Məhkəmə qərarları › İş №2-2(102)-784/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-784/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-784/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli 2-2(103)- 563/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında ba xılmışdır. I. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 26 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2021-ci il 7 aprel tarixində quraşdırılmış 21100361 nömrəli sayğaca dair hesablanmış 279.225,54 manat su sərfiyyatının dəyərinin tam həcmdə silinməsi, cavabdeh tərəfindən 2021-ci il 7 aprel tarixində quraşdırılmış 21100361 nömrəli sayğacın qanunsuz hesab edilməklə sökülməsi, cavabdeh tərəfindən 2021-ci il 25 fevral tarixli 001/1/1126-tş nömrəli təsdiq edilmiş “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” texniki şərtlərin layihəsinə əsasən istehlakçının su təchizatı və kanalizasiya şəbəkə lərinə qoşulmasının təmin edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması və “Yeni Bakı” yaşayış kompleksində yerləşən mənzillərin abonentləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 yanvar tarixli e-2-2(113)-219/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Ü.Həsənova).

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən 2022-ci il 7 fevral tarixdə apellyasiya şikayəti verilərək, həmin qətnamənin tam ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 aprel tarixli, 2-2(103)-563/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti t əmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

5. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 4 avqust tarixində iş üzrə tərəflərə göndərilmiş və iddiaçının nümayəndəsinin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

6. İddiaçı 2022-ci il 11 oktyabr tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli 2-2(103)-563/2022 saylı qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılması qərar a alınmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

8. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının ərizəsində müddətin buraxılmasına üzrlü səbəb kimi nümayəndənin 2022-ci il 4–11 oktyabr tarixləri arasında müalicədə olması göstərilmişdir.

9. Həmin dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, TƏBİB “Akademik M.A.Topçubaşov adına X2” publik hüquqi şəxsi tərəfindən verilmiş Ambulator kitabçadan çıxarışdan müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi 2022-ci il 1–11 oktyabr tarixləri arasında ambulator müalicədə olmuşdur.

10. Göründüyü kimi, nümayəndə stasionar deyil, ambulator müalicə almışdır ki, bu da nümayəndənin prosessual hərəkətləri 1 həftə ərzində həyata keçirməsinə maneə yarada bilməzdi.

11. Bundan əlavə, əgər f ərz olunsa ki, iddiaçıda hüquqşünas funksiyasını yerinə yetirən nümayəndənin hər hansı səbəbdən hərəkətlərini tam məhdudlaşdıran hadisə baş vermiş və yalnız o halda 3.200 mənzilli yaşayış kompleksinin idarə olunması kimi böyük fəaliyyət sahəsinə malik olan hüquqi şəxs kimi iddiaçı digər nümayəndə vasitəsi ilə təmsil oluna və müvafiq hərəkətləri edə bilərdi.

12. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası üçün ərizədə göstərilən səbəblərin iddiaçıdan asılı olmadığı, iddiaçı tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, sonuncuya maneə törətdiyi və məhdudiyyət yaratdığı sübuta yetirilmədiyi üçün üzrlü hesab edilə bilməz və belə olan halda verilmiş ərizə təmin olunmamalıdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 130.1, 133.1, 133.3, 133.5, 135.5, 135.8, 405.0.1, 408.1, 408.1.4, 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qərardad 2022-ci il 4 noyabr tarixində iddiaçının nümayəndəsinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.

15. İddiaçı tərəfindən 2022-ci il 14 noyabr tarixində kassasiya şikayəti verilərək, həmin qərardadının ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa ed ilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. MPM-in 88, 131.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə təqdim olunan sübutlara qiymət verməmişdir. Təqdim edilmiş sübutda iddiaçının nümayəndəsinin uzun zaman ayaq üstə durmaqdan və ağır fiziki işdən çəkinmək məsləhət olunmuşdur. Həmçinin iddiaçı müəssisənin bir hüquqşünas ştatı mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), ka ssasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanı lması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin burax ılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın....”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vas itəsilə aparılır.... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ə rizəsinə əsasən buraxılmış müddəti bərpa edir.... 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).... 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron po çt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti... 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 16) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli 2-2(103)563/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, TƏBİB “Akademik M.A.Topçubaşov adına X2” publik hüquq i şəxsi tərəfindən verilmiş Ambulator kitabçadan çıxarışdan müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi 2022-ci il 1–11 oktyabr tarixləri arasında ambulator müalicədə olmuşdur.

25. Kassasiya şikayətinin dəlilləri yalnız ondan ibarətdir ki, iddiaçının nümayəndəsinin uzun zaman ayaq üstə durmaqdan və ağır fiziki işdən çəkinmək məsləhət olunmuşdur. Həmçinin iddiaçı müəssisənin bir hüquqşünas ştatı mövcuddur.

26. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır.

27. Belə ki, MPM-in 10-1.1 və 10-1.3-cü maddələrinə (bax yuxarıda § 22) görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə v ə proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

28. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının nümayəndəsinin ambulator müalicə alması müvafiq prosessual hərəkətlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vaxtında həyata keçirilməsinə maneə yarada bilməzdi.

29. Belə ki, şikayət ərizəsinin yazılaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməsi müəyyən edilmiş xəstəlikləri olan şəxs üçün ağır fiziki iş hesab edilə bilməz və bunun üçün nümayəndənin uzun zaman ayaq üstə durmasına da ehtiyac yox idi.

30. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli 2-2(103)-563/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar