Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-692/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 İB-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(104)-216/2021 saylı qərardadından ilkin iddia üzrə İddiaçı1 İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ
1. İddiaçı1 İB (bu ndan sonra ilkin iddiaçı) Cavabdeh3 və Cavabdeh2 (bundan sonra birlikdə cavabdehlər) qarşı 2020-ci il 11 avqust tarixində iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, ümumi 189.857,30 manat borc məbləğinin 34.457 manat hissəsinin Cavabdeh3, 155.4**,20 manat hissəsinin isə Cavabdeh2 tutularaq İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda Cavabdeh3 İddiaçı1 İB-nə qarşı 2020-ci il 21 sentyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, ona artıq hesablanmış 88.821,50 manat məbləğində borcun silinməsi və qaz tənzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a) Birinci instansiya məhkəməsində icraat
3. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, 34.457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 ilkin iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissəsi təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Şəmkir rayonu Qaralar kəndində yerləşən, Cavabdeh3 məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılmasının İB-yə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim R.Məmmədov).
4. İlkin iddiaçı tərəfindən həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi, iddia olunan borcun 34 457 manat h isssəsinin Cavabdeh3, qalan 155.4**,20 manat hissəsinin Cavabdeh2 tutularaq ilkin iddiaçının bank hesabına köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2-2(104)-216/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə).
6. Həmin qətnamə 2021-ci il 3 dekabr tarixli müşayət məktubu ilə tərəflərə göndərilmiş, ilkin iddiaçıya 2022-ci il 18 fevral tarixində müvafiq poçt xəbərnaməsinə imza edilməklə təqdim edilmişdir.
7. İlkin iddia çı tərəfindən 2022-ci il 13 iyul tarixində verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işi yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(104)-216/2021 saylı qərardadı ilə ilkin iddiaçı tərəfindən həmin məhkəmənin 2021-ci il 1 dekabr tarixli 2-2(104)-216/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər Ə.Abdullayev və R.Muradov).
9. Apellyasiya instansiyası məhkəməsi MPM-in 405.0.1, 408.1, 408.1.4, 408.5-ci maddələrinə istinadla qeyd etmişdir ki, məhkəmənin hazırki iş üzrə 2021-ci il tarixli 1 dekabr 2-2(104)-216/2021 saylı qətnaməsini 2022-ci il 18 fevral tarixində ilkin iddiaçının nümayəndəsi Həsənov xəbərnaməyə imza etməklə almışdır. Həmin qətnamədən ilkin iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 2022-ci il 13 iyul tarixində poçt vasitəsilə göndərilmişdir.Göründüyü kimi, kassasiya şikayəti iki aylıq prosessual müddət buraxılmaqla verilmiş, prosessual müddət üzrlü səbəbdən buraxıldığı halda həmin müddətin bərpası üçün ərizə verilməmişdir.
10. Ona görə də, həmin məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
11. Həmin qərardaddan ilkin iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
12. MPM-in 129.3 və 386-cı maddələrinin tələb ləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 1 dekabr tarixli 2-2(104)-216/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prossesual müddət ötürülməmişdir. Belə ki, həmin qətnamə ilkin iddiaçıya 2022-ci il 18 fevral tarixində rəsmi qaydada təqdim olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsindən şikayət 2022-ci il 25 fevral tarixində sadə göndərişli poçt vasitəsilə göndərilmişdir. Qeyd olunan kassasiya şikayətinin 2022-ci il 15 iyul tarixdə hansı səbəbdən Gəncə Apellyasiya Məhkəməsinə daxil olması barədə ilkin iddiaçının məlumatı yoxdur. Lakin məhkəmə mübahisələndirilən qərardadı qəbul edərkən qeyd olunanları nəzərə almamışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
16. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onl ara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: « Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri …… 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». «Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Maddə
129. Prosessual müddətlərin qurtarması..... 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur”. “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.5. Bu Məcəll ənin 408.1.1 - 408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
19. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, məhkəmə qətnaməsindən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülmədən-2022-ci il 25 fevral tarixində sadə göndərişli poçt vasitəsilə göndərilmiş, apellyasiya instansiyası məhkəməsi şikayətin vaxtında poçta təhvil verilməsini nəzərə almamaqla MPM-in 129.3-cü maddəsinin tələbini pozmuşdur.
20. Məhkəmə kollegiyası ilkin iddiaçının kassasiya şikayətinin dəlilinə qiymət verərkən nəzərə alır ki, milli operator poçt göndərişlərinin qəbulu, işlənilməsi, daşınması və çatdırılmasının rəsmiləşdirilməsi üçün poçt təqvim ştempeli qurğularından istifadə edir. Məktub poçtu göndərişləri qəbul edilərkən hər bir poçt göndərişinin ünvan tərəfinə təqvim ştempeli vurulur. Markalayıcı maşının təqvim ştempelinin tarixi poçt göndərişlərinin göndərilmə üçün təqdim edilmə tarixinə uyğun olmalıdır ( Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli **01 saylı Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərin in göstərilməsi Qaydaları”nın 1.33, 7.28 və 7.29-cu bəndləri).
21. Hazırki halda MPM-nin 14.2, 77.1 və 129.3-cü maddəsinin tələblərinə (bax yuxarıda § 17) əsasən kassasiya şikayətinin prosessual qanunun müəyyən etdiyi müddət ərzində poçt rabitəsinə təqdim edildiyini sübut etmək vəzifəsi şikayətiverənin-ilkin iddiaçının üzərindədir. Lakin ilkin iddiaçının kassasiya şikayətininə əlavə etdiyi zərfə vurulmuş təqvim ştempelindən, göndərişin 2022-ci ilin 25 fevral tarixində poçt orqanına təqdim olunması müəyyən edilmir.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin MPM-nin 129.3-cü maddəsinin pozulmasına dair dəlilini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan pros essual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.
23. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 22(104)-216/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli