Məhkəmə qərarları › İş №2-2(102)-705/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-705/2025

26.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-705/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri X saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, sahibliyin qanunsuz sahibdən qaytarılması, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5nə qarşı “alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, dəymiş zərərin ödənilməsi və s.” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 iyul tarixli 2-2(103)-341/2025 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2015-ci il 16 sentyabr tarixli 2(004)6642/2015 nömrəli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı iddia tələbi təmin olunaraq, 388.000 manat və 30.000 avro pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının İddiaçı alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli 1(101)-582/2016 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Cavabdeh1 iddia tələbi qismən təmin edilərək, ona vurulmuş maddi ziyan olmaqla cəmi 422.563 manat (493.000 ABŞ dollarının həmin dövrə məzənnə ilə 388.000 manat və 30.000 avronun həmin dövrə məzənnə ilə 34.563 manat) maddi ziyanın təqsirləndirilən şəxs İddiaçı zərərçəkmiş şəxs Cavabdeh1 xeyrinə tutulması qərara alınmış, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində 3-cü sıra, 6-cı korpusda yerləşən 24-cü mağazadakı və 1-ci bina, 2-ci mərtəbə, 6-cı korpusda yerlə şən 13 nömrəli anbardakı 106.572 manat dəyərində olan mallar, həmçinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 102 ünvanda yerləşən anbarda saxlanılmaqla yuxarıda qeyd edilən çeşiddə olmaqla çilçıraq komplekt hissələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2 və 93-3-cü maddəsinə əsasən müsadirə olunaraq Cavabdeh1 vurulmuş maddi ziyanın müvafiq qaydada ödənilməsinə yönəldilmiş, həmin malların Cavabdeh1 öhdəsində saxlancda saxlanıldığı nəzərə alınaraq, sonuncuya vurulmuş maddi ziyanla bağlı tutmanın həmin mallara qanunamüvafiq qaydada yönəldiləcəyi vaxta qədər onların qorunub saxlanılması Cavabdeh1 həvalə olunmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 2019-cu il 4 iyul tarixli 1(103)95/19 nömrəli qərarı ilə hökm dəyişdirilərək təyin olunmuş cəza m üddəti 8 ilə endirilmiş, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 102 ünvanda yerləşən anbarda saxlanılan çilçıraq komplekt hissələrinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli 1(101)-582/2016 nömrəli hökmünün nəticə hissəsində göstərilmiş məhkum İddiaçı zərərçəkmiş Cavabdeh1 “vurulmuş ziyanla bağlı tutmaların həmin mallara qanunamüvafiq qaydada yönəldiləcəyi” vaxt 66798 manat məbləğində nəzərə alınması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 2 mart tarixli 1(102)185/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 2019-cu il 4 iyul tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli hökmü ləğv edilmiş, cinayət işi üzrə i craata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.

5. Bakı şəhəri 19 saylı notariat kontorunda notarius işləyən Cavabdeh6 iştirakı ilə təsdiq olunmuş AR-İ 456222 nömrəli, reyestrdə 7E-5445 nömrə ilə qeyd edilmiş 2016-cı il 12 mart tarixində Cavabdeh2 vərəsəlik payına dair hüquqi hərəkətlərin həyata keçirilməsi, sərəncam verilməsi, məhkəmələrdə təmsilçilik, qanunla icazə verilmiş bütün əqdlərin bağlanması ilə bağlı etibarnamə vermişdir.

6. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 157.2 kv.m olan fərdi yaşayış evi 2019-cu il 12 iyul tarixində Cavabdeh3 satılmış, əmlakın qiyməti 130.000 manat müəyyən edilmiş, alqı-satqı müqaviləsini İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, Cavabdeh3 a dından etibarnamə üzrə nümayəndəsi X5 imzalamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Cavabdeh4 MMC və Cavabdeh5 MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh6”) qarşı iddia ərizəsi, bundan sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, - Bakı şəhəri 52 saylı notariat ofisində 4Ə-582 nömrəli reyestrdə qeyd olunmuş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunmaqla ləğv edilməsi; - iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən evdən istifadə etməklə qanunsuz olar aq fəaliyyət göstərən "xxxx" MMC-nin və digər şəxslərin evdən çıxarılması, iddiaçının ünvan 3 ünvanında yerləşən evə köçürülməsi; - Bakı şəhəri, Qaradağ rayonu “Sədərək” Ticarət Mərkəzində 3-cü sıra, 6-cı korpusda yerləşən 30 nömrəli (köhnə 24) mağaza üçün ödənilmiş 25.000 manat pulun, 50.000 manat malların satışından verilmiş pulun, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanında "xxxx" MMC-dən 2017-2019-cu illər üzrə alınan 15.000 manat icarə haqqının, həmin ünvanda yerləşən yaşayış sahəsinin 15.000 manat kirayə haqqının, 2015-ci ildən bu günə kimi qanunsuz hərəkətlərinə görə vurduğu maddi-mənəvi ziyanın əvəzi olaraq 300.000 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi; - 104.000 manat pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi; - Cavabdeh1 iddia ərizəsində s adalanan ümumilikdə 173.340 manat dəyərində olan əmlakların və ya onların dəyərinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2021-ci il 2 mart tarixli 1(102)-185/2021 nömrəli Qərarına əsasən müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh1 2010-cu ilin yay aylarında “Sədərək” Ticarət Mərkəzində mağaza icarəyə götürərək, hər biri 25.000 manat olmaqla ümumilikdə 50.000 manat sərmayə qoymuşlar. İddiaçının qanunsuz həbsi (2015-ci il) nəticəsində mağazaya Cavabdeh1 təkbaşına sahib çıxmış, iddiaçıya məxsus malları Cavabdeh2 vasitəsilə satdırmış və bu yolla külli miqdarda maddi zərər vurmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2016-cı il 10 mart tarixli rəyin ə əsasən, iddiaçıya məxsus malların ümumi dəyəri 106.572 manat təşkil etmiş, onların əksəriyyəti satılmış, qalan hissəsi isə dəyərini itirmişdir. Ali Məhkəmənin qərarında təsbit olunduğu kimi, iddiaçıya məxsus 106.572 manatlıq mallar və 66.798 manat dəyərində ehtiyat hissələri (cəmi 173.340 manatlıq əmlak) Cavabdeh1 tərəfindən mənimsənilmişdir. Bundan əlavə, iddiaçının atasından vərəsəlik qaydasında keçmiş ünvan 6 ünvanındakı yaşayış sahəsi və aptek kimi istifadə edilən obyekt 2019-cu il 12 iyul tarixli alqı-satqı müqaviləsi ilə dəyərindən çox aşağı – 130.000 manata, özü də hissə-hissə ödənişlə satılmışdır. Mübahisəli daşınmaz əmlakın 2019-cu ildə orta bazar dəyəri “X4”nin 2024-cü il 10 sentyabr tarixli rəyinə əsasən 241.000 manat, hazırkı dəyəri isə 379.000 manat təşkil edir. Bu göstərici lər əmlakın dəyərindən xeyli aşağı qiymətə satıldığını və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaratdığını sübut edir. Həmçinin, iddiaçı həbsdə olduğu dövrdə onun adından 2016-cı il 12 mart tarixli AR-İ 456222 nömrəli etibarnamə tərtib edildiyi iddia olunmuşur. Həmin tarixdə iddiaçı Bakı İstintaq Təcridxanasında saxlanılmış, notarial hərəkətlərin aparılması üçün məhkəmənin icazəsi olmamış və onun qeyd olunan notariusla heç bir təması baş verməmişdir. Buna görə də etibarnamənin həqiqiliyinə şübhə yaranır və bu hal alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əlavə hüquqi əsas təşkil edir. İddiaçının həbs dövründə cavabdehlər tərəfindən onun daşınmaz əmlakı və ticarət obyektlərindən qanunsuz istifadə edilmiş, icarə və satışdan əldə olunan gəlirlər mənimsənilmişdi r. İddiaçı 2015-ci ildən bu günə qədər ayda 1.000 ABŞ dolları icarə haqqından məhrum olmuş, nəticədə ona 80.000 ABŞ dolları zərər dəymişdir. Beləliklə, cavabdehlər iddiaçıya məxsus 173.340 manat dəyərində malları və ehtiyat hissələrini, 25.000 manatlıq ticarət obyektindəki payı, 2010–2013-cü illərdə 50.000 manatlıq gəliri və 241.000 manatdan artıq bazar dəyəri olan daşınmaz əmlakı mənimsəməklə maddi zərər vurmuşlar. Sübutlar göstərir ki, iddiaçıya məxsus əmlakın alqı-satqısı onun iradəsini əks etdirməmiş, qanunsuz və etibarsız notarial sənədlər əsasında həyata keçirilmişdir. Bu səbəbdən, 2019-cu il 12 iyul tarixli alqı-satqı müqaviləsi və onunla bağlı etibarnamələrin etibarsız hesab edilməsi üçün yetərli hüquqi əsaslar mövcuddur.

9. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi iddiaya yazılı etira z təqdim edərək bildirmişdir ki, iddiaçının ünvan 7 ünvanında yerləşən 4 otaqlı mənzili paylı mülkiyyətdə olmuş, atasından ona 1/5 pay keçmiş, lakin vərəsəlik prosesi tamamlanmamışdır. İddiaçı bu payı "xxxx" ASC-yə girov qoyaraq 160.358 ABŞ dolları borca düşmüş, həmçinin Cavabdeh1 388.000 manat və 30.000 avro borclanmış, 2013-cü il 5 fevral tarixli notarial “borcun etirafı” müqaviləsi ilə bu təsdiqlənmişdir. Borc ödənilmədiyindən 2015-ci ildə cinayət işi açılmış, həbsdən sonra ailə üzvləri cavabdehdən evin girovdan çıxarılaraq satılması və borcun ödənilməsi barədə xahiş etmişlər. 2015-ci il 25 avqust tarixində təcridxanada iddiaçı notariusun iştirakı ilə cavabdehə 10 illik etibarnamə vermiş, o, bankla danışıqlar apararaq 43.000 manat ödəməklə evi girovdan azad etmişdir. Lakin çoxsaylı qeyd iyyatlı şəxslərin razılığı alınmadığından, payın satışı ləngimiş, yalnız 2019-cu ildə naturada ayrılaraq 140.000 manata satılmış, satışa iddiaçının həyat yoldaşı və qızı razılıq vermişdir. Əldə edilən vəsaitin bir hissəsi bank və məhkəmə xərclərinə, 25.000 manatı ailəsinə, 67.000 manatı isə cavabdehə olan borcun ödənilməsinə yönəldilmişdir. Bundan başqa, iddiaçı çil-çıraqların və ehtiyat hissələrinin cavabdehə verilməsinə razılıq vermiş, satışdan 29.700 manat gəlir əldə edilmiş, icarə müqavilələrinə əsasən Cavabdeh4 MMCdən aylıq icarə haqqı ailəsinə ödənilmişdir. “Sədərək” Ticarət Mərkəzindəki 24 nömrəli mağaza icarə əsasında götürülmüş, sonradan 30 nömrəli mağaza ilə əvəz edilmişdir və cavabdehin vəsaiti ilə təmir edilərək hazırda Cavabdeh2 tərəfindən istifadə olunur.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 dekabr tarixli 2-2(113)-682/2024 nömrəli qərardadı ilə “Cavabdeh1 2015-ci ildən bu günə kimi qanunsuz hərəkətlərinə görə vurduğu maddi-mənəvi ziyanın əvəzi olaraq 300.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində iş baxılmamış saxlanılmış, ödənilmiş 300 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır (hakim – N.Əhmədova).

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 dekabr tarixli 2-2(113)-682/2024 nömrəli qətnaməsi ilə iddia qismən olunmuş, iddia ərizəsində sadalanan əmlakların Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 6 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərci olaraq iddiaçıdan 127 manat, Cavabdeh1 100 manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).

12. Məhkəmə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evə köçürülmə və evdən çıxarılma” tələblərini əsassız hesab edərək bildirmişdir ki, 2024cü il 21 may tarixli məhkəmə-xətşünaslıq ekspertizası üzrə rəydən göründüyü kimi, iddiaçı Cavabdeh2 etibarnamə vermədiyinə istinad edərək əqdin iradəsini ifadə etmədiyini bildirsə də, həm 2016-cı il 12 mart tarixli AR-İ 456222 nömrəli etibarnamədə, həm də həmin etibarnamənin 5445 nömrəsi ilə qeydiyyatdan keçdiyi 00938 nömrəli 7E-05 reyestr kitabının 55-ci vərəqindəki imza və xətt nümunələrinin onun tərə findən icra olunduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçı qeyd olunan rəyi tədqiqatın kserosurət əsasında aparıldığı və istintaq təcridxanasından sorğuya cavab alınmadığı əsası ilə mübahisələndirmişdir. Tədqiqat sənədlərin əsli əsasında aparıldığından və sorğuya cavabın verilməməsi ekspertin imza və xətt nümunələrinin iddiaçı tərəfindən icra olunmasına dair rəyini şübhə altına almadığından, iddiaçının mövqeyi əsassız olmuşdur.

13. Bundan başqa, məhkəmə “iddiaçının evin satılmasından xəbərsiz olması” ilə bağlı mövqeyinə dair qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 2015-ci il 25 avqust tarixində verilmiş AR-İ 423018 nömrəli etibarnamədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ünvanında yerləşən 51 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə ona məxsus olan 1/3 hissədən 4 otağına sərəncam vermək və s. hərəkətləri həyata keçirməyi Cavabdeh1 həvalə etmişdir.

14. İddiaçı tərəfindən Cavabdeh2 2016-cı il 12 mart tarixində verilmiş AR-İ 456222 nömrəli etibarnamənin məzmunundan görünür ki, ötürülən səlahiyyətlər vərəsəlik payına dair hüquqi hərəkətlərin həyata keçirilməsi, sərəncam verilməsi, məhkəmələrdə təmsilçilik, qanunla icazə verilmiş bütün əqdlərin bağlanması və s. olmuşdur.

15. Məhkəməyə təqdim olunan ərizələrdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanında qeydiyyatda olan iddiaçının arvadı X3 və iddiaçının qızı X1 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ünvanında yerləşən 51 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 1/3 hissədən 4 otaq və 1/15 hissəsinin satılmasına etiraz etməmişlər. İddiaçı izahatında bacısının ev ilə bağlı məhkəmə mübahisələri barədə məlumat verdiyini bildirmişdir. Həmçinin iddiaçı borcunu ödəmədiyi təqdirdə evinin satılıb borcuna ödənilməsi üçün Cavabdeh1 etibarnamə verdiyini qeyd etmişdir.

16. Göründüyü kimi, evin satılıb iddiaçının Cavabdeh1 olan borcuna görə ödənilməsi məsələsi iddiaçının iradəsi daxilində olmuş, bununla bağlı sonuncuya etibarnamə vermişdir. Cavabdeh2 verilmiş etibarnamənin iddiaçı tərəfindən verildiyi ekspert rəyi ilə təsdiqini tapmış, həmin etibarnamə ilə iddiaçının verdiyi səlahiyyətlər məhz vərəsəlik payına dair hüquqi hərəkətlərin həyata keçirilməsi, sərəncam verilməsi, məhkəmələrdə təmsilçilik, qanunla icazə verilmiş bütün əqdlərin bağlanması ilə bağlı olmuş, Cavabdeh2 da izahatında etibarnamənin evin alqı-satqısı üçün verildiyini təsdiq etmişdir. Digər tərəfdən, iddiaçının yaxın qohumları – arvadı, qızı evin satılmasına etiraz etmədiklərinə dair ərizə vermiş, adından ev ilə bağlı aparılan məhkəmə mübahisələri barədə bacısı iddiaçıya məlumat vermişdir. Belə olan halda, iddiaçının evin satılmasından xəbərinin olmaması ilə bağlı mövqeyi ağlabatan olmamışdır.

17. Həmçinin iddiaçı özünə məxsus payın satılmasına razılıq verdiyini, atasından miras qalmış əmlakın satılmasına razı olmadığını bildirmişdir. Təqdim olunan sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ünvanında yerləşən 51 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus pay 1/3 hissədən – 4 otaq olmuş, 2016-cı il 15 mart tarixində iddiaçıya “Qanu n üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən, 2017-ci il 21 aprel tarixində iddiaçıya məxsus pay 1/3 hissədən 4 otaq və 1/15 hissə kimi qeyd edilmiş, daha sonrakı tarixdə verilmiş çıxarışlara əsasən, 2019-cu il 21 may tarixində İ mərtəbədən 9, 4, 5, 6 və 7 nömrəli otaqlar qeyd olunmuş, 2019-cu il 13 iyul tarixində iddiaçıya məxsus tam pay 157.20 kv.m qeyd edilməklə çıxarış verilmişdir. İddiaçı vərəsəlik işi ilə bağlı onun adından həyata keçirilən hərəkətləri hazıradək mübahisələndirməmişdir. İddiaçının onun adından həyata keçirilən hərəkətlərin bir hissəsini mübahisələndirməməsi, digər hissəsini mübahisələndirməsi maddi və prosessual hüquqlardan sui-istifadə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

18. İddiaçının müqavilənin etibarsızlığı ilə bağlı iddiasının faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Əmlakın aşağı qiymətə satılması, satışdan əldə edilən pul vəsaitinin haraya yönəldilməsi ilə bağlı məsələlər isə hazırkı iddianın faktiki əsasları baxımından əqdin etibarsızlığı üçün əsas sayıla bilməz və etibar edən ilə (iddiaçı) etibar edilən (Cavabdeh2) arasında qeyd olunan əsaslarla irəli sürülə biləcək mübahisənin araşdırma predmetini təşkil edə bilər. 19. ünvan 3 ünvanında yerləşən evdən istifadə etməklə qanunsuz olaraq fəaliyyət göstərən "xxxx" MMC və digər şəxslərin evdən çıxarılması və iddiaçının həmin evə köçürülməsi tələbləri əqdin etibarsızlığı tələbi ilə bağlı olduğundan, yəni əqd etibarsız sayılıb iddiaçının əmlak üzərində mülkiyyət hüququ bərpa olunac ağı təqdirdə qeyd olunan tələblərin təmin olunması mümkün olduğundan və əqdin etibarsız hesab olunması tələbi əsassız olub rədd olunduğundan, məhkəmə iddia tələbinin bu hissədə də təmin olunmaması qənaətinə gəlmişdir.

20. Məhkəmə iddia tələbini “Cavabdeh1 pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində də əsassız hesab edərək bildirmişdir ki, iddiaçı qeyd olunan hissədə tələbinin əsası kimi istinad etdiyi halı təşkil edən sübutları, yəni Cavabdeh1 həmin mağazada fəaliyyətini davam etdirdiyinə dair sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf isə həmin mağazadan çıxdıqlarını qeyd etmişdir. Digər tərəfdən isə həmin məbləğ Cavabdeh1 deyil, ticarət mərkəzinin sahibinə ödənilmişdir. Belə olan halda, həmin vəsaitin Cavabdeh1 tələb olunmasının hüquqi əsası mövcud olmamışdır. İddiaçı da b elə hüquqi əsasa istinad etməmişdir. 21. “50.000 manat malların satışından verilmiş pulun tutulması” ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddiası və dəqiqləşdirmə barədə ərizədə 2010-2013-cü illər üzrə aylıq 1.500-2.000 manat pul olmaqla, iddiaçıdan 26 ay ərzində Cavabdeh1 50.000 manat pul aldığını qeyd etmiş, məhkəmə iclasında isə iddiaçı tərəfindən Cavabdeh1 50.000 manat pulu verən zaman hələ biznes fəaliyyətinə başlamadıqları, yatırım kimi 50.000 manat pul verdiyini bildirilmişdir. Göründüyü kimi, iddiaçı ziddiyyətli mövqe bildirmişdir. Cavabdeh tərəf isə Cavabdeh1 50.000 manat pul verilmədiyini bildirmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf qeyd olunan halı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hətta sübut təqdim olunsa idi belə, iddiaçının birgə sahibkarlıq fəaliyyətləri ilə bağlı gəlirlərindən iddiaçıya aybaay verdiyi pulu geri tələb etməsinin hüquqi əsası mövcud olmamışdır. İddiaçı da nə iddia ərizəsində, nə də dəqiqləşdirmə barədə ərizədə belə bir hüquqi əsasa istinad etməmişdir.

23. Eyni zamanda iddiaçı, onun mülkiyyətində olmuş əmlakın icarəyə (aptek) verilməsindən əldə olunan icarə haqqının 2017-ci ilin may ayına qədər ailə üzvləri tərəfindən alındığına, sonrakı tarixlərdə Cavabdeh1 razılığı əsasında evin kirayə (yaşayış hissəsi) verildiyinə, icarə (aptek) sahəsinin icarədə olmasının davam etdiyinə əsaslanaraq 2017-2019-cu illər üzrə alınan 15.000 manat icarə haqqının, həmin ünvanda yerləşən yaşayış sahəsinin 15.000 manat kirayə haqqının Cavabdeh1 tutulmasını tələb etmiş, lakin qeyd olunan halları, yəni iddiaçının mülkiyyət ində olmuş əmlakın Cavabdeh1 tərəfindən kirayə və icarəyə verilməsini, kirayə və icarə haqqının onun tərəfindən alındığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəməyə təqdim olunan 2018-ci il 12 noyabr tarixli icarə müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan əmlakın icarəyə verilməsinə dair müqaviləni onun adından Cavabdeh2 imzalamışdır.

24. Məhkəmə iddianı “Cavabdeh2 pulun tutulması” hissəsində də əsassız hesab edərək bildirmişdir ki, əvvəla iddiaçı “AF” Ticarət Mərkəzində olan mağazasında 104.000 manat dəyərində çilçırağın olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı “AF” Ticarət Mərkəzində olan mağazadakı malların sayılmadığını bildirsə də, cavabdeh malların sayımında iddiaçının işçi si olmuş Elşən adlı şəxsin iştirak etdiyini bildirmiş, iddiaçının vəsatəti əsasında həmin şəxs məhkəmə iclasında şahid qismində dindirilmişdir.

25. Həm cavabdeh tərəfin vəsatəti əsasında məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş və Cavabdeh1 hüquqi məsələlərdə köməklik etdiyini bildirən X5, həm də iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 “AF” Ticarət Mərkəzində olan malların sayıldığını bildirmişlər. İddiaçı, Cavabdeh1 “AF” Ticarət Mərkəzində olan mallardan xəbərsiz olduğunu bildirsə də, nümayəndəsi/vəkili və X5 bu halı təkzib etmiş, malların sayılaraq “Sədərək” Ticarət Mərkəzinə aparıldığını və ekspertiza tədqiqatına təqdim edildiyini bildirmişlər.

26. Beləliklə, iddiaçı dəyərini tələb etdiyi malların Cavabdeh2 tərəfindən ələ keçirildiyini, sonuncunun varland ığını sübut edə bilməmiş, sübutetmə ilə bağlı yuxarıda qeyd olunan vəzifəni yerinə yetirə bilməmişdir. Belə olan halda, kondikasiya iddiasının sübutetmə predmetinə daxil olan birinci hal, yəni cavabdehin varlandığı sübut olunmadığından, prosessual qənaət prinsipinin tələbinə əsasən sübutetmə predmetinə daxil olan digər 2 hal-bu varlanmanın hüquqi əsasa malik olmaması və varlanmanın məhrum olanın hesabına formalaşmasının araşdırılmasına da zərurət olmamışdır.

27. Məhkəmə “Cavabdeh1 ümumilikdə 173.340 manat dəyərində olan əmlakların və ya onların dəyərinin alınaraq iddiaçıya ödənilməsi” hissəsində iddianın əsaslı olması qənaətinə gələrək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2016-cı il 10 mart tarixli 4906 nömrəli və 2019-cu il 3 iyun tar ixli 6340 nömrəli ekspert rəyində adıçəkilən əmlaklar iddiaçıya məxsus olmuşdur. Cavabdeh tərəf də bu faktı mübahisələndirməmişdir.

28. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2015-ci il 16 sentyabr tarixli 2(004)6642/2015 nömrəli qətnaməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust 1(101)-582/2016 nömrəli hökmü ilə iddiaçının maddi zərəri müəyyən olunmuş, əmlaklar ziyanın ödənilməsinə yönəldilib və zərərçəkmişin saxlancında saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 4 iyul tarixli 1(103)-95/19 nömrəli qərarı ilə bəzi məbləğlər təsdiqlənmişdir. Cinayət işi üzrə icraat isə Ali Məhkəmənin 2021-ci il 2 mart tarixli 1(102)-185/2021 nömrəli qərarı ilə xitam verilmişdir. İddiaçının eyni tələbi artıq qiymətləndirildiyindən və cinayət işi üzrə icraat xitam verildiyindən, əmlakın iddiaçının saxlancında olması hüquqi əsasını itirmişdir, cavabdeh əmlaka sahibliyinin qanunsuz olduğunu bilirdi və ya bilməli idi.

29. Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 2016-cı il 10 mart tarixli 4906 nömrəli və 2019-cu il 3 iyun tarixli 6340 nömrəli ekspertizalarının tədqiqat obyektlərini təşkil edən əmlakların təyinatı üzrə istifadəyə yararlı olub-olmaması, hazırda orta bazar qiymətinin nə qədər təşkil etməsi sualları ekspert qarşısında qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi 2024-cü il 6 sentyabr tarixli rəy verilmişdir. 30. 2024-cü il 6 sentyabr tarixli rəydən göründüyü kimi, müxtəlif növ və müxtəlif çeşid çilçıraqlara aid aksesuarlar üzrə rəyin verilməsi mümkün olmamış, tədqiqat aparılmış 77 adda əmlakın ad ı, təsviri, yəni əmlakları fərdiləşdirərək eyniləşdirməyə imkan verən məlumatlar 2024-cü il 6 sentyabr tarixli 9/3064 nömrəli rəydə 2016-cı il 10 mart tarixli 4906 nömrəli və 2019-cu il 3 iyun tarixli 6340 nömrəli rəylərdə adıçəkilən əmlak məlumatlardan fərqli qeyd olunmuşdur. Ona görə də, hazırkı iş üzrə həyata keçirilmiş ekspertiza zamanı 2016 və 2019-cu ildə sayılmış əmlaklardan hansı əmlaklar üzrə tədqiqatın aparıldığını, rəydə tədqiqat aparılmayan əmlaklar kimi qeyd olunan əmlakların hansı əmlak olduğunu dəqiq müəyyən etmək, mövcud əmlakları 2016 və 2019-cu ildə sayılmış əmlaklarla eyniləşdirmək, mövcud olmayan əmlakları müəyyən mümkün olmamışdır.

31. Cavabdeh cinayət mühakimə icraatında onun saxlancına verilmiş əmlakları iddiaçının razılığı ilə satdığını bildirsə də, nə əmlakları sat dığı, nə də iddiaçının buna razılığının olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh onun saxlancına verilmiş əmlaka dair məhkəmə qətnaməsinin icrası məqsədi ilə özbaşına sərəncam verə bilməzdi. Belə ki, “İcra haqqında” Qanunda borclunun əmlakına tutmanın yönəldilməsi əsasları və qaydası təsbit olunmuş, bunu həyata keçirmək səlahiyyəti də dövlət orqanına verilmişdir.

32. Cavabdehlər əmlakların bir hissəsinin satıldığına istinad etsələr də, qeyd olunan halı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəf Cavabdeh1 və Cavabdeh2 təsdiq etdiyi hesabatlar təqdim etmişdir ki, həmin sənəd malların satışını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin hesabatlar təsdiq edən şəxslər arasında olan faktı təsdiq etməklə, iddiaçının əmlaklar ının satışını təsdiq edən maliyyə-mühasibat sənədi kimi qəbul edilə bilməz. Digər tərəfdən, iddiaçıya məxsus əmlaklar razılığı olmadan satılmışdırsa, yoxa çıxmışdırsa, cavabdeh onun saxlancına verilən əmlaklarla bağlı vicdansız sahib olaraq iddiaçının əmlakdan məhrum olması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.5-ci maddəsinə əsasən dəymiş zərəri ödəməlidir.

33. Əmlakların dəyərinin azalması ilə bağlı cavabdehin etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı əmlakını, qaytarılması mümkün olmazsa, dəyərini tələb edir. Cavabdeh tərəfindən əmlak qaytarılacağı təqdirdə əmlakların qiymətinin aşağı düşməsi cavabdehin hər hansı hüquq və mənafeyinə toxunmayacaqdır. Məsul saxlancına verilmiş əmlak üzərində qanunazidd olaraq cavabdeh sərəncam vermi şdirsə, bunun riskini də özü daşımalıdır.

34. Məhkəmə gəldiyi nəticəni MM-in 157, 324, 337.1, 337.4, 359.1, 385.1 və 1091-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin olunmayan hissədə ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.

36. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin olunduğu hissədə ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 iyul tarixli 2-2(103)-341/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

38. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının şikayətinin dəlillərində “evin alqı-satqısı ilə bağlı Cavabdeh2 2016-cı il 12 mart tarixində etibarnamə vermədiyi, notariusla görüşmədiyi, bununla bağlı sorğular verildiyi, lakin cavablanmadığı qeyd edildiyindən”, dəlillərin araşdırılması məqsədi ilə iddiaçı tərəfin vəsatətlərinə əsasında müvafiq sorğular verilmişdir.

39. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış məhkəmə sorğusuna cavab olaraq məhkəmənin 2025-ci il 15 aprel tarixli məktubuna əsasən, cinayət işinin materiallarında iddiaçı ilə notarial hərəkətləri aparmaq üçün icazə verilməsinə dair məktub aşkar o lunmadığı qeyd olunmuşdur.

40. Daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 2025-ci il 22 may tarixli məktubuna əsasən, Bakı İstintaq Təcridxanasında saxlandığı müddət ərzində iddiaçı 2016-cı il 11 mart tarixindən - 2016-cı il 14 mart tarixinədək Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə keçirilmişdir. 19 saylı Notariat kontorunun notariusu Cavabdeh6 2016-cı il 12 mart tarixində Bakı İstintaq Təcridxanasına daxil olması barədə qeydiyyat kitabında məlumat mövcud olmamışdır.

41. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 2025-ci il 12 iyun tarixli məktubuna əsasən, iddiaçı 2016-cı il 11 mart tarixindən - 2016-cı il 14 mart tarixinədək Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində sa xlanılmışdır. İddiaçı ilə bir sıra istintaq hərəkətlərinin aparılması, həmçinin digər şəxslərlə görüşüb-görüşməməsi barədə qeydiyyat kitabları məhv olunduğu üçün bu barədə hər hansı məlumat verilməsinin mümkün olmadığı qeyd olunmuşdur.

42. İddiaçı Cavabdeh2 etibarnamə vermədiyinə istinad edərək əqdin iradəsini ifadə etmədiyini bildirsə də, həm AR-İ 456222 nömrəli 2016-cı il 12 mart tarixli etibarnamədə, həm də həmin etibarnamənin 5445 nömrəsi ilə qeydiyyatdan keçdiyi 00938 nömrəli 7E-05 reyestr kitabının 55-ci vərəqindəki imza və xətt nümunələrinin onun tərəfindən icra olunduğu 2024-cü il 21 may ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

43. Həmçinin iddiaçı apellyasiya şikayətinin dəlillərində “qeyd olunan tarixdə ciddi rejimi olan hərbiləşdirilmiş müəssisədə (təcridxanada) saxlandığını” qe yd etsə də, bu işin halları ilə öz təsdiqini tapmamış, əksinə polis bölməsinin müvəqqəti saxlama yerində olduğu müəyyən olunmuşdur.

44. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər 2016-cı il 12 mart tarixində verilmiş etibarnamə ilə bağlıdır. Həmin etibarnamə üzrə verdiyi səlahiyyətlər məhz vərəsəlik payına dair hüquqi hərəkətlərin həyata keçirilməsi, sərəncam verilməsi, məhkəmələrdə təmsilçilik, qanunla icazə verilmiş bütün əqdlərin bağlanması ilə bağlı olmuş, Cavabdeh2 da izahatında etibarnamənin evin alqı-satqısı üçün verildiyini təsdiq etmişdir. Digər tərəfdən, iddiaçının yaxın qohumları - arvadı, qızı evin satılmasına etiraz etmədiklərinə dair ərizə vermiş, adından ev ilə bağlı aparılan məhkəmə mübahisələri barə də bacısı iddiaçıya məlumat vermişdir. Belə olan halda, iddiaçının evin satılmasından xəbərinin olmaması ilə bağlı mövqeyi ağlabatan olmamışdır.

45. İş materiallarına əlavə olunmuş iddiaçının keçmiş həyat yoldaşı Əkbərova (Bədəlova) Sənubər Şıxbaba qızı 2022-ci il 27 yanvar tarixli ərizəsində tərəflərindən Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşınlı 51C nömrəli evi 2019-cu ilin iyul ayında boşaltdıqlarını, bu tarixədək kirayə haqlarını aldığını, B.Bəhruzun evin satılmasından və Ə.Sənubərin pul vəsaitlərini almağından, necə xərclənməsindən məlumatı olduğu bildirmişdir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, etibarnamənin və ona bağlı olan evin alqısatqısına dair müqavilənin etibarsızlığını təsdiq edəcək hallar müəyyən olunmadığından, apellyasiya şikayətinin digər dəlliləri də əsassız olmu şdur.

47. Həmçinin, iddiaçı özünə məxsus payın satılmasına razılıq verdiyini, atasından miras qalmış əmlakın satılmasına razı olmadığını bildirsə də, təqdim olunan sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ünvanında yerləşən 51 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus pay 1/3 hissədən - 4 otaq olmuş, 2016-cı il 15 mart tarixində iddiaçıya “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən, 2017-ci il 21 aprel tarixində iddiaçıya məxsus pay 1/3 hissədən 4 otaq və 1/15 hissə kimi qeyd edilmiş, daha sonrakı tarixdə verilmiş Çıxarışlara əsasən, 2019-cu il 21 may tarixində İ mərtəbədən 9, 4, 5, 6 və 7 nömrəli otaqlar qeyd olunmuş, 2019-cu il 13 iyul tarixində iddiaçıya məxsus tam pay 157.20 kv.m qeyd edilməklə çıxarış verilmişdir. İddiaçı vərəsəlik işi ilə bağlı onun adından həyata keçirilən hərəkətləri hal-hazıradək mübahisələndirməmişdir.

48. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli 1(101)-582/2016 nömrəli hökmünə əsasən, hökmdə qeyd olunmuş əşyalar Cavabdeh1 (həmin iş üzrə mülki iddiaçı, hazırkı iş üzrə cavabdeh) saxlancında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 2 mart tarixli 1(102)-185/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, hökm ləğv olunaraq cinayət işi üzrə icraata xitam verildiyindən birinci instansiya məhkəməsi Cavabdeh1 saxlancında olan əşyaların iddiaçıya qaytarılmasını qət etmişdir.

49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hazırda mübahisələndirdiyi əşyaların siyahısı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli 1(101)-582/2016 nömrəli hökmü ilə müəyyən olunmuşdur. Cinayət işi üzrə mülki iddiaçı olmuş, hazırkı iş üzrə Cavabdeh1 tərəfindən hökm mübahisələndirilməmiş, həmçinin əşyaların siyahısının və dəyərinin müəyyən olunduğu şikayətin dəlillərində qeyd etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 2016-cı il 10 mart tarixli 4906 nömrəli və 2019-cu il 3 iyun tarixli 6340 nömrəli ekspert rəylərinə etiraz bildirilməmişdir. Hökmdən yalnız təqsirləndirilən şəxs tərəfindən şikayət verildiyindən hökm mülki iddia hissəsində qanuni qüvvəyə minmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 2 mart tarixli 1(102)-185/2021 nömrəli qərarı ilə həmin hökm ləğv olunmuşdur. Belə olan halda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm etdi hissəsində olan mülki iddia ilə bağlı hallar Cavabdeh1 tərəfindən qəbul olunmuş hesab olunmuşdur.

50. Cavabdehin şikayətinin dəlillərində “məhkəmənin qətnaməsində şahid qismində dindirilmiş X2 ifadəsinin təhrif olunduğu” qeyd olunsa da, kollegiya bildirmişdir ki, tərəflərin məhkəmə iclas protokolları ilə tanış olmaq, qeydlər vermək hüquqları vardır. Şahidin ifadəsinin təhrif olunmasına, verdiyi ifadənin məhkəmə iclas protokollarında qeyd olunmamasına dair cavabdeh tərəfindən hər hansı qeyd və ya ərizə verilməmişdir.

51. Beləliklə, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlar əsasən müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil etmişdir.

52. Apellyasiya məhkəməsi gəld iyi nəticəni MM-in 157.2, 324.1, 324.2, 324.4, 337.1, 359.1, 385.1, 386.1, 390.1 və 390.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88 və 247-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

53. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun iddianın təmin olunmayan hissədə ləğv edilərək, iddianın təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

54. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

55. MM-in 1091-ci maddəsi üzrə - iddiaçının mülkiyyətində olan və onun qanunsuz həbsindən sonra cavabdehlər tərəfindən daşınar və daşınmaz əmlakların üzər ində qanunsuz olaraq ələ keçirilmiş, həmin əmlaklar üzrə sərəncam verməklə pul əldə etmiş Cavabdeh1 və Cavabdeh2 əsassız olaraq varlanmış, qarşı tərəfin isə hüquqlarının pozulmuşdur. Mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına səbəb olmuş etibarnamə iddiaçının iradəsini əks etdirmir və belə etibarnamə verməmişdir. Hətta bu etibarnamə qanuni əsasla verilsəydi belə, yenə də alqı-satqı müqaviləsinin mübahisələndirilməsi və nəticədə məhkəmə tərəfindən etibarsız hesab olunması üçün kifayət qədər maddi hüquqi əsaslar mövcuddur. Lakin məhkəmələr bunu nəzərə almamışlar. Cavabdeh2 ilə iddiaçının münasibətləri 2018-ci ildən pozulmuşdur, evin alqısatqısı ilə bağlı həbsdə olan iddiaçıya heç bir məlumat verilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, evin satılması barədə id diaçının qohumlarının məlumatı olmuşdur. Lakin məhkəmə alqı-satqı zamanı iddiaçının həyata yoldaşı ilə münasibətləri olmadığını və onların nikahının 2019-cu ildə məhkəmə qaydasında pozulduğunu nəzərə almamışdır.

56. Apellyasiya Məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin, eləcə də həmin maddələrin əlaqəli şəkildə şərh edilməsinə dair” plenum Qərarına uyğun olaraq qiymət verməmişdir.

57. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi üzrə - məhkəmə qanunun bu tələbinə əməl etməmiş, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə bu mübahisəni həll edilərkən, maddi hüquq normasını düzgün tətbiq etməyərək, hüququ olan mülkiyyətçini müdafiə etmək əvəzinə, hüqu qu yaranmayan şəxsi müdafiə etməklə qanunsuz qərar qəbul etmişdir. Əksinə, məhkəmə bu normanın mühafizə funksiyasını əsas götürməklə, mülkiyyətçinin, yəni iddiaçın hüququnu müdafiə etməli və normanın tətbiqini də bu aspektdən həyata keçirməli idi.

58. MPM-in 82-ci maddəsi üzrə - preyudisial qaydada sübuta ehtiyacı olmayan 2021ci il 2 mart tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-185/2021 nömrəli iddiaçıya bəraət verilməsinə dair qərarı ilə müəyyən olunmuş hallarla təsdiq edilir ki, iddiaçının qanunsuz həbsinə kimi, yəni 2015-ci ilədək mülkiyyətində olan dəyəri ekspert rəyləri ilə 2010-2013-cü illər üzrə 106.572 manat təşkil edən mallar və 66.798 manat təşkil edən ehtiyat hissələri olmaqla, ümumilikdə isə 173.340 manat dəyərində əmlak, 25.000 manat verd iyi “Sədərək” Ticarət Mərkəzindəki mağaza da həbsdən sonra Cavabdeh1 qanunsuz sahibliyinə və istifadəsinə keçmişdir. Bununla da Cavabdeh1 həmin mağazaya qanunsuz yiyələnmiş, istifadə etmiş və sonrada başqa mağaza ilə dəyişdirməklə, iddiaçıya zərər vurduğu halda məhkəmə iddiaçıya 25.000 manat zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini təmin etməmişdir. Bundan başqa, məhkəmə zərərlə bağlı yalnız 173.000 manat olan hissədə iddia tələbini təmin etməklə sübutların qiymətləndirilməsi hissəsində də səhvə yol vermişdir.

59. MPM-in 88-ci maddəsi üzrə - sübutların bir qismi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdehin irəli sürdüyü dəlillər qəbul edilmiş, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar araşdırılmadan qəbul edilməmiş, irəli sürdüyü dəlillər qiymətləndirilmə mişdir. Belə ki, şahidlərlə bağlı vəsatət qismən təmin edilsə də, onların məhkəməyə gəlməsi təmin edilməmişdir. Halbuki şahidlər Bədəlova (Əkbərova) Sənubər Şıxbaba qızı və X8 iş üzrə əhəmiyyət kəsb edən məlumatlara malik olduqları üçün onların şahid qismində dinlənməsi zəruri idi. Bundan başqa, məhkəmə ümumiyyətlə cinayət işinin materiallarında notariat hərəkətlərinin aparılmasına dair icazə məktubunun olmamağını nəzərə almamış və bu məsələni sonuna kimi araşdırmamışdır. Belə ki, həbsdə olan şəxsin yanına daxil olmaq üçün icazə məktubu mütləq olmalıdır. Göründüyü kimi, iddiaçı həbsdə olduğu və cinayət işi ibtidai istintaq icraatında olduğu vaxt onun Bakı şəhəri 19 saylı notariat kontorunda notarius işləyən Cavabdeh6 iştirakı ilə təsdiq edilmiş reyestrdə 7E5445 nömrə ilə qeyd olunmuş 201 6-cı il 12 mart tarixli etibarnamə də imzalaması mümkünsüz olduğundan, iş üzrə verilən məhkəmə-xətşünaslıq ekspertizasının həqiqəti əks etdirmədiyini deməyə əsas verir. Həmçinin, cavabdehlər iddiaçıya miras əmlak qismində məxsus olan əmlak üzərində istədikləri kimi sərəncam vermişlər. Lakin məhkəmə bu məsələlərin araşdırılması üçün tədbir görmədən müqavilənin etibarsızlığı ilə bağlı əsassız və qanunsuz nəticəyə gəlmişdir.

60. MPM-in 265-ci maddəsi üzrə - Cavabdeh2 və Cavabdeh1 əməlində müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 və 303-cü maddəsinin tərkibi olduğu halda, onlar barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi təmin edilməmişdir. Halbuki, məhkəmə qətnaməsinin məzmunu belə qərardadın çıxarılmasını zəruri edir. İddiaçıya aid olan malların Cav abdeh1 öhdəsində olduğu müvafiq məhkəmə hökmü ilə təsdiq olunmuş, o da Cavabdeh2la əlbir olaraq həmin əmlakın mənimsəmişdir. Məhkəmə bu hissəyə qiymət vermədiyindən, cavabdehlərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də həll edilməmişdir. b) Cavabdeh1 kassasiya şikayətinin dəlilləri

61. MM-in 157.5-ci maddəsi üzrə - apellyasiya məhkəməsi əsassız olaraq Cavabdeh1 "vicdansız sahib" olduğunu qeyd etmiş, bu hissədə mövqeyini 2021-ci ilin mart ayının 2-də çıxmış Ali Məhkəmənin qərarı ilə əsaslandırmışdır. Həmin çil-çıraqlar Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli hökmü ilə zərərçəkmiş Cavabdeh1 dəymiş maddi ziyanın ödənilməsi üçün sonuncunun saxlancına verilməmişdən öncə də, iddiaçı tərəfindən satılaraq dəymiş ziyanın ödənilməsi üçün Cavabdeh1 verilmişdir. Digər t ərəfdən Ali Məhkəmənin cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli hökmündən 5 il sonra qəbul olunmuşdur. Göründüyü kimi, qeyd olunan çil-çıraqlar və onun komplekt hissələri cavabdehin vicdanlı sahibliyində (məhkəmənin hökmünə əsasən) olmuşdur. İcraata xitam verildikdən sonra isə heç kim cavabdehdən həmin malları tələb etməmişdir.

62. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işə qeyri-obyektiv baxılmış, iş materiallarında olan sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, həmin çil-çıraqların satılmasına dair iddiaçının razılığının olmasına dair şahid X5 öz izahatında qeyd etsə də belə, məhkəmə heç ümumiyyətlə şahidin bu hissədə ifadəsini onun izahatına da xil etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

63. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

64. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətlərində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.” “Maddə

359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına ə saslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.”

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

68. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

69. Kassasiya şikayətlərində qeyd edil ən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

70. Belə ki, kassasiya şikayətlərində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

71. Kassasiya şikayətlərində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

72. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

73. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunm uş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

74. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanm ası, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

75. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

76. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmələr tərəfindən MPM-in 9 və 14.1-ci maddələrinin tələbləri pozulmuş olsun, həmçinin tərəflərin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməmiş olsun. Lakin hazırkı işdə həmin pozuntuya yol verilməmiş, eyni zamanda apellyasiya məhkəməsi tərəfin dən MPM-in 392.2-ci maddəsinə uyğun olaraq tərəflərin dəlillərinə və sübutlarına qiymət verilmişdir. İşin hallarına və sübutlara hansı şəkildə qiymət verilməsi isə mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir və kassasiya icraatının predmetinə aid deyildir.

77. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

78. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda v erilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 3 iyul tarixli 22(103)-341/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar