Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-783/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1 Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 sentyabr tarixli 2- 2(103)-644/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. 2018-ci il 30 noyabr t arixli aktdan görünür ki, “Pirallahı-Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli, G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2018-ci ilin noyabr ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və noyabr ayı ərzində təhvil verilmiş qazın həcmi 321.736 kub.metr kimi qəbul edilmişdir. 2. 2018-ci il 28 dekabr tarixli aktdan görünür ki, “Pirallahı-Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli, G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2018-ci ilin de kabr ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və dekabr ayı ərzində təhvil verilmiş qazın həcmi 344.017 kub.metr kimi qəbul edilmişdir. 3. 2019-cu il 31 yanvar tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli, G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin yanvar ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və yanvar ayı ərzində təhvil verilmiş qazın həcmi 496.943 kub.metr kimi qəbul edilmişdir. 4. 2019-cu il 28 fevral tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində qu raşdırılmış Elster tipli, G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin fevral ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və fevral ayı ərzində təhvil verilmiş qazın həcmi 446.007 kub.metr kimi qəbul edilmişdir. 5. 2019-cu il 1 aprel tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli, G1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin mart ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və mart ayı ərzində təhvil verilmiş qazın həcmi 418.727 kub.metr kimi qəbul edilmişdir. 6. 2019-cu il 30 aprel tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli, G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin aprel ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və aprel ayı ərzində təhvil verilmiş qazın həcmi 245.284 kub.metr kimi qəbul edilmişdir. 7. 2019-cu il 31 may tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli, G1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin may ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və may ayı ərzində təhvil verilmiş qazın həcmi 4.332 kub.metr kimi qəbul edilmişdir. 8. 2019-cu il 1 iyul tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli, G1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin iyun ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və iyun ayı ərzində təhvil verilmiş qazın həcmi 2.450 kub.metr kimi qəbul edilmişdir. 9. 2019-cu il 1 avqust tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qa z xətti üzərində quraşdırılmış Elster tipli, G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin iyul ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və iyul ayı ərzində təhvil verilmiş qazın həcmi 6.619 kubmetr kimi qəbul edilmişdir. 10. 2019-cu il 30 avqust tarixli aktdan görünür ki, “Pirallahı Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan “Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin avqust ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və avqust ayı ərzində təhvil verilmiş qazın həcmi 23. 581 kub.metr kimi qəbul edilmişdir. 11. **********00150 saylı abonent saldosundan görünür ki, aktlar üzrə 2018-ci ilin noyabr ayında 37.156,20 manat, 2018-ci ilin dekabr ayında 35.355 manat, 2019-cu ilin yanvar ayında 52.015,60 manat, 2019-cu ilin fevral ayında 47.065,60 manat, 2019-cu ilin mart ayında 43.828,60 manat, 2019-cu ilin aprel ayında 25.392,20 manat, 2019-cu ilin may ayında 439 manat, 2019-cu ilin iyun ayında 242,80 manat, 2019-cu ilin iyul ayında 649,40 manat, 2019-cu ilin avqust ayında 2200,80 manat qazdan istifadəyə görə X2 borc hesablanmışdır.
12. X2 məxsus obyektə 2019-cu il 14 avqust tarixində yeni sayğac quraşdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı X3 (bundan sonra-“iddiaçı”) 2021-ci il 30 aprel tarixində Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 244.345,20 manat borcun **********00150 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə qəsəbəsi, TərəvəzçilikSüdçülük sovxozu ərazisində yerləşən, abonent kodu **********00150 olan istixana fəaliyyət göstərir. Həmin istixana cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təmin edilmiş, tərəflər arasında 2020-ci il 9 yanvar tarixdə qazın alqı-satqısı müqaviləsi yenilənərək AMX-0326/20 saylı müqavilə bağlanmış, istixanada istifadə edilən təbii qazın dəyəri vaxtlı-vaxtında ödənilmişdir. Buna baxmayaraq, cavabdeh 2018-ci ilin noyabr ayında 37.1 56,20 manat, dekabr ayında 35.355 manat, 2019-cu ilin yanvar ayında 52.015,60 manat, fevral ayında 47.065,60 manat, mart ayında 43.828,60 manat, aprel ayında 25.392,20 manat, may ayında 439 manat, iyun ayında 242,80 manat, iyul ayında 649,40 manat, avqust ayında isə 2.200,80 manat olmaqla, ümumilikdə 244.345,20 manat məbləğində əsassız borc hesablamış, sonradan 2020-ci il ərzində əsassız borcun silinəcəyini vəd etsə də, əksinə həmin borcu qazın dayandırılması xəbərdarlığı ilə tələb etmişdir. Fəaliyyət sahəsindən də göründüyü kimi təbii qaz olmadıqda istixanada mövcud olan bitkilər tamamilə məhv ola, bu isə onun müflisləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən, iddiaçı hesablanmış borcu əsassız hesab etsə də, hissə-hissə ödəmək məcburiyyətində qalmışdır. İllər ərzində əsassız hesablanmış b orcun yaranma əsaslarını araşdırsa da, bununla bağlı cavabdeh təşkilat ona hər hansı qanuni sənəd təqdim etməmişdir. Abonent saldosundan da göründüyü kimi sayğac tam saz vəziyyətdə olduğu və hesabatı dəqiq apardığı halda, ona sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə cavabdeh ona əlavə hesabatın qanuni əsaslarla aparıldığını təsdiq edən heç bir sənəd təqdim edə bilməmiş, yalnız heç bir hüquqi qüvvəyə malik olmayan və qanunvericiliklə nəzərdə tutulmayan qaydada tərtib edilmiş saxta aktlar təqdim etmişdir. Həmin aktlarda qeyd edilir ki, sayğacın elektron hissəsi işləmədiyi üçün ona yuxarıda qeyd etdiyi əlavə borc məbləğləri hesablanmışdır. Abonent saldosuna baxdıqda “cəmi” bölümünə nəzər salınsa saldonun tərtibatında uyğuns uzluqları və cavabdehin qanunsuz hərəkətlərini aydın görmək olar. Belə ki, həmin bölümdə aktlar üzrə hesablanmış məbləğ cəmi 179.136,20 manat qeyd edilsə də, aylar üzrə aktlara əsasən hesablanmış məbləğləri cəmləyəndə bu 244.345,20 manat edir. Qaz sayğacının elektron hissəsi işləmədiyi halda, hansı səbəbdən çıxarılaraq təmirə göndərilmədiyi və ya yenisi ilə əvəzlənmədiyi məlum deyil. Qaz sayğacı istixanadan kənarda, SOCAR-a məxsus xüsusi mühafizə edilən ərazidə yerləşir və sayğac göstəriciləri cavabdeh təşkilatın əməkdaşları tərəfindən onun iştirakı olmadan götürülür. Qaz sayğacının elektron hissəsinin işləməməsi ilə bağlı yalnız 10 aydan (11.2018 – 08.2019) sonra ona məlumat verilmiş və sayğac 2019-cu il 14 avqust tarixdə yenisi ilə əvəz edilmişdir. Abonent saldosundan da göründüyü kimi, cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Qanunvericilikdə istifadə edilmiş təbii qazın dəyərinin müəyyən edilməsinin iki üsulu var, birinci sayğac vasitəsi ilə, ikinci sayğac olmadığı təqdirdə ötən ayın orta günlük sərfiyyatına uyğun. Göründüyü kimi cavabdeh təşkilat özündən yeni hesabat üsulu müəyyən edərək, qanunsuz tətbiq etmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Redpublikası Prezidentinin 2011-ci il 15 fevral ta rixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan isifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”) 4.1, 5.2-ci bəndlərinə istinad edilmişdir.
16. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 iyun tarixli, e-2-2(113)-2358/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya cavabdeh tərəfindən aktlar üzrə 2018-ci ilin noyabr ayında hesablanmış 37.156,20 manat, 2018-ci ilin dekabr ayında hesablanmış 33.448,40 manat, 2019-cu ilin yanvar ayında hesablanmış 52.015,60 manat, 2019-cu ilin fevral ayın da hesablanmış 47.065,60 manat, 2019-cu ilin mart ayında hesablanmış 43.828,60 manat, 2019-cu ilin aprel ayında hesablanmış 25.392,20 manat, 2019-cu ilin may ayında hesablanmış 439 manat, 2019-cu ilin iyun ayında hesablanmış 242,80 manat, 2019cu ilin iyul ayında hesablanmış 649,40 manat, 2019-cu ilin avqust ayında hesablanmış 2200,80 manat, cəmi 244.345,20 manat borcun silinməsi qət edilmişdir (hakim A.Əliyeva).
18. Birinci instansiya məhkəməsi işin §1-12-də qeyd olunan hallarına istinad etmiş və həmin hallara “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3cü maddələrinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqın da Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinin və Qaydaların 4.2, 4.9-cu bəndlərinin tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən yoxlamalar aparılarkən sahibkarlıq sahəsində yoxlamaların aparılması qaydalarına riayət olunmadığından onun nəticələri qanunsuz hesab edilməlidir.
19. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 2-2(103)-1123/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə id dia tələbi 184.810,8 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə (59.534,4 manat borcun iddiaçının abunə hesabından silinməsi) dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
21. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işin materiallarındakı abunə haqqında saldosuna və aktlara əsasən müəyyən etmişdir ki, iddiaçıya məxsus obyektdə quraşdırılmış qaz sayğacının elektron korrektor hissəsinin işləməməsi əsası ilə ona aktlar əsasında 2018ci ilin noyabr, dekabr ayları üçün 72.511,20 manat, 2019-cu ilin yanvar-avqust ayları üçün 171.834 manat, cəmi 244.345,20 manat əlavə sərfiyyat hesablanmışdır. Abonent saldosundan eyni zamanda məlum olmuşdur ki, iddiaçıya məxsus obyektə 20 19-cu il 14 avqst tarixində yeni sayğac quraşdırılmışdır.
22. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği qismən ödənilmiş, 2020-ci il 1 iyul tarixinə iddiaçının qalıq borcu 59.534 manat təşkil etmişdir. Sonradan borcun məbləğinin artmasına səbəb iddiaçının qazdan istifadəyə görə yaranmış borclarının tam ödənilməməsi olmuşdur.
23. Göstərilənlərə əsasən həmin məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının hazırda silinməsini tələb etdiyi borcun 184.810,8 manat məbləğində hissəsi aktlar əsasında hesablanmış borc deyil, 2020-ci ilin iyul ayından sonra qazdan istifadəyə görə sayğac göstəricisi əsasında yaranmış borc olduğundan həmin borcun silinməsi hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmadığı üçün apellyasiya şikayəi q ismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilərək iddia 184810,8 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində rədd edilməlidir
24. Aktlar əsasında hesablanmış 59534,4 manat borcla bağlı hissədə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinin tələbləri baxımından birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın vahid məlumat reyestrində qeydə alınması təmin edildiyindən yoxlama aklarının hüquqi nəticələri etibarsız olduğu üçün aktlar əsasında hesablanmış 59534,4 manat qalıq borcun silinməsi barədə iddia əsaslıdır.
25. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, cavabdehin verdiyi kassasiya şikayətində isə qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 aprel tarixli 2-2(102)-200/2022 saylı qərar ı ilə hər iki kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 22(103)-1123/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim B.Qəribov, hakimlər İ.Dadaşov, B.Məmmədli).
27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 10 ədəd akt əsasında əlavə borc hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi aktlar əsasında iddiaçıya 244.345,20 manat borcun hesablandığını qeyd etməklə iddiaçının həmin borcdan ödənilməmiş 59.534 manat qalıq borcunun cavabdeh tərəfindən Qanunun və Əsasnamənin tələblərinə riayət edilməməklə aparılmış yoxlama nəticəsində hesablanması əsası ilə silinməli olmas ı qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış və onun tərəfindən ödənilməmiş 59.534 manat qalıq borcun Qanun və Əsasnamənin tələblərinə uyğun olmayaraq həyata keçirilmiş yoxlama ilə aktlar əsasında hesablanması əsası ilə silinməsi qənaətinə gəlsə də, borcun iddiaçı tərəfindən ödənilmiş olan digər hissəsinə münasibətdə göstərilən mövqedən çıxış olunmaması, habelə iddiaçının silinməsini tələb etdiyi borcun 184.810,8 manat məbləğində hissəsinin isə iddiaçı tərəfindən 2020-ci ilin iyul ayından sonra qazdan istifadəyə görə yaranmış borc olması nəticəsinə gəlinməsi qətnamədə əks olunan mövqedə ziddiyyətlərin yaranmasına gətirib çıxarmışdır. Göstərilən ziddiyyətin aydınlaşdırılması baxımından aktlar əsasında hesablanmış borc məbləği ilə abonent saldosunda öz ək sini tapmış sərf məbləğləri ilə bağlı əlavə araşdırma aparılması zərurəti yaranmışdır.
28. Məhkəmə hesab etmişdir ki, iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlinməsi üçün mübahisəyə iddiaçının barəsində borcun hesablanmasına dair aktların ona təqdim olunub-olunmaması, habelə əgər təqdim olunmuşdursa hansı tarixdə təqdim olunması məsələsinin aydınlaşdırılması, həmçinin qaz sayğacının iddiaçının istifadəsində olan ərazidə yerləşib-yerləşməməsi baxımından və istinad olunan Qaydaların 4.8-ci bəndinin tələbinə müvafiq olaraq qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçının qaz sayğacının onun istifadəsində olan ərazidə yerləşmədiyi halda, sayğacın vəziyyətindən məlumatsız olması və aktların vaxtında təqdim edilməməsi sui-istifadə hallarının yaranması ehtimalını meydana çıxara b ilər.
29. Bundan başqa, qeyd olunduğu kimi həm iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarda, həm də cavabdehin apellyasiya şikayətində qaz sayğacının iddiaçının istifadəsində olan ərazidə, yəni sahibkarlıq subyekti ərazisində yerləşmədiyi göstərilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən ödənilməmiş 59.534 manat borcun hesablandığı aktların Qanunun və Əsasnamənin təsir dairəsinə düşübdüşməməsi məsələsinin aydınlaşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, mübahisəli aktlara münasibətdə qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarının tətbiq olunması baxımından ilk növbədə balans məsubiyyəti aktına əsasən qaz xəttinin və onun üzərində quraşdırılmış qaz sayğacının balans mənsubiyyətinin müəyyənləşdirilməsi zərur əti meydana çıxmışdır.
30. Məhkəmə gəldiyi nəticəni Qaydaların 1.3, 4.1, 4.8-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 sentyabr tarixli 2-2(103)-644/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2358/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim X.Cəmilova, hakimlər M.Tağızadə, A.Oruczadə).
32. Apellyasiya instansiyası məhkəməsi işin §1-12-də qeyd olunan hallarına istinad etmiş və müəyyən etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 10 ədəd akt əsasında 244345,20 manat əlavə borc h esablanmışdır. Birinci instansiya məhkəməsi aktlar əsasında iddiaçıya 244345,20 manat borcun hesablandığını qeyd etməklə həmin borcun cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə riayət edilməməklə aparılmış yoxlama nəticəsində hesablanması əsası ilə silinməli olması qənaətinə gəlmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi əsasın mövcudluğunu kassasiya instansiyası məhkəməsinin qərarında qoyduğu göstərişlərlə bağlı yoxlayarkən müəyyən etdi ki, iddiaçıya borcun hesablanması üçün əsas olan mübahisəli aktlar hər ay sayğaca baxışla əlaqədar tərtib olunmuş, yəni bu aktların qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı tərtib olunmasını zəruri edən aktlara aidiyyatı yoxdur.
34. Məhkəmə Qaydaların 1.3, 4.1, 5.2-ci bəndlərinin tələbləri baxımından qeyd etmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli və bu barədə hər ay istehlakçıya hesab təqdim etməli və ya göndərməlidir. Bu, yuxarıda adı çəkilən Qaydaların tələbidir və cavabdehin hüququ olaraq müəyyən edilmişdir. Yəni hazırki işdə cavabdehin bu qaydaya uyğun olaraq sayğaca baxış keçi rməklə borc hesablamasının qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarına aidiyyatı yoxdur.
35. Digər tərəfdən, cavabdeh tərəfin tərtib etdiyi mübahisəli aktlar məzmunundan da göründüyü kimi, sayğaca baxış zamanı onun elektron korrektor hissəsinin işləməməsi səbəbindən sayğacın əvvəlki və sonrakı göstəricisinin müqayisəli təhlilinə uyğun borc hesablanmış, bu barədə həm əvvəlki, həm də sonrakı aylarda aktlar tərtib olunarkən iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. İddiaçının sözlərinə görə, sayğacın elektron korrektor hissəsinin işləməməsindən və mübahisəli aktlardan 10 ay sonra məlumatı olmuş, həmin aktların surəti isə ona verilməmişdir. Bu faktlar işin təkrar apellyasiya baxışı zamanı tərəflərin nümayəndələrinin verdiyi izahatlarla da təsdiq olunmuşdur.
36. Bundan başqa, iddiaçı qaz sayğacının istixanadan kənarda cavabdehə məxsus xüsusi mühafizə edilən ərazidə yerləşdiyini bildirir. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, əvvəlki məhkəmə icraatlarında olduğu kimi, hazırda da sayğacın həqiqətən də iddiaçının istifadəsində olmayan sahədə yerləşdiyi işin mübahisəsiz halıdır.
37. Bununla yanaşı, mübahisəli aktlar əsasında hesablanmış borc məbləği 244.345,20 manat olduğu halda, abonentin saldosuna əsasən (i.v. 35-36) “aktlar” bölməsində borcun 179.136,20 manat təşkil etdiyi göstərilmişdir. Bu barədə məhkəmə tərəfindən araşdırma aparılarkən məlum olmuşdur ki, iddiaçıya məhz adı çəkilən aktlar əsasında 244.345,20 manat borc hesablanmış, lakin abonentin saldosunda “aktlar” bölməsində aktlar əsasında yaranmış borc un məbləği texniki səhv nəticəsində 179.136,20 manat göstərilmişdir. Bu faktı məhkəmə prosesində iştirak edən hər iki tərəfin nümayəndəsi təsdiqləmişdir. Belə olan halda iddiaçıya aktlar əsasında hesablanmış 244.345,20 manat borcun iddiaçının istifadə etdiyi qaz sərfiyyatına görə yaranmış borc məbləğinə aidiyyatının olub-olmaması məsələsi də kassasiya instansiyası məhkəməsinin qərarında qoyduğu göstərişlərlə bağlı bir daha araşdırılmışdır. Məlum olmuşdur ki, abonentin saldosu sənədində “sayğac oxunması” qrafasında borc məbləği 2.130.472,60 manat göstərildiyi halda, “ödəmələr” qrafasında 2.135.706,20 manat qeyd olunmuşdur. Bu barədə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, qaz sərfiyyatı ilə bağlı iddiaçının heç vaxt borcu qalmamış, sayğacın göstəricisinə uyğun olaraq yaranan borc məbləğləri iddiaçı tərəfindən dərhal artıqlaması ilə ödənilmişdir. Bu fakta münasibətdə cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, həqiqətən də iddiaçının sayğac göstəricilərinə əsasən borcu abonentin saldosunda “sayğac oxunması” qrafasında göstərilmiş və həmin məbləğ “ödəmələr” qrafasında qeyd olunan məlumata əsasən artıqlaması ilə ödənilmiş, buna görə də iddiaçının sərf olunan qazla bağlı sayğac göstəricisi əsasında borcu qalmamışdır. İddiaçının silinməsini tələb etdiyi 244345,20 manat məbləğ isə iddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı deyil, onun barəsində sayğacın elektron korrektorunun işləməməsi səbəbindən tərtib olunmuş aktlarla bağlıdır.
38. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının silinməsini tələb etdiyi 244.345,20 manat onun adi işlək vəziyyətdə sayğac göstəricilərinə əsasən yaranmış borcları ilə bağlı deyil, məhz cavabdeh tərəfindən onun iştirakı olmadan balans mənsubiyyətinə aid olmayan sahədə yerləşən sayğacının elektron korrektor hissəsinin işləməməsi səbəbindən tərtib olunmuş aktlarla bağlı hesablanan borc məbləğidir. İddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı sayğac göstəricisinə əsasən abonentin saldosunda qeyd olunan borc məbləği iddiaçı tərəfindən artıqlaması ilə ödənilmişdir. O ki qaldı aktlar əsasında iddiaçıya hesablanmış 244.345,20 manat borc məbləğinin tələb olunmasına, həmin məbləğ iddiaçının iştirakı olmadan onun balans mənsubiyyətinə aid olmayan sayğaca baxış zamanı elektron korrektorunun işləməməsi səbəbindən tərtib olunmuş aktlarla hesablansa da, bu hesa blama barədə iddiaçı sonradan da olsa qısa zaman ərzində məlumatlandırılmamış, aktların surəti tanış olmaq üçün ona təqdim olunmamış, iddiaçı bu barədə yalnız 10 aydan sonra xəbərdar olmuşdur ki, bu faktın əksini də cavabdeh tərəf sübuta yetirə bilməmişdir.
39. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya hesablanmış 244.345,20 manat borc məbləği yalnız bir akta əsasən deyil, 2018-ci ilin sonuncu aylarından etibarən sayğacda elektron korrektorun işləməməsi səbəbindən (hansı ki həmin korrektorun işlək vəziyyətdə olması balans mənsubiyyətçisi olan cavabdehin vəzifəsinə aid olmuşdur) 9 ay ardıcıl olaraq həmin qüsur cavabdeh tərəfindən aradan qaldırılmadan tərtib olunmuş aktlara əsasən hesablanmış, bu hesablamanın aparılması üçün əsas olan qüsur aradan qaldırılmamaqla yanaşı, cavabdeh bu bar ədə iddiaçıya məlumat belə verməmiş, hətta hər ay cavabdehin təqdim etdiyi hesab-fakturalarda bu borcun mövcudluğunu əks etdirən məlumat da qeyd olunmamışdır. Belə ki, məsələn: iddiaçı barəsində cavabdeh 2018-ci ilin noyabr və dekabr aylarında müvafiq olaraq tərtib olunmuş aktlara əsasən borc hesabladığı halda, 2019-cu il 1 yanvar – 2019-cu il 31 yanvar tarixləri üzrə təqdim olunmuş 194 nömrəli hesab faktura sənədində bu borc barədə hər hansı qeyd mövcud deyildir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında hesab faktura sənədində qeyd olunan borcun yalnız sayğac göstəricisinə əsasən hesablanıb yazılan borc olduğunu təsdiqləmiş, yəni iddiaçı barəsində tərtib olunmuş aktlara əsasən hesablanmış borcun hesab faktura sənədində qeyd olunmasının qeyri-mümkün olduğunu bildirmişdir.
40. Bundan əl avə, mübahisəli aktlar əsasında yaranmış borc 244.345,20 manat təşkil etsə də, iş materiallarında olan abonentin saldosu sənədində həmin borcun məbləği 179.136,20 manat kimi göstərilmiş, bunun texniki səhv olduğunu cavabdehin nümayəndəsi də etiraf etmişdir. Bununla yanaşı nəzərə alınmışdır ki, abonentin saldosu sənədi məhz cavabdeh tərəfindən tərtib olunur və ona iddiaçının müdaxiləsi imkansızdır.
41. Beləliklə, qaz sayğacının balans mənsubiyyətinin cavabdehə aid olduğu işin mübahisəsiz halı olduğu üçün Qaydaların 4.8, 4.9-cü bəndlərinin tələbləri baxımından həmin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi də məhz qaz paylayıcısı olan cavabdeh daşıyır. Qeyd olunanlarla bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya 244.345,20 manat məbləğində borc cavabdeh tərəfindən əs assız olaraq hesablandığı üçün həmin borcun silinməsini tələb etməkdə iddiaçı haqlı olmuş, buna görə də iddiaçının həmin tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi onun tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
42. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
43. Qaydaların 4.8-ci bəndinin tələbləri pozulmuşdur-sayğacın elektron hesablama tablosunun işləməməsinə görə cavabdehliyi məhz iddiaçı özü daşıyır. Kommersiya işinin materiallarından görünür ki, elektron hesablama tablosunun işləməməsi nəticəsində cavabdeh tərəfindən stan darta uyğun olaraq istifadə olunan qaz qurğuları tərəfindən istifadə olunmuş qaz sərfiyyatı dövlət standartları əsasında əmsallaşdırılaraq hesablama aparılmış və üzləşmə aktları ilə bu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Birliyə ünvanlanmış məktubda qeyd edilir ki, sənaye qaz sayğacları vasitəsi ilə qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Göründüyü kimi Dövlət Komitəsi tərəfindən də təsdiq edilmişdir ki, sənaye sayğacları vasitəsi ilə sərf edilən qazın dəyəri elektron tablonun göstəricilərinə əsasən müəyyən edilir. Hazırkı vəziyyətdə elektron hissə işləmədiyi üçün istifadə edilmiş qazın dəyəri mex aniki tabloya əsasən müəyyən edilmişdir. Abonent saldosuna nəzər saldıqda “elektron göstəricisi” qrafasında 2018-ci ilin noyabr ayından istifadə olunmuş qaz sərfinə görə sərfiyyatın aparılmadığı görünür.
44. Qaydaların 5.2-ci bəndinin tələbləri pozulmuşdur-qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfin dən ödənilməsini tələb edə bilməz.
45. MPM-in 217, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur- abonent saldosundan və kommersiya işinin materialından aydın olur ki, istehlakçı aktlar üzrə hesablanmış borc məbləğindən məlumatlı olmuşdur və həmin borc məbləğini təbii qazdan istifadə etməsi nəticəsində sərfiyyata görə yaranmış borc məbləği ilə birgə hissə-hissə ödəmişdir. Ümumiyyətlə yaranmış borc üzrə 2019-cu il 1 sentyabr tarixinə kimi həyata keçirilmiş ödənişlər mövcud olmuş borc məbləğinin etirafı kimi qəbul edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının izahatına istinad olunaraq iddiaçının sayğacın elektron korrektor hissəsinin işləməməsi və mübahisəli aktlardan 10 ay sonra məlumatlı olması, həmin aktların surətinin isə ona verilməməsi halı öz əksin i tapmışdır. Bu hal əsassızdır. Çünki apellyasiya məhkəməsi kommersiya işini araşdırarkən iddiaçı tərəfindən mübahisələndirilən 10 ay ərzində olan ödənişlərə diqqət yetirməmişdir. Məsələn, abonent saldosuna nəzər saldıqda görünür ki, 2019-cu ilin yanvar ayında sayğacın mexaniki göstəricisi əsasında abonent saldosuna əsasən 47.373 manat, akt əsasında isə 52.015,60 manat borc yazılmışdır. İddiaçı isə həmin ay üçün 87.366 manat ödəniş etmişdir. Belə olan halda, iddiaçının mexaniki göstərici əsasında qeyd olunan borcdan iki dəfə artıq ödəniş etməsinə nə səbəb olması ilə bağlı sual yaranır. Apellyasiya instansiyası məhkəməsi abonent saldosunda mövcud olan ziddiyyətli məqamları araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi aktların tədqiqatını ətraflı aparmamış, iddiaçı barəsində tərtib ed ilmiş 11/2018 və 08/2019-ci il tarixləri arasında mövcud olan aktları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. I. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
49. Kassasiya instans iyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan isifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “1.ÜMUMİ MÜDDƏALAR... 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqısatqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur....” “4. QAZ SAYĞACLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMARİ 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, qura şdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir....” “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qa zın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir....”
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri nə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 53. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qa ydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
54. Kassasiya şikayətinin §43-44-də göstərilən dəlilləri həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Həmin dəlillər işə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və hüquqi qiymət verilmişdir. Kollegiya həmin qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. Apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarına verdiyi həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 32-41).
55. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə (§ 45) gəldikdə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırı lmışdır.
56. Kassasiya şikayətinin §45-də qeyd olunan dəlilləri ilə bağlı həmçinin qeyd edilməlidir ki, cavabdehin səlahiyyətli nümayəndəsi apellyasiya instansiyası məhkəməsində 2022-ci il 7 sentyabr tarixində keçirilən məhkəmə iclasında verdiyi izahatında iddiaçıya məxsus abonent saldosunın “aktlar” bölməsində aktlar əsasında yaranmış borcun məbləğinin texniki səhv nəticəsində «179.136,20 manat» kimi qeyd edildiyini təsdiq etmiş və bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 244.345,20 manat məbləğ iddiaçının istifadə etdiyi qaz sərfiyyatı ilə bağlı deyil, onun barəsində sayğacın elektron korrektorunun işləməməsi səbəbindən tərtib olunmuş aktlarla bağlıdır (i.v 181). Həmin aktların isə cavabdeh tərəfindən iddiaçıya hansı tarixdə təqdim olunmasına dair işə mahiyyəti üzrə baxılarkə n hər hansı sübut təqdim olunmamışdır. Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-nin 106.3-cü maddəsi).
57. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəsi, işin faktiki hallarına tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 106.3 və 217-ci maddələrinin tələblərinə də uyğun olmuşdur.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiy a instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 sentyabr tarixli, 2-2(103)-644/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva V.T.Həsənov E.Y.Şamayev