Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-692/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli 2-2(104)-167/2024 nömrəli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Abonet saldosuna görə ********** nömrəli sayğac Şahid Ziyyədin oğluna məxsusdur. 2. 2013-cü il 17 may tarixli 7E-10-6304 nömrə ilə qeydə alınan ərizədən görünür ki, İddiaçı ********** nömrəli işıq sayğacınının onun adına olduğunu, lakin Şahid Ziyyədin oğlunun istifadəsində olduğu üçün Şahid Ziyyədin oğlunun adına rəsmiləşdirilməsi üçün ərizə vermişdir.
3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnaməsinə görə, İddiaçı həqiqətən ünvan 1 ünvanında yerləşən “Sahildə görüş”yeməkxanasın ın yerləşdiyi 757.5 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 1.335 manat təşkil edir.
4. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 1ndə yerləşən “Sahildə görüş” yeməkxanası İddiaçı mükiyyətindədir. Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin 2023-cü il 10 oktyabr tarixli 003661 nömrəli Texniki Pasportundan görünür ki, Ümumi sahəsi (398.7m2), Əsas sahəsi (179.1m2), Köməkçi sahəsi (219.6m2) Tikinti altı sahəsi (329.8m2) Təsərrrüfat hesablı “Sahildə görüş” yeməkxanası 1980-ci ildə tikilmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda ye rləşən 0,0758 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 6. 1996-cı il 1 yanvar tarixli müqaviləyə görə bu müqavilə elektrik enerjisinin verilməsi və istehlakı barədə Gəncə şəhər X2 müəssisəsi ilə “Sahildə görüş” obyektinin sahibi İddiaçı arasında bağlanmış, müqavilənin şərtlərinə görə müəssisə istehlakçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerjinin 0.4 kB-lıq elektrik sayğacı ilə verilməsini öhdəsinə götürmüşdür.
7. Yeni inşa olunması planlaşdırılan tikilinin layihəsinə görə, iddiaçı həmin ərazidə yenidən eyni ölçülü obyekt inşa etmək istəyir və bu obyekt üçün yenidən elektrik təchizatına ehtiyac yarandığından əvvəlki obyektə verilmiş eyni gücdə elektrik enerjisinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İ ddiaçı (bundan sonra - "iddiaçı") "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "cavabdeh") qarşı 2024-cü il 12 fevral taixndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən “Sahildə görüş” obyektinin (bundan sonra – “obyekt”) enerji təchizatının əvvəlki gücündə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus obyekt 1993-cü ildən fəalliyət göstərmiş, 2003-cü ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi deportamentinin 2003-cü il 24 iyun tarixli 000722 nömrəli qərarı ilə iddiaçı tərəfindən özəlləşdirilmiş, obyektin elektrik sayğacı mövcud olmuş və obyekt 2011-ci ildə Gən cə şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülərkən elektrik sayğacı iddaçının günahı olmadan məhv edilmişdir. iddiaçı, mövcud elektrik sayğacının bərpası ilə bağlı müraciət etsə də, cavabdeh həmin müraciəti rədd etmiş və istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın yalnız yeni qurulan və istifadəyə verilən obyektlərə tətbiq edildiyini bildirmişdir. Bu qaydalara görə, həmin obyektlərdə əvvəllər elektrik sayğacı mövcud olmamışdır.
10. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 31 may tarixli e-2-2(115)-484/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim – R.Qələndərzadə).
11. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətind ə olan qeyri-yaşayış sahəsi Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən sökülmüşdür. İddiaçı cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi səbəbindən enerji təchizatından məhrum qalmamışdır. Sayğacın iddiaçı tərəfindən başqa qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə satılması barədə məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir.
12. Həmçinin iş materiallarına görə Şahid Ziyyədin oğlunun istifadəsində olan iddiaçının adındaki ********** nömrəli işıq sayğacınının Şahid Ziyyədin oğlunun adına rəsmiləşdirilməsi üçün ərizə verilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsində ona məxsus obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsindən, tərəflərin nümayəndələrinin izahatlarına görə iddiaçının enerji təchizatının əvvəlki gücündə bərpa olunmasını tələb etdiyi qeyri-yaşayış sahəsi halhazırda mövcud deyildir. Sökülmüş və hal hazırda mövcud olmayan qeyri-yaşayış sahəsinə enerjinin verilməsinin bərpa olunması tələbi də əsassızdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli, 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tələblərinə əsasən enerji təchizatı şəbəkəsinə qoşulması üçün enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin e lektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları”nın 1.1, 1.1.2, 2.1, 2.2, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4 və 2.2.5-ci bəndlərinə; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.2 və 1.3-cü bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - "MPM") 14.1, 14.2, 77.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 avqust tarixli 2-2(104)-167/2024 nömrəli qətna məsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləvğ olunaraq iddia tələbinin təmin olunması qət edilmişdir (sədrlik edən hakim – R.Mamədov, hakimlər – A.İsgəndərova və A.Bayramov).
18. İşin materiallarında mövcud olan müqavilədən (bax §6) müəyyən olmuşdur ki, əvvəllər Gəncə şəhər X2 müəssisəsi tərəfindən iddiaçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerji 0.4 kB-lıq elektrik sayğacı ilə verilmişdir. Buna münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əvvəllər də elektrik enerjisi verilmiş və həmin obyektin hal hazırda mövcud olmaması əsası ilə elektrik enerjisinin bərpa edilməsindən imtina edilmişdir.
19. İş materiallarına əlavə edilmiş yeni inşa olunması planlaşdırılan tikilinin layihəsinə görə iddiaçı həmin ərazidə yenidən eyni ölçülü obyekt inşa etmək istəyir və bu obyekt üçün yenidən elektrik təchizatına ehtiyac yarandığından əvvəlki obyektə verilmiş eyni gücdə elektrik enerjisinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Odur ki, əvvəl də həmin yerdə eyni ölçülü obyektin mövcud olmasını, həmin obyektin texniki şərtlərə cavab verdiyi üçün Gəncə şəhər X2 müəssisəsi tərəfindən iddiaçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerji 0.4 kB-lıq elektrik sayğacı ilə elektrik enerjisinin verilməsini nəzərə aldıqda iddiaçıdan həmin ərazidə inşa ediləcək eyni ölçülü obyekt üçün elektrik enerjisinin bərpa edilməsinə görə yenidən əlavə texniki şərtlərin verilməsinə zərurət olmadığından bununla bağlı cavabdeh orqanın imtinası əsassız olmuşdur.
20. Bundan əlavə iddiaçının sayğacı satmasına münasibətdə k ollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin də dəlillərinə görə, iddiaçı yenidən sayğacın quraşdırılmasını tələb etməməklə bərabər həmçinin elektrik sayğacını özünün əldə edəcəyini bildirmişdir. Belə ki, sayğacın satılması halı da elektrik enerjisinin iddiaçıya münasibətdə bərpa edilməməsi əsası kimi çıxış edə bilməz.
21. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş hüquq normaları ilə eynilik təşkil etmişdir.
22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləvğ, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydasının 2.1, 2.2, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4 və 2.2.5-ci bəndləri üzrə - cavabdeh apellyasiya məhkəməsinin mövqeyini (bax §19) əsassız hesab edərək qeyd etmişdir ki, istinad olunan qaydaların məzmununa görə abonentlərin ETŞ-yə qoşulması yalnız mövcud və ya gələcəkdə inşa ediləcək tikinti obyektlərinin münasibətdə mümkündür. Yəni hər hansı bir tikiliyə texniki şərtin verilməsi üçün ya həmin tikili hazırda mövcud olmalı, ya da gələcəkdə inşa edilməsi nəzərdə tutulmalıdır. Lakin qanunvericilikdə konkret olaraq əvvəllər mövcud olan lakin sonradan sökülmüş tikinti obyektinə ilkin olaraq verilmiş texniki şərtin sonradan həmin tikilinin yenidən tikilməsi zamanı istifadə olunmasını nəzərdə tutan və bu cür hallarda tikinti obyektinə yenidən texniki şərtin alınması üçün müraciət edilməsini istisna edən konkret norma nəzərdə tutulmamışdır. 24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarı üzrə - hazırkı iş üzrə cavabdeh təbii inhisar subyekti hesab edildiyindən və iddia tələbi cavabdehin, yəni təbii inhisar subyektinin hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırkı işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, işin fakti ki halları ondan ibarət olmuşdur ki, obyektin qanunsuz sökülməsi zamanı elektrik sayğacının torpağın altında qalması səbəbindən iddiaçı enerji təchizatının bərpa olunmasını cavabdeh təşkilatdan xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayətində də qeyd edilmişdir ki, iddiaçı cavabdeh təşkilatdan yeni saygac tələb etmir və elektrik enerjisi təmin olunduğu halda sayğacı iddiaçının özü əldə edəcək. Eyni zamanda obyektdə bu gün hər hansı bir tikilinin də olmaması işığın bərpa edilməməsi üçün əsas ola bilməz. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanıla caqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Şəhərsalma müddəalarında aşağıdakılar nəzərdə tutulur: və Tikinti Məcəlləsinin müvafiq “Maddə
5. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşa ğıdakılardır: … 5.1.4. tikintiyə icazə verilməsi; …” “Maddə
74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. …” “Maddə
79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rez ervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlər inin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur”. “Maddə
80. Mə lumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlan ılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir”.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005- ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: müstəqil enerji istehsalçısı - dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub, onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisi ilə təchiz edən hüquqi şəxs; 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchi zatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır...”
30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Pr osessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların a və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;... 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun”. “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadını n ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. …” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar çıxarılaraq iddia təmin olunmamalıdır.
32. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələ bi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.
33. Baxılan işin mübahisəsiz hallarına əsasən tərəflər arasında bağlanmış 1996-cı il 1 yanvar tarixli müqaviləyə görə cavabdeh istehlakçıya onun mülkiyyətində olan qeyriyaşayşı sahəsinə 50 kva (kvt) hüdudlarında fasiləsiz enerjinin 0.4 kB-lıq elektrik sayğacı ilə verilməsini öhdəsinə götürmüşdür. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən sökülmüşdür. Sayğac isə iddiaçı tərəfindən başqa qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə satılmışdır.
34. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus obyektin (hazırda möv cud olmayan) enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
35. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əvvəl də həmin yerdə eyni ölçülü obyektin mövcudluğu və bu obyektin texniki şərtlərə cavab verdiyi üçün cavabdeh tərəfindən iddiaçıya 50 kVA (kilovolt-amper) hüdudlarında fasiləsiz enerji 0.4 kBlıq elektrik sayğacı ilə elektrik enerjisinin verilməsi nəzərə alındıqda iddiaçı həmin ərazidə inşa ediləcək eyni ölçülü obyekt üçün elektrik enerjisinin bərpa edilməsinə görə yenidən əlavə texniki şərtlərin verilməsinə zərurət olmadığından bununla bağlı cavabdeh orqanın imtinası əsassız olmuşdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
37. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (bundan sonra – “Məcəllə”) şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri sırasında tikintiyə icazə verilməsi də nəzərdə tutulmuşdur (bu Məcəllənin 5.1.4-cü maddəsi).
38. Bununla belə həmin Məcəllənin müddəalarına əsasən tikinti obyektləri onların tikintisinin həyata keçirilməsi mümkünlüyü baxımından icazə tələb olunan, belə icazə tələb olunmayan və məlumatlandırma qaydası tətbiq edilən kateqoriyalara bölünmüşdür.
39. Məcəllənin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla digər obyektlərin tikintisinə icazə tələb olunur. Göstərilən Məcəllənin 79-80-ci maddələrində isə müvafiq olaraq tikintisinə icazə tələb olunmayan və tikintisi məlumatlandırma icraatı qaydasında aparılan tikinti obyektlərinin dairəsi dəqiq müəyyənləşdirilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin materiallarına əsasən iddiaçının mülkiyyətində olmuş “Sahildə görüş” yeməkxanası söküldüyündən hazırda mövcud deyildir. Digər tərəfdən 1996-cı il 1 yanvar tarixli müqavilədən görünür ki, Gəncə şəhər X2 müəssisəsinin öhdəliyi məhz “Sahildə görüş” yeməkxanası barəsində yaranmışdır.
41. Bununla belə sökülməsi səbəbindən qeyd edilən obyektin hal-hazırda fiziki cəhətdən mövcud olmaması iddiaçının bu obyekt barəsində mülkiyyət hüququnu Mülki Məcəllənin 203.1-ci maddəsi baxımından itirilməsi ilə nəticələnmişdir.
42. Belə hüquqi vəziyyətdə isə artıq mövcud olmayan ob yektə (mülkiyyət hüququ itirilmiş) həmin ərazidə inşa ediləcək eyni ölçülü obyekt üçün elektrik enerjisinin bərpa edilməsinə görə yenidən əlavə texniki şərtlərin verilməsinə zərurətin olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı normaların da tələbi baxımından əsaslı və qanuni hesab edilə bilməz.
43. Əvvəldə də göstərildiyi kimi Məcəllənin 74.1, 79 və 80-ci maddələrinin müqayisəli təhlilindən belə nəticəyə nail olunur ki, iddiaçı tərəfindən sökülmüş obyektin yerləşdiyi ərazidə yenidən eyni ölçülü obyekti inşa etmək istəyi, bununla bağlı həmin obyektin layihəsinin mövcud olması və həmin layihə üzrə obyektin sökülmüş obyektin yerləşdiyi ərazidə (torpaq sahəsində) inşa edilməsinin planlaşdırılmasının yenidən əlavə texniki şərtlərin verilməsi zəruriliyinin olmamas ı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi həm göstərilən normaların, həm də sahəvi qanunvericilik müddəalarının nəzərə alınmaması ilə nəticələnmişdir.
44. Belə ki, Məcəllənin 79-80-ci maddələrində nizamlanmış qaydaların məzmunu hazırkı iş üzrə tikintisi planlaşdırılan obyektin təyinatı baxımından onu əhatələmir. Bu cür vəziyyətdə isə tikintisi planlaşdırılan obyektin inşası üçün həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən icazə alınması mütləq şərtdir.
45. Hazırkı işin materiallarına görə iddiaçının elektrik enerjisi təchizatının əvvəlki gücündə bərpa edilməsinin öhdəlik kimi cavabdehin üzərinə qoyulması ilə bağlı dəlillərindən biri kimi onun sökülmüş obyektin bərpa edilməsi üçün lazım olması, texniki şərtlərin isə yalnız yeni, yaxud yenidən qurulan istifadə olunmasına icazə verilmiş, gücü artırılan istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün nəzərdə tutulduğu bildirilmişdir (bax: iş materialları səhifə 218).
46. Bununla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, Məcəllənin 3.0.11-ci maddəsinə əsasən tikinti obyektləri dedikdə tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular başa düşülür. Tikinti fəaliyyəti isə tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədilə həyata keçirilən fəaliyyət növü kimi müəyyənləşdirilmişdir (Bu Məcəllənin 3.0.9-cu maddəsi).
47. Adı çəkilən Məcəllənin 3.0.21-ci maddəsində isə göstərilmişdir ki, tikinti obyektinin bərpası – istismara yararsız vəziyyətə düşmüş obyektin müvafiq layi hə əsasında tikintiquraşdırma işləri yerinə yetirilməklə ilkin vəziyyətə qaytarılmasıdır. Hazırkı vəziyyətdə obyekt söküldüyündən onun yararsız vəziyyətə düşməsi fakt kimi istisna edilir.
48. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə verilməsi Qaydası”nın (bundan sonra – “Qayda”) 1.5-ci bəndinə əsasən bu Qayda əsasında tikintiyə icazə tikinti obyektinin inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi üçün verilir. Tikintiyə icazə verilməsinin qaydaları isə Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci, həm də Qaydaların 3-cü bölməsində müəyyənləşdirilmişdir.
49. Beləliklə, göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq hazırkı iş üzrə iddiaçının planlaş dırdığı tikinti obyekti (o hətta bərpa edilməli vəziyyətdə olsaydı belə) yalnız icazə alındıqdan sonra inşa edilər bilərdi.
50. Digər qanunvericilik aktlarının tələbi baxımından isə yalnız tikintiyə icazənin mövcudluğu tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasına hüquqi imkan açır.
51. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilən “Tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın (bundan sonra – “Qoşulma Qaydaları”) 1.3-cü bəndinə görə hər bir sifarişçinin bu Qaydaya uyğun olarq elektrik şəbəkəsinə qoşulmaq hüququ vardır. Məcəlləyə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tət biq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.
52. Digər tərəfdən Qoşulma Qaydalarına əsasən Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin verilməsi Məcəllənin tələbləri nəzərə alınmaqla bu Qaydaya uyğun olaraq təmin edilir. Bu halda texniki şərtlər həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir. Sifarişçinin barəsində tikintiyə icazə icraatı tətbiq edilən inşa ediləcək tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması sifarişçi tərəfin dən həmin tikinti obyektinin tikintisinə Məcəlləyə uyğun olaraq icazə alındıqdan sonra onun bu Qaydanın 2.1-ci və ya 3.1-ci bəndlərində nəzərdə tutulmuş qaydada müraciətinə əsasən bu Qaydaya müvafiq olaraq həyata keçirilir (Qoşulma Qaydalarının 1.25 və 1.26-cı bəndləri).
53. Hazırkı işin materiallarında isə iddiaçının belə bir icazəyə malik olmasını və qeyd olunan qanunvericilik normalarındakı qaydalara riayət etməklə cavabdehə müraciətini təsdiq edən hər hansı sübut mövcud deyildir.
54. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin edərkən yuxarıda göstərilmiş qanunvericilik normalarının tələblərini nəzərə almamışdır.
55. Məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin hazırkı mübahisəyə inzibati məhkəmələrdə baxılması barədə dəlili ilə bağlı onu da qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 9 oktyabr tarixli Qərarının 5-ci bəndi ilə 2015-ci il 10 aprel tarixli Qərarının 14-cü bəndinə edilmiş dəyişikliyə görə:
56. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönə lmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
57. Göründüyü kimi Ali Məhkəmənin 2024-cü il 9 oktyabr tarixli Plenum Qərarına əsasən hazırkı mübahisə də mülki mühakimə icraatı qaydasında həll edilməlidir. Odur ki, kassasiya şikayətinin qeyd olunmuş dəlili əsassızdır.
58. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinə qarşı etiraz ərizəsində göstərdiyi dəlilləri ilə bağlı bildirir ki, ərizədə ifadə edilən dəlillərin hər birinə əsaslandırılmış və aydın şəkildə qərarın yuxarıda qeyd olunan bəndlərində cavab verilmişdir. Buna görə də həmin dəlillərə yenidən münasibət bildirməyə ehtiyac yoxdur.
59. Kollegiya, həmçinin vurğulayır ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 217.1 və 217.2-ci maddələri).
60. Məhkəmə kollegiyası 417.1.4, 417.2 və 418.2-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bu da qeyd olunmuş maddələrin tələbinə əsasən həmin qətnamənin ləğvi üçün əsasdır.
61. Yuxarıda göstərilənləri ümumi ləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual normaların tələblərini pozmaqla yanlış nəticəyə gəlmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir.
62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 avqust tarixli 22(104)-167/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.