Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-630/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, dövlət rüsumunun məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli, 2-2(103)-809/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq" ASC-dən 190.693 manat məbləğində pulun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması və bundan sonra “Azərişıq" ASC-nin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay Korporasiyanın hesabından azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 iyun tarixli, e-2-2(113)-276/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, qətnamə qəbul edildiyi tarixdən cavabdeh tə rəfindən iddiaçıya elektrik enerjisindən istifadəyə görə haqqın hesablanması iddiaçının elektrik qurğuları vasitəsilə qidalandırılan cavabdehin abonentlərinin elektrik enerji sərfinin texnoloji itkiləri Korporasiyanın hesabından çıxılmaqla aparılması, çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir
3. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, pul tələbinin təmin olunmaması hissəsində ləğv olunması, həmin hissədə iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmi şdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli, 2-2(103)-809/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
5. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə görə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsində təsbit olunmuşdur ki, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki iddianın 01 oktyabr 2021-ci il tarixdə v erildiyini, eyni zamanda iddianın qiymətinin 190.693 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 240,34 manat təşkil edir (390 manat + 90.693 x 0,1 % = 480,69; 480,69 / 50 % = 240,34). Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, dövlət rüsumu kimi 240,34 manat deyil, cəmi 15 manat ödənilmişdir. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.3, 363.1.2-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanu nunun 8.6, 8.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
7. Qərardad 2022-ci il 2 avqust tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
8. Həmin qərardaddan iddiaçı tərəfindən 2022-ci il 11 avqust tarixdə kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 2 avqust tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilməklə icraata qəbul edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 8.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Həm iş materiallarından həm də bu şikayətə əlavə edilmiş iddia ərizəsinin göndərilməsinə dair elektron sistemdən olan pdf ç ıxarışa əsasən, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə 2022-ci il 30 oktyabr tarixdə göndərilmiş və iddia ərizəmiz 2022-ci il 1 oktyabr tarixə qədər göndərildiyi üçün iddia ərizəsinə əlavə edilən dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia ərizəmiz 30 manat həcmində dövlət rüsumu ilə qanuni olaraq icraata qəbul edilmiş və birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində heç bir zaman ödənilmiş dövlət rüsumunun məbləği mübahisələndirilməmişdir
10. İddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənildiyi üçün, həmin iddia üzrə yekun məhkəmə qərarından verilən apellyasiya şikayətinə həmin məbləğin 50% həcmində-15 manat dövlət rüsumu ödənilmişdir.
11. Məhkəmə tərəfindən, iddia verilənə qədər qüvvədə olan qanunvericiliyin tələb ləri nəzərə alınmamış və əsassız olaraq apellyasiya şikayəti apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. I. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ 16.Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumun un dərəcələri 8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla)....” 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı....” “Maddə
363. Apellyasiya şikayətinin q aytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
18. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən iş in faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
20. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
21. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə iddianın 2021-ci il 1 oktyabr tarixdə verildiyi ni, eyni zamanda iddianın qiymətinin 190.693 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 240,34 manat təşkil edir. Lakin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, dövlət rüsumu kimi 240,34 manat deyil, cəmi 15 manat ödənilmiş, yəni dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-ə 2021-ci il 9 iyul tarixli, 363-VİQD saylı Azərbaycan Respublikası Qanunu ilə bir sıra dəyişikliklər edilmiş, bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun “Keçid müddəaları”nın 2.2-ci bəndində onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil olunması nəzərdə tutulmuşdur.
23. Eyni zamanda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2021-ci il 9 iyul tarixli, 364-VİQD saylı Qanununun 2.1-ci maddəsində göstərilmişdir ki, bu Qanun 2021-ci il oktyabrın 1dən qüvvəyə minir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Göründüyü kimi, MPM-ə müvafiq dəyişikliklərin qanuni qüvvəsini alması və tətbiqi tarixi ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərin qüvvəyə minməsi və tətbiqi tarixləri eynilik təşkil etmiş dir.
24. MPM-in 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
25. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 2021-ci il 1 oktyabr tarixdə daxil olmuşdur. Belə olan halda, istinad olunan Qanuna əsasən onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edildiyi nəzərdə tutulduğundan, hazırki halda MPM-in yuxarıda qeyd olunan 128.3-cü maddəsi ilə əlaqəli surətdə qiymətləndirilərək tətbiq olunmalı idi.
26. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
27. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
28. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli, 2-2(103)-809/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kol legiyasının 2022-ci il 2 avqust tarixli, 2-2(103)-809/2022 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.