Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-715/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" X1rşı “torpaq sah əsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 2-2(105)-112/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İşin halları 1. "xxxx" X3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən əmlak kompleksinə 2013-cü il 10 dekabr tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport verilmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli 21(118)141/2020 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 2016-cı il 5 iyun tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 61 bəndinin müddəalarını tətbiq etmədən "xxxx" X2 istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 16 may tarixli 2-1(105)204/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli 21(118)-141/2020 nömrəli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 27 nömrəli qərarı ilə təsd iq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında "xxxx" X4 tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1.650 kv.m torpaq sahəsinin normativ qiymətə əsasən "xxxx" X2 adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli 21(102)1651/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli 2-1(105)-204/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İİ. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) "xxxx" X3 (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 19 sentyabr tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus əmlak kompleksinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 1.650 kv.m torpaq sahəsinin əmlak kompleksinin 2013-cü il 10 dekabr tarixli texniki pasportunda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi, həmçinin zəbt edilmiş 40 kv.m torpaq sah əsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə mediasiya sessiyası ilə bağlı mediasiya təşkilatına ödənilmiş 20 manatın sonuncuya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən, cavabdehə məxsus əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 1.650 kv.m torpaq sahəsində cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıdan müvafiq razılıq alınmadan təqribən 89.7 kv.m tikilinin inşa olunduğu və 30 kv.m quraşdırma işlərinin aparıldığı, həmçinin müəssisənin istifadəsində olan 1.650 kv.m torpaq sahəsinə bitişik olan, dövlət mülkiyyətində olan 40 kv.m torpaq sahəsinin hüquq müəyyənedici sənədlər olmadan zəbt edildiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyri-qanuni olaraq tikinti işləri aparmış, eyni zamanda özünə aid olmayan 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Cavabdehlə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. 2022-ci il 9 sentyabr tarixində cavabdehə elektron qaydada xəbərdarlıq məktubu göndərilmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mü lki Məcəlləsinin (bundan sonra – “MM”) 43.3, 180.1, 180.4, 155.1, 155.2, 157.4-cü maddələrinə, “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanın 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 39.1-ci maddələrinə istinad etmişdir. 8. 2022-ci il 6 oktyabr tarixində cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı qərəzli mövqe tutduğundan, işin mahiyyəti üzrə heç bir sübut təqdim olunmadığından iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Xırdalan şəhərində fəaliyyət gös tərən cavabdehə Abşeron rayon İK-nın 1989-cu il 31 mart tarixli N-066 saylı qərarı ilə 16,5 sot torpaq sahəsi verilmişdir. Torpaq sahəsində müəssisə öz vəsaiti hesabına 1989-1990-cı illərdə inzibati otaq, çardaq və istehsal yönümlü bir neçə otaq tikmişdir. Tikililər və torpaq sahəsi 2001-ci il 28 fevral tarixində Abşeron rayon texniki inventarlaşma tərəfindən qeydiyyata alınaraq mülkiyyət hüquqları əsasında 283 saylı qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Tikintilər özəlləşdirilmiş, lakin tikinti altında olan torpaq sahəsinin özəlləşdirilməsi mümkün olmamışdır. Həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cavabdeh tərəfindən 2001-ci il tarixindən iddiaçıya, daha sonra pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. Məh kəmə prosesləri 12 il çəkmişdir. İddiaçı məhkəmə proseslərini uzatmaq məqsədi ilə cavabdehin tikintilərini qanunsuz inşa etdiyini bildirərək verilmiş hüquqi sənədlərin etibarsız sayılması haqda dəfələrlə məhkəmədə iddia qaldırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 13 mart tarixli 2-2(105)-57/2013 nömrəli qərarı ilə iddiaçının iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013cü il 24 iyun tarixli 2-2(102)-682/2013 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamışdır. Məhkəmə qərarından sonra cavabdeh 283 saylı qeydiyyat vəsiqəsini və texniki pasportunu dəyişdirərək 2013-cü il 10 dekabr tarixində inşa edilmiş tikintilərə yeni texniki pasport və çıxarış almışdır. Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 may tarixli 21(105)- 204/2021 nömrəli qərarı ilə cavabdehin tikinti altında olan 16,5 sot torpaq sahəsinin normativ qiymətlə özəlləşdirilməsi öhdəliyi komitənin üzərinə qoyulmuşdur.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-1(102)-1651/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Qərarların icraya yönəldilməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq iddiaçı müxtəlif bəhanə ilə məhkəmə qərarının icrasından imtina etmişdir. İddiaçının Abşeron rayon ərazi şöbəsinin əməkdaşları tərəfindən cavabdehin ərazisinə baxış keçirilən zaman sonuncunu n iştirakı təmin olunmamış və saxta arayış tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Arayışda cavabdehin 40 kv.m əlavə torpaq sahəsi zəbt etdiyi, iddiaçıdan icazə alınmadan 89,7 kv.m tikinti inşa edildiyi və 30 kv.m quraşdırma işləri aparıldığı göstərilmişdir. 1995-ci il tarixindən cavabdehin fəaliyyəti dayanmış və tikililərin istismar müddəti bitdiyindən əsaslı təmirə ehtiyacı yaranmışdır. İddiaçı qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmasıdan yayınaraq müxtəlif bəhanələrlə hərəkətsizliyini nümayiş etmişdir.
11. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti – texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 13 mart tarixli, 10/7735 saylı ekspert rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında y erləşən, cavabdehin istifadəsinə verilmiş 1.650 kv.m torpaq sahəsinə bitişik, təxminən 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsində Texniki Pasportda qeyd olunmayan təxminən 89,7 kv.m ölçüdə yarımçıq tikilinin, ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) mövcud olduğu müəyyən olunmuşdur. “GoogleEarth” internet xəritə proqramında mövcud olan illər üzrə görüntülərə əsasən, Texniki Pasportda qeyd olunmayan həmin yarımçıq tikililər Texniki Pasport tərtib olunan tarixdə və həmin tarixdən əvvəl təxminən 2004-cü il tarixindən həmin ərazidə mövcud olmuşdur (2004-cü il tarixindən əvvəlki görüntülər GoogleEarth proqramında mövcud deyil). 12. 2023-cü il 28 aprel tarixində cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış Texniki Pasportda qeyd olunmayan yarımçıq tikinti və taxtadan quraşdırılmış qurğunun qeyd olunmama səbəbi barədə 4 saylı Abşeron Reyestri İdarəsinə sorğu göndərilməsinə dair vəsatəti 2023-cü il 12 may tarixli e-2-2(119)-28/2023 nömrəli məhkəmə iclasında vəsatət əsassız olduğundan təmin edilməmişdir.
13. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 12 may tarixli e-2-2(119)28/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır (hakim – H.Alıyeva).
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində zəbt edildiyi qeyd olunan 40 kv.m dövlət torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Həmçinin iddia ərizəsində əmlak kompleksinin 2013-cü il 10 dekabr tarixli texniki pasport da qeyd olunan ilkin vəziyyətə bərpa edilməsi xahiş olunsa da, 89,7 kv.m ölçüdə yarımçıq tikilinin və ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) həmin texniki pasport verilərkən, hətta ondan uzun müddət əvvəl mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunan məhkəmə qətnamələri əsasında cavabdehə məxsus əmlak kompleksinin yerləşdiyi 1.650 kv.m torpaq sahəsinin normativ qiymətə əsasən cavabdehin adına özəlləşdirilməsi ilə bağlı iddiaçının üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının hazırkı iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır.
15. Məhkəmə öz mövqeyini MM-in 146.1, 152.1, 157.8, 158.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İd diaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 2-2(105)-112/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – A.Süleymanova və F.Məmmədov).
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşmışdır.
19. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmişdir.
20. İddiaçı kassasiya şikayəti verərək, həmin q ətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİİ. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 21. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanının 2-ci bəndinin, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 3.0.46-cı yarımbəndinin və MM-in 155.1, 155.2, 157.4, 180.1, 180.4-cü maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri – yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməli olan məsələ iddia tələbində göstərilən tikililərin qanuni əsaslarla inşa olunub – olunmaması ilə bağlı olmalı idi. Lakin, apellyasiya instansiya məhkəməsinin heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsinə əsaslanması tamamilə yanlış olmuşdur.
22. MPM-in 217.3, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi qətnaməsini lazımi qaydada əsaslandırmamış, iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və nəticə etibarı ilə əsassız qərar qəbul edilmişdir. b) Kas sasiya şikayətinə qarşı etiraz
23. Kassasiya şikayətinə qarşı etiraz göndərilərək şikayətin təmin olunmaması xahiş olunmuşdur. İV. Kassasiya baxışının hədləri
24. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)....” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları... 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.”
27. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya baxışının predmeti olan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri – yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmış, apellyasiya məhkəməsi tərəfindən iddia tələbində göstərilən tikililərin qanuni əsaslarla inşa olunub– olunmaması araşdırılmalı olduğu halda, heç bir araşdırma aparmadan düzgün olmayan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdi yi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
31. Hazırkı halda işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehə məxsus əmlak kompleksinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 1650 m2 torpaq sahəsinin əmlak kompleksinin 2013-cü il 10 dekabr tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi və zəbt edilmiş 40 m2 torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil veril məsi tələbi ilə məhkəməyə müraciət etsə də, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində cavabdehin istifadəsinə verilmiş 1650 m2 torpaq sahəsinə bitişik, təxminən 40 m2 dövlət torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığı və 2013-cü il 10 dekabr tarixli texniki pasport tərtib olunan tarixdə və həmin tarixdən əvvəl göstərilən ərazidə təxminən 89,7 m2 ölçüdə yarımçıq tikilinin, ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 m2 ölçüdə quraşdırmanın (müvəqqəti tikili) mövcud olduğu qeyd olunmuşdur.
32. Beləliklə məhkəmə araşdırması zamanı iddia ərizəsində zəbt edildiyi qeyd olunan 40 m2 dövlət torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən olunmuş, habelə iddia ərizəsində əmlak kompleksinin 2013-cü il 10 dekabr tarixli texni ki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi xahiş olunsa da, 89,7 kv.m ölçüdə yarımçıq tikilinin və ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) həmin texniki pasport verilərkən, hətta ondan uzun müddət əvvəl mövcud olduğu müəyyən edilmişdir.
33. Bununla yanaşı iş materiallarında olan məhkəmə qətnamələri əsasında cavabdehə məxsus əmlak kompleksinin yerləşdiyi 1650 kv.m torpaq sahəsinin normativ qiymətə əsasən onun adına özəlləşdirilməsi ilə bağlı iddiaçının üzərinə öhdəlik qoyulmuşdur (bax §2-4).
34. Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən heç bir araşdırılma aparılmamasına dair dəlilinə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan fak tlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak M əsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 18 sentyabr tarixli 2-2(105)-112/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.