Məhkəmə qərarları › İş №2-2(102)-84/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-84/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-84/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı AAAAAAAAAA və E.M.X9 “BBBBBBBBBBBB” X3 qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borc məbləğinin tutulması) 09.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, cavabdeh KFT-nin nümayəndəsi X4 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh AAAAAAAAAA və E.M.X9 “BBBBBBBBBBBB” X1rşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması haqqında ilk iddia tələbinə və AAAAAAAAAA və E.M.X9 “BBBBBBBBBBBB” X2 İddiaçınə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi və qaz sayğaclarının quraşdırılması haqqında qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22(105)-2/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh KFT tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, məhkəmə mühasibatlıq ekspertizasının 22916 saylı, xx xxxxxxx 2018-ci il tarixli rəyinə əsasən, məktəblər, həm də digər müəssisələrlə bağlı, ümumilikdə 44 müəssisə ilə bağlı araşdırma aparılaraq, xx xxxxxx 2017-ci il tarixli ***-**-** saylı müqavilə üzrə cavabdeh KFT-nın İddiaçı İstehsalat Birliyinə olan borcunun 244.746,95 manat məbləğində müəyyən olunması, ümumilikdə İddiaçı İstehsalat Birliyi tərəfindən cavabdeh KFT-ya 179.710,60 manat məbləğində artıq borc hesablandığı qeyd olunmuşdur.

2. İşin materiallarında olan, əlavə məhkəmə mühasibatlıq ekspertizasının 34171 saylı, xx.xx.2019-cu il tarixli rəyinə görə, cavabdeh KFT-nın İddiaçı İstehsalat Birliyinə olan borcu 244.746,95 manat məbləğində müəyyən olunmuş, 179.710,60 manat məbləğində artıq borc hesablanması qeyd olunmuşdur.

3. İş materiallarına əlavə edilmiş “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə Aktları”na müvafiq olaraq cavabdeh KFT-nin İddiaçınə qalıq borcu xx.xx.2014-cü il tarixinə 172.601,77 manat; xx.xx.2015-ci il tarixinə - 75.097,70 manat; xx.xx.2016-cı il tarixinə 225.860,32 ma nat; 2017-ci ilin aprel ayına - 421.936,92 manat təşkil etmişdir.

4. İş materiallarına əlavə edilmiş “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə” xx.xx.2018-ci il tarixli Razılaşma Protokoluna uyğun olaraq cavabdeh KFT İddiaçınə xx.xx.2018-ci il tarixinə 616.542,90 manat borcunun olduğu və ilkin olaraq 261.500 manat ödəniş edəcəyi, xx.xx.2018-ci il tarixədək isə yerdə qalan məbləği ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, Protokol hər iki tərəfin rəhbərliyi tərəfindən imzalanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İlk İddiaçı cavabdeh AAAAAAAAAA və E.M.X9 “BBBBBBBBBBBB” X1rşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 421.391,12 manat əsas borc və 30 manat dövlət rüsumu məbləğlər inin cavabdeh KFT-dən tutularaq iddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Eyni zamanda AAAAAAAAAA və E.M.X9 “BBBBBBBBBBBB” X5 İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KFT-nin və onun xidmət göstərdiyi məktəblərin qaz borcundan ekspert rəyinə əsasən, 179.710,60 manat və qaz təchizatı haqqında arayışlara əsasən, 19.027,60 manat məbləğində pulun çıxılması və qalan 225.179,35 manat məbləğin KFT-dan tutulması; KFT-də və onun xidmət göstərdiyi məktəblərdə İstehsalat Birliyinin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İstehsalat Birliyinin hesabına quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İlk İddiaçı ilk iddiası onunla əsasladırılmışdır ki, cavabdeh KFT İddiaçı Bakı X10 Departa mentində qeydiyyatda olmaqla, “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə etməsinə baxmayaraq, istifadə edilmiş təbii qazın dəyərini tam ödəməmiş və halhazırda onun İstehsalat Birliyinə debitor borcu yaranmış, bununla da cavabdeh KFT üzərinə götürdüyü müqavilə öhdəlikləri yerinə yetirməmişdir. Hətta, xx.xx.2018-ci il tarixdə tərəflər arasında Razılaşma Protokolu tərtib edilmiş və cavabdeh tərəf 616.542,0 manat məbləğində borcunun olmasını etiraf etmiş və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

8. KFT-nin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həmin KFT-nin xidmət göstərdiyi məktəblərdə təbii qaz sərfiyyatı quraşdırılmış qaz sayğaclarının göstəricilərinə əsasən hesa blanmalıdır. Lakin həmin sayğaclar 2016-cı ildə İddiaçı əməkdaşları tərəfindən sökülərək aparılmışdır. Həmin dövrdən etibarən, o cümlədən 2016 və 2017-ci illər üçün təbii qaza görə olan borc aylıq orta qaz sərfiyyatı həcminə uyğun hesablanmalı olduğu halda, sərfiyyatın həcmi süni şəkildə şişirdilmiş, istifadə edilmiş qazın miqdarı artıq göstərilmişdir. “Qarşılıqlı hesablaşmalar haqqında Üzləşdirmə Aktı”na görə 2014-cü ildə illik ümumi qaz sərfiyyatı 945.232 kub.m olsa da, 2017-ci ilin təkcə 4 ayına görə, 980.383 kub.m hesablanmışdır ki, qaz sayğacı olmadığı halda bu qədər orta sərfiyyat həcminin göstərilməsi absurddur.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Əzizova; iş No 2-2(085)05/2019) ilk iddianın qismən təmin edilməsi, cavabdeh KFT- dən təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması; ilk iddianın qalan hissədə rədd edilməsi; qarşılıqlı iddianın təmin edilməsi; KFT-də və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı tərəfindən sökülmüş qaz sayğaclarının İstehsalat Birliyinin hesabına quraşdırılması qət edilmişdir. 10. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış “Təbii qazın alqı-satqısı barədə” müqavilə ilə ilk iddiaçı İstehsalat Birliyi istehlakçı olan cavabdeh KFT-ni təbii qazla təmin etməsi, cavabdeh KFT-nin isə qazı sayğacın göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifələri razılaşdırılmışdır.

11. İlk iddiaçı İstehsalat Birliyi tərəfindən Azərbaycan Respu blikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə riayət olunmayıb. Belə ki, İstehsalat Birliyi tərəfindən cavabdeh KFT-nin xidmət etdiyi müəssisələrə verilmiş təbii qazın sərfiyyatının həcmi və dəyəri sayğac göstəricilərinə əsasən deyil, hər bir müəssisə üzrə artıq hesablanmışdır və nəticədə borcun məbləği süni şəkildə şişirdilmişdir.

12. Bundan başqa, iddiaçı İstehsalat Birliyinin əməkdaşları həmin müəssisələrdə quraşdırılmış sayğacları laboratoriyada yoxlanılması üçün söküb aparmışlar, lakin uzun müddət keçməsinə baxmayaraq qaytarıb yerinə quraşdırmamış və ya nasazlıq aşkar edildiyi təqdirdə bu barədə müvafiq akt tərtib olunmaqla istehlakçıya məlumat verməmişdir.

13. Həmin qətnamədən narazı qalan ilk İdd iaçı ondan apelyasiya şikayəti verərək, qətnaməni ilk iddia üzrə təmin edilməmiş hissədə, qarşılıqlı iddia üzrə təmin edilmiş hissədə ləğv edib, ilk iddia tələbinin tam, qarşılılqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir Apellyasiya instansiyasl məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Babayeva, hakimlər Z.Məmmədov və M.Rzayev; iş № 2-2(105)-02/2020) apellyasiya şikayətinin təmin edilməsi; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi; iş üzrə yeni qətnamənin qəbul edilməsi; ilkin iddianın təmin edilməsi; cavabdeh KFT-dən 421.391,12 manat məbləğində təbii qazdan istifadəyə dair yaranmış borcun tut ularaq İddiaçınə ödənilməsi; “BBBBBBBBBBBB” X2 İddiaçınə qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilənərə görə, 1-ci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza qarşısında cavabdeh KFT-nin xidmət göstərdiyi məktəblərin sayğac olduğu dövrdə - 2014-2015-ci illərdə və sayğac olmadığı dövrdə – 2016-2017-ci illərdə istifadə etdikləri qazın illik orta sərfiyyat həcmi, eləcə də həmin məktəblərin 2016-cı ildə və 2017-ci ilin 30 aprel tarixinə qədər istifadə etdikləri qaza görə, borcun məbləğinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Yəni məhkəmə tərəfindən ekspertə yalnız cavabdeh KFT-nin xidmət göstərdiyi məktəblərlə bağlı tədq iqat aparılması tapşırılmışdır.

16. Məhkəmə mühasibatlıq ekspertizasının 22916 saylı, xx xxxxxxx 2018-ci il tarixli rəyindən isə görünür ki, ekspert sualdan kənara çıxaraq həm məktəblər, həm də digər müəssisələrlə bağlı, ümumilikdə 44 müəssisə ilə bağlı araşdırma apararaq rəy vermişdir. Həmin ekspert rəyinə görə, xx xxxxxx 2017-ci il tarixli ***-**-** saylı müqavilə üzrə cavabdeh KFT-nin İddiaçı İstehsalat Birliyinə olan borcu 244.746,95 manat müəyyən olunur, ümumilikdə İstehsalat Birliyi tərəfindən KFT-yə 179.710,60 manat məbləğində artıq borc hesablandığı qeyd olunur.

17. Əlavə ekspertizanın rəyindən isə görünür ki, məhkəmə bütün müəssisələrlə bağlı tədqiqat aparılmasını tapşırsa da, ilkin rəydə qeyd olunmuş yalnız 44 müəssisəylə bağlı araşdırma aparılmışdır. Həmçinin bu rəyə görə, ekspe rt bəzi müəssisələrlə bağlı ümumiyyətlə araşdırma aparmamış, araşdırma aparıldığı bir neçə müəssisə bağlı isə mübahisə predmetinə aid olmayan, mübahisələndirilməyən dövrlərlə bağlı (məsələn, Ceyranbatan qəsəbə 1 saylı uşaq bağçası ilə bağlı 2012-ci ilin may ayında, Mehdiabad Bələdiyyəsi ilə bağlı 2010 dekabr ayından 2011-ci ilin mart ayına qədər, Məmmədli kənd həkim məntəqəsi ilə bağlı 2011-ci ilin fevral-dekabr aylarında, Görədil uşaq bağçasında 2011-ci ilin oktyabr-noyabr aylarında və s. sərfiyyatın artıq yazıldığını qeyd etmişdir) rəy vermişdir. Halbuki qarşısında qoyulmuş suallara əsasən ekspert 2014-2015-ci illərdən etibarən araşdırma aparmalı idi.

18. Bundan əlavə ekspert səlahiyyət həddindən kənara çıxaraq xüsusi bilik tələb etməyən hallara - işə əlavə edilmiş aktlara (müəssisələrdə qaz təzyiqinin aşağı olması səbəbindən qazdan deyil, alternativ yanacaq növlərindən (əsasən dizel yanacaq növü və elektrik kombisi) istifadə olunması ilə bağlı) hüquqi qiymət verərək onları sübut qismində qəbul etmiş və həmin aktlar əsasında təbii qazdan istifadə ilə bağlı rəy vermişdir.

19. Qeyd olunan səbəblərdən apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -cavabdeh KFT-nin xidmət göstərdiyi müəssisələrin (iş materiallarının 1-ci cildi, 22-26cı səhifələrdə qeyd olunmuş 79 müəssisə) 2015-ci il aprel ayından 2017-ci ilin aprel ayına qədər təbii qazdan istifadəyə görə (həmin müəssisələrə sayğacın quraşdırıldığı və çıxarıldığı dövrlər daxil olmaqla) yaranmış borcu nə qədər t əşkil etmişdir (hər bir müəssisə üzrə nəticələr ayrı-ayrılıqda göstərilməklə)? -həmin müəssisələrin təbii qazdan istifadəyə görə sayğac olduğu dövrdə 2015-ci il aprel ayından 2017-ci ilin aprel ayına qədər yaranmış və ödənilməmiş borcu (hər bir müəssisə ayrı-ayrılıqda göstərilməklə) nə qədər təşkil etmişdir? -həmin müəssisələrin təbii qazdan istifadəyə görə sayğacın olmadığı və yaxud işləmədiyi dövrdə 2015-ci il aprel ayından 2017-ci ilin aprel ayına qədər yaranmış və ödənilməmiş borcu (hər bir müəssisə ayrı-ayrılıqda göstərilməklə) nə qədər təşkil etmişdir? -cavabdeh KFT-nin xidmət göstərdiyi müəssisələrdə (iş materiallarının 1-ci cildi, 22-26cı səhifələrdə qeyd olunmuş 79 müəssisə) sayğac çıxarıldıqdan sonra 2017-ci ilin aprel ayına qədər təbii qazdan istifadə ilə bağlı sərfiyyat hansı q aydada aparılmışdır (hər bir müəssisə üzrə nəticələr ayrıayrılıqda göstərilməklə)? -cavabdeh KFT-nin xidmət göstərdiyi müəssisələrdə (iş materiallarının 1-ci cildi, 22-26cı səhifələrdə qeyd olunmuş 79 müəssisə) sayğac olmadığı və ya işləmədiyi dövrdə təbii qazdan istifadə ilə bağlı sərfiyyat müvafiq əvvəlki ilin cari ayının orta günlük sərfiyyatına uyğun hesablandığı təqdirdə həmin müəssisələrin təbii qazdan istifadə ilə bağlı borcu nə qədər təşkil edərdi? Belə olan təqdirdə artıq hesablamaya yol verilmişdirmi? Verilmişdirsə yaranmış fərq nə qədər təşkil edir (hər bir müəssisə üzrə nəticələr ayrı-ayrılıqda göstərilməklə)? -qeyd olunan müəssisələrdə alternativ yanacaq növündən istifadə edilməsi şərti olaraq qəbul edildiyi təqdirdə 2015-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək alter nativ yanacaqdan istifadə edən müəssisələrdə təbii qazdan istifadə ilə bağlı əsassız olaraq hesablanmış borcun ümumi məbləği nə qədər olmuşdur (hər bir müəssisə üzrə nəticələr ayrı-ayrılıqda göstərilməklə)? 20. xx.xx.2020-ci il tarixli, 30187 nömrəli ekspert rəyinə görə, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi ***-**-** saylı müqaviləsi üzrə “BBBBBBBBBBBB kəndli fermer” Təsərrüfatının İddiaçınə qazdan istifadə etməyən müəssisələr üzrə 135.062, 30 manat məbləğində artıq borc hesablandığı müəyyən edilir. Ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər BBBBBBBBBBBB X2 İddiaçınə olan borcu 163,914.00 manat hesablandığı müəyyən edilir.

21. Görünüdüyü kimi, sonuncu ekspertiza bu dəfə də qarşısında qoyulmuş sualları tam olaraq cavablamamış, cavabdeh KFT-nin tabeliyində olan 29 müəssisə üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi qazdan istifadə edilmədiyi, 50 müəssisə üzrə isə qaz borcunu müəyyən etmişdir. Bu nəticəyə gələrkən ekspert yenə də ona əsaslanmışdır ki, rəydə göstərilən dövr ərzində qeyd olunan müəssisələrdə qaz boru kəmərində qazın təzyiqi aşağı olduğundan elektrik kombisi və ya dizel yanacağından istifadə edilmişdir. Bu səbəbdən sərfiyyat şişirdilmişdir.

22. Beləliklə də müəyyən olunur ki, ekspert səlahiyyət həddindən kənara çıxaraq xüsusi bilik tələb etməyən hallara-işə əlavə edilmiş aktlara (müəssisələrdə qaz təzyiqinin aşağı olması səbəbindən qazdan deyil, alternativ yanacaq növlərindən (əsasən dizel yanacaq növü və elektrik kombisi) istifadə olunması ilə bağlı) hüquqi qiym ət verərək onları sübut qismində qəbul etmiş və həmin aktlar əsasında borc məbləği ilə bağlı rəy vermişdir.

23. Doğrudur, qarşısında qoyulmuş sualların sonuncusu bununla bağlı olmuşdur. Lakin, həmin sualda da alternativ yanacaq növündən istifadənin şərti olaraq qəbul edildiyi qeyd edilmişdir. Bu isə o deməkdir ki, bu istifadənin qəbuledilənliyi sadəcə bir ehtimaldır və təsdiqi hüquqi tövsif tələb edən məsələdir və hələ məhkəmənin iş üzrə yekun nəticəyə gələrkən həmin aktları sübut qismində qəbul edib-etməyəcəyi də bəlli deyil. Lakin işə baxan ekspert məhkəmənin əvəzinə bu işi görüb həmin aktlara hüquqi qiymət verərək onları sübut qismində qəbul etmiş, tədqiqatını yalnız bu istiqamətdə aparmışdır.

24. Halbuki, ekspert qarşısında həmçinin 79 müəssisə üzrə sayğac olmadığı və ya işləmədiyi döv rdə təbii qazdan istifadə ilə bağlı sərfiyyat müvafiq əvvəlki ilin cari ayının orta günlük sərfiyyatına uyğun hesablandığı təqdirdə, həmin müəssisələrin təbii qazdan istifadə ilə bağlı borcun nə qədər təşkil etməsi, belə olan təqdirdə artıq hesablamaya yol verilməsi, verilmişdirsə yaranmış fərqin nə qədər təşkil etməsi barədə də sual (5-ci sual) qoyulmuşdur ki, ekspert bu suala ümumiyyətlə cavab verməmişdir.

25. İddiaçı İstehsalat Birliyi isə bu məsələni mübahisələndirərək apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh KFT tərəfindən həmin dövrlərdə dizel yanacağından istifadə edilməsi tamamilə əsassızdır, sayğacın olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyəri müəssisələrdə istifadə olunmuş qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanmışdır.

26. İddiaçı bununla b ağlı iş materiallarına çoxsaylı aktlar əlavə etmişdir ki, həmin aktlarda sayğac olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyərinin hesablanması qaydası göstərilmişdir. Həmin aktlar həm iddiaçının, həm də cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. (iş materiallarının V cildi, i.v.148-255)

27. Belə olduqda, nə birinci instansiya məhkəməsinin icraatı zamanı keçirilmiş ekspertizalar, nə də apelyasiya baxışı zamanı verilmiş ekspert rəyi hazırki mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərli deyildir.

28. Nəzərdən qaçırmaq olmaz ki, ekspert rəyi xüsusi biliyə əsasən iş üzrə məhkəmənin müəyyən etdiyi sualların və təqdim etdiyi materialların tədqiqatı nəticəsində ekspertin gəldiyi nəticədir. Lakin hazırki iş üzrə verilmiş ekspert rəyində, qarşısında qoyulmuş suallar cavablandırılark ən həmin sualların tamlığı mühafizə olunmur. Ekspert bütün suallara cavab vermir. İş üzrə dəfələrlə (ilkin, əlavə və təkrar) ekspertiza keçirilsə də, heç bir ekspert rəyi yekun nəticəyə gəlmək üçün yetərli deyil. Bu səbəbdən də məhkəmə kollegiyası hazırki iş üzrə verilmiş ekspert rəylərini sübut qismində qəbul etmir.

29. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir.

30. İstinad olunan aktların iş materiallarında olan nüsxəsi kserosurət olsa da, aktların və onlardakı imzaların həqiqiliyi hər iki tərəfin səlahiyyətli nümayəndələri təsdiq etmişlər. Bundan əlavə, cavabdeh KFT-nin nümayəndəsi tərəfindən məhkəməyə həmin aktların onda qalan nüsxələrinin əsli təqdim edilmişdir. Həmin aktlar İddiaçı məsul şəxsləri - rəhbərliyi, baş mühasibi, rəis müavini tərəfindən imzalanmış və İstehsalat Birliyinin möhürü vurulmuşdur. KFT-nin nümayəndəsi bu məsələyə belə aydınlıq gətirmişdir ki, həmin aktlar 2 nüsxədə tərtib olunmuşdur. İddiaçındə saxlanılan nüsxəyə KFT-nin möhürü, KFT-da saxlanılan nüsxəyə “İstehsalat Birliyinin möhürü vurulmuşdur. Həmin aktlar isə nümayəndəsi olduğu KFT tərəfindən mübahisələndirilmir.

31. Məzmununa istinad edilən bu aktlardan görünür ki, cavabdeh KFT-nın iddiaçı İstehsalat Birliyinə əvvəlki illərdə də borcu olmuş, hər ilin sonunda hər iki tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə üzləşdirmə aktı tərtib olunmuş və borcun məbləği müəyyənləşmişdir. Son olaraq isə 2017-ci ildə bağlanmış üzləşdirmə aktında “BBBBBBBBBBBB” KFT İddiaçınə 2017- ci ilin aprel ayına qalıq borcunun 421.936,92 manat olduğunu qəbul etmiş və onu imzası və möhürü ilə təsdiq etmişdir.

32. Cavabdeh KFT-nin borc məbləğini mübahisələndirdiyi halda, hansı səbəbdən Üzləşdirmə Aktına ardıcıl illər üzrə (2014-cü ildən etibarən) borcunu imza etməsini və bununla da borcunu etiraf etməsinin səbəbini aydınlaşdırdıqda, KFT-nin nümayəndəsi, aktları imzalamadıqları təqdirdə, təbii qazın verilişinin dayandırılması ilə izah etmişdirdi.

33. İş materiallarına əlavə edilmiş, istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli Razılaşma Protokoluna əsasən, “BBBBBBBBBBBB” KFT-nin xx.xx.2018-ci il tarixə İddiaçınə 616.542,90 manat borcu olduğu və ilkin olaraq 261.500 manat ödəniş edəcəyi, xx.xx.2018-ci il tarixədək isə yerdə qalan məbləği ödəyəcə yi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin Protokol hər iki tərəfin rəhbərliyi tərəfindən imzalanmışdır (iş materiallarının V cildi, i.v. 135).

34. Eləcə də iş materiallarına çoxsaylı aktlar, abonentin saldosu sənədləri əlavə edilmişdir ki, həmin sənədlərdə təbii qazdan istifadə ilə bağlı göstəricilər əks olunmuşdur.

35. Beləliklə, iddiaçı İstehsalat Birliyi ilkin iddia tələbinin əsasını təşkil edən sübutlar kimi, məhkəməyə çoxsaylı abonentin saldosu, aktları, eləcə də borcun mövcudluğu və etirafına dair qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktını və istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli Razılaşma Protokolunu əlavə etmişdir, hansı ki, sonuncu iki sənəd cavabdeh KFT-nin səlahiyyətli nümayəndəsi-rəhbərliyi tərəfindən imzalanaraq təsdiqlən mişdir.

36. İşin materiallarına əlavə edilmiş, (müəssisələrdə qaz təzyiqinin aşağı olması səbəbindən qazdan deyil, alternativ yanacaq növlərindən (əsasən dizel yanacaq növü və elektrik kombisi) istifadə olunması ilə bağlı aktlara münasibətdə qeyd olunmalıdır ki, istinad olunan aktlardan, bununla bağlı tərtib olunmuş arayışlardan görünür ki, bu aktlarda qeyd edilən dövrlər ərzində təbii qazdan istifadə edilməmiş və əslində sərfiyyatın hansı qaydada hesablanmalı olduğu, lakin iddiaçı İstehsalat Birliyi tərəfindən hansı həddə şişirdildiyi qeyd edilmişdir (iş materiallarının İV cildi).

37. İşin digər halları ilə müqayisəli şəkildə tədqiq edildikdə, göstərilən aktlar hazırki mübahisə üzrə sübut əhəmiyyətli sənədlər kimi çıxış edə bilməz. Əvvəla, ona görə ki, bütün aktlar birtərəfli qaydada tərt ib olunmuş, həmin aktlarda İddiaçı səlahiyyətli nümayəndəsinin imzası və ya hər hansı qeydi yoxdur. Yəni cavabdeh KFT-nin göstərilən müəssisələrdə qeyd olunan dövrlər ərzində həqiqətən də təbii qazdan deyil, alternativ yanacaq növündən istifadə etməsinə dair tərtib olunmuş aktlarda iddiaçı İstehsalat Birliyinin iradəsi görünmür. Aktlardan görünür ki, bu, qısa zaman ərzində deyil, illərlə yaranmış problem olmuşdur. Belə olduğu təqdirdə cavabdeh KFT-nin iddiaçı İstehsalat Birliyi ilə müqavilə münasibətlərini davam etdirməsi ağlabatan deyil.

38. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı İstehsalat Birliyi sayğacın olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyərinin müəssisələrdə istifadə olunmuş qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablandığını bildirmiş, bunu nla bağlı iş materiallarına çoxsaylı aktlar əlavə etmişdir ki, həmin aktlarda sayğac olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyərinin hesablanması qaydası göstərilmişdir. Həmin aktlar həm iddiaçı İstehsalat Birliyinin, həm də cavabdeh KFT-nin nümayəndəsi tərəfindən imzalanmışdır (iş materiallarının V cildi, i.v.148-255). Həmin aktlar cavabdeh KFT tərəfindən mübahisələndirilməmişdir.

39. Eləcə də iş materiallarına əlavə edilmiş çoxsaylı abonentin saldolarından görünür ki, cavabdeh KFT mübahisələndirilən dövr ərzində iddiaçı İstehsalat Birliyinə ödənişlər etmişdir. İşin halı həqiqətən də cavabdeh KFT-nin iddia etdiyi kimi idisə, yəni həqiqətən də cavabdeh KFT təbii qazdan istifadə etmirdisə, onda KFT-nin hansı səbəbdən İstehsalat Birliyinə ödənişlər etməyi davam etdirməsi anlaşıla n deyil.

40. Nəhayət, iddiaçı İstehsalat Birliyi işə borcun mövcudluğu və etirafına dair qarşılıqlı hesablaşmalar haqqında Üzləşdirmə Aktını və istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli Razılaşma Protokolunu əlavə etmişdir, hansı ki sonuncu 2 sənəd cavabdeh KFT-nin səlahiyyətli nümayəndəsi - rəhbərliyi tərəfindən imzalanaraq təsdiqlənmiş və həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əgər, cavabdeh KFT borcun məbləğini mübahisələndirirsə və iddiaçı İstehsalat Birliyinin tələb etdiyi həddə borcu qəbul etmirsə, cavabdeh KFT-nin rəhbəri borcunun olduğu və ödənilməsinə zəmanət verilməsi barədə Üzləşdirmə Aktlarını və Razılaşma Protokolunu imzalaması KFT-nin dəlilləri ilə uyğunluq təşkil etmir.

41. Həmçinin bununla bağlı qey d edilməlidir ki, Üzləşdirmə Aktına ardıcıl illər üzrə (2014-cü ildən etibarən) borcun olduğuna dair cavabdeh KFT-nin imza etməsini həmin KFTnin nümayəndəsi, əks təqdirdə, iddiaçı İstehsalat Birliyinin təbii qazın verilməsini dayandırması ilə izah etmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, demək, KFT İstehsalat Birliyinin tabeliyinə verilmiş müəssisələri təbii qazla təmin edib ki, cavabdeh İstehsalat Birliyi bu prosesin dayandırılmasını istəməmişdir. Deməli, əgər təbii qazla təminat olmuş olmasaydı, təbii qazın verilməsinin dayandırılması da cavabdeh KFT-nin mənafeyinə toxunmamalı idi. Başqa sözlə, əgər cavabdeh KFT həqiqətən də təbii qazdan deyil, alternativ yanacaq növündən istifadə etmişdirsə, təbii qazın verilməsinin dayandırılması da onun hüququnu pozmamalı idi.

42. Həmçinin n əzərə alınmalıdır ki, tərəflər arasında Razılaşma Protokolu xx.xx.2018-ci il tarixdə, yəni ki, məhkəmə mübahisəsi gedən dövrdə imzalanmışdır. Yəni cavabdeh KFT bilirdi və məlumatlı idi ki, iddiaçı İstehsalat Birliyi ona qarşı mövcud iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması gedə-gedə, hələ məhkəmə yekun nəticəyə gəlmədən cavabdeh KFT-nin istinad olunan sənədi təsdiq etməsi cavabeh KFT-nin həqiqətən də göstərilən həddə borcunun olduğuna dəlalət edir.

43. Beləliklə də, işin hallarından müəyyən olunur ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuş, hər iki tərəf müqavilədən doğan öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. İddiaçı İstehsalat Birliyi müqavilə üzrə üzərinə düşən vəzifəsini yetirsə də, cavabdeh KFT öhdəliyinin icrasından yayınmışdır. X7 KFT-nin tabeliyində olan müxtəlif təyinatlı müəssisələri qazla təmin etsə də, KFT təbii qazdan istifadəyə görə yaranmış borcu ödəməmişdir.

44. Beləliklə, iddiaçı İstehsalat Birliyinin tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh KFT-nin iddiaçı İstehsalat Birliyinə həqiqətən də borcu olduğunu, eləcə də borcun, iddia tələbində göstərilən həddə olduğuna dair əsaslı dəlillər təqdim edərək sübut edə bilmişdir. Cavabdeh KFT müqavilə öhdəlilklərini tam icra etmədiyindən 1-ci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlməmişdir.Bu səbəbdən də, ilkin iddia tam təmin olunaraq 421.391,12 manat məbləğində əsas borc cavabdeh KFTdən tutularaq İddiaçınə ödənilməlidir.

45. Qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh KFT məhkəməd ən 2 məsələni istəmişdir: ekspert rəyinə əsasən 179.710,60 manat və qaz təchizatı haqqında arayışlara əsasən 19.027,60 manat məbləğində pulun çıxılması və qalan 225.179,35 manat məbləğin cavabdehdən tutulmasını; KFT-də və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İstehsalat Birliyinin hesabına quraşdırılmasına dair qətnamə çıxarılmasını.

46. İddia tələbinin 1-ci hissəsinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh KFT-nin borcunun nə qədər təşkil etməsi və ondan nə qədər məbləğ tutulmalı olması ilə bağlı məsələyə yuxarıda qiymət verilmişdir. Bu səbəbdən də, qarşılıqlı iddianın bu hissəsi təmin edilə bilməz.

47. İkinci tələbə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na görə, sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir, eləcə də hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Belə olduğu təqdirdə qanunvericiliklə cavabdeh KFT-nin, özünün vəzifəsi olan bir məsələnin iddiaçının üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etməsi əsaslı hesab edilə bilməz və bu hissədə qarşılıqlı iddia tələbini təmin edən məhkəmə düzgün nəticəyə gəlməmişdir.

48. Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə” xx.xx.2006cı il tarixli qərarına əsasən, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

49. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

50. Həmin qətnamədən narazı qaan cavabdeh KFT ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

51. Cavabdeh KFT-nin kassasiya şikayətində qeyd edilənlərə görə, 2016-cı ilə qədər “BBBBBBBBBBBB” KFT-nin xidmət göstərdiyi məktəblərin qaz sərfiyyatı, quraşdırılmış qaz sayğaclarının göstəricilərinə əsasən hesablanırdı. Lakin quraşdırılmış qaz sayğacları 2016cı ildə İddiaçı İB-nin əməkdaşları tərəfindən sökülərək aparılmışdır. Həmin dövrdən, yəni 2016 və 2017-ci il tarixinə olan qaz borcu aylıq orta sərfiyyat həcminə uyğun hesablanmalı olduğu halda, sərfıyyatın həcmi süni şəkildə şişirdilmiş, istifadə edilmiş qazın miqdarı qeyrireal dərəcədə artıq göstərilmişdir.

52. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”ndan göründüyü kimi, 2014-cü ildə illik ümumi qaz sərfiyyatı 945232 kub. m olsa da, 2017-ci ilin təkcə 4 ayına görə 980.383 kub.m hesablanmışdır hansı ki, qaz sayğacı olmadığı halda bu qədər orta sərfiyyat həcminin göstərilməsi absurddur. 53. 1-ci və apelyasiya instansiya məhkəmələrində aşağıdakı qaydada ilkin, təkrar və əlavə ekspertizalar keçirilmişdir. 54. 22916 saylı, xx xxxxxxx 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx xxxxxx 2017-ci il tarixli ***-**-** saylı müqavilə üzrə BBBBBBBBBBBB KFT İddiaçınə olan borcu 244.746,95 manat məbləğində müəyyən olunur. Ümumilikdə İddiaçı tərəfindən “BBBBBBBBBBBB” KFT-yə 179.710,60 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. 55. 34171 saylı, xx.xx.2019-cu il tarixli əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilkin verilmiş 22916 saylı, xx xxxxxxx 2018-ci il tar ixli rəyi olduğu kimi təkrarlanmışdır. Ekspertlər bu nəticəni onunla əsaslandırmışlar ki, rəydə göstərilən dövr ərzində qeyd olunan müəssisələrdə qaz boru kəmərində qazın təzyiqi aşağı olduğundan elektrik kombisi və ya dizel yanacağından istifadə edilmişdir. Bu səbəbdən sərfiyyat şişirdilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasnın xx xxxx 2020-ci il tarixli, 30187 nömrəli rəyinə görə, iş materiallarında olan sənədlərə əsasən, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi ***-**-** saylı müqavilə üzrə İddiaçı İB-nin “BBBBBBBBBBBB” KFT-yə qazdan istifadə etməyən müəssisələr üzrə 135,062.30 manat məbləğində artıq borc hesabladığı müəyyən edilir. Ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər “BBBBBBBBBBBB” KFT-nin İddiaçı İB-yə olan borcu 163,914.00 manat hesablandığı müəyyən edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə istinad etməklə, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığını qeyd etmişdir, lakin, həmin Məcəllənin 103.2-ci maddəsiə görə, ekspertin rəyi ilə məhkəmənin razılasmaması is üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin ekspert rəyi ilə razılasmaması barədə əsaslandırması tam devil və həmin məhkəmənin səxsi mülahizələrinə uyüun olaraq təsvir edilmişdir.

58. İsin spesifikliyini nəzərə alaraq düzgün nəticəyə gəlməklə qətnamənin çıxarılması ucun məhkəmə ekspertin ravini nəzərə almalı idi, çünki bu is mühasibatlıqla bağlı xüsusi biliyə malik yanaşman ı tələb edirdi və məhkəmə belə xüsusi biliyə malik olmadan. İddiaçı İB-nin irəli sürdüyü tələbi tam olaraq təmin etmişdir. Məhkəmə araşdırmasından belə qənaətə gəlir ki, hakim burada qərəzli mövqe sərgiləmisdir. Belə ki, məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etmis. lakin onun istəvinə uvgun olmayan ekspert rəyi verildiyindən, eskpert rəyini heç bir əsas olmadan sübut kimi qəbul etməmiş, bu da ədalətsiz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Belə olan halda məhkəmənin dəfələrlə ekspertiza təyin edib, onun nəticəsilə razılasmamasının əsl mahiyyəti məlum devil və bu da məhkəmə prosesinin lüzumsuz uzadılmasına səbəb olmuşdur.

59. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki. İddiaçı İB ilkin iddia tələbinin əsasını təşkil edən sübutlar kimi, məhkəməyə coxsavlı abon entin saldosu, aktları, eləcə da borcun mövcudluğu və etirafına dair qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktını və istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli razılaşma protokolunu əlavə etmişdir, hansı ki sonuncu 2 sənəd “BBBBBBBBBBBB” KFT-nin səlahiyyətli nümayəndəsi - rəhbərliyi tərəfindən imzalanaraq təsdiqlənmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, qanuna görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir.

60. Lakin məhkəmə bir məqamı nəzərə almalıdır ki. etiraf məhkəmə iclas protokoluna yazılmalı və tərəflər imza etməlidirlər, bir sözlə etiraf məhkəmə prosesi zamanı bas verməlidir.

61. Bundan əlavə, apellyasiya instansiya sı məhkəməsinin İddiaçı İB-nin təqdim etdiyi aktlara istinad etməsinə aydınlıq gətirmək üçün bildirir ki, birincisi, təqdim edilən aktların orijinalları materiallarda yoxdur, yalnız sənədlərin kserosurətləridir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən təqdim etdiyi aktları məcburi olaraq imzalamışdır. Belə ki. “İddiaçı’* İstehsalat Birliyi qaz satışında monopolist və hökmran mövqedə dayanır. Sayğaclar söküldükdən sonra. İddiaçıyi qaz satışının qiymətini orta sərfiyyatla hesablamağa başlamışdır. Bununla əlaqədar. İddiaçı tərəfindən cavabdeh KFT-yə aktlar təqdim olunmuşdur. Cavabdeh aktlarda olan qiymətlərin şişirdilməsinə istinad edərək aktı imzalamaqda imtina etdikdə, iddiaçı tərəf qazın kəsilməsi ilə hədələmiş və aktları məcburi olaraq imza etdirmişdir. “BBBBBBBBBBBB” KFT-nin xidmət göst ərdiyi obyektlər təhsil müəssisələri olduğundan əlacsız qalaraq İddiaçı İB-nin təqdim etdiyi sənədlərə imza atmışdır.

62. Hesab edilsə ki, İddiaçı İB və “BBBBBBBBBBBB” KFT arasında tərtib edilmiş aktlar tərəflərin iradə ifadəsini əks etdirmişdir, o zaman qeyd olunan aktları bir növ əqd kimi qəbul etmək olar. Buna görə də, iddiaçının öz hakimiyyətindən sui-istifadə etməsi ilə cavabdehə təqdim etdiyi aktlara məcbur imza etdirməsi, qevd olunan aktların mötəbərliyinə şübhələr yaratmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

63. Cavabdeh KFT-nin nümayəndəsi E.Hüseynzadə və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasın ı xahiş etmişlər.

64. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İstehsalat Birliyinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegjyası işə onların iştiraklı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdeh İstehsalat Birliyinə təqdim edilmiş məhkəmə bildirişlərində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

65. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qayda ların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda (istehlakçının təqsiri olmadığı halda) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

66. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

70. Həmin Məcəllənin 101.7-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

71. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

72. Həmin Məcəllənin 102.2-ci maddəsinə uyğun olaraq məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

73. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

74. Həmin Məcəllənin 103.1-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

75. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

76. Həmin Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

77. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

78. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

79. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

81. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədə qeyd edilən dəlillər ziddiyətli omaqla yanaşı məhkəmənin gəldiyi nəticənin əsaslandırlması üçün xidmət edə bilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iş üzrə təyin etdiyi son ekspertizanın rəyini tənqid edir, de yir ki, bu ekspertiza qarşısında məhəkəmə tərəfindən qoyulan suallara cavab verməyib, bəzi hallarda suallardan kənara çıxıb, habelə öz səlahiyyətlərinə aid olmayan hüquqi məsələlərə qiymət verib, ona görə də, xx.xx.2020-ci il tarixli, 30187 nömrəli ekspertiza rəyi bu işin həlində mötəbər sübut növü kimi qəbul edilə bilməz.

82. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi cavabdeh KFT-nin iddiaçı İstehsalat Birliyi qarşısında təbii qazdan istifadəyə görə yaranmış borcunun müəyyən edilməsi üçün İstehsalat Birliyinin təqdim etdiyi və cavabdeh KFT ilə birgə imzaladığı üzləşdirmə aktlarına, razılaşma protokoluna və bu tipli digər sənədlərə istinad etmişdir. Həmin səndələrə görə, cavabdeh KFT-nin iddiaçı İstehsalat Birliyi qarşısında 2015-2017-ci illər ərzində yaranmış borcu 421.391,12 manat təşkil edir ki, bu məbləğ iddiaçı İstehsalat Birliyinin seçdiyi üsulla hesablanmışdır.

83. X6 göstərmişdir ki (bax Vİ c., i.v.32), onun hasil etdiyi borc məbləği cavabdeh KFTdə və onun xidmət göstərdiyi müəssisələrdə quraşdırılmış qaz (istilik) cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanmışdır.

84. Lakin, məhkəmə kollegiyası qeyd etməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-c il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda (istehlakçının təqsiri olmadığı halda) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmala r sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda qeyd edilmiş bu üsul sayğacdan kənar qaz sərfiyyatının hesablanmasına dair yeganə üsuldur ki, İddiaçı İstehsalat Birliyi tərəfindən tətbiq edilən digər üsullar, o cümlədən “əvvəlki ilin müvafiq aylarının sərfiyyatı nəzərə alınmaqla”, habelə “mövcud olan qaz işlədici qurğuların gücü əsas götürülməklə” və ya “qaz cihazlarının saatlıq qaz sərfi əsas götürülməklə” qaz sərfiyyatının hesablanması bu Qaydalara ziddir, ona görə də qanuni sayıla bilməz.

85. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi özü də cavabdeh KFT-nin iddiaçı İstehsalat Birliyi qarşısında 20152017-ci illər ərzində yaranmış borcunu müəyyən etmək üçün yuxarıda qeyd edilən Qaydalara işar ə etməklə, təyin etdiyi ekspertiza qarşısında 5-ci sualı belə qoymuşdur ki, həmin ekspertiza sayğac olmadığı və ya işləmədiyi dövrdə təbii qazdan istifadə ilə bağlı sərfiyyat müvafiq əvvəlki ilin cari ayının orta günlük sərfiyyatına uyğun hesablandığı təqdirdə cavabdeh KFT-nin və onun xidmət etdiyi müəssisələrin təbii qazdan istifadə ilə bağlı borcu nə qədər təşkil etdiyini müəyyən etsin. Lakin, bu suala ekspertiza tərəfindən konkret və dəqiq cavab verilmədiyindən KFT-nin borcunun müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi iddiaçı İstehsalat Birliyinin seçdiyi üsula üstünlük vermişdir.

86. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdeh KFT-nin iddiaçı İstehsalat Birliyi qarşısında qazdan istifadəyə görə müəyyən edilən borc məbləği Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-c il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun olmayan üsulla hesablanmış, ona görə də əsaslı və qanuni deyil. Bu baxımdan hazırki mübahsiənin ədalətli və qanuni həlli üçün apellyasiya instansiyası məhkəməsində araşdırmanın davam etdirilməsənə zərurət yaranır. İş üzrə yenidən müvafiq ekspertiza aparılmaqla qeyd edilən Qaydalara uyğun borc məbləği müəyyən edilməlidir (bax hazırki qərarın 69-74-cü və 76-cı bəndlərinə).

87. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh KFT-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

88. Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-in 417-419-cu ma ddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh AAAAAAAAAA və E.M.X9 “BBBBBBBBBBBB” X2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-2/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar