alaraq tədqiq olunan tikilinin 10 m hissəsi magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur.
15. Goranboy Rayon Məhkəməsinin 2023-cü il 15 fevral tarixli 2(045)-403/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.
16. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 iyun tarixli 2-2(115)-542/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - G.Quliyeva).
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsində, səlahiyyətli dövlət orqanın icazəsi ilə, tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Həmiçinin məhkəmə diqqətə çatdırmışdır ki, mübahisəli tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən həmin tikiliyə onun gözlənilən mülkiyyət hüququ vardır.
18. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tikilən tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbi təmin edilə bilməz. Təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublika sı Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.2, 139.3, 140. 152.1, 152.5, 180.1, 180.2, 180.4, 238.1, 240.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.23, 2.24-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
22. Azərbaycan Respubli kasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 2024-cü il 22 aprel tarixli 3-16-16/2-10/516 nömrəli ekspert rəyinə əsasən, cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* seriya RX nömrəli qeydiyyat tarixi 2018-ci il 2 yanvar tarixli, reyestr nömrəsi **********21 olan çıxarış əsasında məxsus olan Goranboy şəhəri, GoranboyGoran yolunun sağ tərəfində yerləşən torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aiddir və cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
23. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-20/2 024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov, İ.Həsənov).
24. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, MM-in 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.3, 2.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini n ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri:
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyul tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsi üzrə - İddiaçı §13-14-də göstərilən ekspert rəylərinə istinadən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizantında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.2 və 2.7-ci bəndlərinə əsasən göstərilən qaz borusunun mühafizə zonası 50 m olduğundan cavabdeh tərəfindən inş a edilən tikili qaz kəmərindən 40 m aralıda yerləşdiyini nəzərə alaraq tədqiq olunan tikilinin 10 m hissəsi magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Odur ki, apellyasiya instansiyasının “cavabdehin ucaltdığı tikilinin özbaşına tikili olmaması” barədə göstərdiyi dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması üşün əsas deyildir.
28. Bundan başqa iddiaçı "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğunu vurğulamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsə dləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur....” 33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
19. Mühafizə zonası və tədbirləri
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onla rın zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir....”
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Magistral boru kəmərlərinin mühafizəsi 1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbay can Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. 2.1. Bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenl i qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. 2.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahə si mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; 2.24. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Ne ft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
38. Baxılan işin mübahisəsiz hallarına əs asən 2018-ci il 10 iyul tarixli 14 nömrəli obyektin tikintisinə verilmiş icazə sənədində qeyd edilmişdir ki, Goranboy Rayon İcra Hakimiyyəti cavabdehə Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 1617,45 kv.m, tikintialtı sahəsi 1324,96 kv.m, tikintinin həcmi 13514,6 kub.m olan qeyri-yaşayış binasının tikintisinə icazə vermişdir. Həmçinin həmin sənəddə göstərilmişdir ki, tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılsın.
39. Bundan əlavə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 2019-cu il 10 may tarixli 27254 nömrəli rəyindən görünür ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində qeyri-yaşayış binasının tikinti layihəsi razılaşdırılmışdır. Sözügedən rəyin Memarlıq bö lməsi üzrə 1.1-ci bəndində qeyd edilmişdir ki, Baş planda binanın yerə bağlantısı və yoldan ara məsafəsi göstərilməlidir.
40. Hazırda iddiaçı bildirir ki, cavabdeh tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında iaşə obyekti inşa edildiyi üçün həmin obyekt sökülməli və ərazi əvvəlki vəziyyətinə qaytarılmalıdır.
41. Cavabdeh isə tikintinin aparıldığı torpaq sahəsinin onun mülkiyyətində olmasını, tikinti aparılması üçün hansı sənəd tələb olunmuşdursa, həmin sənədləri əldə etməsini və tikinti işlərini qanunauyğun aparmasını bildirmişdir.
42. İddianı rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən tikilən tikili qanunsuz və öz başına tikinti sayılmadığından, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbi təmin edilə bilməz. Təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar.
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. 44. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsində qeyd edilmişdir ki, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanl arın həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
45. Göründüyü kimi sözügedən maddə ilə mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Buna əsasən icra hakimiyyəti orqanının mühafizə zonasına daxil olan ərazilərdə tikinti işlərinin həyata keçirilməsinə icazə vermək hüququ yoxdur. İcra hakimiyyətinin verdiyi icazə yalnız mühafizə zonasına düşməyən ərazilərdə tikinti işlərinin aparılmasına aid ola bilər. Yəni icazə yalnız mühafizə zonasına daxil olmayan hissəyə tətbiq edilə bilər.
46. Bundan başqa Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının (bundan sonra - Qaydalar) 2.11-ci bəndində də qeyd edilmişdir ki, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır.
47. İş materiallarından da görünür ki, iddiaçının iddianın təmin tədbiri barədə 2020-ci il 24 fevral tarixli ərizəsi üzrə Goranboy Rayon Məhkəməsinin 2020-ci il 5 mart tarixli qərardad çıxarılmaqla iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin qaz kəmərinin mühafizə zonasında tikinti işləri və tikintiyə dair hər hansı hüquqi hərəkətləri qadağan edilmişdir. Lakin iş materiallarından o da görünür ki, cavabdeh bu qərardada heç bir məhəl qoymamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından yayınaraq tikintiyə davam etmişdir.
48. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, Qaydaların 2.24-cü bəndinə görə kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir.
49. İddiaçı da ona verilmiş bu səlahiyyətlərə uyğun davranaraq 2020-ci il 21 fevral tarixində tərtib etdiyi aktda müəyyən etmişdir ki, qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olaraq cavabdeh tərəfindən Goranboy QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə tikili inşa olunur.
50. Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar «Qaz təchizatı haqqında» Qanuna, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edil məsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.
51. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən bu Qaydalar mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohi drogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir.
52. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri daxildir. Göründüyü kimi hazırkı yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu da bu Qaydalarda təsbit edilmiş magistral boru kəmərləri üçün nəzərdə tutulmuş kateqoriyaya daxil olduğu üçün həmin Qaydalarda göstərilən müddəaların mübahisəli məsələyə tətbiqi zəruridir.
53. Həmçinin “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2001-ci il 10 may tarixli qərarında təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər sırasında magistral neftqaz boru kəmərləri də (6-cı bənddə) göstərilmişdir.
54. Sözügedən Qaydaların 2.7-ci bəndində qeyd edilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Belə ki, bu ərazinin ayrılması boru kəmərinin fiziki zədələnməsinin qarşısını almaq, onu qorumaq və boru kəmərinin istismarını təhlükəsiz şəkildə həyata keçirmək məqsədini güdür.
55. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mə hkəmə tikinti-texniki ekspertizasının təqdim etdiyi 2021-ci il 29 dekabr tarixli rəydə və apellyasiya baxışı zamanı təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının verdiyi 2024-cü il 22 aprel tarixli rəydə təsbit edilmişdir ki, mübahisəli tikintinin 10 m hissəsi magistral boru kəmərinin mühafizə zonasına düşür. Göründüyü kimi tikilinin bir hissəsi faktiki olaraq mühafizə zonasında inşa edilmişdir. Belə vəziyyət isə yuxarıda sadalanan normativ-hüquqi aktların imperativ göstərişlərinin pozulması ilə nəticələnmişdir.
56. Yuxarıda da qeyd edildiyi kimi “Qaz təchizatı haqqında” Qanunun, Qaydaların müvafiq normalarının, habelə mövcud ekspert rəyinin əlaqəli sürətdə uzlaşdırmaqla Mülki Məcəllənin 180-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiqi zamanı onun yanlış təfsirinə yol vermişdir.
57. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
58. Normanın dispozisiyasından aydın olur ki, daşınmaz əmlakın özbaşına tikinti sayılmasına səbəb olan hallardan biri də onun tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilməsidir. Hazırkı işin hallarından görünür ki, “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydaların qeyd edilən bəndlərinin tələblərinin pozulması ilə inşa edilmiş tikili Mülki Məcəllənin 180-ci maddəsinin müəyyənləş dirdiyi qaydaların təsir dairəsinə düşür.
59. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnməsi ilə bağlı qənaətinə münasibətdə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu beynəlxalq konvensiyalara görə mütləq hüquq kimi müəyyənləşdirilməmişdir və qanunvericiliklə müəyyən edilmiş hallarda və vəziyyətdə bu hüquq müəyyən məhdudlaşdırılmaya məruz qala bilər. Bu hallardan biri də məhz hazırkı mübahisədə sözügedən magistral boru kəmərinin mühafizə zonasına düşən torpaqla bağlı olan haldır. Belə ki, Qaydaların 2.8-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülk iyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Göründüyü kimi mülkiyyətdə olan torpaq ərazisində mühafizə zonasının müəyyənləşdirilməsi bilavasitə qanunvericiliyin tələblərindən irəli gəlir və bu cür vəziyyət mülkiyyət hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilə bilməz.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mən afelərin real bərpası təmin olunmalıdır.
61. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
62. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə “Qaz təchizatı haqqında” Qanunun 19cu maddəsini, Qaydaların yuxarıda göstərilən bəndlərini və Mülki Məc əllənin 180-ci maddəsini iş üzrə mövcud olan sübutlar əsasında düzgün tətbiq etməyərək yanlış mövqe sərgiləmişdir. Ona görə də iddiaçının kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
63. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
64. Şərh edilənləri və MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyun tarixli 2-2(104)-20/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.