Məhkəmə qərarları › İş №2-2(102)-74/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-74/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-74/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı X5 cavabdeh “xxxx” ASC-yə qarşı iqtisadi iş üzrə QƏRAR (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçı X5 vəkili X1 və cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı X5 cavabdeh “xxxx” ASC-yə qarşı akta əsasən əsassız hesablanmış pul məbləğinin silinməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 22(103)-711/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASCvə onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X8cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, 004783 nömrəli aktın ləğv edilməsi, əsassız hesablanmış 15.120 manat məbləğində borcun silinməsi, habelə cavabdeh tərəfindən vurulmuş 5000 manat məbləğində zərərin əvəzi və həmçinin 30 manat iddia üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun “xxxx” ASC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət tərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, 004783 nömrəli akta əsasən hesablanmış 15.538 manat məbləğində borcun silinməsi, habelə cavabdeh tərəfindən vurulmuş 7.070 manat məbləğində zərərin əvəzi və həmçinin 30 manat iddia üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun ümumilikdə isə 7.100 manat məbləğində vəsaitin “xxxx” ASC tərəfindən X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-332/2019 saylı qətnaməsi ilə iddia qismən tələbi təmin edilərək, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış 15.538 man at 54 qəpik nəbləğində borcun iddiaçının abunə hesabından silinməsi, cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi kimi 1.850 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin “xxxx” ASC-dən ekspertiza xərcinin əvəzi olaraq 120 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş və iddia qalan hissədə təmin edilməmişdir (hakim S.V.Nuriyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(102)-711/2019 saylı qətnaməsi ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarix li qətnaməsi qismən, iddianın cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi kimi 1.850 (bir min səkkiz yüz əlli) manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi” və “xxxx” ASC-dən ekspertiza xərcinin əvəzi olraq 120 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv edilərək, iddia həmin hissədə yeni qətnamə çıxarılmaqla təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin qismən - birinci instansiya məhkəməsinin aktına əsasən hesablanmış 15.583,54 manat borcun silinməsinə dair nəticəsinin dəyişdir ilmədən saxlanılması hissəsində ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri “xxxx” ASC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin iş üzrə gəldiyi həmin nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki hallarına görə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus soyuducu anbarda tərtib edilmiş xx.xx.2018-ci il tarixli NDQ seriyalı 004783 saylı akta əsasən elektrik enerjisi uçotu və "X3 Qaydaları"na riayət olunması vəziyyəti yoxlanılarkən, sayğacın yaddaşında müəyyən tarixlər üzrə gərginlik açılmalarının qeyd olunduğu aşkar edilmiş, aşkar edilən pozunt u ilə əlaqədar Akt komissiyasının xx.xx.2018-ci il tarixli icra vərəqinə əsasən istehlakçı ilə 40 gün müddətinə yenidən hesablaşma aparılaraq, 175 kvt x 24 saat x 40 gün = 168000 kvts əlavə sərfiyyat (15.120 manat əlavə ödəniş) hesablanmış, xx.xx.2018-ci il tarixli hesab ödəniş vərəqinə əsasən iddiaçının həmin tarixə qalıq borcu 15.538,54 manat təşkil etmiş, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə - təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "X3 Qaydaları"na riayət olunması vəziyyətini yoxlamışdır. Tərəflərin izahatları Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İddiaçı X5 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki ha llarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı X5 vəkili X2, cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-711/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində iddiaçıya məxsus meyvəqurutma sexində xx xxxxxxx 2018-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, tərtib edilmiş akta əsasən müəyyən vaxtlarda sayğacda gərginlik açılmala rı olmuşdur, buna görə sayğacdankənar sərfiyyat olmuş, xx xxxxxxx 2018-ci il tarixli, 004783 NQD saylı akta əsasən sayğac yenisi ilə əvəz olunmuş, sayğac paketə qoyularaq 846017 saylı möhürlə möhürlənərək test olunması üçün satışa nəzarət idarəsinin əməkdaşlarına təhvil verilmiş, xx xxxxxx 2018-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqəsinə əsasən, abonent X5 xx.xx.2018-ci il tarixə qalıq borcu 15.538,54 manat təşkil etdiyindən xx xxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq abonentə borcu barədə məlumat verilmiş, həmçinin 3 gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə abonentə xəbərdarlıq edilmədən elektrik enerjisinin verilməsi enerjitəchizatı müəssisəsi tərəfindən dayandırılması barədə xəbərdarlıq edilmiş, X10 operatoru X1, sahə rəisi X2, mühasi bi X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli akta əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi Zavoda elektrik enerjisinin verilməsi əsassız olaraq dayandırıldığından meyvə qurutma istehsalı durdurulmuşdur və bu müddətə meyvə qurudulma sexi üçün fermerlərdən alınan 18.500 kg, toplam dəyəri 1.850 manat olan alma, uzun müddət emal olunmadığına görə çürüyərək, istehsala yararsız vəziyyətə düşdüyündən atılmış, 600 manat, xx.xx.2018-ci il tarixdə isə 660 manat məbləğində vəsait ödənilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 12816 saylı rəyinə əsasən X10 direktoru tərəfindən təsdiq edilmiş 24.11,2018-ci il tarixli akta əsasən uzun müddət emal olunmadığına görə 18.500 kg çəkidə almanın çürüyərək ist ehsala yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş ziyanın məbləği 1.850 manat müəyyən olunur. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 15.538 manat 54 qəpik məbləğində borcun iddiaçının abunə hesabından silinməsi qənaətinə gəlmiş, “xxxx” ASC məhkəməyə iddiaçının təqsirindən müəyyən vaxtlarda sayğacda gərginlik açılmaları və buna görə sayğacdankənar sərfiyyat olmasına dair heç bir sübut təqdim edə bilməmiş, iddiaçı cavabdeh tərəfindən tələb edilən borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəz ifəsidir, cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin məbləğin necə və hansı əsaslara istinad olunaraq hesablanmasını əsaslandıra bilməmiş, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizat ı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən,Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qan unvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların: 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə sub abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdı rılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. 8.3-cü bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjis inə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydala rın 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılm alıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ na malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışla r və digər bu cür tədbirlərə şamil edilir; Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 13.1-13.4 maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarl anması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakim iyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunve riciliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonrayoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçiri lməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Apellyasiya instansiya məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası “xxxx” ASC-nin məhkəməyə iddiaçının təqsirindən müəyyən vaxtlarda sayğacda gərginlik açılmaları və buna görə sayğacdankənar sərfiyyat olmasına dair heç bir sübut təqdim edə bilmədiyini, cavabdeh tərəfindən tələb edilən borcun ödənilməsi mübahisələndirildiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsi olduğunu, həmçinin yoxlamaların vahid mə lumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmadığını, bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirlərinin tətbiq edilə bilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məh kəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2019-cu il tarixli, 2-2(103)711/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-711/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar