Məhkəmə qərarları › İş №2-2(102)-61/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-61/2023

07.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-61/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar “Villeroy & Boch A.G” və "xxxx" QSC-nin CavabdehMMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: malların satışına qadağa qoyulması, pul vəsaitinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar “Villeroy & Boch A.G” və İddiaçı2 QSC-nin Cavabdeh MMC-yə qarşı “malların satışına qadağa qoyulması, pul vəsaitinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-789/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, "xxxx" əmtəə nişanı iddiaçı Almaniya Federativ Respublikasında qeydə alınmış hüquqi şəxs olan “İddiaçı1” şirkətinə məxsus, beynəlxalq qeydiyyat yolu ilə mühafizə olunan əmtəə nişanıdır və bu nişanın “Nişanların beynəlxalq qeydiyyatı haqqında” X3 şərtlərinə əsasən (2006-cı il 2 oktyabr tarixli qanuna əsasən Azərbaycan Respublikası qoşulmuşdur) Azərbaycan Respublikası ərazisində mühafizəsi təmin olunur. 2. “İddiaçı1” Şirkəti ilə həm "xxxx" MMC, həm də Cavabdeh MMC arasında ayrıayrılıqda Distribüterlik Razılaşması imzalanmışdır. 3. 2018-ci il 1 iyul t arixli ******* saylı “Azərbaycanda Pərakəndə Satışı Üzrə X1”na əsasən, "xxxx" Şirkəti müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş masaüstü qab-qacaq məhsullarının (qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların) Azərbaycan Respublikasında satışı hüququnu (qeyri-müstəsna) "xxxx" MMC-yə vermişdir. 4. “İddiaçı1” Şirkəti, "xxxx" MMC və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış üçtərəfli sazişdən görünür ki, “Villeroy & Boch A.G” şirkəti tərəfindən 2018-ci il 1 iyul tarixli ******* saylı müqavilə üzrə "xxxx" MMC-yə verilmiş bütün öhdəlik və vəzifələr "xxxx" MMC 2021-ci il 8 yanvar tarixində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tərtkibinə daxil olduğu üçün ona ötürülmüşdür. 5. “İddiaçı1” şirkətinin təsdiq məktubundan görünür ki, İddiaçı2 QSC "xxxx" MMC-in hüquqi varisidir və hazırda Azərbaycanda pərakəndə satış bazarı üçün qab-qacaq məhsulları üzrə “Villeroy & Boch” üçün yeganə səlahiyyətli distribyutordur. Artıq bir neçə ildir ki, İddiaçı2 və "xxxx" Azərbaycanda qab-qacaq məhsullarının yeganə distribyutorudur.

6. İşdə olan "xxxx" müstəqil audit rəyinə əsasən, 2020-2021-ci illər üzrə ümumilikdə "xxxx" QSC-nin satış dövriyyəsi 2019-cu illə müqayisədə 154.314 manat aşağı düşmüşdür. 7. 2019-cu il 23 yanvar tarixli 4748 saylı “Azərbaycan ərazisində hamam və sağlamlıq məhsullarının distrbutorluq müqaviləsi”ndən görünür ki, “İddiaçı1” Şirkəti Azərbaycan Respublikasında hamam və sağlamlıq məhsullarının satış hüququnu (qeyri-müstəsna) Cavabdeh MMC-yə v ermişdir. 8. 2022-ci il 2 iyun tarixli Aktdan görünür ki, Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində 13 yerləşən mağazasından nağd ödəniş etməklə 20 % endirimlə, cəmi 320 manat məbləğinə “İddiaçı1” şirkətinə məxsus (Vileroy VB ********) qab alınmışdır. Bununla bağlı Cavabdeh MMC tərəfindən 320 manat nağd ödənilməsinə dair 2022-ci il 2 iyun tarixli 014030 nömrəli mədaxil qəbzi təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 9. “İddiaçı1” Şirkəti və "xxxx" QSC (bundan sonra – birlikdə “iddiaçılar”, ayrı-ayrılıqda müvafiq olaraq “Şirkət” və “QSC”) 2022-ci il 16 mart tarixində CavabdehMMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və 2022-ci il 11 may tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizəy ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Şirkətə məxsus "xxxx" ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına cavabdeh tərəfindən idxal edilməsinə və eləcə də həmin malların cavabdeh tərəfindən Azərbaycan Respublikası ərazisində satışına qadağa qoyulması, "xxxx" əmtəə nişanından qanunsuz istifadə nəticəsində QSC-yə dəymiş zərər olaraq 150.000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 440 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirkət tərəfindən ö zünə məxsus “Villeroy & Boch” əmtəə nişanı altında istehsal edilən ticarət nişanlı mallarının idxalını və Azərbaycan Respublikası daxilində satışını həyata keçirmək 2018-ci il 1 iyul tarixli hüququnu ******* nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə həvalə etmişdir. QSC "xxxx" MMC-nın hüquqi varisidir. Bununla bağlı Şirkət 2021-ci il 25 yanvar tarixli məktubunda "xxxx" MMC-nin hüquqi varisi QSC-yə ünvanladığını qeyd edərək, bildirmişdir ki, hazırda Azərbaycanın pərakəndə satış bazarı üçün Villeroy & Boch üçün qab-qacaq məhsulları üzrə yeganə səlahiyyətli distribyutorun QSC-dir. Həmçinin bildirmişdir ki, artıq bir neçə ildir ki, QSC və "xxxx" Azərbaycanda qab-qacaq məhsullarının yeganə distribyutoru olmuşdur. Bununla da, QSC uzun illərdir ki, müqavilədə qeyd olunan fəaliyyətlə məşğuldur. Vill eroy & Boch A.G ona məxsus əmtəə nişanı altında istehsal edilən malların Azərbaycan Respublikası ərazisində satılmasına heç bir digər şəxsə razılıq verməmişdir.

11. Buna baxmayaraq, bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh onunla Şirkət arasında heç bir razılıq olmadan, Şirkətin əmtəə nişanı altında istehsal edilən malları digər ölkələrdə əldə edib, Azərbaycan Respublikası ərazisinə qanunsuz idxal edir və satışını təşkil edir, bununla da Şirkətin müvafiq qaydada dövlət qeydiyyatına alınmış əmtəə nişanına dair müstəsna hüququnu aşkar surətdə pozur. Eyni zamanda, cavabdeh bu qanunazidd hərəkətləri həm də QSC-nin əmtəə nişanından müstəsna qaydada istifadə etmək hüquqlarını kobudcasına pozur, QSC-nin satışında əhəmiyyətli dərəcədə azalma yaradır və hər iki iddiaçıya küllü miqdarda ziyan vurur.

12. Qeyd olunan mübahisənin həll edilməsi ilə bağlı iddiaçılar nümayəndəsi vasitəsi ilə cavabdehə 2021-ci il 21 dekabr tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, nəzərdə tutduqları mediatorun təyin olunmasını təklif etmişdir. Cavabdeh 2022-ci il 23 dekabr tarixdə təklifi alsa da, 10 iş günü müddətində təklifə heç bir münasibət bildirməmişdir. Bundan sonra iddiaçılar qanuna müvafiq olaraq mediasiya prosesinin tətbiqi ilə bağlı 6 saylı Bakı Mediasiya Təşkilatına müraciət etmişdirlər. Bundan sonra, həmin Mediasiya Təşkilatın təyin etdiyi mediator tərəfindən 2022-ci il 21 yanvar tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmək üçün məlumat tərəflərə göndərilmiş, buna baxmayaraq cavabdeh bu səfər də, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı mediator tərəfindən keçirilmiş“ İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 2022-ci il 26 yanvar tarixli MŞB/6-132 nömrəli Arayış verilmişdir.

13. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 30cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.5, 21.2-ci; “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 26, 32, 34-cü maddələrinə istinad edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyun tarixli e-2-2(113)-1692/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Pirverdiyev).

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əmtəə nişanı üzərində müstəsna hüquq mütləq hüquq deyil və qanunla müəyyən edilən şərtlərlə məhdudlaşdırılır. “Əmtəə nişanları və coğr afi göstəricilər haqqında” Qanunun müddəalarına əsasən əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur.

16. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında “Villeroy & Boch” əmtəə nişanı olan malları bazardan üçüncü şəxslərdən alaraq satışını həyata keçirdiylərin bildirmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə iddiaçıların cavabdeh tərəfindən maddi zərərin vurulmasına, cavabdeh tərəfindən malların idxal edilməsinə və həmin malların Azərbaycan Respublikasında satışına qadağa qoyulmasınadai r iddia tələbinin dəlilləri ilə razılaşmamışdır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçılar, cavabdeh tərəfindən “Villeroy & Boch” əmtəə nişanından istifadə etməsinin və həmin əmtəə nişanı altında istehsal edilən malların satışının həyata keçirilməsinin məhz qanunsuz olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, cavabdeh tərəfindən “Villeroy & Boch” əmtəə nişanından istifadə edilməsi və həmin əmtəə nişanı altında istehsal edilən malların satışının həyata keçirilməsi qanunsuz olmamışdır.

18. Beləliklə, məhkəmə hesab etmişdir ki, iş üzrə iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz.

19. Məhkəmə öz mövqeyini MM-in 21, 1096.1, 1096.2, 1097.1-ci; “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 26, 34-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçılar 2022-ci il 5 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnaməni ləğv edərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-789/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilmiş, Şirkətə məxsus "xxxx" ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışı cavabdehə qadağan edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

22. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıların birinci tələbinə hüquqi qiymət verərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, təqdim edilən sübutları, işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə həmin tələbin əsassız olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. 23. “Nişanların beynəlxalq qeydiyyatı haqqında” 27 iyun 1989-cu il tarixli X3 2,4-cü maddələrinə və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci, 32-ci maddələrinə əsasən Şirkət "xxxx" əmtəə nişanının beynəlxalq qeydiyyatının Azərbaycan Respublikasının ərazisində qüvvədə olduğu müddətdə həmin əmtəə nişanı barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüquqa malikdir.

24. Əmtəə nişanı sahibinin bu hüququ qanunla və beynəlxalq müqavilələrlə qorunur və heç bir halda mübahisələndirilə bilməz.

25. İşin mübahisəsiz halıdır ki, "xxxx" əmtəə nişanının sahibi olan Şirkət tərəfindən həmin ticarət nişanı ilə istehsal olunan masaüstü qab-qacaq məhsullarının və aksessuarların Azərbaycan Respublikası ərazisində satış hüququ müqavilə əsasınd a yalnız QSC-yə verildiyi halda cavabdeh həmin məhsulların satışını həyata keçirir.

26. Cavabdehlə Şirkət arasında bağlanmış 2019-cu il 23 yanvar 4748 saylı tarixli distrbutorluq müqaviləsindən görünür ki, cavabdehə Şirkət tərəfindən Azərbaycan Respublikasında yalnız hamam və sağlamlıq məhsullarının satış hüququ verilmişdir. Həmin müqavilədə qeyd edilmişdir ki, qeyd edilən müqavilə ilə verilən hüquq heç bir halda Şirkətin digər məhsullarına aid edilmir.

27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin “Villeroy & Boch” əmtəə nişanı altında istehsal edilən məhsulların satışının həyata keçirilməsinin qanunsuz olduğunu sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşür.

28. Lakin apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin sübutetmə yükünü düzgün müəyyən etməmiş, nəzərə almamışdır ki, əmtəə nişanından qanunsuz istifadə edildiyinə dair nişan sahibi və ya buna hüququ olan şəxs tərəfindən iddia irəli sürüldüyü halda istifadənin qanunsuz olmadığına dair sübutları təqdim etmək öhdəliyi cavabdehin üzərinə düşür. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən cavabdehin əmtəə nişanı sahibi ilə bağladığı müqavilə əsasında hamam və sağlamlıq məhsullarını satmaq hüququna malik olduğu mübahisələndirilmir. İddiaçıların mübahisələndirdiyi hal yalnız satış hüququ QSC-yə verilmiş məhsulların qanunsuz satışı ilə bağlıdır.

29. Cavabdeh Azərbaycan Respublikası ərazisində satış hüququ QSC-yə məxsus olan məhsulların ("xxxx" ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə sa tış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların) satışını əmtəə nişanı sahibi ilə müqavilə bağlamadan həyata keçirdiyindən iddiaçıların həm milli, həm də beynəlxalq normaların tələblərinə əsasən həmin məhsulların idxalını və satışını cavabdehə qadağan etmək hüququ müdafiə olunmalıdır.

30. Birinci instansiya məhkəməsi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsini hazırkı mübahisə üzrə tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, bu norma o halda tətbiq edilə bilərdi ki, cavabdeh satış hüququ QSC-yə məxsus olan məhsulları Azərbaycan Respublikası ərazsində Şirkətdən və ya QSC-dən əldə etmiş olsun. 31. "xxxx" əmtəə nişanından qanunsuz istifadə nəticə sində QSC-yə dəymiş zərər olaraq 150.000 manat pulun tutulmasına dair iddia tələbi ilə bağlı apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə cavabdehin Azərbaycan Respublikası ərazisində satış hüququ QSC-yə məxsus olan məhsulların hansı tarixdən satıldığı, satılmış məhsuldan əldə etdiyi gəlirlər barədə sübutlar təqdim edilmədiyindən əmtəə nişanından qanunsuz istifadə nəticəsində dəymiş ziyanın həcmini müəyyən etmək mümkün deyil. Qeyd olunan halın QSC-nin satış dövriyyəsinin aşağı düşməsinə təsir edə biləcəyi ehtimal olunsa da, dövriyyənin azalmasını yalnız bu halla əlaqələndirmək olmaz.

32. Bununla da, dəymiş ziyanla bağlı iş materiallarında mötəbər sübutlar mövcud olmadığından "xxxx" müstəqil audit rəyi cavabdehin hərəkətləri nəticəsin də QSC-yə dəymiş ziyanın həcmini müəyyən etmək üçün əsaslı şübhədən kənar sübut standartına cavab vermədiyindən qətnamə dəymiş ziyanın cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 1096.1, 1096.2-ci; MPM-in 14.2, 217.3-cü; “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3, 25, 26, 28, 32-ci; “Nişanların beynəlxalq qeydiyyatı haqqında” 1989-cu il 27 iyun tarixli X3 2, 4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Həmin qətnamə 2022-ci il 25 oktyabr tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

35. Cavabdeh 2022-ci il 9 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnaməni qismən - Şirkətə mə xsus "xxxx" ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qabqacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına idxalı və satışının cavabdehə qadağan edilməsi hissəsində ləğv edərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 36. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsi üzrə - Cavabdeh iddiaçıların iddia etdiyi tələblər üzrə “Villeroy & Boch” ticarət nişanından qanunsuz istifadə etməmiş və göstərdiyi qanuni sahibkarlıq fəaliyyəti ilə iddiaçılara hər hansı bir məbləğdə maddi ziyan vurmamışdır. Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehə mübahisə predmeti olan məhsulların ("xxxx" ticarət nişanı altında istehsal edilən qab-qacaqların, şüşə məhsulların və aksesuarların) Azərbaycan Respublikasına idxalı və satışının qadağan edilməsi sonuncunun azad sahibkarlıq hüququnun həyata keçirilməsinə ciddi maneə yaratmaqla yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin subyektin qeyd olunan hüququnun pozulmasına səbəb olmuşdur. 37. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi üzrə - İddiaçı2 QSC-nin mübahisə predmeti olan "xxxx" ticarət nişanı altında olan məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalı və eyni zamanda satışının həya ta keçirilməsinin hər hansı subyektə qadağan edilməsini tələb etməsi, başqa sözlə iddia etməsi kimi hüququ yoxdur. Belə ki, "xxxx" əmtəə nişanının sahibi İddiaçı2 QSC olmadığı üçün onun cavabdehə qarşı belə bir tələb irəli sürməsi qanunsuz olmaqla yanaşı müdafiə olunmamalıdır. Belə olan halda da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində gəldiyi və düzgün olmayan bu mövqeyi ilə razılaşmaq qanuni və əsaslı olmazdı.

38. Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələri üzrə Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilməklə həmin normaların tələblərinin pozuntusuna yol verilmişdir. Belə olan halda həmin qətnamə qanuni və əsaslı ola bilməz.

39. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi tə rəfindən qətnamə qəbul edilən zaman həmin maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə cavabdehin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququnun da pozuntusuna yol verilmişdir.

40. MPM-in 217, 218.1, 417.1.4, 418.1 və 418.3-cü maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi işin mahiyyətini tam araşdırmadan, o cümlədən mübahisəni hərtərəfli araşdırıb onlara lazımi hüquqi qiymət vermədən, eləcə də cavabdeh tərəfindən irəli sürülmüş hallara hüquqi qiymət vermədən ədalət mühakiməsinin təməli olan “əsil həqiqətən ortaya çıxarılması” prinsipinin və cavabdehin hüquqlarının pozulması ilə nəticələnən əsassız və qanuni olmayan qətnamə qəbul etmişdir. 41. “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə həmin maddənin 1-ci bəndinin tələbinin də pozuntusuna yol verilmişdir. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsini mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiril məsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, ə mlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüz ar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.” 47. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Q eydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Səna ye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan o lunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Maddə

26. Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər. Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər. Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada gös tərən işarələrlə müşayiət olunmalıdır. Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır. Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir.” “Maddə

34. Hüquqların pozulmasına görə sanksiyalar Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahib inin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüq uq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. İxrac olunması nəzərdə tutulan kontrafa kt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər. Hüquq sahibinin nişanı ilə qanunsuz təchiz edilmiş əmtəələr Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların saxlanması üçün gömrük orqanlarına əsaslandırılmış xahişlə müraciət etmək, əmtəələrin miqdarı və ixracatçı, idxalatçı, daşıyıcı barədə məlumat almaq hüququ vardır. Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər. Əmtəə gömrük sərhəddində qanunsuz saxlanılarsa, onun sahibinə dəyən ziyan təqsirkar tərəfindən ödənilir.”

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübut ların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 36-41) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)789/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisə predmeti olan məhsulların Azərbaycan Respublikasına idxalı və satışının cavabdehə qadağan edilməsi sonuncunun azad sahibkarlıq hüququnun pozulmasına səbəb olur.

51. Kassatorun özünün də istinad etdiyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsinin (bax yuxarıda § 47) məzmunundan aydın olduğu kimi, əmtəə nişanı sahibinin başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ bu əmtəə nişanı ilə olan malların onun özü və ya öz razılığı ilə digər şəxslər tərəfindən Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsi ilə bitir.

52. Beləliklə, o vaxtadək, yəni əmtəə nişanı sahibinə mənsub nişan ilə olan mallar onun özü və ya öz razılığı ilə digər şəxslər tərəfindən Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilənədək əmtəə nişanı sahibi başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququnu özündə saxlamış olur.

53. İşin apellyasiya instansiyası məhəkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisə predmeti olan məhsulların Azərbaycan Respublikasında satış hüququ hazı rda qanuni əsaslarla yalnız İddiaçı2 QSC-yə məxsusdur. Belə ki, sözügedən malların yeganə istehsalçısı və məlum əmtəə nişanının tək sahibi olan “Villeroy & Boch A.G” həmin hüququ hazıradək cavabdehə və ya hər hansı digər şəxsə verməmişdir.

54. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan məhsulların Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsi hüququ hazırda müstəsna olaraq iddiaçılara məxsusdur.

55. İşin apellyasiya instansiyası məhəkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə o da məlum olur ki, cavabdeh son 4 ildə "xxxx" brendi altında istehsal edilən qab-qacaq məsullarını birbaşa istehsalçıdan deyil, üçüncü ölkələrdən Azərbaycana idxal edir. Hazırda həmin məhsulların anbar qalığı 2.500.000 Avrodan yuxarıdır.

56. Göründüyü kimi, ca vabdeh mübahisə predmeti olan məhsulları xaricdən idxal edərək satmaqla məşğul olmuş, bununla da həmin məhsulları hüququ olmadığı halda Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil etmişdir.

57. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhəkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır.

58. Kassatorun mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, İddiaçı2 QSC "xxxx" əmtəə nişanının sahibi olmadığından həmin QSC-nin mübahisə predmeti olan məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalı və eyni zamanda satışının həyata keçirilməsinin hər hansı subyektə qadağan edilməsini tələb etməsi, başqa sözlə iddia etməsi kimi hüququ yoxdur.

59. Halbuki hazırkı iş üzrə yalnız İddiaçı2 QSC deyil, həmçinin müvafiq əmtəə nişanın sahibi olan “Villeroy & Boch A.G” də iddiaçıdır.

60. Eləcə də iddia tələbləri iki hissədən ibarətdir: a) əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi; b) əmtəə nişanından qanunsuz istifadə nəticəsində 150.000 manat məbləğində dəymiş ziyanın ödənilməsi.

61. İddia ərizəsindən və iş materiallarından aydın olur ki, əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi tələbi iddiaçılardan “Villeroy & Boch A.G”-yə, 150.000 manat məbləğində dəymiş ziyanın ödənilməsi tələbi isə İddiaçı2 QSC-yə aiddir.

62. Odur ki, məhkəmə kollegiyası bununla əlaqədar apellyasiya instansiyası məhəkəməsinin qətnaməsinin ləğvi üçün hər hansı hüquqi əsas tapmır və hazırkı dəlili, habelə kassatorun istinad etdiyi digər dəlilləri yalnız formal dəlillər hesab edir.

63. Yuxarıda göstərilənləri üm umiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 48) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 48) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-789/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar