Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-90/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: su sərfiyyatına görə hesablanmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, İddiaçı ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-853/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə (bundan sonra – iddiaçı) Cavabdeh MMC arasında (bundan sonra – cavabdeh) içməli və istehsalat məqsədilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar 2014-cü il 1 avqust tarixli müqavilə bağlanmışdır.
2. Abonent haqqında məlumata əsasən cavabdehin 19378567/130808 saylı müqavilə üzrə 40.062,79 manat və 19434603/132066 saylı müqavilə üzrə 30.236,78 manat borcu olduğu qeyd olunmuşdur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 23 dekabr tarixli, 22857 saylı rəyində qeyd olunmuşdur ki, “Sənayecihaz” EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, STV-100X markali 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqəmləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 va 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə firlandığını nəzərə aldıq da, nasazlığı yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artıq olduğu müəyyən edilir. "Sudan istifadə qaydaları"nın tələblərinə görə, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi əvvəlki 12 ayda (istehlak dövrü) istifadə edilən orta istehlak normasına əsasən hesablanır ki, mülki iş materillarında sayğacda nasazlığın yaranma tarixi və sayğacda nasazlığın mövcud olması iddia edilən müddətdən əvvəlki dövr üçün hesabat saldoları olmadığına görə, suyun və çirkab suyun həcmini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Cihaz" istehsalat birliyinin, "Sənayecihaz" EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərina əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı ilin dörd fəsli şirkətinə məxsus STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacı yararsız olmaqla, texniki şərtlərə cavab vermir.
4. Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 18 dekabr tarixi 10/3633 saylı rəyinə əsasən "Sənayecihaz" EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, STV-100X markali 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqamləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 va 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə fırlandığı nəzərə aldıqda nasazlıq yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artiq olduğu müəyyən edilir. "Sudan istifadə qaydaları"nın tələblərinə görə su ölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi əvvəlki 12 ayda (istehlak dövrü) istifadə edilən orta istehlak normasına əsasən hesablanır. Mülki iş materiallarında olan məlumatlara əsasən 13066 nömrəli müqavilə (ekspert rəyində göstərilən) üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14.07.2017-ci ildən) əvvəlki 12 ay üzrə 21330 kub.m, suyun istifadə edilməsini nəzərə aldıqda, sərf olunmuş suyun orta aylıq sərfi həcminin 1777.5 (21330/12-1777.5) kub.m. olduğu müəyyən edilir. 130808 nömrəli müqavilə üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14 iyul 2017-ci ildən) əvvəlki 12 ay üzrə istifadə edilmiş suyun sərfiyyatı haqqında məlumat olmadığından, həmin müqavilə üzrə sərf olunmuş suyun orta ayliq sərfi həcmini müəyyən etmək mümkün olmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 2018-ci il 28 noyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mənzil-tikinti kooperativləri” və kommersiya yönümlü istehsalçılar kateqoriyasına aid olan cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə görə 70.299,57 manat, penya kimi 1405,99 manat, 30 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 71.735,56 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, cavabdehə iddiaçının Abşeron Sukanal İdarəsi arasında bağlanmış 19378567/130808 və 19434603/132066 saylı, 2016-ci il 24 noyabr tarixli müqavilələrə əsasən cavabdeh müəssisəyə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh tarəfindən ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə az bir məbləğ ödənilsə də, 2018-ci il 21 sentyabr tarixinə əhali və qeyri-əhali abonentləri üzrə iddiaçının Abşeron Sukanal İdarəsinə borcu 40.062,79 manat və 30236,78 manat, cəmi 70.299,57 manat təşkil edir. Ötən illər ərzində iddiaçının Abşeron Sukanal İdarəsi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh mənzil tikinti şirkəti kimi fəaliyyət göstərən müəssisəyə müraciətlər edilsə də, əsas borcun tam ödənilməsi təmin edilməmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 may tarixli, 2-2(81)664/2019 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2019-cu il 23 dekabr tarixli, 22857 saylı rəy tərtib olunmuşdur (§3).
8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli, 2-2(113)76/2020 saylı qərardadı ilə iş üzrə əlav ə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2020-ci il 18 dekabr tarixli, 10/3633 saylı rəy tərtib olunmuşdur (§4).
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(113)-28/2021 saylı qətnaməsi ilə iddia qismən – 7030 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim F.Qasımov).
10. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə borc hesablanarkən pozuntulara yol verilmişdir. Belə ki, STV-100X markalı 16048515 saylı sənaye və su sayğacının ötürmə rəqəmləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 və 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə fırlandığını nəzərə aldıqda, nasazlıq yaranmış olduğu müddətdə sayğacın gö stəricisinin 10 dəfə artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən, sudan istifadəyə görə cavabdehin borcu ekspert rəyinə əsasən 7030 manat müəyyən edilməlidir. Bundan başqa, iddia tələbinin dəbbə pulu ilə bağlı hissəsi tərəflər arasında bağlanmış müqavilənin 2.2.8-ci bəndi ilə əsaslandırılmışdır. Lakin, nəinki müqavilənin həmin bəndində, ümumiyyətlə hər hansı bəndində dəbbə pulunun ödənilməsi barədə hər hansı göstəriş nəzərdə tutulmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 463.1, 567-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 61.1, 61.2, 62-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.9- cu bəndinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-853/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Vidadi Məmmədov, hakimlər – Raqib Qurbanov və Vüsalə Baxışova).
14. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh iddia tələbinin təmin olunan hissəsini mübahisələndirmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəm ə kollegiyası hesab etmişdir ki, iddiaçının tələb etdiyi borc məbləğinin qanunsuzluğu Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 23 dekabr tarixli 22857 nömrəli və 2020-ci il 18 dekabr tarixli 10/3633 nömrəli ekspert rəyləri ilə də təsdiq olunmuşdur. Belə ki, hər iki rəy aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün mötəbər sübut kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bütövlükdə razılaşmayaraq iddiaçının hərəkətlərini sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirmişdir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində apar ılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.3, 3.1, 3.2, 13.1, 13.2, 13.3, 13.4-cü, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 61.1, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanın 4.3-cü bəndinə maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 27 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə onların nümayəndələrinin şəxsi elektrin kabinetlərində yerləşdirilmişdir.
17. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 152,55 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. İstehkalçıların istifadə etdiyi xidmətlərin dəyəri su sayğacının göstəricisinə əsasən və hesablama yolu ilə müəyyən edilir. Tərəflər arasında əhali üzrə 130808 nömrəli və qeyri-əhali 132066 nömrəli müqavilələr bağlanmışdır. 130808 nömrəli əhali abonent kodu üzrə hesabatın aparılması üçün xəttin üzərinə 2017-ci il 20 fevral tarixdə sayğac quraşdırılmış, həmin sayğac üzrə cavabdehin 40.062,79 manat borcu yar anmışdır. 132066 nömrəli qeyri-əhali kodu üzrə istifadə edilmiş xidmətlərin dəyəri su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən suyun axma sürətinə uyğun hesablama yolu ilə müəyyən edilmişdir. Həmin abonent kodu üzrə borc 30.236,78 manat təşkil etmişdir. Qeyd olunan abonent kodu üzrə hesabatın sayğacsız aparılmasına baxmayaraq, məhkəmə ekspert rəyinə istinad edərək bu kod üzrə də borc məbləğini 10 dəfə azaltmışdır. Cavabdehin 2021-ci ilin aprel ayından noyabr ayınadək keçən 7 ay ərzində 218.615 manat dəyərində xidmətlərdən istifadə etməsi 2017-ci ilin fevral ayından 2018-ci ilin may ayınadək istifadə edilmiş xidmətlərə görə hesablanmış 40.062,79 manat borcun əsaslı olduğunu sübut edir. İddiaçı hesab edir ki, məhkəmənin istinad etdiyi ekspert rəyi, “Sənayecihaz” EİM tərəfind ən verilmiş mütəxəssis rəyi əsasında tərtib edilmiş, məhkəmə isə “Sənayecihaz” EİM-in belə fəaliyyətlə məşğul olmaq səlahiyyətinin mövcud olubolmadığını araşdırmamışdır.
19. Bundan başqa, məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu da düzgün tətbiq etməmişdir. Belə ki, iddia tərəflər arasında bağlanmış müqavilə əsasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaramış borcun tələb edilməsi ilə bağlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi borc məbləğinin qanunsuzluğu Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 23 dekabr tarixl i 22857 nömrəli və 2020-ci il 18 dekabr tarixli 10/3633 nömrəli ekspert rəyləri ilə də təsdiq olunmuşdur. Belə ki, hər iki rəy aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. İddiaçının hərəkətlərini sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilməlidir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM -nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiy mətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşd irilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 6
1. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri
1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
2. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan so nra da alına bilər. M a d d ə 6
2. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri 7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3 Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. M a d d ə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. M a d d ə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafi q icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun tətbiqi b arədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərman 4.3. Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzg ün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
26. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
27. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, qeyri-əhali kodu üzrə istifadə edilmiş xidmətlərin dəyəri su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən suyun axma sürətinə uyğun hesablama yolu ilə müəyyən edilmişdir. Həmin abonent kodu üzrə borc 30.236,78 manat təşkil etmişdi r. Qeyd olunan abonent kodu üzrə hesabatın sayğacsız aparılmasına baxmayaraq, məhkəmə ekspert rəyinə istinad edərək bu kod üzrə də borc məbləğini azaltmışdır. Məhkəmənin istinad etdiyi ekspert rəyi, “Sənayecihaz” EİM tərəfindən verilmiş mütəxəssis rəyi əsasında tərtib edilmiş, məhkəmə isə “Sənayecihaz” EİM-in belə fəaliyyətlə məşğul olmaq səlahiyyətinin mövcud olubolmadığını araşdırmamışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin göstərilən dəlilində apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarına münasibətdə hər hansı hüquqi əsaslandırmasını bildirməmiş və yalnız məhkəmənin düzgün olmayan ekspert rəyinə istinad etməsini mübahisələndirimişdir.
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin prosessual səlahiyyətinin həcmi və həddinin ancaq bundan ibarət olması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntuları nın mövcudluğuna dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır.
30. MPM-in tələblərinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arası nda ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-in 97, 99.1, 102-ci maddələri).
31. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər.
32. Eyni zamanda, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 11-ci maddəsi müəyyən etmişdir ki, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. Habelə, həmin Qanunun 1-ci maddəsinə əsasən, ekspertin rə yi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.
33. İş materiallarından göründüyü kimi, 2019-cu il 23 dekabr tarixdə məhkəmə ekspertizası mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti, 2020-ci il 18 dekabr tarixdə isə həmin şöbənin aparıcı eksperti tərəfindən mühəndis-texniki ekspertiza rəyləri verilmiş, ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara tam cavablandırılmış və rəylər bir-biri ilə ziddiyyət təşkil etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin rəylərə istinad etməklə iddiaçı tərəfindən hesablanmış borcun qanunsuz olması nəticəsinə gəlmişdir. İddiaçı isə qeyri-əhali kodu üzrə hesabatın sayğacsız aparıldığını vurğulasa da, hansı səbəbdən hesabatın sayğ acsız aparılmasına dair mövqeyini əsaslandırmamışdır.
34. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, iddia tərəflər arasında bağlanmış müqavilə əsasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaramış borcun tələb edilməsi ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsinin mübahisəyə sahibkarlıq sahəsində aparılan yoxlamalara dair qanunvericilik normalarını tətbiq etməsi düzgün olmamışdır.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin kassasiya şikayətinin göstərilən dəlili ilə mübahisələndirilən mövqeyi ilə də razılaşdığını bildirir.
36. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 2.2-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəss isəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
37. Göründüyü kimi, Qaydalar həmçinin cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətin də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməli olduğunu nəzərdə tutmuşdur. Bu səbəbdən, apellyasiya məhkəməsi cavabdeh tərəfindən yoxlamanın həmin Qanunun tələblərinə uyğun yerinə yetirilib-yetirilmədiyinə dair hüquqi qiymətləndirmə aparmaqda haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh isə istinad etdiyi dəlilləri sübuta yetirə bilməmişdir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmadığından mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq kassasiya şikayətinin veri lməsi ilə bağlı ödəmiş olduğu dövlət rüsumu da onun özünə aid edilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-853/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
42. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-853/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.