Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-71/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: enerji sərfiyyatına görə artıq ödənişin geri qaytarılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili X5, cavabdeh “xxxx” ASC-vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə(bundan sonra cavabdeh) qarşı pul tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-702/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında x xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “X8 Şəbəkəsi” MMC ilə iddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair xx xxxxxx 2013-cü il tarixli müqavilə bağlanmışdır. xx xxxxxx 2013-cü il tarixli elektrik enerjisinin sərfiyyatı haqqında akta əsasən, iddiaçının mülkiyyətində olan sayğacin (TR:5048406, zavod: **********00688) əvvəlki göstəricisi 0000, son göstəricisi isə 0277 müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq hər ay üçün elektrik enerjisinin sərfiyyatı haqqında akt tərtib edilmiş və son olaraq abunə haqqında olan məlumata əsasən TR:5048406, zavod: **********00688 olan sayğacın xx.xx.2017-c i il tarixə son göstəricisi 2350 müəyyən edilmişdir. xx xxxxxx 2016-cı il tarixli, ********* saylı hesab ödəniş vərəqinə əsasən, TR:5048406 saylı sayğac üzrə ilkin göstəricisi 2059 olduğu, əmsalın 1000 olduğu, tarifin isə 0,06 olduğu göstərilmiş və 2013-cü ildən - xx.xx.2016-ci il tarixədək hesablaşma həmin əmsal üzrə aparılmışdır. xx xxxxxx 2016-cı il tarixli, ********* saylı hesab ödəniş vərəqinə əsasən, TR:5048406 saylı sayğac üzrə ilkin göstəricisi 2217 olduğu, əmsalın 1000 olduğu, tarifin isə 0,07 olduğu göstərilmiş və xx xxxxxx 2016-cı ildən - xx.xx.2016-ci il tarixədək hesablaşma həmin əmsal üzrə aparılmışdır. xx xxxxxx 2017-cı il tarixli, ********* saylı hesab ödəniş vərəqinə əsasən, TR:5048406 saylı sayğac üzrə son göstəricisi 2350 olduğu, əmsalın 1000 olduğu, tarifin isə 0,08 old uğu göstərilmiş və xx.xx.2016-cı ildən - xx.xx.2017-ci il tarixədək hesablaşma həmin əmsal üzrə aparılmışdır. x xxxxxxx 2017-ci il tarixli akta əsasən, “Qərb” RETSİ-nin əməkdaşları iddiaçının əməkdaşları ilə birgə akt imzalayaraq təsdiq etmişlər ki, iddiaçıya məxsus 400 kvA cərəyan transformatorunun əmsalı 20/5 təşkil edir. İddiaçı 04 saylı, xx xxxxx 2017-ci il tarixli məktubla Şəmkir rayon Elektrik Şəbəkəsinə müraciət edərək, artıq ödənilmiş 86.994 manat məbləğində pul vəsaitinin sonrakı dövrlərə aid edilməsini xahiş etmişdir. X12 Təchizatı və Satış İdarəsinin xx xxx 2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Şəmkir rayonu, Bakı Qazax avtomagistral yolunun sol sahilində fəaliyyət göstərən abonent kodu **********1 olan iddiaçının debitor borcundan 7.668 manat məbləği silinmişdir. İd diaçı xx.xx.2017-ci il tarixli məktubla “xxxx” ASC-yə müraciət edərək, artıq ödənilmənin 87.942 manat məbləğində olduğu təqdirdə, 7.668 manat məbləğinin hansı qaydada hesablanmasını xahiş etmişdir. İddiaçı x xxxxxxx 2017-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 87.942 manat məbləğində artıq ödənişin qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən ödənilmiş artıq məbləğ qismən qəbul edilmiş və məbləğin “xxxx” ASC-nin dövrünə aid hissəsi, yəni 35.274 manat məbləği obyektin debitor borcundan silinmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 52.668 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu tutulmas ı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı Şəmkir şəhərində daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı fəaliyyət göstərir və Bakı-Qazax şosesinin sol tərəfində yerləşən “WESTGATE” ticarət cərgəsinin idarəetməsi ilə məşğuldur. 2013-cü ilin sonlarında fəaliyyətə başlayan “WESTGATE” ticarət cərgəsini elektrik enerjisi ilə təmin etmək məqsədilə iddiaçı və “xxxx” ASC-nin "X8 Şəbəkəsi" MMC arasında xx.xx.2013-cü il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin tarixdən başlayaraq iddiaçıya məxsus olan üç ədəd sayğac vasitəsilə sərf edilən elektrik enerjisinin hesabatı aparılmış və ödənişlər edilmişdir. 2017-ci ilin fevral ayında iddiaçıya məxsus obyektlərdə aylıq elektrik enerjisi sərfıyyatının hesablanması zamanı mövcud olan üç ədəd sayğaclardan birində (sayğac № TR:5048406; 054000688M13050778) cərəyan transformatorunun əmsalının 400 (20/5) olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin sayğacın quraşdırıldığı 2013-cü ildən etibarən aylıq sərfıyyat 1000 əmsala vurularaq hesablanmış və ödəniş aparılmışdır. Bu fakt müəyyən edildikdən sonra dərhal X12 Təchizatı və X6 Rayon Elektrik Şəbəkəsinə məlumat verilmişdir və şəbəkənin əməkdaşları sayğaca baxış keçirərək faktı təsdiqləmişlər. Nəticədə, yaranan fərqin hesablanması həyata keçirilmiş və məlum olmuşdur ki, artıq hesablanmış elektrik enerjisi üçün tərəfimizdən 87942 manat artıq ödəniş aparılmışdır. Hazırda enerji təchizatı fəaliyyətini təmin edən cavabdehin strukturuna daxil olan X12 Təchizatı və Satışı İdarəsi tərəfindən göndərilmiş xx.x x.2017-ci il tarixli cavab məktubunda tipi HƏ 6850M, zavod nömrəsi **********00688 olan cərəyan transformatorunda hesablamanın 400 (20/5) əmsalla aparılmalı olduğu təsdiqlənir və qeyd olunur yol verilmiş səhv nəticəsində abonentə əsassız olaraq artıq məbləğ hesablanmışdır. Lakin artıq hesablanmış sərfiyyatın miqdarı azaldılaraq 85200 kVt.s, istehlak dəyəri isə 7.668 manat göstərilmişdir. Məktubda sərfiyyatın necə hesablanması isə izah olunmur. Bundan sonra xx.xx.2017-ci il tarixdə həmin idarənin əməkdaşlarının iştirakı ilə adı çəkilən cərəyan transformatoruna baxış keçirilmiş və cərəyan transformatorunun əmsalının 20/5(4-00) olduğu təsdiq edilmişdir. Xüsusi olaraq qeyd edilir ki, cavabdeh tərəfindən 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş elektron vergi hesab fakturası üzrə hesablama 1 000 əmsal üzrə aparılsa da, iddiaçı tərəfindən artıq hesablama aparıldığı aşkar edildikdən və bu barədə X4 məlumat verdikdən sonrakı - xx.xx.2017-ci il tarixli elektron qaimədə əmsal 400 müəyyən edilməklə hesablaşma həyata keçirilmişdir. Bu da öz növbəsində, bundan öncəki müddətdə sərf edən elektrik enerjisinin daha yüksək əmsalla hesablanmasını bir daha sübut edir. X12 Təchizatı və Satışı İdarəsinin tərəfindən göstərilən artıq ödəmənin geri qaytarılması istiqamətində əsaslı addımlar atılmadığı üçün xx.xx.2017-ci il və xx.xx.2017- ci il tarixli məktublarla, həmçinin xx.xx.2017-ci il tarixli online kargüzarlıq vasitəsilə göndərilmiş elektron məktubla cavabdehə müraciətlər edilmişdir. Lakin, cavabdeh tərəfindən məktubların heç birinə cavab verilməmiş və artıq ödənilmiş məbləğin geri qaytarıl ması istiqamətində bir iş görülməmişdir. Lakin, 2017-ci ilin mart ayından dekabr ayına kimi sərf edilən elektrik enerjisinin dəyəri iddiaçıdan tələb edilməmiş, cari sərfiyyat borcunun artıq ödənilən məbləğ hesabına əvəzləşdiriləcəyi bildirilmişdir. 2018-ci ildən başlayaraq X4 iddiaçıya aylıq sərfiyyat üzrə cari borcunun ödənilməli olduğu barədə bildirişlər verilmiş və cari borcun ödənilmədiyi təqdirdə elektrik verilişinin dayandırılacağı bildirilmişdir. İşin normal gedişini təmin etmək üçün iddiaçı məcbur qalaraq 2018-ci il üzrə sərf etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir. xx.xx.2018-ci il tarixdə X4 ərizə ilə müraciət edilərək iddiaçı artıq ödəməsinin olduğunu, cari borcun isə bunun hesabına əvəzləşdirilməli olduğu bildirilmişdir. Məktuba cavab olaraq göndərilmiş X1 xx.xx.2018-ci il tarixli 01/611 saylı məktubunda bildirilmişdir ki, iddiaçının artıq ödəməsi hesabına xx.xx.2017-ci il tarixli 01/07 saylı protokola əsasən 7.668 manat, xx.xx.2017-ci il tarixli 01/72 saylı protokola əsasən 27.605,97 manat - cəmi 35.273,97 manat aylıq sərfiyyat borcundan silinmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda göstərilən məbləğdə borcun iddiaçının xeyrinə silinməsi cavabdeh tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablaşmada səhvə yol verildiyini bir daha təsdiq edir. Bu isə öz növbəsində enerji təchizatı müəssisəsinin səhv hesablaması nəticəsində iddiaçı tərəfindən artıq ödənilmiş pul vəsaiti hesabına əsassız varlanmanın baş verməsi ilə nəticələnmişdir. Bununla belə, yuxarıda göstərilən məbləğdə borc əvəzləşdirilsə də, cavabdeh tərəfindən qalan borcun, yəni 52.668,00 manat məbləğin cavabdehin dövrünə aid olduğu əsas gətirilərək əvəzləşdirilmədən imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, e-2-2(81)-539/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı tərəfindən artıq ödənilmiş 52.668 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu, cəmi 52.698 manatın cavabdehdən iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərƏhmədov İlham Bayram oğlu-məruzəçi, X2 və X3,e-2-2(103)-702/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsininxx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasınınxx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Şəmkir şəhərində fəaliyyət göstərən iddiaçıya verilən elektrik enerjisinin hesabatını aparan sayğaclardan birində cərəyan transformatorunun əmsalı 400 kvA (20/5) olduğu halda, həmin sayğacın quraşdırıldığı 2013-cü ildən etibarən aylıq sərfiyyat səhvən 1000 əmsala vurulmaqla hesabat aparılmış və nəticədə xx.xx.2013-cü ildən xx.xx.2017-ci ilədək olan müddətdə 87.942 manat məbləğində artıq borc hesablanaraq ödəniş edilmişdir. Bu məbləğin 35.274 manat hissəsi cavabdehin fəaliyyəti dövrünə (xx.xx.2015- xx.xx.2017) aid olmaqla, iddi açının debitor borcundan çıxılmaqla əvəzləşdirilmiş, qalan 52.668 manat isə regionlarda istehlak edilən elektrik enerjisinə görə hesablaşmaların “xxxx” ASC tərəfindən həyata keçirildiyi dövrə (xx.xx.2013-xx.xx.2015) aid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmaqla, Azərbaycan Respublikası ərazisində cavabdeh tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti cavabdehə ötürüldüyündən, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və cavabdehin balansındakı əmlak və avadanlıqlar cavabdehin balansına verildiyindən, həmçinin iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin istehlakı ilə bağlı münasibətlər hal-hazıradək t ərəflər arasında yeni müqavilə bağlanılmadan, iddiaçının cavabdehin nəzdində olan “X8 Şəbəkəsi2 MMC ilə bağladığı xx.xx.2013-cü il tarixli müqavilə əsasında davam etməklə, cavabdeh həmin müqavilədən irəli gələn bütün öhdəlikləri bağlandığı tarixdən qəbul etdiyindən, artıq ödənilmiş qalan 52.668 manatın qaytarılmasına görə də cavabdeh məsul olmaqla, həmin məbləğin ödənilməməsi əsassız varlanma hesab edilməli və iddiaçının hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil və maddi və prosessual hüquq normaları pozulmuşdur. Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Cavabdeh hazırkı iş üzrə iddia tələbinə cavab verməli olan şə xs deyildir. Məhkəmənin mübahisəyə tələbin maddi-hüquqi əsası kimi tətbiq etdiyi Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, bu maddədə söhbət əsassız varlanan şəxsin belə varlanma nəticəsində əldə etdiklərini geri qaytarmalı olmasından gedir. Hazırkı işin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçının tələb etdiyi 52.668 manat pul vəsaitinə münasibətdə əsassız varlanan şəxs cavabdeh deyil, bu məbləğin hesablandığı və ödənildiyi dövrdə (xx.xx.2013-xx.xx.2015) istehlakçıların elektrik enerjisi ilə təchizatı fəaliyyətini həyata keçirmiş “xxxx” ASC olmuşdur. Çünki həmin məbləğ cavabdehin deyil, məhz “xxxx” ASC-nin hesabına ödənilmiş və sonradan cavabdehin balansına verilməmiş, ümumiyyətlə, “xxxx” ASC ilə cavabdeh arasında debitor borcların təhvil-təslim işləri belə başa çatmamışdır. Həmçinin, cavabdeh ilə “xxxx” ASC arasında hüquqi varisliklə bağlı münasibətlər də mövcud deyildir. Belə olan halda, məhkəmənin əsassız varlanan şəxs kimi cavabdehin qəbul edib iddia edilən pul məbləğini ondan tutması işin faktiki hallarına uyğun olan nəticə sayıla bilməz. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili şikayətin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. əsaslandıma hissəsi: “X8 Şəbəkəsi” MMC ilə iddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair xx xxxxxx 2013-cü il tarixli müqavilə bağlanmışdır. “X8 Şəbəkəsi” MMC “ xxxx” ASC-nin tabeliyində olmuşdur. “X8 Şəbəkəsi” MMC iddiaçını elektrik enerjisi ilə təmin etmiş, iddiaçı da MMC-nin təqdim etdiyi sənədlərə uyğun enerji haqqını ödəmişdir. Elektrik enerjinin istifadəsinə görə xx xxxxxx 2013 – xx xxxxxx 2017-ci il tarixədək iddiaçıya mülkiyyətində olan sayğac üzrə ümumilikdə 87.942 manat məbləğində borc artıq hesablanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, ödənilmiş artıq məbləğ onun tərəfindən qismən qəbul edilmiş və həmin məbləğin cavabdehin dövrünə aid hissəsi, yəni 35.274 manat iddiaçının debitor borcundan silinmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qalan 52.668,00 manat “xxxx” ASC-nin dövrünə aid olduğu əsas gətirilərək əvəzləşdirilmədən imtina edilmişdir. Bu imtina əsassız olduğundan həmin borc da cavabdeh hesabına əvəzləşdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış və Azərbaycan Respublikası ərazisində “xxxx” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “xxxx” ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “xxxx” ASC-nin balansındakı əmlak və avadanlıqların “xxxx” ASC-nin balansına verilməsi qərara alınmışdır. “xxxx” ASC “xxxx” ASC-nin yeni adıdır. İddiaçı ilə “X8 Şəbəkəsi” MMC arasında müqavilə münasibəti mövcuddur və “xxxx” ASC “xxxx” ASC-nin elektrik enerji ilə istehlakçıların təmin olunması fəaliyyətini qəbul etdikdən sonra həmin müqavilə əsasında iddiaçını elektrik enerjisi ilə təmin olun masını davam etdirmişdir. Cavabdeh iddiaçını eklektik enerjisi ilə təmin etməkdədir və bununla da müqavilədən irəli gələn bütün öhdəlikləri qəbul etməklə hal-hazıra kimi, o cümlədən yeni müqavilə bağlamadan, münasibətləri əvvəlki müqavilə üzrə davam etdirməkdədir. Mülki Məcəllənin 56-cı maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir (56.1-ci maddə). Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir (56.2-ci maddə). Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir (56.3-cü maddə). Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıl dıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir (56.4-cü maddə). Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir (56.5-ci maddə). Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış və Azərbaycan R espublikası ərazisində “xxxx” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “xxxx” ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “xxxx” ASC-nin balansındakı əmlak və avadanlıqların “xxxx” ASC-nin balansına verilmişdir. İddiaçı ilə müqavilə bağlamış “xxxx” ASC-nin tabeliyində olmuş X8 Şəbəkəsi” MMC də cavabdehin tabeliyinə keçmişdir. X8 Şəbəkəsi” MMC “xxxx” ASC-nin tabeliyindən ayrılaraq cavabdehin tabeliyinə keçmiş, “xxxx” ASC-nin tabeliyində olmuş X8 Şəbəkəsi” MMC üzrə öhdəliklər cavabdehə ötürülmüşdür. Mülki Məcəllənin 56.4-cü maddəsinə uyğun olaraq “xxxx” ASC-nin X8 Şəbəkəsi” MMC-nin hüquq və vəzifələri yeni yaranmış cavabdehə keçmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndində qeyd olunmuşdur ki, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonraki dövr üçün yenidən hesablaşma aparmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tə ləbi ilə ona qaytarmalıdır. Bəhs olunanlara əsasən, yeni yaranmış cavabdeh iddiaçı qarşısında hüquq və vəzifələr daşıdığından, iddiaçının öhdəlikdən kənar ödədiyi pul cavabdeh tərəfindən ona qaytarılmalı olduğundan apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına görə hazırkı halda iddiaya cavab verməli şəxs cavabdeh olduğundan iddia tələbinin yönəldiyi şəxsin cavabdeh olmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-702/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-71/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-71/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver