Məhkəmə qərarları › İş №2-2(102)-617/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-617/2025

28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-617/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRAR Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qurbanov Raqib Əİiddin oğlunun məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 3 iyun tarixli 2-2(103)-327/2025 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikay ətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəylı küçəsində yerləşən, sahəsi 220,6 m2 olan 152 C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və həmin qeyri-yaşayış sahəsinin yaxınlığında Cavabdeh MTK tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MTK-ya (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi olaraq 200.000 manatın, mənəvi ziyanın əvəzi olaraq 300.000 manatın, həmçinin ödədiyi 30 manat dövlət rüsumun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi uzun müddət tikiş fabriki kimi fəaliyyət göstərmiş, lakin bir neçə ildir qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə cavabdeh tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edildiyindən qazma və tikinti işləri nəticəsində əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür. Qeyri-yaşayış sahəsinin yan divarlarında geniş şəkildə çatlar yaranmış, dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsi dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı ciddi təhlükəyə düşdüyündən, fəaliyyətlərini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrlə cavabdehin rəhbərliyinə bu barədə müraciətlər ünvanlamışlar, lakin heç bir nəticə əldə olunma mışdır. Hazırkı şəraitdə orada fəaliyyət göstərmək mümkünsüz hala gəlmişdir. Orada çalışan işçilərdən başqa, ətrafda olan insanların da həyat və sağlamlığı üçün böyük təhlükə yaranmışdır. Bu baxımdan həm Binəqədi rayon İcra Hakimiyyətinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə yazılı şəkildə müraciət etmişdir. Ona vurulmuş maddi ziyan 200.000 manat təşkil edir. Cavabdehin rəhbərliyi hər dəfə dəymiş ziyanın aradan qaldıracağına və ya əvəzi ödənilməklə qeyri-yaşayış sahənin satın alınacağına söz versə də, bu günə kimi heç bir addım atılmamışdır. Bu neçə ildə işi dayanmış, cavabdeh ona maddi ziyan vurmaqla yanaşı, mənəvi ziyan da vurmuşdur. Belə ki, hər dəfə cavabdeh tərəfindən aldadılaraq bəhanələr uydurulması, əmlakının yararsız vəziyətə salınmasından irəli gələ n stres və psixoloji basqı ona mənəvi zərər yetirmiş, həddindən çox iztirab çəkmişdir. Nəticədə mənəvi ziyan kimi 300.000 manat məbləğində ziyan dəymişdir.

4. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddia tələbində göstərilən rəqəm şişirdilmişdir və heç bir əsaslı sübuta əsaslanmır. Cavabdeh dəfələrlə dəymiş zərəri öz imkanları hesabına aradan qaldırmaları ilə bağlı barışıq təklif etmiş, lakin iddiaçı həmin təklifi qəbul etməmişdir. Həmçinin iddiaçı özü zərər dəyən hissəni onlara göstərmişdir. Oradan cəmi 20 kv.m-ə zərər dəydiyi görünür.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 22 iyul tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan R espublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 2021-ci il 22 fevral tarixli mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikintiquraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu müəyyən edilir: Tədqiq olunan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın həcmi, həmin qeyri-yaşayış sahəsi üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, eləcə də ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dai r layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.”. 6. "xxxx" MMC-nin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin sifarişi əsasında tərtib etdiyi 2021-ci il 26 noyabr tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 152C saylı qeyri-yaşayış sahəsi hazırda istismara yararsız və qəzalı vəziyyətdədir. Qeyd olunan qeyri-yaşayış sahəsinin bərpası mümkün deyildir. Yenidən tikintisi 1 kv.m sahə üçün 400-450 manat arası, ümumilikdə isə 78.500 manat vəsait tələb olunur”.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azkommunlayihə” KLİ tərəfindən verilmiş 2022-ci il 2 iyun tarixli rəydə göstərilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalıdır. Cavabdeh MTK-ya məx sus hündürmərtəbəli yaşayış binası qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa gücləndirilməsi məqsədə uyğun hesab olunmur.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 18 iyul tarixli rəyində göstərilmişdir ki, “Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 2021-ci il 22 fevral və 2022-ci il 17 iyul tarixli mütəxəssis rəylərində qeyd olunanlar nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 m2 olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu və idd iaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla cavabdehə məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı müəyyən edilmişdir. Həmçinin göstərilən qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300 manat məbləğində müəyyən olunmuşdur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 10 avqust tarixli 2(006)-96/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 110.300 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 110.330 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın Cavabdeh MTK-dan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Ramin Xəlilov). 10.Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, təkrar ekspertiza keçirilməklə və faktiki ziyan müəyyən edilməklə bunun əsasında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il 7 dekabr tarixli 2(103)6911/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.İsgəndərov, hakimlər – İ.Kərimli və E.Kazımov). 12.Həmin qətnamədən cavabdeh t ərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 11 aprel tarixli 2(102)1496/2023 qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir (məruzəçi hakim – Ə.Əliyev, hakimlər – M.Əhmədova və V.Həsənov). 13.Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının əmlakına cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində əmlakın istismara yararsız vəziyyətə düşməsi məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində (cavabdehin etirafı, mütəxəssis və ekspert rəyləri ilə) işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərindən görünür ki, qeyri-yaşayış obyektinin sağ yan fasad hissəsində yerləşən əsas yükda şıyan divarın (ofis otağının) deformasiya olaraq, öz şaquli vəziyyətindən əyildiyi, hörgü daşlarının aralandığı, digər divarlarda hündürlük boyunca şaquli və üfüqi istiqamətlərdə çatlar yarandığı, divar kağızlarının qopduğu, otaqların, eləcə də, sanitar qovşaqların faktiki vəziyyətdə istifadə üçün yararsız vəziyyətə düşdüyü, ofis otağın ağac materialından olan döşəməsinin deformasiyaya uğraması, tavana vurulmuş lambrin üzlüklərin qopub töküldüyü, divarların üzərində nəmlik əlamətləri əmələ gəldiyi, bəzi tikililərin dam örtüyünün sınıb dağıldığı, arxa fasad hissəsində olan dam hissəsinin yararsız vəziyyətə düşdüyü, ümumilikdə qeyriyaşayış binasının texniki cəhətdən qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş, obyektin bərpa-gücləndirilməsi mümkün və məqsədəuyğun hesab olunmamışdır. Məhkəmə Eks pertizası Mərkəzinin 2022-ci il 18 iyul tarixli 10/3101 nömrəli ekspert rəyinə əsasən, hazırda tikilinin 1,0 kv.m-nin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 500 manat təşkil edir. Belə olan halda, ümumi sahəsi 220,6 kv.m. olan qeyriyaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110.300 manat məbləğində müəyyən olunur. Bazar qiyməti dedikdə, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti başa düşülür. Lakin ekspert rəyinə tikilinin 1,0 kv.m sahəsinin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyərinin təqribən 500 manat olmasını təsdiq edən smeta və ya hesabat cədvəli əlavə olunmamış, həmin məbləğin hansı əsaslarla müəyyən olunması göstərilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iş materiallarında olan "xxxx" MMCnin 2021-ci il 26 noyabr tarixli mütəxəssis rəyində 1,0 kv.m sahənin tikintisi üçün 400-450 manat, ümumilikdə 78.500 manat məbləğində vəsaitin tələb olunduğu göstərilmişdir. Göründüyü kimi, iki fərqli rəylə müəyyən olunmuş məbləğlər arasında kifayət qədər böyük fərq mövcuddur. Buna görə də, orta bazar qiymətinin müəyyən olunmasının əsasları ekspert tərəfindən aparılmış araşdırmada öz əksini tapmalıdır. Həmin əsaslar göstərilmədən, ekspert rəyinin mülki prosessual qanunvericiliyə uyğun, kifayət qədər aydın və ya tam olması qənaətinə gəlmək qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə alma dan, ekspert rəyinə tənqidi yanaşmadan, mülki prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan ekspert rəyinin mötəbərliyini qəbul etmişdir. 14.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 4 iyul tarixli 2(103)4100/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 10 avqust tarixli qətnaməsi ləğv olunaraq iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – Cəmilə Musayeva, hakimlər – Fuad Babayev və Günay Axundova). 15.Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 oktyabr tarixli qərardadı ilə iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, həmin təyinat əsasında verilmiş 2024-cü il 25 iyun tarixli rəydə göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmalı bərpa-gücləndirmə işlərinə sərf olunacaq vəsaitin dəyəri, müvafiq təşkilatlar (Fövqəladə Hallar Nazirliyinin Tikinti Konstruktoru) tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, eləcə də ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. 16.Məhkəmənin 2024-cü il 7 avqust tarixli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi “AB Consulting MMC-yə həvalə edilmiş, həmin MMC-nin 2024-cü il 29 noyabr tarixli rəyində, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, C. Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 kv.m olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın 211.200 manat təşkil etdiyi göstərilmişdir. 17.Bakı Kommersiya Məhkəməsinin (bundan sonra – “birinci instansiya məhkəməsi”) 2024-cü il 23 dekabr tarixli 2-2(113)-225/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, maddi ziyanın əvəzi olaraq 110.000 manatın, mənəvi ziyanın əvəzi olaraq 1000 manatın, dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 200 manatın Cavabdeh MTK-dan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – K.Hüseynov). 18.Məhkəmə ekspert rəylərinə əsaslanmaqla iddiaçıya məxsus sahəyə dəymiş zərərin məhz cavabdehin aparmış olduğu tikinti işləri nəticəsində baş verdiyi müəyyən etmiş, ziyanın məbləğinin isə Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 iyul tarixli rəyində göstərilən 110.300 manat təşkil etməsini ağlabatan hesab etmişdir. 19.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin hərəkətləri ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi yararsız vəziyyətə düşmüş və iddiaçı ondan istifadə etmək imkanından məhrum olmaqla iztirab keçirmişdir. Buna görə də, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 20.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1-ci, 21.2-ci, 1096-cı, 1097.1-ci, 1108.1-ci, 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 21.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddianın təmin olunduğu hissədə ləğv olunmasını və təkrar eksperti za keçirilməklə faktiki ziyan məbləği müəyyən olunaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat 22.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 iyun tarixli 22(103)-327/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmiş, zərər məbləğinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş tədqiqatın dəyəri olan 500 manatın isə cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva). 23.Apellyasiya məhkəməsi bildirmişdir ki, hazırki halda ape llyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. 24.İşə əvvəllər baxmış kassasiya instansiyasının qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün qiymətləndirici mütəxəssisin, eləcə də ekspert rəyinın alınmasını zəruri hesab etmiş, bu səbəblə müvafiq qərardadlar çıxarılaraq ekspert qarşısında “Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərzadənin 2022-ci il 18 iyul tarixli 10/3101 saylı rəyi (iş səh. 143-145, İ cild) ilə müəyyənləşdird iyi, 1,0 kv.m. sahənin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə 500 manat olduğunu təsdiq edən smeta və ya hesabat cədvəli tərtib olunsun, həmin məbləğin hansı əsaslarla müəyyənləşdirdiyi izah edilsin” məsələsinin həlli, mütəxəssis qarşısında isə “iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hansı məbləğdə ziyan dəymişdir? ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bərpası mümkündürmü, əgər mümkündürsə bunun üçün nə qədər vəsait tələb olunur? (hesablamalar smeta və ya hesabat cədvəli əlavə olunmaqla aparılsın)” sualları qoyulmuşdur. 25.Ekspertiza tədqiqatının aparılması üçün Ədliyyə Nazirliyinin Ekspertizası Mərkəzinə göndərilmiş iş rəy verilmədən geri qaytarılmış, "xxxx" MMC-nin mütəxəssisqiymətləndiricisinin 2025-ci il 15 may tarixli hesab atında isə hesabat cədvəli əlavə olunmaqla aşağıdakılar göstərilmişdir: - İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və əraziyə baxış keçirilmiş, “BOSCH DLE 70 Professional” ölçü cihazı vasitəsilə qiymətləndirmə obyektində ölçü işləri aparılmış və smeta dəyəri hesablanaraq qiymətləndirmə işi həyata keçirilmişdir. Qeyri-yaşayış sahəsinə baxış zamanı məlum olmuşdur ki, qiymətləndirmə obyektinin yanında Cavabdeh MTK tərəfindən hündürmərtəbəli bina inşa edilmişdir. Bina ilə qiymətləndirmə obyektinin ara məsafəsi 4 metrdir. Binanın tikintisi nəticəsində qiymətləndirmə obyekti olan iddiaçıya məxsus 1 mərtəbəli tikilidə bərpası mümkün olmayan ciddi çatlar əmələ gəlmiş və qəzalı vəziyyətə düşmüşdür. Nəticədə qiymətləndirilən əmlakın bazar dəyərinə mənfi faktor kimi ciddi təsir etmişdir. - Bu hal normativ ara məsafəsi pozuntusu və tikinti zamanı texniki təhlükəsizlik tələbləri pozulması kimi qiymətləndirilir. Hündürmərtəbəli bina tikərkən digər tikililər (mənzilli binalar, fərdi evlər və ya qeyri-yaşayış binaları) ilə ara məsafəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti normalarına əsasən müəyyən olunur. Bu məsafə bir neçə amildən asılıdır: Hündürlükdən asılı məsafə (yaşayış binaları üçün) – Hündürlüyü 9 metrdən artıq olan binalar üçün ən azı binanın hündürlüyünün yarısı qədər məsafə saxlanılmalıdır; Yanğın təhlükəsizliyi tələbləri İki bina arasında yanğın təhlükəsi baxımından minimal məsafə (5 metrdən az olmamaq şərti ilə) saxlanmalıdır, əgər divarlar yanğın keçirməz materialdan hazırlanmayıbsa; pəncərə və günəş işığı tələbləri - Əgər bina pəncərə lərə malikdirsə, qarşısındakı binanın bu pəncərələrin günəş işığı almasına mane olmaması üçün insolyasiya normaları nəzərə alınmalıdır. Bakı şəhəri üçün bu normalar adətən 3 saatdan az olmayaraq birbaşa günəş işığının düşməsini tələb edir. - Cavabdehin inşa etdiyi bina 16 mərtəbəlidir: Azərbaycanın şəhərsalma normalarına görə, binalar arasında minimal məsafə bina divarının hündürlüyünün müəyyən bir hissəsi qədər olmalıdır. Bu hissə, adətən, 0.6 dəfə bina hündürlüyü olaraq qəbul edilir. Bina hündürlüyü: 16 mərtəbəli bina təxminən 48 metr hündürlüyündədir. Minimal ara məsafəsi: 48 m × 0.6 = 28.8 metr. Bu hesablamaya əsasən, qiymətləndirilən 1 mərtəbəli tikili ilə cavabdehin inşa etdiyi 16 mərtəbəli bina arasında ən azı 28.8 metr məsafə saxlanmalıdır. - Beləliklə, mütəxəssis qarşısında qoyulm uş: 1-ci sualın həlli ilə bağlı olaraq, apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumilikdə inşasına çəkilmiş xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla): 121.144,70 manat təşkil edir. 2-ci sualın həlli ilə bağlı olaraq, cavabdeh tərəfindən hündürmərtəbəli bina inşa edilən zaman geniş və dərin qazılan fundament (1.5–2.5 m dərinlikdə plitə + şaquli svaylar) torpağa böyük statik və dinamik yük ötürmüşdür. Torpaq sahəsinin yerdəyişməsi və sıxışması nəticəsində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının daşıyıcı divarlarında və təməl hissəsində bərpası mümkün olmayan genişlənən dərin çatlar, çökmələr, konstruktiv zədələr əmələ gəlmiş və tikilinin sabitsizliyinə səbəb olaraq qəzalı vəziyyətə dü şmüşdür. Bu səbəbdən qiymətləndirmə zamanı qiymətləndirilən qeyri-yaşayış binasının yenidən yаrаdılmаsınа və yа əvəzlənməsinə çəkiləcək cаri хərclərin müəyyən еdilmiş, yenidən (A-dan Z-yə) inşa xərci hesablanmışdır. 26.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış (yoxlanılan hissədə) və hesab etmişdir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. 27.Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 kv.m olan 152C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin qeyri-yaşayış sahəsinin yaxınlığında cavabdeh tərəfindən hündür mərtəbəli yaşayış binası inşa edildiyindən qazma və tikinti işləri nəticəsində əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür. Bu baxımdan iş üzrə müəyyən edilməli olan ilk hal, iddiaçıya məxsus əmlakın cavabdehin təqsiri ucbatından qəzalı vəziyyətə düşüb-düşmədiyidir və bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından baş verib-vermədiyinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. 28.İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən əldə olunmuş ekspertiza rəylərini, habelə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 2021-ci il 22 fevral tarixli mütəxəssis rəyini işin faktiki halları ilə birlikdə qiymətləndirən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya məxsus əmlakın məhz cavabdehin hüquqazidd təqsirli hərəkətləri nəticəsində qəzalı vəziyyətə düşdüyü sübuta yetirilmişdir. Başqa sözlə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplər tələb edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilsin. 29.Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının bərpagücləndirilməsinin məqsədəuyğun hesab olunmadığı da işin müəyyən edilən halıdır və iddiaçı bu səbəblə əmlakının bərpasını deyil, bunun müqabilində kompensasiya istəmişdir – bu baxımdan, iddiaçının məruz qaldığı ziyanın kompensasiya olunması onun pozulmuş hüququnun bərpasına xidmət edəcək vasitə kimi nəzərdən keçirilməlidir. 30.Bu na görə də məhkəmə kollegiyası iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparmış bu zaman sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayınmanın yolverilməz olduğunu nəzərə almışdır. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Bu kontekstdə məhkəmə kollegiyası təkrar apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyini işdəki digər sübutlarla birgə qiymətləndirərək hesab etmişdir ki, iddiaçıya məxsus əmlaka dəymiş ziyanı əldə etdiyi ekspert rəyi əsasında müəyyənləşdirən birinci instansiya məhkəməsi haqlı olmuşdur. 31.Xüsusilə nəzərə alınmalıdır ki, kifayət qədər ciddi araşdırma aparılmaqla və hesabat cədvəli əlavə olunmaqla hazırlanmış "xxxx" MMC-nin mütəxəssis-qiymətləndiricisinin hesabatında qeyri-yaşayış sahəsinin inşasına çəkilmiş xərcin həcminin və dəyərinin (işçilik və material xərci daxil olmaqla) 121.144,70 manat təşkil etdiyi nəticəsinə gəlinmişdir və bu rəqəm rəylərin hazırlandığı tarix intervalı nəzərə alınmaqla ekspertin müəyyənləşdirdiyi rəqəmlə uyğunluq təşkil etmişdir. 32.Məhkəmə kollegiyası cavabdeh MTK-nın təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun müddətdir məhkəmə çəkişməsinə məruz qaldığını nəzərə alaraq iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması ilə bağlı gəl inən nəticəni də əsaslı hesab etmiş və bildirmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzini simvolik olaraq 1000 manat həcmində müəyyənləşdirən birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. 33.Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “Konstitusiya”) 13, 29-cu, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, MM-in 21, 203.3, 203.5, 425, 1096.1, 1097.1, 1108.1, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 34.Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahi ş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İş üzrə məhkəmə ekspertiza təyin edərkən məhkəmə tərkibinin obyektə yerində baxışda iştirakının təmin olunması barədə şifahi vəsatət verilmiş, məhkəmə də obyektə baxış keçirilməsinin mümkünlüyünü bildirmişdir. Buna baxmayaraq, bütün instansiyalarda dəfələrlə qaldırılmasına rəğmən hakimlər tərəfindən obyektə faktiki baxış keçirilməmiş, ekspertiza tədqiqatı zamanı da yerində baxış aparılmamışdır. Halbuki obyektə yerində baxış keçirilməsinin zəruriliyi ondan ibarət idi ki, iddiaçının iddia etdiyi kimi ona məxsus obyektin guya 220 kv.m sahəsinə deyil, faktiki olaraq yalnız 20-30 kv.m sahəsinə ziyan dəyməsi müəyyən edilə bilərdi. İddiaçı özü də yalnız 20-30 kv.m sahəyə ziyan dəydiyini bild iyi halda böyük məbləğdə kompensasiya almağa çalışır və əsassız varlanmaq məqsədi güdür, məhkəmələr isə obyektiv araşdırma aparmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası əvvəlki kassasiya qərarındakı göstərişlərə baxmayaraq iş üzrə təyin olunmuş təkrar ekspertizalar arasında ciddi ziddiyyətlər qalmışdır. Məhkəmə isə bu ziddiyyətləri aradan qaldırmadan, obyektə yerində baxış keçirmədən, iddiaçının əmlakının yalnız zədələnmiş hissəsinin həqiqi sahəsini müəyyən etmədən qərar qəbul etmişlər. Beləliklə apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini yerinə yetirməmiş, təkrar ekspertizalar arasındakı ziddiyyətləri aradan qaldırmamış, zərərin həqiqi məbləğini sübuta yetirməmiş, iddiaçının yalnız zədələnmiş sahə üzrə mümkün xərclərini deyil, bütöv obyektin yen idən tikilməsi dəyərini rəhbər tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tədbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurul masına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” “Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.” 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

42. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

43. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarə t olmasına dair aydın şəkildə izah verilməmişdir.

44. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

45. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnaməd ə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

47. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

48. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya K ollegiyasının 2025-ci il 3 iyun tarixli 22(103)-327/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar