Məhkəmə qərarları › İş №2-2(102)-640/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-640/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq sahəsinin boş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-640/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqavilələrinin ləğvi, icarə haqqı tələbi və torpaq sahəsinin boşaldılması (zəbt edilmiş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə q arşı “icarə müqavilələrinin ləğvi, icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 iyul tarixli 2-2(105)-67/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyəverən Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" MMC arasında bağlanmış 2007-ci il 25 may tarixli 431 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 200.000 kv.m torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə mü əyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 3.3-cü bəndində görə icarəçi hər il 32.000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür.

2. İcarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" MMC arasında bağlanmış 2007-ci il 25 may tarixli 432 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən 10.000 kv.m torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədilə 99 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 3.3-cü bəndində görə icarəçi hər il 1.600 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. - Həmin müqavilələrin 3.4-cü bən dinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz dayanıqsızlıq ödəyir.

3. Sumqayıt Bələdiyyəsi tərəfindən tərtib olunmuş arayışa görə, "xxxx" MMC-nin 2007-ci il 25 may tarixli 431 nömrəli və 2007-ci il 25 may tarixli 432 nömrəli torpaq icarəsi müqavilələri üzrə borcları 468.000 manat icarə haqqı, 147.420 manat dəbbə pulu, illik 5% hesablanmaqla 23.400 manat zərər olmaqla, ümumilikdə 638.820 manat təşkil edir, bu borc 2016-ci ilin altı ayı və 2017-2023-cü illər üzrə hesablanmışdır.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 22(85)1576/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 12 və 31 saylı protokolların qərarları və həmin qərarlar əsasında bağlanılmış 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması, "xxxx" MMC-dən 2016-cı ilin yanvarın 1-dən iyulun 1-dək torpaqdan istifadəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Bələdiyyəyə ödənilməsi və "xxxx" MMC-dən dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 18 aprel tarixli 2-2(105)-30/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 4 mart tarixli 2-2(102)-62/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, 12 və 31 saylı protokolları qərarlarının ləğv edilməsi hissəsində işin icraatına xitam verilmiş, digər hissədə isə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – A.Hüseynov və R.Nəbizadə).

7. Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(105)-69/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 2-2(85)-1576/2016 nömrəli qətnaməsi 431 və 432 saylı müqavilələrin ləğv edilməsi, qeyd olunan torpaq sahələrinin Bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması və "xxxx" MMC-dən 2016-cı ilin yanvarın 1-dən iyulun 1-dək torpaqdan istif adəyə görə yaranmış 16.800 manat icarə haqqı borcunun tutularaq Bələdiyyəyə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 2 fevral tarixli 2-2(102)33/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin Sumqayıt Bələdiyyəsinin 2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 may tarixli 2-2(105)-55/2021 nömrəli istinad olunan qərardadı il ə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 28 oktyabr tarixli 2-2(85)1576/2016 nömrəli qətnaməsi – 2007-ci il 25 may tarixli 431 və 432 saylı torpaq icarə müqavilələrinin ləğv olunması, qeyd olunan torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli, 2-2(85)1827/2015 nömrəli qətnaməsinə əsasən Sumqayıt Bələdiyyəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, ümumilikdə 153 581,52 manat icarə haqqı borcunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Sumqayıt Bələdiyyəsinə öd ənilməsi qət olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 11.Sumqayıt Bələdiyyəsi (bundan sonra – “iddiaçı”) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 6 noyabr tarixində “icarə müqavilələrinin ləğvi, icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” iddia tələbi ilə məhkəməyə müraciət edərək, 2007-ci il 25 may tarixli 431 nömrəli və 2007-ci il 25 may tarixli 432 nömrəli torpaq icarə müqavilələri əsasında cavabdehnın icarəsinə verilmiş ümumi sahəsi 21,0 hektar olan torpaq sahəsindən istifadəyə görə yaranmış üzrə 468.000 manat icarə haqqı, həmin müqavilələr üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 170.820 manat olmaqla, ümumilikdə 638.820 manat pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 400 man at mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, 2007-ci il 25 may tarixli 432 nömrəli və 2007-ci il 25 may tarixli 431 nömrəli torpaq icarə müqavilələrinin ləğv edilməsi, torpaq sahələrinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi işin göstərilən halları ilə (bax §1-3) əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının 2006-cı il 4 aprel tarixli 12 nömrəli iclasının qərarı ilə cavabdehin icarəsinə Bakı Sumqayıt şossesinin 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və baza yaratmaq məqsədi ilə 1,0 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda bələdiyyənin 2006-cı il 29 avqust tarixli 31 nömrəli iclasının qərarı ilə cavabdehin icarəsinə Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində kənd təsərrüfatı məhsullarının istehsalı və satışı məqsədi ilə gölün perimetri boyunca 7,0 hektar bataqlıq sahə və perimetrin əhatə etdiyi gölün 13,0 hektar sahəsi olmaqla, ümumilikdə əlavə 20,0 hektar torpaq sahəsi ayrılmışdır.

13. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 23 fevral tarixli e-22(119)78/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 100.800 manat icarə haqqı borcu, 6.050 manat dəbbə pulu, illik 5 % olmaqla hesablanmış 4.030 manat zərər və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 111.080 manat pulun tutularaq idd iaçıya ödənilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış torpaq icarə müqavilələrinin ləğv olunması, torpaq sahələri cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim – H.Alıyeva).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan torpaq sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Müqavilə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olması nəzərə alınmaqla, cavabdehin hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən əsaslı hesab edilməklə, son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan icarə haqqı borcuna üç illik iddia müddəti tətbiq edilməli və ona görə də, icarə haqqı borcu üzrə son üç il ərzində 2021-2023-cü illər üzrə ödənilməmiş icarə haqları – yəni, 2007-ci il 25 may tarixli 431 nömrəli icarə müqaviləsi üzrə 96.000 manat (illik icarə haqqı 32.000 manat x3 il=96.000 manat), 2007-ci il 25 may tarixli 432 nömrəli icarə müqaviləsi üzrə 4.800 manat (illik icarə haqqı 1.600 manat x 3 il=4.800 manat) olmaqla, ümumilikdə 100.800 manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İşin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən 6.050 manat məbləğində dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə illik 5% olmaqla hesablanmış zərər qismində isə dəbbə pulunun çatışmayan hissəsi olan 4.030 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (iki müqaviləyə əsasən 2021-ci il üzrə ödənilməmiş 33.600 manat icarə haqqı x 5%=1.680 manat zərər, 2022-ci il üzrə ödənilməmiş 67.200 manat icarə haqqı x 5%=3.360 manat zərər, 2023-cü il üzrə ödənilməmiş 100.800 manat icarə haqqı x 5%=5.040 manat zərər; 1.680+3.360+5.040=10.080 manat; 10.080 manat zərər – 6.050 dəbbə pulu =4.030 manat).

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 372.1, 373.2, 373.3, 375.2, 385.1, 4 21.2, 425.1, 427.3, 442, 462.1, 466.1, 466.2, 466.2.1, 466.2.2, 466.2.3, 466.3, 675, 700.1 və 710.1-ci maddələrinə; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - “TM”) 73.1, 75.1 və 75.3-cü; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarına; “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4 və 9.4-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyul tarixli 2-2(105)-67/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – M.Hüseynov və A.Süleymanova).

19. Məhkəmə kolleqiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarına və apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında icarə müqavilələri bağlanmış, müqavilə üzrə ödənişlər edilmədiyinə görə iddiaçı cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh icar ə müqavilələri üzrə borcun olduğunu mübahisələndirmir, borcu ödəməyə hazır olduğunu bildirir, yalnız ona istinad edir ki, iddiaçı tərəfindən cavabdehə 25 may 2007-ci il tarixli müqavilələrdə qeyd olunduğu kimi, 21 ha torpaq sahəsi deyil, az torpaq sahəsi verilmişdir. Torpaq sahəsi faktiki verildiyi ölçüyə uyğun olaraq icarə haqqı hesablanmalıdır.

20. İddiaçının məhkəmə kollegiyasına ünvanlanmış ərizəsinin məzmunu ilə müəyyən olunmuşdur ki, §10-da göstərilən qətnamə 2015-ci ildən qanuni qüvvəsini alsa da, hazırki vaxtadək cavabdeh tərəfindən icra edilməmişdir. Qətnamələrin məzmununa görə, mübahisələndirilən müqavilələr üzrə icarə haqqı borclarının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

21. Beləliklə, tərəflər arasında məhkəmə mübahisələri olmuş, icarə müqavilələrinin ləğvi tələbi ilə bağlı iddialar bir neçə dəfə məhkəmələrin icraatında olmuşdur. Lakin cavabdeh həmin müqavilələr üzrə verilmiş torpaq sahələrinin ölçülərini heç vaxt mübahisələndirməmişdir.

22. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandırarkən bildirmişdir ki, torpaq sahəsinin faktiki ölçülərinin müəyyən edilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışlar, iddiaçıya şifahi müraciətlər etmişlər. İcarə haqqının tutulması, müqavilənin ləğv edilməsi tələbi ilə bağlı ayrı məhkəmə mübahisəsinə baxılarkən torpaq sahəsinin ölçüləri ilə bağlı məsələni mübahisələndirməmişlər.

23. Belə ki, hazırki məhkəmə araşdırması gedən dövrdə cavabdeh tərəf məhkəmələrə bildirmişdir ki, dəfələrlə şifahi müraciətlərinə baxmayaraq, iddiaçı tərəfindən onlara dolğun cavab verilməmişdir. Yəni, cavabdeh yalnız şifahi müraciətlərinə əsaslanır. İş materiallarında torpaq sahəsinin müqavilələr üzrə verildiyindən az olması, bununla bağlı iddiaçıya yazılı müraciət olunması ilə bağlı heç bir mötəbər sübut yoxdur. 36.

24. Cavabdehin digər bir dəlili torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə olunması ilə bağlı olmuşdur. İş üzrə qəbul edilmiş əvvəlki məhkəmə qətnamələrində torpaq sahəsinin başqa şəxslərin istifadəsində olmasının qeyd edilməməsinin səbəbi 2015, 2016-cı ildən sonra torpaq sahəsinə daxil ola bilməmələridir.

25. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab etmişdir ki, eynilə bu halla bağlı da cavabdehin hər hansı müraciətinin olması, torpaq sahəsindən istifadə ilə bağlı ona maneələrin yaradılması, maneələrin aradan qaldırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi iş materialları ilə müəyyən olunmamışdır. Cavabdehin nümayəndəsi bununla bağlı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hüquq mühafizə orqanlarına, müqavilənin ləğv edilməsi ilə bağlı bələdiyyəyə müraciət etməmişlər.

26. Beləliklə, cavabdeh tərəfindən torpaqdan istifadə edə bilməməsi ilə bağlı nə torpağın mülkiyyətiçisi olan iddiaçıya, nə hüquq mühafizə orqanlarına, nə də torpağın icarəçisi kimi məhkəməyə iddia ərizəsi ilə müraciət olunmamışdır. Bu isə cavabdehin torpaqdan üzrlü səbəblərdən istifadə edə bilməməsinə dair dəlillərinin əsassız olduğunu sübut etmişdir.

27. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsi yerində müayinə olunmuş, müayinə zamanı torpaq sahəsinin bir hissəsində tikililərin olduğu müəyyən edilmiş, müayinəd ə iştirak edən üçüncü şəxslər həmin tikililərin digər şirkət tərəfindən inşa edildiyini bildirmişlər. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən torpaq sahəsinin üçüncü şəxslərə verilməsi ilə bağlı müvafiq sənədlərin məhkəməyə təqdim olunması təklif olunmuşdur.

28. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına Sumqayıt şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhər Bələdiyyəsinə ünvanlanmış 2024-cü il 5 iyul tarixli 5-6/2-1369/2024 nömrəli məktubu təqdim olunmuşdur. Həmin məktubun məzmunu ilə müəyyən olunur ki, Sumqayıt Bələdiyyəsinin 12 saylı 2006-cı il 4 aprel tarixli və 31 saylı 2006-cı il 29 avqust tarixli iclasının qərarları ilə cavabdehin icarəsinə ayrılmış Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində yerləşən müvafiq olaraq 1.0 hektar və 20.0 hektar torpaq sahələri Sumqayı t şəhər İcra Hakimiyyəti tərəfindən nə "xxxx" MMC-yə, nə də hər hansı digər fiziki və ya hüquqi şəxsə ayrılmamışdır.

29. Məkhəmə kollegiyası hesab etmişdir ki, cavabdehin dəlilləri ümumiyyətlə ziddiyyətli olmuşdur. Belə ki, cavabdeh bir tərəfdən torpaq sahələrinin cavabdehə verilən faktiki ölçüsü müəyyən edilməklə həmin sahəyə uyğun olaraq icarə haqqı borcunu ödəməyə hazır olduğunu bildirir, digər tərəfdən isə torpaq sahəsindən istifadə edə bilməməsinə istinad edir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına qiymət verərək hesab edir ki, həmin dəlillər əsassız olmaqla, icarə haqqı borcunun ödənilməsindən yayınmağa yönəlmişdir.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 1.1, 1.2, 152.1, 372.1, 373.2, 373.3, 375.2, 385.1, 421.2, 425.1, 427.3, 442, 462.1, 466.1, 466.2, 466.2.1, 466. 2.2, 466.2.3, 466.3, 675, 700.1, 706.1 və 710.1-ci maddələrinə; TM-nin 73.1, 75.1 və 75.3cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MMin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına; MPM-in 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

31. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 1.1, 1.2, 675, 676, 677, 700.1, 700.2, 700.3 və 706-ci maddələri üzrə iş üzrə torpaq sahələri icarə müqaviləsi imzalandıqdan sonra qanunvericiliyin və müqavilə tələblərinə uyğun təhvil verilməyib və təhvil təslim aktı ilə təsdiqlənməmişdir. Belə ki, müqavilə imzalananda belə orada artıq tikililər mövcud idi və cavabdeh bu barədə hər zaman iddiaçı ilə mütamadi danışıqlar aparıb və onlar öz aralarında torpaq sahəsinin tam təhvil verildikdən sonra icarə haqqı hesablanaraq ödənməsini şifahi qaydada razılaşdırmışdılar. Lakin iddiaçı öz öhdəliklərini yerinə yetirməmiş və torpaq sahəsini təhvil verməmiş və bunun nəticəsi olaraq 2015-ci ilədək və sonra torpaq sahəsinin 14.66 hektar hissəsi faktiki üçüncü şəxslərin qanunsuz istifadəsindədir (məhkəmənin keçirdiyi yerli baxış zamanı onlar bildirirlər ki, həmin torpaq sahəsini onlara Sumqayıt İcra Hakimiyyəti və iddiaçı özü şəxsən ayırıb və tikinti aparılmasına icazə verilib. Lakin sənədlərin təq dim etməyib və məhkəmə bunun araşdırmasını təmin etməyib). Qalıq 6.34 ha hissəsi isə faktiki yeraltı və axıntı sularının toplanması nəticəsində yaranmış süni göl şəklindədir. Belə ki, iddiaçı icarə obyektini qanunvericiliyin tələblərinə uyğun təhvil verməyib və cavabdeh müqavilə şərtlərinə uyğun kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün istifadə edə bilməmiş və bunun nəticəsi olaraq cavabdeh üzrlü səbəbdən icarə haqlarını ödəməyib. Odur ki, iddiaçı apellyasiya məhkəməsində icarə haqqı hissəsində iddiadan imtina edərək bunu dolayısı ilə etiraf etmiş, lakin sonradan imtina ərizəsini geri götürmüşdür. Məhkəmə isə buna hər hansı hüquqi qiymət verməmişdir. Bununlada, cavabdeh MM-in, TM-nın və digər qanunvericilik aktların normalarını pozmamışdır. Əksinə iddiaçı müqavilə üzrə üzəri nə götürdüyü öhdəlikləri icra etmədiyindən cavabdehdə bu səbəbdən icrarə haqqı ödəməmişdir.

33. Cavabdeh məhkəməyə iddiaçının müqavilə üzrə torpaq sahəsinin ona təhvil verilmədiyi barədə bütün sübutları və mütəxəssis rəyini təqdim etsə də, məhkəmə həmin əraziyə baxış keçirərkən həmin faktlar öz əksini tapmasına baxmayaraq, məhkəmə həmin şəxsləri tikililərin tikilməsi ilini, sənədləşməsini və icra hakimiyyətinin bundan neçə xəbərsiz olmasını araşdırmadan bütün sübut və dəlilləri əsassız hesab etmişdir. Lakin məhkəmə icarə müqaviləsinin icarə haqqını kommersiya məqsədi ilə gəlir əldə edilməsi üçün götürüldüyünü və cavabdehin həmin torpaq sahəsindən iddiaçının vicdansız yanaşması nəticəsində istifadə edə bilməyərək gəlir əldə etməməsini, torpaq sahəsinin faktiki olaraq göl hissəsində qaldığ ını və onun kəndə təsərrüfatı mallarının istismarı üçün yararsız olduğunu nəzərə almadan ödənişlərin üzürsüz səbəbdən edilmədiyi qənaətinə qəlmişdir və bu az kən başqa şəxslərin faktiki istifadəsində olan torpaq sahəsinin son 3 il üçün icarə haqqını cavabdehdən tutulmasını qət etmişdir. Bundan əlavə, məhkəmə cavabdehin müqavilə şərtlərinə vicdanlı yanaşmalı olduğunu və icarə haqqını ödəməli olduğunu qeyd etsə də, iddiaçının qanunvericilyin və müqavilənin tələblərini yerinə yetirməməsi də vicdanlı olduğu qənaətinə gəlmişdir. Bu baxımdan cavabdeh hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməmişdir, eləcə də qətnamə maddi və prosessual h üquq normalarının pozulması ilə qəbul edilmişdir.

34. MPM-in 9.1, 9.3, 14.1, 77.3, 88, 217.1 217.4, 372.1, 386, 387 və 420-ci maddələri üzrə - cavabdeh məhkəməyə iddiaçının müqavilə üzrə torpaq sahəsinin ona təhvil verilmədiyi barədə bütün sübutları və mütəxəssis rəyini təqdim etsə də, məhkəmə həmin əraziyə baxış keçirərkən həmin faktlar öz əksini tapmasına baxmayaraq, məhkəmə həmin şəxsləri tikililərin tikilməsi ilini, sənədləşməsini və icra hakimiyyətinin bundan neçə xəbərsiz olmasını hərtərəfli araşdırmadan bütün sübut və dəlilləri əsassız hesab etmişdir və nəticə etibarilə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi Qətnaməsini əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin m üvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” “Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə 421.2. Tə rəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. …” “Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. …” “ Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. …” “Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. … 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini v ə müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəy ə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. …” “Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. …”

39. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuşdur: “Maddə 73.1. Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərr üfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Maddə 75.1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə t ərəfindən xitam verir … 75.3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 40. “İcarə tutulmuşdur: haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə “Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər”.

41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğvi üçün əsas təşkil etmədiyini hesab edərək şikayətin torpaq sahəsinin ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada təhvil verilməməsi, torpaq sahəsinin digər şəxslərin istifadəsində olması və cavabdeh tərəfindən istifadə olunmamasında onun təqsirinin olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın təl əb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

45. Hazırkı halda işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək torpaq sahəsini cavabdehə təhvil versə də, cavabdeh öhdəliklərini lazımi səviyyədə icra etməmiş və icarə haqqı borcları nı ödəməmişdir. Tərəflər arasında daha əvvəllər də baş tutmuş məhkəmə mübahisələri zamanı isə cavabdeh torpaq sahəsinin ona müqavilədə nəzərdə tutulmuş ölçüdə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada təhvil verilməməsini mübahisələndirməmiş və ya bu barədə məhkəmə qarşısında hər hansı digər iddialar qaldırmamışdır.

46. Məhkəmə kollegiyası vurğulayır ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

47. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

48. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsinin ona müqavilədə nəzərdə tutulmuş ölçüdə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilmədiyini, torpaq sahəsinin digər şəxslərin istifadəsində olması səbəbindən onun təqsiri olmadan tərəfindən istifadə edilə bilməməsini göstərsə də, bu dəlillərini təsdiq edən mötəbər sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməmiş, habelə göstəril ən hallar işin aşağı instansiya məhkəmlərindəki araşdırılması zamanı aşkar olunmamışdır.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, mübahisəli hüquq münasibətlərinə tətbiq olunan maddi hüquq normaları (mətni üçün bax: bu qərarın §38-41) ilə yanaşı, MPMnin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

50. MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 iyul tarixli 2-2(105)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar