Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-651/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “Bakı Dövlət Universiteti” X3 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-651/2023 15.12.2023 Açar sözlər: borc məbləği üzrə öhdəliyə xitam verilməsi və borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı “Bakı Dövlət Universiteti” X3 cavabdeh "xxxx" ASC-yə qarşı borc məbləği üzrə öhdəliyə xitam verilməsi və borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-357/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bakı Dövlət Universiteti və Cavabdeh ASC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 2013-cü il 30 dekabr tarixli 070137 nömrəli müqavilə imzalanmışdır.
2. Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş Bakı Dövlət Universitetinə məxsus abonent hesabından çıxarışa əsasən, Bakı Dövlət Universitetinin 147.032,18 manat su, 112.611,17 manat çirkli su, cəmi 259.643,35 manat qalıq mövcuddur.
3. Tərəflər arasında tərtib edilmiş, 2010-cu il 14 yanvar tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 2010-cu il 1 yanvar tarixə cəmi 223.362,81 manat, 2011-ci il 14 yanvar tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 2011-ci il 1 yanvar tarixə cəmi 232.212,77 manat, 2012-ci il 11 yanvar tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 2012-ci il 1 yanvar tarixə cəmi 232.212,79 manat, 2013-cü il 11 yanvar tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 2013-cü il 1 yanvar tarixə cəmi 222.531,43 manat, 2014-cü il 12 yanvar tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 2010-cu il 1 yanvar tarixə cəmi 222.531,42 manat, 2015-ci il 9 yanvar tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 2015-ci il 1 yanvar tarixə cəmi 222.531,41 manat, 2016-cı il 21 yanvar tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 2016-cı il 1 yanvar tarixə cəmi 216.906,84 ma nat, 2018-ci il 13 yanvar tarixli 070137 nömrəli protokolda 231.533,14 manat, 2020-ci il 13 yanvar tarixli 070137 nömrəli üzləşmə aktında 231.034,1 manat, 2021-ci il 23 yanvar tarixli 070137 nömrəli üzləşmə aktında 230.948,99 manat məbləğində borc qeyd olunmuşdur.
4. Bakı Dövlət Universieti tərəfindən Cavabdeh ASC-yə ünvanlanan müraciətə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə Bakı Dövlət Universiteti arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanmış 070137 saylı müqaviləyə əsasən tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartlarının tələblərinə uyğun, içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təm izlənməsini və axıdılmasını təmin etmişdir. Təqdim olunan hesab fakturalara və elektron vergi hesab fakturalara Bakı Dövlət Universiteti tərəfindən etiraz edilməmişdir. Bunun müqabilində istehlakçı istifadə etdiyi suyun və kanalizasiya xidmətlərinin dəyərini vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin istifadə olunan suyun və göstərilmiş kanalizasiya xidmətlərinin dəyəri Bakı Dövlət Universiteti tərəfindən tam ödənilməmişdir. Bakı Dövlət Universiteti tərəfindən istifadə olunan su təchizatı və tullantı sularının həcmi 1999-cu il 28 oktyabr tarixli, 723-İQ nömrəli Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydal arına və qüvvədə olan digər normativ hüquqi aktlara əsasən hesablanmışdır. Göstərilən xidmətlərin dəyərinin tam ödənilməməsi Cavabdeh ASC-nin maliyyə vəziyyətinə öz təsirini göstərməklə, büdcəyə olan vergi borclarının, elektrik enerjisi haqqının, sosial müdafiə fonduna ayırmaların ödənilməsində, suyun istehsalına, nəqlinə çəkilən və digər xərclərin ödənilməsində problemlər yaradır. Hal-hazırda Bakı Dövlət Universitetinin abonent hesabında 2022-ci il 1 aprel tarixinə 239.975,82 manat debitor borc vardır. İstifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və Bakı Dövlət Universiteti tərəfindən ödənişlər qismən aparılmışdır. Bu səbəbdən də əvvəlki dövrdə istifadə olunan içməli su və çirkab sularının axıdılması xidmətinin dəyərinin tam ödən ilməməsi qeyd edilən borcun silinməsinə (ləğv olunmasına) əsas vermir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 5. “Bakı Dövlət Universiteti” X4 (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 2021-ci il 1 yanvar tarixinə qədər yaranmış 232.212,79 manat borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə iddiaçının həmin borc məbləği üzrə öhdəliyinə xitam verilərək borcun iddiaçının abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin Yasamal rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya 2022-ci il 17 fevral tarixində “Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı” xəbərdarlıq göndərilərək iddiaçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə cavabdehə 2022-ci il 16 fevral tarixinə 247.296,82 manat məbləğində son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun olduğu qeyd edilmişdir. Həmçinin xəbərdarlıqda həmin borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə göstərilən xidmətlərin dayanadırılacağı, yaranmış borc və xidmətlərin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir. Bundan sonra cavabdehin nümayəndələri tərəfindən iddiaçıya göstərilən su təchizatı və kanalizasiya xidmətləri müxtəlif vaxtlarda müvəqqəti olaraq dayandırılmışdır. Bununla əlaq ədar olaraq iddiaçı tərəfindən cavabdehə (həmçinin Yasamal rayon Sukanal İdarəsinə) 2022-ci il 14 aprel tarixli məktub göndərilərək iddiaçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə ümumi və illik borc məbləğlərinin dəqiqləşdirilməsi ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticəsinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi, bu səbəblə cavabdeh tərəfindən iddiaçıya göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dayanadırılması ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ən qısa vaxtda aradan qaldırılması xahiş edilmişdir. Həmçinin daha sonra iddiaçı tərəfindən cavabdehə 2022-ci il 16 mart tarixli pretenziya məktubu da göndərilərək 2012-ci il 1 dekabr tarixinə qədər yaranmış 232.212,79 manat borc məbləği üzrə öhdəliyin icra sı müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə iddiaçının həmin borc məbləği üzrə öhdəliyinə xitam verilərək iddiaçının abonent hesabından silinməsi və bu məsələ barədə 10 iş günü ərzində məlumat verilməsi xahiş olunmuşdur. Həmin müraciətlərə cavab olaraq cavabdeh tərəfindən təqdim edilən 2022-ci il 12 aprel tarixli 07/01-7/6/4947 nömrəli və 2022-ci il 16 iyun tarixli 01/04-06-52 nömrəli cavab məktublarında qeyd edilir ki, “hal-hazırda iddiaçının abonent hesabında 2022-ci il 1 aprel tarixinə 239.975,82 manat debitor borcu vardır. Lakin istifadə olunmuş və iddiaçı tərəfindən ödənişlər qismən aparılmışdır. Bu səbəbdən də əvvəlki dövrdə istifadə olunan içməli su və çirkab suların axıdılması xidmətinin dəyərinin tam ödənilməməsi qeyd edilən borcun silinməsinə əsas vermir. Halbuki cavabdeh in imtinası qanunsuz və əsassızdır. Öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə iddiaçının 2012-ci il 1 yanvar tarixinə qədər yaranmış 232.212,79 manat borc məbləği üzrə öhdəliyinə xitam verilərək borcu iddiaçının abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməlidir. “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamına əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır. Buna uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə iddiaçının Nizamnaməsi təsdiq edilmiş və həmin vaxtdan iddiaçı müvafiq olaraq hüquqi şəxslərin dövlət qeydiyyatından keçərək öz fəaliyətini publik hüquqi şəxs kimi davam etdirmişdir. İddiaçının Nizamnaməsinə əsasən Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. İddiaçı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini (bundan sonra – “MM”), Azərbaycan Respublikasının “Publik hüquqi şəxslə r haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur. İddiaçının müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Cavabdeh tərəfindən göndərilən xəbərdarlıqda qeyd edilən borc məbləğinin araşdırılması zamanı həmin məbləğin əsas hissəsinin, yəni 232.212,79 manatının 10 ildən artıq müddət keçmiş əvvəlki dövrə aid olduğu müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən cavabdehin Yasamal rayon Sukanal Departamenti ilə abonent iddiaçı arasında tərtib edilmiş 2012-ci il 11 yanvar tarixli 070137 nömrəli “Müəssis ə üzrə debitor və kreditor hesablaşmaların qarşılıqlı üzləşməsi haqqında Protokol”dan göründüyü kimi, sudan istifadəyə və kanalizasiya xidmətinə görə tərəflər arasında qarşılıqlı hesablaşmalar araşdırılaraq müəyyən edilmişdir ki, 2012-ci il 1 yanvar tarixinə qədər iddiaçının sudan istifadəyə görə 109.742,49 manat, çirkab suya görə 122.470,30 manat, ümumilikdə isə 232.212,79 manat debitor borcu yaranmışdır. Həmin ildən əvvəlki və sonrakı tarixlərə tərtib edilmiş üzləşmə aktlarından göründüyü kimi, bu borc məbləği əvvəlki illərdən etibarən hissə-hissə toplanıb qalmış borcları ehtiva edir və həmin borc məbləği sonrakı dövrlərdə də ödənilməmişdir. Belə ki, 2011-ci il 14 yanvar tarixli üzləşmə protokolundan görünür ki, 2010-cu il 1 yanvar tarixinə iddiaçının sudan istifadəyə görə 139.328,88 man at, çirkab suya görə 84.033,94 manat, cəmi 223.362,82 manat debitor borcu olmuşdur. Halbuki 2010-cu il üzrə 89.730,71 manat su, 21.778,56 manat kanalizasiya xidməti, cəmi 111.509,27 manat satış həyata keçirilmiş və iddiaçı tərəfindən həmin il üzrə 108.093,37 manat ödəniş həyata keçirilmişdir. Nəticədə 2011-ci il 1 yanvar tarixinə sudan istifadəyə görə 120.966,22 manat, çirkab suya görə 111.246,55 manat, cəmi 232.212,77 manat borcu yaranmışdır. Göründüyü kimi 2011-ci il 1 yanvar tarixinə olan qalıq borcla 2012-ci il 1 yanvar tarixi ilə olan qalıq borc tamamilə eyni məbləğ təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə edilən 2013-cü il 11 yanvar tarixli üzləşmə protokolundan göründüyü kimi, 2011-ci il 1 yanvar tarixinə sudan istifadəyə görə 120.966,22 manat, çirkab suya görə 111.246,55 manat, cəmi 232.212,79 manat debitor borcu olmuşdur. 2012-ci il üzrə 127.224 manat su, 32.443,19 manat kanalizasiya xidməti, cəmi 111.509,27 manat satış həyata keçirilmiş və iddiaçı tərəfindən həmin il üzrə sudan istifadəyə görə 129.515,19 manat, çirkab suya görə 39.833,36 manat, cəmi 169.348,55 manat ödəniş həyata keçirilmişdir. Nəticədə 2013-cü il 1 yanvar tarixinə sudan istifadəyə görə 107.451,30 manat, çirkab suya görə 115.080,13 manat, cəmi 232.212,77 manat borcu yaranmışdır. Eləcə də iddia ərizəsinə əlavə edilən sonrakı illərə dair üzləşmə protokollarından göründüyü kimi, növbəti illər üzrə sudan istifadəyə və kanalizasiya xidmətinə görə həyata keçirilən satış məbləği ilə ödəniş məbləğləri təxminən eynilik təşkil etmiş (başqa sözlə, həmin illər üzrə həyata keçirilən satış üzrə ödənişlər h əyata keçirilmiş) və nəticədə əvvəlki illər üzrə (2012-ci il 1 yanvar tarixinə qədər) toplanmış borc məbləği ödənilmədən qalmışdır. Bunun da səbəbi həmin dövrdə iddiaçının dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi və hesablar üzrə kassa xərclərinin icrası Maliyyə Nazirliyi yanında X1 tərəfindən xidmət göstərilməklə, “Büdcə sistemi haqqında” və hər il üçün təsdiq edilmiş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına, eləcə də Xəzinədarlığın tətbiqi ilə bağlı normativ hüquqi aktlara, təlimatlara əsasən həyata keçirilməsidir. Məlum olduğu kimi, ölkədə 1997-ci ildən Xəzinədarlıq sisteminin tətbiqinə başlanılmış və sonrakı illər ərzində xəzinədarlığın müxtəlif mərhələlərinin tətbiqi uğurla həyata keçirilmiş, büdcə vəsaitlərinin daha səmər əli istifadə edilməsi, milli iqtisadiyyatımıza mənfi təsir göstərən lüzumsuz borcların yaranmasının qarşısının alınması təmin edilmişdir. Öhdəliklərin tətbiqi gününə qədər (1999-cu il 1 yanvar tarixinə qədər) büdcə təşkilatları tərəfindən yaradılmış kreditor borcları köhnə borclar adlanır və köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz, köhnə borcların ödənişi yalnız istisna hallarda hökumətin qərarına əsasən xəzinədarlıq tərəfindən həyata keçirilə bilər, öhdəlikdən artıq yaranan borclar isə qanunsuz borclar adlanır və onların büdcədən ödənilməsi yolverilməzdir. Digər tərəfdən də büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan öhdəliklər götürülür və bu öhdəliklər çərçivəsində yaranan kreditor borcları xəzin ədarlıq tərəfindən ödənilir. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etsinlər, Azərbaycan Respublikasının Rabitə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, "Azərenerji" Səhmdar Cəmiyyəti, "Azəriqaz" Səhmdar Cəmiyyəti və X2 Su Cəmiyyəti büdcə təşkilatları üçün yalnız müəyyən olunmuş limitlər əsasında məhsulların buraxılmasını və xidmətlərin göstərilməsini təmin etsinlər. Digər tərəfdən, iddiaçı yenidən təşkil edilməklə publik hüquqi şəxsə çevrildikdən sonra fəaliyyət göstərdiyi dö vr ərzində yaranan bütün məsrəflər üzrə, o cümlədən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların tam və vaxtlı-vaxtında ödənilməsi təmin edilmişdir. Belə ki, müvafiq dövrə dair (2019-2022-ci illər üzrə) iddiaçıya təqdim edilən su təchizatı və kanalizasiya xidmətlərinin satış məbləğləri ilə iddiaçı tərəfindən həyata keçirilən ödəniş məbləğlərinin eynilik təşkil etdiyi, hətta daha artıq ödəniş edildiyi müəyyən edilir. Belə ki, su təchizatı və kanalizasiya xidmətlərinin 2019-cu il üzrə satış məbləği 236.162,50 manat, ödəniş məbləği 236.681,51 manat, 2020-ci il üzrə satış məbləği 202.547,50 manat, ödəniş məbləği 202.632,61 manat, 2021-ci il üzrə satış məbləği 205.666,16 manat, ödəniş məbləği 212.320,69 manat təşkil etmişdir. Lakin 2012-ci ilə qədər yaranmış 23 2.212,79 manat borc məbləği sonrakı dövrlərdə, o cümlədən hazırda da qalıq borc məbləği kimi iddiaçının abonent hesabında görünməyə davam edir. Halbuki həmin borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyindən iddiaçının həmin borc məbləği üzrə öhdəliyinə xitam verilməli və 232.212,79 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasında Dövlət Xəzinadarlığının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli 568 saylı Sərəncamına, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamına, “Dövlət büdcəsinin xər cləri üzrə öhdəliklərin qəbul olunması haqqında” Təlimatın 4-cü bəndinə, “Azərbaycan Respublikası 2001-ci il dövlət bedcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 saylı fərmanının 18-ci maddəsinə, MM-in 56.1, 385.1, 442, 448.2, 527, 550, 551.1, 552.1, 554cü maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30, 62, 64-cü maddələrinə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 81, 217.3-cü maddəsinə istinad etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)6096/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 2012-ci il 1 yanvar tarixinə qədər yaranmış 222.531,42 manat borc məbləği üzrə öhdəliyə xitam verilməsi, 222.531,42 manatın iddiaçının cavabdehə olan abonent hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – A.Əliyeva).
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 232.212,79 manat məbləğində borc 2012-ci ilədək olan dövrdə yaranmış, vax taşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur. İddiaçı tərəfindən 232.212,79 manat borc məbləğindən ödəniş olunmuş, üzləşmə protokolunda 2013-cü il tarixinə tərəflər arasında mövcud borc 222.531,43 manat qeyd olunmuşdur. İddiaçı tərəfindən son 5 il ərzində silinməsi tələb olunan borcdan ödənişlər edilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Abonent saldosundan abonentin hər il yalnız cari borc üzrə ödəniş etdiyi müəyyən olunur.
11. Məhkəmə iddiaçının silinməsini tələb etdiyi borcun 2012-ci il tarixədək yarandığını, 2013-cü ildə həmin borc məbləğindən son ödəniş edilməsini, həmin borcun yaranmasından vaxtaşırı ödənişlər haqqında tələblər üçün nəzərdə tutulmuş 5 illik müddət keçməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı həmin öhdəliklərə xitam verilməsini və borcun silinməsini tələb etməkdə haqlıdır.
12. İddiaçının borcların qarşılıqlı üzləşdirilməsi aktlarını imzalamaqla borcunu etiraf etməsi, bununla da öhdəliyin xitamı üçün nəzərdə tutulmuş müddətin axımının kəsilməsi barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, birincisi borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyən qarşılıqlı hesablaşma sənədləri olan üzləşmə aktlarının imzalanması borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilməz, eyni zamanda borcu etirafedici hərəkətin edilməsi öhdəliyin xitamı müddətinin kəsilməsi üçün əsas olan hal kimi MM-də nəzərdə tutulmamışdır.
13. Göründüyü kimi öhdəliklər üzrə icra müddətinin mükəlləfiyyətli şəxs tərəfindən gecikdirildiyi, lakin hissə-hissə yerinə yetirildiyi və ya bu öhdəliyin borcl u tərəfindən gələcəkdə icra ediləcəyi barədə ixtiyarlı şəxsə təminat verildiyi, ixtiyarlı şəxs tərəfindən məhkəməyə iddia verildiyi hallarda öhdəliklərin xitamı üçün müddətin axımı kəsilir. İddiaçının borcların qarşılıqlı üzləşdirilməsi aktlarını imzalaması onun tərəfindən öhdəliyin gələcəkdə icra ediləcəyi barədə ixtiyarlı şəxsə təminatı kimi qəbul edilə bilməz. Belə ki, bu aktların məzmunundan iddiaçı tərəfindən öhdəliyin icrası ilə bağlı cavabdehə hər-hansı zəmanət verilməsi müəyyən edilmir.
14. Məhkəmə bu qənaətini MM-in 550, 551.1, 552.1, 554.1, 553.1, 553.1.1, 553.1.2-ci maddələrinə, MPM-in 77.1, 14.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)6 096/2022 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 261.11 manat məbləğində dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-357/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)6096/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilən iddiaçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 2012-ci il 1 yanvar tarixinə qədər yaranmış 222.531,42 manat borc məbləği üzrə öhdəliyə xitam verilməsi, 222.531, 42 manatın iddiaçının cavabdehdə olan abonent hesabından silinməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 261.11 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən hissədə iddia rədd edilməlidir. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
18. İşin halları ondan ibarət olmuşdur ki, iddiaçının sil inməsini tələb etdiyi borc 2012-ci ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur. Lakin kollegiya hesab etmişdir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur.
19. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli qərarındakı mövqeyə görə MM-in 550-ci və 551.2.1-ci maddələrində göstərilən müddətlər öhdəliyin xitamına səbəb olan müddət deyil, iddia müddətidir.
20. MM-in 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdi yi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin hazırki işdə iddiaçı ona qarşı heç bir tələb irəli sürülmədən iddia müddətinin keçməsinə istinad edərək, öhdəliyinə xitam verilməsini xahiş etmişdir.
21. Halbuki, iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi, yalnız kreditor, yəni hazırki halda cavabdeh tərəfindən müvafiq olaraq borcun tutulması barədə iddiaçıya qarşı iddia qaldırıldığı halda sonuncunun həmin iddiaya etiraz kimi iddia müddətinin tətbiqi barədə ərizə verəcəyi halda məhkəmə tərəfindən müzakirə oluna və həmin məsələyə hüquqi qiymət verilə bilər.
22. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ona qarşı he ç bir tələb olmadığı halda öz təşəbbüsü ilə iddia müddətinin keçməsinə istinad edərək, hazırkı iddianı qaldırması yolverilməzdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddia tələbi mübahisələndirilən hissədə sübutlar araşdırılmadan rədd edilməlidir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 550, 551.1, 551.2.1, 375.2-ci maddələrinə, MPM-in 372.6-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 19 iyun tarixdə tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.
25. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən 2023-cü il 16 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
26. MM-in 385.1, 442, 448.2, 527, 550, 551.1, 552.1, 554-cü maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətində iddia ərizəsinin əsaslandığı hallar təkrarən sadalanmış və istinad olunan maddi hüquq normalarının pozulduğu vurğulanmışdır. 27. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsi, "Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 nömrəli fərmanının 18-ci maddəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2001-ciil 5 yanvar tarixli 2516 qeydiyyat nömrəsi ilə təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması h aqqında Təlimat”ın 4-cü bəndinin tələbləri pozulmuşdur. İddiaçı yenidən təşkil edilməklə publik hüquqi şəxsə çevrildikdən sonra fəaliyyət göstərdiyi dövr ərzində yaranan bütün məsrəflər üzrə, o cümlədən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların tam və vaxtlı-vaxtında ödənilməsi təmin edilmişdir. Belə ki, müvafiq dövrə dair (2019-2022-ci illər üzrə) iddiaçıya təqdim edilən su təchizatı və kanalizasiya xidmətlərinin satış məbləğləri ilə iddiaçı tərəfindən həyata keçirilən ödəniş məbləğlərinin eynilik təşkil etdiyi, hətta daha artıq ödəniş edildiyi müəyyən edilir. Belə ki, su təchizatı və kanalizasiya xidmətlərinin 2019-cu il üzrə satış məbləği 236.162,50 manat, ödəniş məbləği 236.681,51 manat, 2020-ci il üzrə satış məbləği 202.547,50 manat, ödəniş məbləği 202.632,61 manat, 2021-ci il üzrə satış məbləği 205.666,16 manat, ödəniş məbləği 212.320,69 manat təşkil etmişdir. Lakin 2012-ci ilə qədər yaranmış 232.212,79 manat borc məbləği sonrakı dövrlərdə, o cümlədən hazırda da qalıq (köhnə) borc məbləği kimi iddiaçının abonent hesabında görünməyə davam edir. İddiaçı qeyd edir ki, həmin borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyindən iddiaçının həmin borc məbləği üzrə öhdəliyinə xitam verilməli və 232.212,79 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir.
28. MM-in qüvvəyə mindiyi 2000-ci ildən etibarən indiyə kimi 23 il ərzində oxşar iddia tələblərinin təmin edilməsinə dair qüvvədə olan minlərlə məhkəmə aktı mövcuddur. Lakin məhkəmə təcrübəsinin vahidliyi pozularaq fərqli bir mövqeyin ortaya qoyulm ası ayrıseçkiliyə, hamının məhkəmə və qanun qarşısında bərabərliyi prinsipinin kobud şəkildə pozulmasına səbəb olur. 29. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30, 62, 64-cü maddələrinin, “Sudan istifadə Qaydaları”nın 7.2, 7.16, 7.14-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçının Nizamnaməsinə əsasən iddiaçı ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmitədqiqatlar aparan publik hüquqi şəxsdir. İnhisarçı mövqedən çıxış edən cavabdeh isə iddia tələbi irəli sü rməyərək və iddiaçının fəaliyyətini nəzərə almadan, iddiaçıya göstərilən su və kanalizasiya xidmətlərini birtərəfli qaydada dayandırması ciddi problemlərə və zərərlərə gətirib çıxaracaqdır. Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələbini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
30. MPM-in 81, 88, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən abonent hesabından çıxarışda və tərəflər arasında uzun illər ərzində təsdiqlənən üzləşmə aktlarında qeyd olunan məbləğlər ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən məbləğlər bir-birindən tamamilə fərqlidir. Bununla bağlı dəfələrlə cavabdehdən izahat və təsdiqedici sənədlər tələb edilsə də heç bir sənəd və aç ıqlayıcı izahat təqdim edilməmişdir. Buna baxmayaraq həmin məbləğlərin düzgünlüyü məhkəmə tərəfindən müəyyən edilmədən iddia tələbinə qiymət verilməsi əsassız olmuşdur. Bu məbləğlərin düzgünlüyünün müəyyən edilməsi üçün isə ekspertizanın keçirilməsi zəruridir. Lakin məhkəmə tərəfindən bu ziddiyətə ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, iddia tələbi mübahisələndirilən hissədə sübutlar araşdırılmadan rədd edilməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
33. Kass asiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəf inin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
550. Tələblər üçün müddət Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.” “Maddə
551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;...”
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir: “... Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia mü ddətləridir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin....”
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 2019-cu il 11 oktyabr tarixli Qərardadında göstərilmişdir: “... Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarında mülki qanunvericiliyin müvafiq normalarına verilmiş şərh nəticəsində bu normaların g eniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadimaliyyə vəziyyətinin sabitliyinin qorunması məqsədi ilə bu Qərarlarda əks olunmuş hüquqi mövqelər müvafiq olaraq onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarların həmin müraciətlərə səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də müraciətlərə baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında ifadə olunmuş hüquqi mövqelər həmin qərarların qüvvəyə minməsinədək məhkəmələrin icraatında ol an mübahisələrə tətbiq olunmalıdır....”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyy ən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
40. Hazırkı halda iddia tələbinin və kassasi ya şikayətinin əsaslarını iddiaçının 2012-ci ildən əvvəlki illərə aid borclarına MM-in 550 və 551-ci maddələri tətbiq olunmaqla öhdəliyin icrası müddətinin keçməsi məsələsi təşkil etmişdir.
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan proses sual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
42. Göründüyü kimi Konstitusiya Məhkəməsinin MM-in 550 və 551.1.2-ci maddələrində göstərilən qaydalara münasibətdə mövqeyi baxımından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
43. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarının “qərara aldı” hissəsində onun dərc edildiyi gündən qüvvəyə mindiyi öz əksini tapmışdır. 44. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzi fəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (Qanunun 66.1, 66.2-ci maddələri).
45. Həmin Qanunun 67.0.2-ci maddəsinə əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarlar - dərc olunduğu gündən qüvvəyə minir.
46. MPM-in 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
47. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərardadında əks olunmuş mövqeyə görə Konstitusiya Məhkəməsi Plenumunun yuxarı da göstərilən qərarlarında ifadə olunmuş hüquqi mövqelər həmin qərarların qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunmalıdır (bax §36).
48. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
50. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Bakı Dövlət Universiteti” X3 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommers iya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-357/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.