Məhkəmə qərarları › İş №2-2(102)-608/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-608/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-608/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması, lizinq predmetinin qaytarılması, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 may tarixli 2-2(105)30/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 Müqaviləsinin: - 2.1-ci bəndinə əsasən, “Lizinq verən” əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “Lizinq alan” tərəfindən seçilmiş, “Lizinq verən”lə “Satıcı” arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd, 2011-ci il buraxılışlı olan, Shacman SX331 Yük markalı, mühərrik N/SİZ silinmə, şassi LZGJRDT63BX073990 nömrəli, nəqliyyat vasitəsini “Lizinq alan”nın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. “Lizinq alan” isə bu m üqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə “Lizinq verən”ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən hazırkı Maliyyə Lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin “Lizinq alan”a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 2022-ci il 3 iyun tarixinədək qüvvədədir. - 4.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra “Lizinq alan”dan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər “Lizinq alan” tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilm əmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək, tərəflər arasındakı müqavilə münasibətlərinə “Lizinq alan” tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti “Lizinq alan” tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək, Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə “Lizinq alan”ın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq alan tərəfindən ödənilməsini tələb etmək lizinq verənin hüquqlarıdır. - 4.2.1-ci bəndinə əsasən, lizinq obyekti olan əmlakı “Lizinq alan”a lizinq müqavi ləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etmək lizinq verənin vəzifəsidir. - 4.3.3-cü bəndinə əsasən, “Lizinq alan” “Lizinq verən”in yazılı razılığı ilə maliyyə lizinqi müqaviləsi üzrə nəzərdə tutulmuş lizinq obyektini sublizinq müqaviləsi əsasında üçüncü şəxslərin sahiblik və istifadəsinə verə bilər. “Lizinq alan” sublizinq hüququnu “Lizinq alan”la “Lizinq verən” arasında bağlanılmış Maliyyə Lizinqi müqaviləsində nəzərdə tutulan müddətdən artıq müddətə icra edilməsini nəzərdə tuta bilməz. - 4.3.5-cü bəndinə əsasən, “lizinq verən”in qabaqcadan yazılı razılığını almaqla lizinq obyektini əvəzsiz istifadəyə vermək lizinq alanın hüququdur. - 4.4.1-cü bəndinə əsasən, Maliyyə lizinqi müqaviləsinə 01 saylı Əlavə olan Ödəniş qrafıkinə əsasən dövri olaraq müəyy ənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək lizinq alanın vəzifəsidir. - 4.4.2-cü bəndinə əsasən, Maliyyə lizinqi müqaviləsinə əsasən müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra, habelə “Lizinq verən” qarşısında mövcud olan bütün öhdəliklər icra edildikdən sonra lizinq predmetini öz hesabına əldə edib mülkiyyətə qəbul etmək lizinq alanın vəzifəsidir. - 4.4.3-cü bəndinə əsasən, sublizinq hüququnu həyata keçirdiyi zaman mütləq qaydada qabaqcadan “Lizinq verən”in imza və möhürü ilə təsdiqlənmiş yazılı razılığını almaq lizinq alanın vəzifəsidir. - 4.4.8-ci bəndinə əsasən, sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanman, talanması, vaxtından əvvəl sıra dan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, yol nəqliyyat hadisələri və s.) ilə bağlı məsuliyyət daşımaq lizinq alanın vəzifəsidir. - 4.4.9-cu bəndinə əsasən, lizinq obyekti “Lizinq alan”ın günahı ucbatından itirilərsə və ya lizinq obyekti öz funksiyalarını tam və ya qismən itirərsə, bu hal “Lizinq alan”ı “Lizinq verən” qarşısında olan müqavilə öhdəliklərindən azad etmir və icra edilməmiş bütün öhdəliklər icra edilməlidir. - 6.2-ci bəndinə əsasən, tərəflər arasında Təhvil-təslim aktı imzalandıqda “Lizinq verən”in lizinq obyektini “Lizinq alan”ın sahiblik və istifadəsinə verilməsi öhdəliyi icra edilmiş sayılır. - 6.3-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. - 9.1-ci bəndinə əsasən, lizinq ödənişləri maliyyə lizinqi müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə “Lizinq alan” tərəfindən ödənilən lizinq ödənişlərinin ümumi məbləğidir və “Lizinq verən”in xeyrinə həyata keçirilir. - 9.2-ci bəndinə əsasən, lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün he sablanır. lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (Bu müqaviləyə Əlavə № 1) ilə müəyyən edilir. - 9.4-cu bəndinə əsasən, “Lizinq alan”ın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 27.000 manat təşkil edir. Bu ümumi məbləğdən 10.625 manat “lizinq verən”in mükafatını təşkil edir. - 11.1.4-cu bəndinə əsasən, “Lizinq alan” lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə “Lizinq verən”in maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır.

2. Lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabde h2 arasında bağlanmış 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən, “Lizinq verən” və “Lizinq alan” arasında bağlanmış 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli Lizinq müqaviləsinə əsasən, lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə "zamin", “lizinq verən” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüş və lizinq alan üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” "Lizinq alan” ilə birlikdə "Lizinq verən” qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.

3. Zaminlik müqaviləsinin: - 2.1.1-ci bəndinə əsasən, “Lizinq verən” və “Lizinq alan” arasında bağlanmış 2019cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli Lizinq mü qaviləsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş Shacman SX331 markalı avtomobilindən Lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, “Lizinq verən”ə 27.000 manat ödəməsi üzrə, lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə "zamin", “Lizinq verən” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. - 2.2.1-ci bəndinə əsasən, “Lizinq alan” "Lizinq” müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” "Lizinq alan” ilə birlikdə "Lizinq verən” qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. 4. 2019-cu il 3 iyun tarixli təhvil-təslim Aktına əsasən İddiaçı tərəfindən ona məxsus 1 (bir) ədəd, 2011-ci il burax ılışı olan, “SHACMAN SX331” markalı, 1LZGJRDT62BX073990 şassi, N/SİZ SİLİNMƏ mühərrik, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 təhvil verilmişdir. 5. 2020-ci il 12 oktyabr tarixli ərizədən görünür ki, Cavabdeh1 razılığı ilə X1 yol vərəqəsi verilmişdir.

6. İddiaçı tərəfindən 2020-ci il 12 oktyabr tarixində X1 **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün etibarnamə verilmişdir. 7. 2024-cü il 26 fevral tarixli Maliyyə Arayışına əsasən, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış X3 Müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 2023-cü il 6 oktyabr tarixinədək yaranmış 19.565,66 manat əsas borc, 14.100,32 manat mükafat borcu və 475,2 manat penya olmaqla, cəmi 34.141,18 manat lizinq borcu mövcuddur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məh kəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 8 may tarixində cavabdehlər Cavabdeh1 (bundan sonra –) və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “Cavabdeh1” və “Cavabdeh2”) qarşı “lizinq müqaviləsinin xitam olunması, lizinq obyektinin qaytarılması və borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq verən iddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 Müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 Müqaviləsinə əsasən 2023-cü il 6 ok tyabr tarixədək yaranmış 19.565,66 manat əsas borc, 14.100,32 manat mükafat borcu və 475,2 manat penya olmaqla, cəmi 34.141,18 manat məbləğində lizinq borcunun və ödənilmiş 193 manat məbləğində dövlət rusumu əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ saylı X3 Müqaviləsinə əsasən 2011-ci il buraxılışlı “SHACMAN SX331” (VİN: 1LZGJRDT62BX073990) nəqliyyat vasitəsi 2019-cu il 3 iyun tarixdən Cavabdeh1 istifadəsinə verilmişdir. Müqavilənin 9.4-cü bəndinə görə ümumi lizinq ödənişləri 27.000 manat (bundan 10.625 manat “lizinq verən”in mükafatı) olub, aylıq ödəniş 1.045,16 manat, müddət 36 ay, illik faiz 23% müəyyən edilib və ödənişlər qrafik üzrə həyata keçirilməli idi. Lakin cavabdeh 2020-ci il 29 oktyabr tarixindən etibarən ödəniş öhdəliklərini pozmuş, son olaraq 2020-ci il 17 dekabr tarixində 1.514 manat ödəniş etmiş, lizinq predmetini isə etibarnaməsiz idarə edib özündə saxlamışdır. Borc barədə iddiaçı tərəfindən yazılı və şifahi xəbərdarlıqlar olunmuş, müqavilənin birtərəfli xitam ediləcəyi və borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən “Lizinq alan” xitamdan sonra lizinq obyektini geri qaytarmadıqda və ya gec qaytardıqda, “Lizinq verən” ödənilməmiş məbləğin hər günü üçün 3% ödəniş tələb edə bilər.

10. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 Müqaviləsinə əsasən “SHACMAN SX331” nəq liyyat vasitəsi 36 ay müddətinə aylıq 1.045,16 manat ödəniş şərtilə onun və Cavabdeh2 istifadəsinə verilmiş, ilkin dövrdə ödənişlər vaxtında edilmişdir. 2020-ci ilin martından COVİD-19 pandemiyası səbəbilə karantin tətbiq olunduğundan fəaliyyəti dayanmışdır və ödənişlər həyata keçirmək müvəqqəti olaraq mümkün olmamışdır. Bu barədə iddiaçı ilə danışıqlar aparılıb və gecikmələr anlayışla qarşılanıb. 2020-ci ilin noyabrında tərəflər arasında razılaşma əsasında 1.500 manat ödənilib, qalan məbləğ ilə digər şəxsə ötürülmüşdür. 2020-ci il 3 noyabr tarixli yenilənmiş cədvələ görə qalan 20 ay üçün aylıq 1.295,57 manat müəyyən edilmişdir. İddiaçının razılığı ilə Elman adlı şəxsin yönləndirdiyi X1 (bundan sonra – “S.Abdulov”) lizinq predmeti üzrə etibarnamə verilmişdir. Lakin o, ödənişləri etməyib və etibarnamə müddəti bitdikdən sonra da lizinq obyektini qaytarmamışdır. Cavabdeh hesab etmişdir ki, etibarnamə iddiaçı tərəfindən verildiyindən bunu risklərini də iddiaçı daşımışdır. İddiaçı nəqliyyat vasitəsinin qaytarılması və öhdəliklərin icrası üçün real tədbir görməmişdir. Bu səbəbdən S.Abdulovun hərəkətlərindən irəli gələn məsuliyyət cavabdehlərin üzərinə qoyula bilməz və iddia tələbləri əsassızdır.

11. Daha sonra Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək bildirmişdir ki, hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 2024-cü il 26 fevral tarixli maliyyə arayışından da göründüyü kimi Cavabdeh1 tərəfindən sonuncu ödəniş 1.514 manat olmaqla 2020-ci il 17 dekabr tarixdə həyata keçirilmişdir. Hazırkı iddia ərizəsi isə Su mqayıt Kommersiya Məhkəməsinə 2024-cü il 8 may tarixində daxil olmuşdur. Belə olan halda 2021-ci il 3 yanvar, 2021-ci il 3 mart, 2021-ci il 3 mart, 2021-ci il 3 aprel və 2021-ci il 3 may tarixlərinə olan ödənişlərlə bağlı iddia müddəti keçdiyi üçün həmin tarixlərə olan ödənişlər, ümumiyyətlə, ondan tələb edilə bilməz. Əlavə olaraq, iddiaçı tərəfindən kapitallaşma aparılaraq 2020-ci il 3 noyabr tarixində yeni cədvəl tərtib edilmiş və qalan 20 ay müddətində aylıq ödəniş 1.045,16 manat deyil, 1.295,57 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməlidir.

12. Məhkəmən tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 30 sent yabr tarixli 9/6901 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, lizinq müqaviləsi üzrə Cavabdeh1 2020-ci il 12 oktyabr tarixinə, 2022-ci il 3 iyun, 2022-ci il 12 dekabr, 2023-cü il 6 oktyabr və 2024-cü il 7 avqust tarixlərə iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunur: 2020-ci il 12 oktyabr tarixinə əsas borc üzrə 21.074,12 manat, mükafat borcu üzrə 121,18 manat, 2022-ci il 3 iyun tarixinə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 6.464,15 manat, 2022-ci il 12 dekabr tarixinə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 8.786,83 manat, 2023-cü il 6 oktyabr tarixinə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 12.399,87 manat, 2024-cü il 7 avqust tarixinə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 16.098,94 manat.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-c ü il 13 dekabr tarixli e-2-2(119)870/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək lizinq verən iddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 Müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19.235,38 manat əsas borc, 6.464,15 manat mükafat borcu, 300 manat cərimə, 168 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26.167,53 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim - İslam Əliyev).

14. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqi ilə ba ğlı ərizəsinə dair bildirmişdir ki, lizinq verən iddiaçı ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 müqaviləsinin 3.1-ci bəndinə əsasən Maliyyə Lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin “Lizinq alan”a təhviltəslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minmiş və 2022-ci il 3 iyun tarixinədək qüvvədə olmuşdur. Qeyd olunanlara əsasən hazırki iddia ərizəsi verilərkən üç illik iddia müddəti keçməmişdir.

15. Borcun tutulmasına dair iddia tələbinə münasibətdə (qeyd – digər iddia tələbləri üzrə mövqelər hazırkı kassasiya baxışının predmeti olmadığından həmin hissələr bu qərarda göstərilmir) məhkəmə X2 Müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan əsas borcun və mükafat borcunun məbləğlərini mü əyyən edərkən iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 2024-cü il 30 sentyabr tarixli 9/6901 nömrəli Ekspert Rəyini mötəbər sübut olaraq nəzərə almışdır. Həmçinin məhkəmə cavabdehlərdən iddiaçının xeyrinə 300 manat məbləğində cərimə tutulmalı olması qənaətinə gəlmişdir.

16. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi MM-in 421.3, 447.1, 747.1, 7481.12, 748-1.12.4, 748-2.5, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 470.1, 472.1, 462.1, 465.2, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 may tarixli 2-2(105)-30/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddiaçıya məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunaraq iddia həmin hissədə rədd edilmiş, apellyasiya şikayəti qalan hissədə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.Hüseynov, hakimlər – İ.Dəmirov və Z.Məmmədov).

19. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, cava bdehin dəlilləri onu “Lizinq alan” qismində lizinq ödənişləri üzrə öhdəliklərdən azad etmir. Belə ki, 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 Müqaviləsinə görə “Lizinq alan” yalnız “Lizinq verən”in yazılı razılığı ilə lizinq obyektini sublizinqə verə bilər (4.3.3-cü bənd); lizinq obyekti “Lizinq alan”ın günahı ucbatından itirilərsə və ya funksiyalarını itirərsə, bu hal onu müqavilə öhdəliklərindən azad etmir və icra edilməmiş öhdəliklər yerinə yetirilməlidir (4.4.9-cu bənd); təhvil-təslim aktı imzalandıqdan sonra obyektin məhv edilməsi, itirilməsi, korlanması, talanması və istismar risklərinə görə məsuliyyəti “lizinq alan” daşıyır (6.3-cü bənd).

20. Qanunvericiliyə uyğun olaraq və müqavilə şərtlərinə əsasən cavabdeh avtomobili təhvil aldıqdan sonra ona dair bütün risk və məsuliyy ətləri öz üzərinə götürmüşdür. Bu səbəbdən avtomobilin S.Abdulova verilməsi və sonradan talanmasına şərait yaradılması ilə bağlı cavabdehin iddiaçını təqsirləndirməsi əsassızdır. S.Abdulovla ilkin tanışlıq və avtomobilin istifadəsinə verilməsi barədə razılaşmanı Cavabdeh1 etmiş, iddiaçıya yazılı müraciət etmiş, bundan sonra 2020-ci il 12 oktyabr tarixində S.Abdulova yol vərəqəsi və etibarnamə verilmiş, avtomobil və texniki pasport isə cavabdeh tərəfindən təhvil edilmiş, S.Abdulov isə yalnız 2 ay ödəniş etmişdir. Cavabdeh avtomobili üçüncü şəxsə verərkən riskləri özü qiymətləndirməli və risklərdən sığortalanmalı idi. Beləliklə, avtomobilin talanması cavabdehin risk dairəsinə aid olduğundan onu müqavilə öhdəliklərinin icrasından və lizinq borclarının ödənilməsindən azad etmir.

21. Məhkəmə ko llegiyası cavabdehin iddia müddətinin keçməsi barədə dəlilini də əsassız saymışdır. Belə ki, iddia müddəti müqavilədə nəzərdə tutulan bütün öhdəliklərin icra müddəti bitdikdən sonra başlayır. Bu işdə lizinq müqaviləsinin, eləcə də öhdəliklərin icra müddəti 2022-ci il 3 iyun tarixində başa çatmış, növbəti gündən iddia müddətinin axımı başlamışdır. Vaxtaşırı icra edilən öhdəliklər üzrə iddia müddəti 3 ildir. Deməli, iddiaçı 2025-ci il 3 iyun tarixinədək məhkəməyə müraciət edə bilərdi. İddiaçı 2024-cü il 8 may tarixində iddia ərizəsi verdiyindən iddia müddəti ötürülməmişdir. Bundan başqa, lizinq müqaviləsinin müddəti qurtarmış, tərəflər onu uzatmamış, iddiaçı xitam verilməsini tələb etmiş, məhkəmə bu tələbi təmin etmiş və cavabdehlər həmin hissəni mübahisələndirməmişlər.

22. Bununla belə, ape llyasiya instansiyası məhkəməsi lizinq obyekti olan avtomobilin qaytarılmasına dair iddia tələbini əsassız hesab etmişdir.

23. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 373.3, 377.2, 399.4, 684.2, 747.1, 748-2.5, 748-7.1, 748-9, 748-10.1, 751-ci, MPM-in 77.1, 385.1.1, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 448-ci maddəsi üzrə - MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçıya S.Abdulovun nəqliyyat vasit əsindən istifadə edib ödənişləri müvəqqəti icra edəcəyi barədə məlumat verilmiş, iddiaçı buna yazılı razılıq göstərərək 2020-ci il 12 oktyabr tarixində ona etibarnamə (və yol vərəqəsi) tərtib etmişdir. Beləliklə, etibarnamənin verilməsi ilə iddiaçı riskləri öz üzərinə götürmüş, faktiki icra S.Abdulova keçmişdir. S.Abdulovun qanunsuz/təqsirli hərəkətlərindən irəli gələn nəticələrə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məsuliyyətə cəlb edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən iddia tələbləri əsassız olmuşdur. Apellyasiya məhkəməsi isə bu arqumentləri hərtərəfli araşdırmadan və maddi-prosessual hüquq normalarının pozulması barədə dəlillərə lazımi qiymət vermədən birinci instansiyanın əsassız mövqeyi ilə razılaşmışdır.

26. MM-in 373-cü maddəsi üzrə - MM-in 373.3-cü maddəsinə görə vaxtaşır ı icra olunan öhdəliklər üzrə iddia müddəti 3 ildir. İş materiallarına əlavə edilmiş 2024-cü il 26 fevral tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 sonuncu dəfə 2020-ci il 17 dekabr tarixdə 1.514 manat məbləğində ödəniş etmişdir. İddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinə 2024-cü il 8 may tarixində daxil olduğundan 2021-ci il 3 yanvar, 2021-ci il 3 fevral, 2021-ci il 3 mart, 2021-ci il 3 aprel və 2021-ci il 3 may tarixlərinə aid aylıq ödəniş tələbləri üzrə üçillik müddət keçmiş, həmin hissələr tələb oluna bilməz. Üstəlik, iddiaçı 2020-ci il 3 noyabr tarixli kapitallaşma ilə yeni cədvəl tərtib etmiş və qalan 20 ay üçün aylıq ödənişi 1.295,57 manata müəyyən etmişdir. Bu halda da ödənişlər vaxtaşırı tələblərdir və növbəti ay ödənilmədiyi andan hüququn pozuntusu baş vermiş sayılır. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Son ödəniş 2020-ci il 17 dekabr tarixli olduğuna görə müddətin axımı növbəti ay ödəniş olmadıqda həmin vaxtdan başlamışdır. Bu səbəbdən məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almalı idi. Məhkəmənin iddia müddətini tətbiq etməməsi MPM-in 373 və 374-cü maddələrinin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi də tamhüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxmalı olduğu halda (işdə olan və əlavə sübutlar əsasında) birinci instansiyanın bu nöqsanını təkrarlamışdır.

27. MM-in 425-ci maddəsi üzrə - 2019-cu il 3 iyun tarixli 07/0141/DLİZ nömrəli X2 Müqaviləsi üzrə “SHACMAN SX331” nəqliyyat vasitəsi 36 ay müddətinə, aylıq 1.045,16 manat ödəniş şərti ilə cavabdehlərin istifadəsinə verilmiş, pandemiya (COVİD-19) səbəbindən tətbiq edilən xüsusi karantin rejimi ödəniş imkanlarını müvəqqəti məhdudlaşdırmışdır. Bu şərait iddiaçı ilə mütəmadi müzakirə olunmuş, gecikmələr müəyyən müddət anlayışla qarşılanmış, 2020-ci il 3 noyabr tarixində kapitallaşma aparılaraq yeni ödəniş cədvəli tərtib edilmiş (qalan 20 ay üçün aylıq 1.295,57 manat). Sonra iddiaçının razılığı əsasında (müvafiq yazılı müraciətdən sonra) nəqliyyat vasitəsinin idarəsinə S.Abdulova etibarnamə verilmiş, lakin həmin şəxs öhdəliklərə əməl etməmiş, etibarnamənin müddəti bitdikdən sonra da avtomobili qaytarmamışdır. Etibarnamə iddiaçının bilavasitə razılığı ilə verildiyi, bütün risklərin bu razılıq çərçivəsində nəzərə alındığı halda, iddiaçı nəqliyyat vasitəsinin qaytarılması və öhdəl iklərin icrası üçün real tədbirlər görmədən təqsirsiz cavabdehlərə qarşı iddia qaldırmışdır. Bu davranış vicdanlılıq tələbinə zidd hesab edilməli, müqavilə münasibətlərinin faktiki gedişi nəzərə alınmaqla cavabdehlərin məsuliyyəti istisna olunmalı idi. Apellyasiya məhkəməsi isə bu arqumentləri yetərincə qiymətləndirməyərək birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır.

28. MPM-in 217-ci maddəsi üzrə - qətnamə maddi, prosessual hüquq normalarına uyğun, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 21 yanvar tarixli qərarında vurğulayıb ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılıdır. Hazırkı halda məhkəmələr yalnız maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, cavabdehin etirazında və apellyasiya şikayətinin dəlillərində əksini tapan faktiki halları (pandemiya dövründə ödənişlərin yenidən formalaşdırılması, etibarnamənin iddiaçının razılığı ilə verilməsi, avtomobilin talanması ilə bağlı risk bölgüsü və s.) hərtərəfli araşdırmamış, iddiaçının əsaslandırılmamış mülahizələrini üstün tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

30. Mübahisələndirilən qətnamədən aydın olur ki, birinci instansiya məhkəməsi lizinq müqaviləsinin xitam verilməsi tələbini təmin etmiş və cavabdehlər həmin hissəni mübahisələndirməmişlər. Odur ki, həmin hissə apellyasiya baxışının predmetini təşkil etməmişdir. Bu baxımdan, hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı kassasiya şikayətinin dəlillərinə və MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın təmin olunduğu digər hissədə – mübahisəli lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tət biq edilən hüquq

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

373. İddia müddətləri... 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

399. Müqavilənin qüvvəsi... 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir”. “Maddə

684. Əmlak kirayəsi üçün ödəniş müddəti... 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəmə kdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır”. “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin ve rilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir”. “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə 748-9. Lizinqin obyektinin itirilməsi zamanı lizinq alanın vəzifələri Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektin in öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir”. “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə

751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir”.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

35. İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər, o cümlədən mübahisənin mahiyyəti və iddia müddətinin ötürülməsinə dair dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

36. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

37. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür, bununla belə, əlavə olaraq aşağıdakıları bildirir.

38. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görünür ki, mübahisəli lizinq müqaviləsinin 4.3.5-cü bəndində lizinq verənin qabaqcadan yazılı razılığını almaqla lizinq obyektini əvəzsiz istifadəyə vermək lizinq alanın hüququ kimi nəzərdə tutulmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, lizinq alanın həmin hüququndan yararlanaraq, müqavilə ilə nəzərdə tutulmuş qaydada lizinq obyektini öz tanışı S.Abdulovun əvəzsiz istifadəsinə verməsi onu lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir.

40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 33) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumq ayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 may tarixli 2-2(105)-30/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 may tarixli 2-2(105)-30/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar