Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-81/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 sentyabr tarixli 2-2(105)-95/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 1999-cu il 19 iyul tarixli 4/2-292 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" Kiçik Müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin İddiaçı, 10%-nin isə cavabdeh X3 verilməsi qət edilmişdir.
2. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur.
3. Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292, 2 nömrəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 110.4 m2 sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur.
4. Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində 0,1220 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində 1086,56 m2 ümumi sahədən (1034,26 m2 əsas və 52,3 m2 köməkçi sahə) ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur.
5. Adı çəkilən İddiaçı məxsus qeyr i-yaşayış sahəsi 2021-ci il 10 sentyabr tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında həmin tarixdə "xxxx" ASCnin adına qeydiyyata alınmışdır.
6. Cavabdeh tikinti işlərinin aparılmasına dair Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən heç bir icazə verilməmişdir (Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 2019-cu il 13 dekabr tarixli məktuba əsasən).
7. Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə və İddiaçı ünvanlanmış 2020-ci il 7 yanvar tarixli məktubda göstərilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasında təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi müəy yən olunmuş, lakin həmin işlərə müvafiq icazə sənədləri verilməmişdir.
8. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyriyaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12 x 13 m hissədən “boşluqlu yığma dəmir-beton” örtük tavaları çardaqda qanunsuz “yenidənqurma” işləri aparılarkən yükdaşıyan dəmirbeton konstruksiyalara - tirlərə müdaxilə nəticəsində uçmuş və mərtəbəarası örtük tavalarının üzərinə düşüb, həmin dəmir-beton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardaq hissədə yükün artmasından qeyriyaşayış binası bu şəkildə uça bilməzdi. Həmin qeyri-yaşayış bi nasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməzdi. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidənqurma” işlərinin qalıqları aydınaşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq “yenidənqurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma “dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub dağılmışdır (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 mart tarixli 10/864 nömrəli rəyinə əsasən). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “id diaçı”) 2020-ci il 6 fevral tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) vurulmuş maddi zərərin əvəzi olaraq 200.000 manat və mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh ona məlumat vermədən, qeyri-yaşayış sahəsinin öz payına düşən hissəsinin üstünə aid çardaq hissədən başlayaraq onun mülkiyyətində olan sahəyə qədərki hissədə tikinti işləri başlamış və onun çardağa girişini məhdudlaşdırmışdır. Belə ki, cavabdeh beton paneli deşərək binanın çardaq hissəsinə çıxış açmış, beton dayaq hissələri kəsərək çardaq hissədə kirayəçi yerləşdirmək məqsədilə otaq, hamam və sanitar qovşağı quraşdırmağa başlamışdır. Orada pəncərə açmış, kanalizasiya xətləri çəkmiş, kondisioner quraşdırmış və s. hərəkətləri etmişdir. Bununla da çardaqda əlavə tikinti işləri aparan cavabdeh binaya əlavə yüklənmə vermiş və nəticədə iddiaçıya aid 14 metr uzunluğu olan 150 m2-dən ibarət ikinci mərtəbənin tavan panelləri 1-ci mərtəbəyə düşmüşdür. 1-ci mərtəbənin tavan panelləri də öz növbəsində yüklənmə nəticəsində birinci mərtəbənin döşəməsinə düşmüşdür. Qalan təxminən 170 m2 hissə dağıntı və yüklənmə nəticəsində deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür. Binanın texniki vəziyyətini nəzərə almayaraq cavabdeh tərəfindən aparılmış tikinti işləri nəticəsində həmin dağıntı baş vermiş, binanın damına çıxış isə tamamilə qapanmış və bina qəzalı vəziyyət almışdır. Binanın 90%-dən ibarət hissəsinə mülkiyyət hüququ üzrə sahiblik edən şəxs olaraq ona məlumat vermədən və onunla razılaşdırmadan özbaşına tikinti-quraşdırma işləri aparan cavabdeh, müvafiq dövlət qurumlarının da razılığı olmadan özbaşına olaraq tikintiquraşdırma işləri aparmaqla mülkiyyətinə qəsd etmiş, ona maddi və mənəvi zərər vurmuşdur. Qeyd etmək lazımdır ki, 2008-ci ildə onun mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və həmin ona aid qeyri-yaşayış sahəsinin qiyməti 750.000- 780.000 manat müəyyən edilmişdir ki, indiki qiymətlərlə bu qiymət 1.000.000 manat edir. Nəzərə alınsa ki, cavabdeh tərəfindən aparılmış rekonstruksiya işləri nəticəsində binanın təxminən 1/5 hissəsi yararsız hala düşdüyündən ona 200.000 manatdan artıq maddi zərər vurulm uşdur. Həmçinin onun mülkiyyətində olan sahənin 1-ci mərtəbəsində dağıntı altında qalan mal və materiallar olmuşdur ki, indi onlar da tam yararsız vəziyyətdədir.
11. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında (bundan sonra – “mübahisəli ünvan”) yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının 1- ci və 2-ci mərtəbələrinin ümumi sahəsi 1086,56 kv.m olan hissəsi iddiaçıya, 2-ci mərtəbəsinin 110.4 m2 sahəsi isə ona məxsusdur və o, özünə məxsus qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə edir. 2019-cu il 8 sentyabrda mübahisəli ünvanda yerləşən qeyri-yaşayış binasının iddiaçıya aid 2-ci mərtəbəsinin orta hissəsində, yəni 2- ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton” örtük tavaları uçaraq mərtəbəarası örtük tavalarının, yəni 1-ci və 2-ci mərtəbələrin arasındakı örtük tavaların üzərinə düşmüş və nəticədə iddiaçıya aid hissədə ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavalar və digər dəmir-beton konstruksiyalar uçub-dağılmışdır. Lakin bu hadisənin baş verməsinə onun özünə aid hissədə apardığı təmir işləri səbəb olmamışdır. Belə ki, həmin hadisəyə iddiaçının öz təqsirinə görə binanın bünövrəsinə axıdılan su, binanın 2-ci mərtəbəsinin uçuntunun baş verən hissəsində iddiaçıya aid idman zalının olması və s. hallar səbəb olmuşdur. Bununla belə baş vermiş uçub-dağılma hadisəsi nəticəsində binaya iddia tələbində qeyd olunduğu kimi 200.000 manat məbləğində deyil, ümumilikdə cəmi 25.400 manat məbləğində zərər dəymişdir ki, həmin zərərin də hamısı ona aid edilə bilməz. Çünki həmin qeyri-yaşayış sahəsinin 90 faizi iddiaçıya, 10 faizi isə ona aid olduğundan 25.400 manat məbləğində dəymiş zərərin də 22.860 manat hissəsi iddiaçının payına, 2.540 manat hissəsi isə onun payına düşür. Lakin 2021-ci ildən uçuntunun baş verdiyi iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsi 2021-ci ilin sentyabr ayından alınmış kreditin əvəzinə "xxxx" ASC-nin mülkiyyətinə verildiyindən həmin 25.400 manat məbləğində zərər də iddiaçıya deyil, banka dəymişdir.
12. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı bildirmişdir ki, müvafiq dövlət orqanlarına məlumat verilmiş və araşdırmalar zamanı məlum olmuşdur ki, baş vermiş qəza nəticəsində həmin vaxt "xxxx" ASC-də borca görə girovda olan ona məxsus qeyriyaşayış sahəsinin dəyəri dəfələrlə aşağı düşmüş və cavabdeh bin anın bərpa olunması üçün dəymiş zərəri ödəmədiyinə görə 2009-cu ildə birinci dəfə kredit götürüləndə bazar satış qiymətlərinə əsasən təqribən 780.000-800.000 manat məbləğə qiymətləndirilərək banka girov qoyulmuş binanın dəyəri həmin uçuntuya və qəzaya görə dəfələrlə aşağı düşmüş və buna görə də 2021-ci ilin sentyabr ayında keçirilən hərracda binanın qiyməti 355.000 manat məbləğində müəyyən edilsə də, bina cəmi 224.600 manat məbləğində qiymətləndirilərək Bankın mülkiyyətinə keçmişdir. Ona görə də 2021-ci ilin sentyabr ayından sonra məlum bina bankın mülkiyyətinə keçmiş olsa da, baş vermiş uçuntu nəticəsində mülkiyyətçi olduğu üçün ona maddi və mənəvi zərər dəymişdir. Çünki binanın 36 panelinin uçması binanın qiymətinə təsir etmişdi və həmin uçuntu olmasaydı, bina açıq hərracda öz mövcud d əyərinə və daha baha qiymətə satıla bilərdi. Odur ki, hal-hazırda o, məlum binanın mülkiyyətçisi olmasa da, mülkiyyətçi olduğu dövrdə cavabdehin təqsirindən ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir və cavabdeh bu zərəri ödəməlidir.
13. Məhkəmə iclasında iddiaçının vəkili izahatında bildirmişdir ki, iddiaçı ona dəymiş ziyanı tələb etmək üçün 2020-ci ilin fevral ayında hazırkı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə iş üzrə iki dəfə ekspertiza keçirilmiş və cavabdehin qanunsuz təmir etməsi ilə bağlı rəy verilmişdir. İş materiallarında iddiaçıya aid məlum binanın "xxxx" ASC-nin mülkiyyətinə keçməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 2021-ci il 13 oktyabr tarixli məktubu var. Amma binanın uçması 2019-cu ilin sentyabr ayında, yəni uçma hadisəsi baş verərkən iddiaçının mülkiyyətində olmuşdur. İddia ərizəsi isə məhkəməyə 2020-ci il 6 fevral tarixində verilmişdir. Yəni iddia ərizəsi verilərkən də bina iddiaçının mülkiyyətində olmuşdur. İddiaçının "xxxx" ASC-nin mülkiyyətində olan binanı təmir etməyə subyektiv hüququ olmadığı üçün iddiaçı təmir pulunu deyil, uçma hadisəsi baş verməsi nəticəsində mülkiyyətçi olaraq ona dəyən maddi və mənəvi ziyanı tələb edir. Binanın "xxxx" ASC-nin mülkiyyətində olması isə iddia tələbinə təsir etmir. Çünki iddiaçı bina "xxxx" ASC-nin mülkiyyətinə keçməmişdən əvvəl binanın uçması nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir.
14. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Sumqayıt şəhərində öz evi olmadığına görə 2019-cu ilin sentyabr ayında uçuntunun baş verdiyi qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki iddiaçıya aid olan hissəsində bir otaqda 20 ilə yaxın yaşamışdır. 2-ci mərtəbənin cavabdehə aid hissəsində isə kirayəçilər yaşayırdılar. Uçuntu hadisəsindən təxminən beş ay əvvəl evə gəldikdə 2-ci mərtəbənin cavabdehə aid hissəsindən su axdığı üçün yuxarı çıxdıqda cavabdehin təmir işləri apardığını və ustaların binanın çardaq hissəsində işlədiklərini görmüşdür. O, həmin vaxt ustaların sement qarışdırdıqlarını və laqonda ilə betonları kəsdiklərini görmüş və bu təmir işləri ilə əlaqədar cavabdehə zəng edib öz iradını bildirmiş və binanın uça biləcəyini demişdir. Lakin cavabdeh onun iradını nəzərə almayaraq təmirini davam etdirmiş və təmirdən sonra cavabdehin kirayə çiləri çardaqda yaşamışlar. 2019-cu ilin sentyabr ayında isə işdən gəlib həmin binanın yaşadığı otağında olarkən qəfildən gurultu ilə binanın bir hissəsi uçmuşdur. Uçan yer onun otağının sağ tərəfi, iddiaçıya aid hissə idi. O bu hadisə ilə əlaqədar Rusiyada yaşayan iddiaçıya telefonla məlumat vermiş və iddiaçı bundan sonra Rusiyadan qayıtmışdır.
15. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, tərəfləri yaxşı tanıyır və onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, qeyri-yaşayış binasının yaxınlığındakı yataqxanada yaşamışdır. Bir neçə il əvvəl cavabdeh uçan binanın özünə aid hissəsində təmir işləri apararkən, o, cavabdehə demişdi ki, “təmir eləmə, bina uça bilər”. Lakin cavabdeh onu eşit məmişdi. Bina uçanda isə o, cavabdehə “mən sənə dedim axı tikmə, bina uçacaq”,- demişdir. O, binanın uçma prosesini, yəni binanın iddiaçıya aid hissəsinin yuxarıdan aşağıya uçduğunu görmüşdür.
16. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, tərəfləri tanıyır. O, cavabdehin yaşadığı obyektdə 2010-cu ildə usta kimi işləmiş və “alçipan” işləri görmüşdür. Cavabdeh ona evin yuxarı hissəsində çatlar olduğunu və düzəltməyini demişdir. O, həmin çatları düzəltsə də, yenə yaranırdı. O, təmir işlərini birinci dəfə 2010-cu ildə görmüş, ikinci dəfə isə 2019-cu ildə çatları düzəltmişdir.
17. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, 1994-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi gələndə cavabdehin mərhum atası Səlim müəllim ona ailəsi ilə həmin binada yaşamağa icazə vermişdi. İddiaçını sonradan tanımışdır. O həmin binanın zalında idmanla məşğul olmuşdur. Binanın idman zalında “qruşa”lar, “trenajor”lar olmuşdur. “Qruşa”lar zaldakı atmaya keçirilmişdi. Trenajor zalı ikinci mərtəbədə idi, birinci mərtəbədə isə sex yerləşirdi.
18. Cavabdehin müraciəti əsasında "X1" MMC tərəfindən tərtib olunmuş 2023-cü il 23 iyun tarixli 100 nömrəli Rəydə göstərilmişdir ki, təqdim edilmiş müxtəlif tarixli qaimələr üzrə tikinti materiallarının, o cümlədən beton panellərin, özül blokların, sement və mişar daşlarının hazırkı bazar qiyməti ilə ümumi dəyəri 20.915 manat məbləğində müəyyən edilir.
19. İddiaç ının müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş 2024-cü il 22 yanvar tarixli Rəydə göstərilmişdir ki, 2019-cu il 8 sentyabrda mübahisəli ünvanda yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsində təxminən 12 m x 13 m hissədə “boşluqlu yığma dəmir-beton” örtük tavalarının (2-ci mərtəbə ilə çardaq arasındakı) uçaraq mərtəbəarası örtük tavalarının (1-ci və 2-ci mərtəbələrin arasındakı) üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmir-beton konstruksiyaların uçub-dağılması nəticəsində binaya 150.615,69 manat məbləğdə zərər dəymişdir.
20. Cavabdeh 2024-cü il 1 may tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə "ekspert rəyinə" yazılı pretenziya və "xxxx" MMC-nin möhürü ilə təsdiq olunmuş “Smeta” təqdim edərək baş ve rmiş uçuntu nəticəsində binaya yekun olaraq 25.400 manat məbləğində zərər dəydiyini və həmin zərərin 22.860 manat hissəsinin həmin dövrdə 90 % paya malik olan iddiaçıya, 2.540 manat hissəsinin isə 10 % paya malik olan cavabdehə aid olduğunu bildirmiş və həmin zərərin ödənəcəyi subyektin isə "xxxx" ASC-nin olduğunu qeyd etmişdir.
21. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 iyun tarixli 2-2(119)-22/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən mübahisəli ünvanda yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25.400 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi olmaqla cəmi 25.403 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (haki m: Zülfüqar Sadıqov).
22. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işin konkret halları ilə işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, məlum qeyri-yaşayış sahəsinin bir hissəsində iddiaçının mülkiyyətində olan vaxt uçuntu olmuş və bu uçuntu nəticəsində həmin vaxt iddiaçıya məxsus olmaqla ipoteka ilə yüklü edilmiş həmin qeyri-yaşayış sahəsi qəzalı vəziyyətə düşmüşdür. Lakin həmin ipoteka predmeti təmir edilmədən, qəzalı vəziyyətdə də hərrac vasitəsi ilə əmlakın alqı-satqı müqaviləsi əsasında 2021-ci il 10 sentyabr tarixində ödənilməyən kredit borcunun əvəzində bankın mülkiyyətinə keçmişdir. Qeyd etmək lazımdır ki, baş vermiş məlum uçuntunun hərraca çıxarılan həmin daşınmaz əmlakın dəyərinin daha aşağı qiymətlə qiymətləndirilməsinə səbəb olması da, mübahisə predmeti olmam ışdır. Bununla da, hal-hazırda məlum daşınmaz əmlak iddiaçının deyil, 2021-ci il 10 sentyabr tarixindən bankın mülkiyyətində olsa da, baş vermiş məlum uçuntu nəticəsində həmin vaxt uçmuş əmlakın mülkiyyətçisi olan iddiaçıya maddi zərərin dəyməsi xüsusatı tam təsdiq olunur.
23. Eyni zamanda, bu iş üzrə iddianı qəbul etməyən cavabdehin “uçuntunun baş verməsində onun təqsirinin olmaması” barədə etirazı üzrə məhkəmə qeyd etmişdir ki, məlum uçma hadisəsinin baş verməsinə cavabdehin həmin qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin özünə aid hissəsində və çardağında müvafiq icazə və layihə-smeta sənədləri olmadan yaşayış sahəsinə çevrilməsi üçün aparılan təmir və yenidənqurma işlərinin səbəb olması – məhkəmə araşdırması zamanı şahid ifadələri və iş materiallarında olan ekspertiza rəyi və digər sən ədlərlə tam təsdiqini tapmışdır.
24. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəf məlum hadisə nəticəsində ona iddia tələbində qeyd etdiyi məbləğdə dəymiş maddi və mənəvi zərəri mötəbər sübutlar əsasında sübut edə bilməmiş və iddiaçı tərəfin bununla əlaqədar məhkəməyə təqdim etdiyi rəy və digər sənədlər isə işin konkret halları ilə təsdiq olunmadığına görə dəymiş zərərin hesablanmasında mötəbər sübut kimi qəbul olunmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı məlum uçuntu nəticəsində dəymiş zərərin məbləğinin müəyyən olunması üçün məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin olunsa da, ekspertlər tərəfindən bununla bağlı rəy verilməsi mümkün olmamışdır. Halbuki cavabdeh 2024-cü il 1 may tarixində məhkəməyə "ekspert rəyinə" yazılı pretenziya və "xxxx" MMCnin möhürü ilə təsdiq olunmuş “Smeta” təqdim edərək baş vermiş məlum uçuntu nəticəsində iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə 25.400 manat məbləğində zərər dəydiyini etiraf etmişdir.
25. İddia ərizəsinin məzmunu və iddiaçı tərəfin təqdim etdiyi sübutlar, cavabdeh tərəfin iddia ilə əlaqədar təqdim etdiyi yazılı etiraz və digər müraciətlər və sübutlar, tərəflərin məhkəmə iclaslarında vermiş olduğu izahatlar və işin konkret halları ilə müəyyən olunmuşdur ki, iddia ərizəsində qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçması ilə əlaqədar maddi ziyan olaraq cavabdehdən tutulması tələb olunan 200.000 manat məbləğində maddi zərərin yalnız 25.400 manat məbləğində olan hissəsinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 1096, 1097.1, 1108.1, 1111.1, 1115-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
27. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 sentyabr tarixli 2-2(105)-95/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edi lməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: M.Hüseynov – sədrlik edən və məruzəçi, Z.Məmmədov və A.Süleymanova).
30. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, məlum uçulma hadisəsinin baş verməsinə cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin özünə aid hissəsində və çardağında müvafiq icazə və layihə-smeta sənədləri olmadan yaşayış sahəsinə çevrilməsi üçün aparılan təmir və yenidənqurma işlərinin səbəb olması – məhkəmə araşdırması zamanı şahid ifadələri və iş materiallarında olan ekspertiza rəyi və digər sənədlərlə tam təsdiqini tapmışdır.
31. Hazırkı iş üzrə iddia tələbində iddiaçı məlum hadisə nəticəsində ona 200.000 manat məbləğind ə maddi zərərin və 50.000 manat məbləğində mənəvi zərərin dəyməsini iddia etsə də, məhkəmə kollegiyasının qənaətinə görə bu tələb obyektiv reallığa əsaslanmır. Belə ki, iddiaçı sözügedən əmlakını hazırda 1.000.000 manat dəyərində qiymətləndirərək məlum hadisə zamanı əmlakın 1/5 (20%) hissəsinin uçulub-dağıldığını və həmin nisbətə uyğun olaraq ona 200.000 manat həcmində maddi zərər dəydiyini iddia edir. Halbuki həmin qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olan hissəsi 2021-ci ildə 355.000 manat dəyərində ilkin satış qiyməti ilə hərraca çıxarılmış, hərrac prosedurlarına uyğun olaraq əmlakın satış qiyməti 226.250 manat məbləğinədək endirilsə də, real alıcı olmamış və nəticədə "xxxx" ASC həmin əmlakı 224.645 manat məbləğində kredit borcunun əvəzində qəbul edərək (alaraq) öz mülkiyyətinə keçi rmişdir.
32. Göründüyü kimi iddiaçı sözügedən əmlakın dəyəri barəsində yanlış təsəvvürdə və əsassız olaraq çox yüksək fikirdədir. Əslində həmin əmlakın real dəyəri iddiaçının nəzərdə tutduğu dəyərindən dəfələrlə (azı 4 dəfə) aşağıdır. Həm də nəzərə almaq lazımdır ki, sözügedən qeyri-yaşayış binası 1990-93-cü illərdə (azı 30 il əvvəl) inşa edilmiş, ötən müddətdə təbii aşınmaya, köhnəlməyə məruz qalmış və təbii olaraq dəyəri əhəmiyyətli dərəcədə azalmışdır.
33. Qeyd etmək lazımdır ki, məlum uçuntu nəticəsində dəymiş zərərin məbləğinin müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizalar təyin olunsa da, ekspertlər tərəfindən bununla bağlı rəy verilməsi mümkün olmamışdır. Ekspertlərin mövqeyinə görə qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssisləri tərəfindən müayinə-tədqiqat işləri aparılaraq bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Cavabdehin "xxxx" MMC-nin adından məhkəməyə təqdim etdiyi “smeta”da baş vermiş məlum uçuntu nəticəsində iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə 25.400 manat məbləğində zərərin dəydiyi hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məbləğin qeyri-yaşayış sahəsinə dəymiş maddi zərəri daha real əks etdirməsi qənaətinə gəlmiş və iddianı maddi zərərin əvəzi tələbinə dair hissədə həmin məbləğdə təmin etmişdir.
34. Məhkəmə kollegiyası da bununla razılaşaraq bildirmişdir ki, bir inci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı maddi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə qismən – 25.400 manat həcmində təmin etməklə reallığa uyğun nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ona məxsus əmlaka ziyan dəyməsi nəticəsində mənəvi zərərə də məruz qalmasını, keçirdiyi mənəvi iztirab və sarsıntıların nədə ifadə olunmasını, onların xarakterini və ağırlıq həddini əsaslandıran sübutlara iddia ərizəsində istinad etməmiş, nə də belə sübutları sonradan məhkəməyə təqdim etməmişdir.
36. Bundan başqa tərəflərin apellyasiya şikayətlərinin dəlilləri əsaslı deyildir və tərəflər həmin dəlilləri işə birinci instansiya məhkəməsində baxılarkən öz vəsatət və etirazlarında artıq dəfələrlə bildirmişlər, məhkəmə də qeyd edilən dəlilləri araşdıraraq müvafiq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinə baxılması zamanı həmin dəlillərlə bağlı fərqli hüquqi mövqelər ortaya çıxmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir.
38. İddiaçı qətnamədən kassasiya şikayəti verərək iddia tələbinin tam təmin olunması barədə yeni qərar və ya işə yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
40. Mülki Məcəllənin 21, 1096, 1097 və 1108-ci maddələri üzrə - kassator işin faktiki və məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına istinadla qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi rəy vermədiyindən onun tərəfindən "xxxx" MMC ilə müqavilə bağlanılaraq dəymiş ziyanın məbləği müəyyən edilmişdir. Həmin rəydə binaya 150.615,69 manat zərər dəyməsi qeyd olunmuşdur. Bu rəy məhkəməyə elə 2024-cü ilin yanvar ayında təqdim edilmişdir ki, məhkəmə Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə göndərsin. Lakin məlum olmayan səbəblərdən birinci instansiya məhkəməsi bu rəyi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərməmiş, elə bu səbəbdən Ekspertiza Mərkəzi özünün 2024-cü il 30 aprel tarixli rəyində mütəxəssis rəyinə istinad etməmişdir.
41. Həm birinci instansiya, həm də apellyasiya intansiyası məhkəməsi cavabdehin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi və onu möhürü ilə təsdiq olunmuş “Smeta” sənədinə istinadla yekun nəticəyə gəlmişdir. Bu “rəy”in məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilməsi sual doğurur, çünki belə məsələ xüsusi bilik tələb edən məsələdir.
42. Kassator mənəvi zərərl ə bağlı hissəyə münasibətdə bildirmişdir ki, son 3-4 il ərzində cavabdeh onu əsassız olaraq məhkəmələrə verərək zamanını almış, ona mənəvi sarsıntılar yaşatmışdır. Məhkəmələr işin bu faktiki halı üzrə də düzgün hüquqi nəticəyə gəlməmişdir.
43. Mülki Məcəllənin 1111 və 1115-ci maddələri üzrə - məhkəmələr mübahəsənin həlli üçün Mülki Məcəllənin 1096, 1097, 1108 və 1111-ci maddəsinin normalarına istinad etmişdir. Bu maddi hüquq normaları bu hüquq münasibətlərinə aid olsa da, məhkəmə onları düzgün tətbiq etməmişdir.
44. MPM-in 63-cü maddəsi üzrə - Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən ekspertizanın aparılması barədə rəy verilməsinə baxmayaraq məhkəmələr bu rəyi bilərəkdən bir kənara qoyaraq cavabdehin yazıb imzaladığı bir hesabatı rəy kimi dəyərləndirib qətnamə çıxarmışdır. Məhkəmə lər bu hərəkəti ilə Azərbaycan Respublikası MPM-nin 63-cü maddəsinin normalarını bilərəkdən pozmuşlar.
45. MPM-in 217-ci maddəsi üzrə - Məhkəmələr bu mübahisəyə baxan zaman Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq maddələrinin tələblərinə uyğun qətnamə çıxarmamış, iş üzrə üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun qətnamələrini əsaslandırmamışlar. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
46. Mülki Məcəllənin 21-ci maddəsi üzrə - iddiaçı mübahisəli qeyri-yaşayış binasına mülkiyyət hüququnu itirmişdir. Lakin aşağı instansiya məhkəmələri köhnə tarix üzrə mövqelərini bildirmişlər. Odur ki, iddiaçının iddiası hüquqi əsasını itirdiyi üçün qəbuledilməzdir. Ekspert rəyində 36 panelin tikinti qüsuru səbəbindən dağılması aydın əsaslandırılmışdır. Bir inci instansiya məhkəməsinin qətnaməsində cavabdehin hansısa etirafına əsaslanıldığı qeyd olunmuşdur. Bu halda cavabdeh şikayətçi olmazdı. Bundan başqa burada qarşı tərəfin şahidinin ifadəsinə istinad olunub. Halbuki məhz Natəvanın fəaliyyəti nəticəsində dağılmış 12x13 m sahənin 1-ci mərtəbəsinin sol iç təməlinə və sağ çöl təməlinə fasiləsiz nasaz sanitar xəttindən çirkab su axıdılmaqla hər iki yamacda sıyıqlı sürüşmə yaratmışdır. Elektron Məhkəmə Sisteminə əlavə olunmuş video materialda binanın ətrafında nohur suların olması aydın görünür. Bundan başqa 36 panelin dəyəri 2.520 manat təşkil edir. İddianın hazırkı məbləğdə təmin olunması zərərdən 10 dəfə artıqdır.
47. Mülki Məcəllənin 152-ci maddəsi üzrə - apellyasiya məhkəməsi isə qətnaməsini FHN-nin aidiyyəti qurumu tərəfindən tərtib edilm iş mütəxəssis rəyinə əsaslanaraq qəbul etdiyini bildirmişdir. Həmçinin binada sahələrinin (korpuslarının) sonradan inşa olunmaqla kompleks birləşdirilməsini sübut edən sxemlər vardır. Cavabdehə məxsus 237 m2 obyektin qonşuluqda iddiaçı tərəfindən sökülməsi binada çatlar yaranmasına, ardınca isə hazırkı qəzaya səbəb olmuşdur. Kommersiya mübahisəsi üzrə işin materiallarında dağılmış 36-cı korpusda 2-ci mərtəbədə idman trenajor zalının fəaliyyat göstərməsini əks etdirən fotoşəkillər,yükdaşıyan atmalara iddiaçı tərəfındən real müdaxilə olan 8 ədəd qruşa avadanlığın asılması sübut edən qövsvari dəmirlərin tikilməsi şəkilləri vardır. Binada 36 paneli saxlayan sütunlar yanlış olaraq mişar daşından torpaq üzərində inşa olunmuşdur. Əslində sütunlar beton təməlli olmalıdır ki, sonra aşınmaya məruz q almasın.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı üzrə - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin məhkəmələr bu araşdırmanı etməmişdirlər.
49. MPM-in 97-ci maddəsi üzrə - Məhkəmə xüsusi bilik tələb edilən məsələlər üzrə komission ekspertiza təyin etmədən ümumi izahlar əsasında qətnamə qəbul etmişdir.
50. MPM-in 2.2, 88, 217, 386 və 387-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış, həmçinin apellyasiya şikayətindəki dəlillərə təhrifedici münasibət bildirilməklə hüquqi qiymət verilmiş, eləcə də iş üzrə mü əyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
51. Cavabdeh kassasiya şikayətinə qarşı öz kassasiya şikayəti və aşağı instansiya məhkəmələrindəki izahatına uyğun olmaqla etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iş araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Kassasiya baxışının hədləri
52. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-e tməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı d igər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....” “Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanı n lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir....” “Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur”.
55. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işin konkret halları ilə işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, məlum qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu vaxt, yəni 2019-cu il 8 sentyabrda 2-ci mərtəbənin orta hissəsində (təxminən 12 m x 13 m sahədə), yəni 2-ci mərtəbə ilə çardaq arasındakı “boşluqlu yığma dəmir-beton” örtük tavaları uçularaq 1-ci və 2-ci mərtəbələrin arasındakı mərtəbəarası örtük tavalarının üzərinə düşüb, ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmir-beton konstruksiyaların uçulub-dağılmasına səbəb olmuş və bu uçuntu nəticəsində həmin vaxt iddiaçıya məxsus olmaqla ipoteka ilə yüklü edilmiş həmin qeyri-yaşayış sahəsi qəzalı vəziyyətə düşmüşdür. Lakin həmin ipoteka predmeti təmir edilmədən, qəzalı vəziyyətdə də hərrac vasitəsi ilə əmlakın alqı-satqı müqaviləsi əsasında 2021-ci il 10 sentyabrda ödənilməyən kredit borcunun əvəzində "xxxx" ASC-nin mülkiyyəti nə keçmişdir.
58. Bundan başqa uçuntuya cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin özünə aid hissəsində və çardağında müvafiq icazə və layihə-smeta sənədləri olmadan yaşayış sahəsinə çevrilməsi üçün aparılan təmir və yenidənqurma işlərinin səbəb olması – məhkəmə araşdırması zamanı şahid ifadələri və iş materiallarında olan ekspertiza rəyi və digər sənədlərlə tam təsdiqini tapmışdır.
59. Hazırda isə əsas mübahisəli məqamlardan biri sözügedən qeyri-yaşayış sahəsinə cavabdehin təqsiri nəticəsində dəymiş ziyanın hansı məbləğdə olmasının müəyyənləşdirilməsidir. Bu məbləğin müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizalar təyin olunsa da, ekspertlər tərəfindən bununla bağlı rəy verilməsi mümkün olmamışdır.
60. Bu məbləğin müəyyənləşd irilməsi ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş smetada baş vermiş məlum uçuntu nəticəsində iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinə 25.400 manat məbləğində zərərin dəydiyi hesablanmışdır.
61. İddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş 2024-cü il 22 yanvar tarixli rəyə əsasən ümumilikdə təxminən 36 ədəd “yığma dəmir-beton boşluqlu” tavaların və digər dəmir-beton konstruksiyaların uçub-dağılması nəticəsində binaya 150.615,69 manat məbləğdə zərər dəymişdir.
62. MPM-in 9.3 77.1, 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) v ə mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
63. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən prosessual tələblərə əməl etməklə yuxarıdakı qənaətə gəlmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutları nəyə görə mötəbər hesab etmədiyi barədə əsaslandırılmış arqumentlər gətirmiş və yekun qənaətini formalaşdırarkən cavabdehin təqdim etdiyi smetanı əsas götürmüşdür. 6
4. Həmçinin qeyd edilməlidir ki, iddiaçı apellyasiya icraatı zamanı məhkəmə kollegiyasından təkrar ekspertizanın keçirilməsi barədə fəallıq göstərməmiş, yalnız özünün təqdim etdiyi rəyə istinad etmişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsi də adı çəkilən normanın tələblərinə uyğun olaraq işdə olan sübutlara yuxarıda da qeyd edildiyi kimi MPM-in müvafiq maddələrinin tələbləri baxımından doğru qiymət vermiş,cavabdeh tərəfindən təqdim edilmiş smetanın daha ağlabatan olması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da bununla razılaşır.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin mənəvi zərərlə bağlı dəlillərinə münasibətdə apellyasiya instansiyasının möv qeyi ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparmasına zərurət görmür.
66. Bu qərarın əsaslandırıcı hissəsi cavabdehin kassasiya şikayətinin və onun iddiaçının kassasiya şikayətinə qarşı etirazının dəlillərini də əhatə etdiyindən məhkəmə kollegiyası həmin dəlillərə əlavə olaraq münasibət bildirməyə zərurət görmür.
67. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 sentyabr tarixli 2-2(105)-95/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.