Məhkəmə qərarları › İş №2-2(102)-672/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-672/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İst
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-672/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-672/2023 Açar sözlər: hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 Cavabdeh ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”) qarşı “hesablanmış borcun silinməsi” tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli, 2-2(103)-636/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 arasında bağlanmış 2020-ci il 17 iyul tarixli, 13949506 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 isə su təchizatı və kanalizasiya xid mətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 arasında bağlanmış 2021-ci il 5 oktyabr tarixli, 13949506 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

3. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 arasında bağlanmış 2023-cü il 5 yanvar tarixli, 13949506 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4 içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. 4. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2021-ci il 27 iyul tarixli, 01-02-463/21 nömrəli məktubda qeyd edilmişdir ki, 2021-ci il 26 iyul tarixində “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 daxil olmuş xəbərdarlığa cavab olaraq bildirilir ki, mübahisəli olan 111.186,17 manat vəsaitdən, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6ndə 2010-cu ilin noyabr ayından 2014-cü ilin fevral ayınadək olan dövrdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlaması nəticəsində 2014-cü il 14 aprel tarixdə tərtib olunmuş akta əsasən xəstəxana həm özünün istifadə etdiyi suyun dəyərini, həm də onun su xəttinə qoşulmuş 4 müəssisənin (Ə.Əliyev adına HTİ Respublika Uşaq Klinik Xəstəxanası, X7 Stansiyası, X2 (MORQ)) istifadə etdiyi suyun dəyərini, içməli suya görə 44.166 manat, çirkab suyun axıdılmasına görə 45.083 manat olmaqla, cəmi 89.249,50 manat artıq büdcə vəsaiti Cavabdeh ASC-nin hesabına ödəmişdir. Xəstəxana tərəfindən artıq ödənilmiş vəsaitin gələcək dövrün hesablaşmalarında nəzərə alınacağı barədə Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinə məktub göndərilmiş və 21.936,67 manat vəsaiti isə növbəti illər ərzində ikitərəfli olaraq, həm “Akademik M Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5, həm də digər müəssisələrə suyun sərfiyyat dəyərinin satışı olduğu üçün komissiya tərəfindən araşdırılaraq silinməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.

5. Cavabdeh ASC tərəfindən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 ünvanlanmış 2022-ci il 24 avqust tarixli, 01/4/01- 7/6/11755 nömrəli məktubda qeyd edilmişdir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcla bağlı 2021-ci il 30 iyul t arixli, 17681 qeydiyyat nömrəli “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin müraciətinə Cavabdeh ASC-də baxılmışdır. Müraciətə baxılması üçün Cavabdeh ASC-nin istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya təqdim olunmuşdur. Komissiyanın 2022-ci il 1 avqust tarixli, 160/1 saylı protokoluna əsasən Cavabdeh ASC-nin elektron abonent bazasında Yasamal rayon Sukanal İdarəsininn xidməti ərazisində fəaliyyət göstərən, abonent kodu 070110 olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 hesabından 74.300,2 manat silinərək müvafiq düzəliş aparılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə obyektin hesabında sayğac göstəricisi ******* m3 olmaqla yaranmış borc 96.429,97 manat təşkil etmişdir. Həmçinin Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabınızda yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab fakturalara və ödənişlərə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləmək mümkün olmuşdur. “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəmək və bunun üçün Yasamal rayon Sukanal İdarəsinə yaxınlaşaraq razılıq protokolu imzalanmağı tövsiyyə olunmuşdur.

6. Cavabdeh ASC tərəfindən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə ünvanlanm ış 2022-ci il 4 noyabr tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 2022-ci il 3 noyabr tarixə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 65.191,97 manat son ödəmə tarixi keçmiş və ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. Cavabdeh ASC tərəfindən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə ünvanlanmış 2022-ci il 9 dekabr tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 2022-ci il 8 dekabr tarixə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 62.319,97 manat son ödəmə tarixi keçmiş və ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən borcun 7 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 8. 2023-cü il 16 yanvar tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 36.671,97 manat təşkil etmişdir. Abonent haqqında məlumatdan görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ su təchizatı və kanalizasiya xidmətlərindən 2017-ci ildə 146.148 manat məbləğində istifadə etmiş və həmin il üzrə 245.634,32 manat məbləğində ödəniş etmiş, 2018-ci ildə 147.470 manat məbləğində istifadə etmiş və həmin il üzrə 147.470 manat məbləğində ödəniş etmiş, 2019-cu ildə 169.590 manat məbləğində istifadə etmiş və həmi n il üzrə 169.592,01 manat məbləğində ödəniş etmiş, 2020-ci ildə 152.476 manat məbləğində istifadə etmiş və həmin il üzrə 152.476 manat məbləğində ödəniş etmiş, 2021-ci ildə 276.472 manat məbləğində istifadə etmiş və həmin il üzrə 253.062 manat məbləğində ödəniş etmiş, 2022-ci ildə 341.192 manat məbləğində istifadə etmiş və həmin il üzrə 439.116,20 manat məbləğində ödəniş etmişdir. 9. 2022-ci il 8 dekabr tarixli, MŞB/18-00187 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə sənəddən görünür ki, Cavabdeh ASC-yə sessiyanın tarixi, saatı və yeri barədə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X8 tərəfindən ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində vəsait ödəmişdir. 10. “Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X8 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2022-ci il 10 dekabr tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış ayrı – ayrı müqavilələr əsasında əsassız hesablanmış 36.885,97 manat məbləğində borcun 5 gün müddətində silinməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 11. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 12 dekabr tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 36.885,97 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqavilə əsasında 2022-ci il 4 noyabr tarixdə iddiaçıya cavabdeh tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq gəlmişdir. Həmin xəbərdarlıqda su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi, ödənilmədiyi halda isə suyun dayandırılıcağı göstərilmişdir. Lakin bildirişdə göstərilən 3 iş günü müddətini gözləmədən cavabdeh tərəfindən su təchizatı dayandırılmışdır. Bildirişdə göstərilən borcu qəbul edilmədiyi üçün iddiaçı tərəfindən sözügedən borcu məhkəmə qaydasında mübahisələndirmək zərurəti yaranmışdır. İdd ia ərizəsi təqdim olunanədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2022-ci il 15 noyabr tarixli, e16(113)-131/2022 saylı qərardadı ilə iddiaçıya suyun verilməsinin dayandırılması 2022-ci il 15 dekabr tarixədək cavabdehə qadağan edilmişdir. İddia ərizəsi ilə birlikdə müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə yenidən baxılması üçün ərizə ilə məhkəməyə müraciət olunmuşdur. 13. 2021-ci il 27 iyul tarixdə iddiaçı tərəfindən cavabdehə məktub ünvanlanmış, məktubda mübahisəli olan 111.186,17 manat borcun araşdırılaraq, silinməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən göndərilmiş 2022-ci il 24 avqust tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının hesabından 74.300,2 manat silinərək müvaf iq düzəliş aparılmışdır. Lakin həmin məbləğin hansı qaydada hesablanması göstərilməmiş və qalan 36.885,97 manat məbləğ mübahisəli borc olaraq qalmışdır. Cavabdeh 2022-ci il 4 noyabr tarixdən iddiaçıdan həmin məbləği tələb etmiş olsa da, mübahisəli borcla bağlı heç bir ödəniş aparılmamışdır. Həmçinin 2022-ci il 15 noyabr tarixdə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubda yaranmış borcdan 74.300,2 manat məbləğin silinərək müvafiq düzəlişin aparıldığı qeyd olunmuş və edilmiş düzəlişlərin hansı sənədlər əsasında aparılması, borcun silinməsi və hesablanması qaydası, habelə həmin borcun yaranma tarixi barədə məlumatların və təsdiqedici sənədlərin mümkün qədər qısa müddət ərzində təqdim edilməsi xahiş olunmuş, lakin cari vaxtadək heç bir məlumat və ya sənəd cavabdeh tərəfindən təqdim edilm əmiş və ya göndərilməmişdir. Borcun ümidsiz hesab olunması meyarlarından biri də hesablanmış borc məbləğinin 2017-ci ilədək olan borc məbləği olmasıdır ki, cavabdeh həmin borc üzrə öhdəliyin icrası müddətini ötürmüşdür. Belə ki, həmin borcu məhkəmə qaydasında mübahisələndirmək zərurəti yaranmışdır. İddiaçı tərəfindən illər üzrə, yəni 2017-ci il tarixindən etibarən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ödənilmiş və hazırda 36.885,97 manat məbləğində qalıq borc 2016-ci ildən əvvəlki illərə aid olan borc olmuşdur.

14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 550, 551.2, 552.1, 554.1, 554.4-cü maddələrinə, “İstehlakçıların hüquqlarının müdafi əsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 14, 30.1, 59.3-cü maddələrinə, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli Qərarının 5.1.5-ci bəndinə, “Qavazov Bolqarıstana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2008-ci il 6 mart tarixli Qərarına istinad etmişdir.

15. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək, məhkəmədən iddiaçının cavabdehə qarşı verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2013-cü il 1 yanvar tarixində 19179381 nömrəli “su təchizatı və kanaliza siya xidmətinə görə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya su və kanalizasiya xidməti göstərmişdir. Yasamal rayonu Sukanal idarəsinin xidməti ərazisində klinika kimi fəaliyyət göstərmiş, abonent kodu 070110 olan iddiaçının su xətti üzərində 2014-cü il 22 yanvar tarixdə “STV-80” markalı su sayğacı quraşdırılmışdır. İddiaçı üzrə su sərfiyyatına görə ödəniş xəstəxananın həyətinə daxil olan su xəttinə quraşdırılmış su sayğacının göstəricisinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlaması nəticəsində 2014-cü il 14 aprel tarixində tərtib olunmuş akta əsasən xəstəxana həm özünün istifadə etdiyi suyun dəyərini, həm də su xəttinə qoşulmuş 4 müəssisələrin istifadə etdiyi suyun dəyərini ödəmişdir. Həmin su xəttindən (sayğacdan keçən suya) 4 səhiyyə müəssisəsinə (Ə.Əliyev adına HTİ, Respublika Kliniki Uşaq Xəstəxanası, X7 Stansiyası və X1 (MORQ) su xətti çəkilmiş və onların hər birinə ayrı-ayrılıqda su sayğacı quraşdırılmışdır. Həmin müəssisələr istifadə etdikləri suya görə onlara məxsus sayğacın göstəricisinə uyğun su haqqını ödəmişdir. İddiaçı 44.166 manat içməli suya görə, 45.083 manat isə çirkab suyun axıdılmasına görə olmaqla, cəmi 89.249,50 manat artıq büdcə vəsaitini cavabdehin hesabına ödəmişdir.

17. Daha sonra iddiaçı tərəfindən 21.936,67 manat pul məbləğinin həm xəstəxanaya və digər müəssisələrə suyun sərfiyyat satışı olduğu üçün komissiya tərəfindən araşdırılaraq silinməsi istiqamətində köməklik göstərilməsi xahiş edilmişdir. 2020-ci il 23 iyul tarixli, 311 saylı əmri ilə yaradılmı ş istehlakçılardan daxil olmuş ərizə və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyanın 2022-ci il 31 avqust tarixli, 160/1 saylı Protokoluna əsasən 2012-ci il 1 yanvar tarixindən 2015-ci il 30 iyun tarixədək xəstəxananın su xətti üzərində quraşdırılmış STV-80 markalı, ******* mexaniki tipli sayğacdan keçərək yaxınlıqda yerləşən 070717, 070719 və 070690 abonentlərə verilmiş su sərfiyyatı 070110 abonent kodundan çıxılma olunmamışdır. Qeyd edilənlərə əsasən abonentin hesabına müvafiq düzəlişlər edilərək, 74.300,02 manat borcun silinməsi məqsədəuyğun hesab olunmuşdur. İddiaçının su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə cavabdehə olan əsaslı borcu 36.886,97 manat təşkil etmişdir. Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xər clərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdırmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsinə və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarət olmuşdur. İddiaçıya göstərilmiş olan xidmətlərin dəyəri sayğacın göstəricisinə əsasən hesablanaraq hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında borc məbləği iddiaçı tərəfindən ödənilməmişdir.

18. İddiaçı 2022-ci il 13 dekabr tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 19. 2023-cü il 31 yanvar tarixli, e-2-2(113)-520/2023 nömrəli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmuşdur (hakim – Z.Axundova).

20. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 aprel tarixli, e-2-2(113)-520/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh tərəfindən hesablanmış 36.671,97 manat məbləğində borc iddiaçının hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – L.Əliyeva).

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2017-ci ildən hazırkı vaxta su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin dəyərini ödəmiş və 2023-c ü il 1 yanvar tarixə 36.671,97 manat (2023-cü il 16 yanvar tarixli abonent haqqında məlumat) məbləğində olan qalıq borc 2017-ci ildən əvvəlki dövrə aid olan borc olmuşdur. Belə olduğu halda məhkəmə MM-in 550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün saymışdır.

22. Məhkəmə öz mövqeyini MM-in 550, 551.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunmaması və ödənilmiş 100,33 manat məbləğində dövlət rüsumun iddiaçıdan tutularaq cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-c ü il 11 avqust tarixli, 2-2(103)-636/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsi – iddia qismən təmin edilməsi və cavabdeh tərəfindən hesablanmış 36.671,97 manat məbləğində borcun iddiaçının hesabından silinməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin olunmaması, cavabdeh tərəfindən ödənilmiş 100,33 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – X.Sarıyev və M.Məmmədov).

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın əsasına görə qalıq borc 2016-cı ildən əvvəlki illərə aid olmuş və öhdəliyin icrası müddətinin keçməsinə görə həmin məbləğ ödənilməməlidir. Müddətin keçməsi öhdəliyin xitamına səbəb olmamış dır. Belə ki, hazırki işdə iddiaçıya heç bir tələb irəli sürmədən iddia müddətinin keçməsinə istinad edərək, öhdəliyinə xitam verilməsini xahiş etmişdir. Lakin iddia müddətinin ötürülüb – ötürülməməsi məsələsi, yalnız kreditor, yəni hazırkı halda cavabdeh tərəfindən müvafiq olaraq borcun tutulması barədə iddiaçıya qarşı iddia qaldırıldığı halda sonuncunun həmin iddiaya etiraz kimi iddia müddətinin tətbiqi barədə ərizə verəcəyi halda məhkəmə tərəfindən müzakirə oluna və həmin məsələyə hüquqi qiymət verilə bilər. Belı olduğu halda iddiaçı tərəfindən heç bir tələb olmadığı halda öz təşəbbüsü ilə iddia müddətinin keçməsinə istinad edərək, hazırki iddianın qaldırılması əsassız olmuşdur.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 375.2, 550, 551.1, 551.2.1ci maddələrinə, “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 15 fevral tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 385.1.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

27. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 24 avqust tarixində tərəflərə göndərilmiş və iddiaçının nümayəndəsinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.

28. İddiaçı 2023-cü il 20 oktyabr tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin “iddiaçının cavabdehə qarşı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə hesablanmış borcun silinməsi tələbi barədə iddiasının 36.671,97 manat məbləğində borcun silinməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsini, “iddiaçının cavabdehə qarşı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə hesablanmış borcun silinməsi tələbi barədə iddiasının 36.671,97 manatlıq hissəsinin” təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 425.1, 448.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçıdan mübahisəli borcu ödəməyi tələb etməsini haqlı hesab etməklə, cavabdehin vicdanlığın tələb etdiyi tərzdə hərəkət etmədiyini və risk dairəsinə daxil olan öhdəliklərindən yayındığını nəzərə almamışdır. 30. “Su təchizatı və tullantı suları haq qında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinin və “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarının 7.6-cı bəndinin tələbi pozulmuşdur. Belə ki, iddiaçının hesabından 74.300,2 manat məbləğində pul silinmişdir. Lakin hımin məbləğin hansı qaydada hesablanması göstərilməmiş və qalan 36.885,97 manat mübahisəli borc olaraq qalmışdır. Cavabdeh 2022-ci il 4 noyabr tarixdən iddiaçıdan həmin məbləği tələb etmiş olsa da, 2017-ci ilin yanvar ayından mübahisəli borcla bağlı iddiaçı tərəfindən heç bir ödəniş olunmamışdır. Apellyasiya məhkəməsi isə mübahisəli borcun iddiaçıdan tələb edilməsini haqlı hesab etmişdir. İddiaçı suyun hesabını tam ödədikdən sonra, cavabdehin səhvinə görə düzgün hesab lanmamış suyun dəyəri olan 36.885,97 manat, o cümlədən həmin məbləğin 36.671,97 manat məbləğində hissəsini ödəməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. 31. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarının 1.3, 5.1.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi iddiaçının verilən suyun, axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabda yol verilmiş qeyri – dəqiqliyin aradan qaldırılmasını tələb etmək hüququnu məhdudlaşdırmış və bununla da qeyd olunan qərarın bəndlərini iddiaçının mənafeyini ağırlaşdıran formada təfsir etmişdir.

32. MPM-in 4.1, 14, 77, 79, 85, 88, 217.1, 217.4, 372.1, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni olmamış, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Məhkəmə cavabdehin apellyasiya şikayətini təmin edərək, iddiaçının qanunla qorunan hüquq və azadlıqlarını, həmçinin maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirməsini məhdudlaşdırmışdır. Həmçinin apellyasiya məhkəməsi işə baxarkən iddia tələblərinin əsassız olduğu qənaətinə gəlmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutlar əsasında mahiyyəti üzrə işə baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. IV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Hazırkı icraat çərçivəsində apellyasiya instansiya sı məhkəməsinin aktı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

550. Tələblər üçün müddət Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.” “Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.... 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;...” 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2023-cü il 15 fevral tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5- ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin....”

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qa nununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 2019-cu il 11 oktyabr tarixli Qərardadında göstərilmişdir: “... Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş Plenumun 2018-ci il 31 ma y və 2019-cu il 25 iyul tarixli Qərarlarında mülki qanunvericiliyin müvafiq normalarına verilmiş şərh nəticəsində bu normaların geniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinin qorunması məqsədi ilə bu Qərarlarda əks olunmuş hüquqi mövqelər müvafiq olaraq onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarların həmin müraciətlərə səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də müraciətlərə baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumun un yuxarıda göstərilən qərarlarında ifadə olunmuş hüquqi mövqelər həmin qərarların qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunmalıdır....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq norm aları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

42. Hazırkı halda iddia tələbinin və kassasiya şikayətinin əsaslarını iddiaçının 2016-cı ildən əvvəlki illərə aid borclarına MM-in 550 və 551-ci maddələri tətbiq olunmaqla öhdəliyin icrası müddətinin keçməsi məsələsi təşkil etmişdir.

43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarınd a göstərilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müdd ətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

44. Göründüyü kimi Konstitusiya Məhkəməsinin MM-in 550 və 551.1.2-ci maddələrində göstərilən qaydalara münasibətdə mövqeyi baxımından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

45. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarının “qərara aldı” hissəsində onun dərc edildiyi gündən qüvvəyə mindiyi öz əksini tapmışdır. 46. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu madd əsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (Qanunun 66.1, 66.2-ci maddələri).

47. Həmin Qanunun 67.0.2-ci maddəsinə əsasən, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarlar - dərc olunduğu gündən qüvvəyə minir.

48. MPM-in 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu ş ərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

49. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərardadında əks olunmuş mövqeyə görə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında ifadə olunmuş hüquqi mövqelər həmin qərarların qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunmalıdır (bax §38).

50. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya ş ikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

52. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-636/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar