Məhkəmə qərarları › İş №2-2(102)-918/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-918/2025

09.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-918/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Qanuni qüvvəsin almış Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*-*(***)-**/**** saylı qətnaməsi ilə “SY-17/Ultrasun I8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payının müəyyən olunması, “SY-17/Ultrasun I8 Solary” aparatı (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi qət edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında çox yaxın münasibətlər olmuşdur. Cavabdeh qadın salonu işlədirdi, razılığa gələrək birgə istifadə məqsədləri üçün 2018-ci il ## ######## tarixində “xxxx” firmasından şərikli qaydada 13.000 avro olan “SY- 17/Ultrasun i8 Solary” aparatını almışlar. Qarşılıqlı razılığa əsasən aparat cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlənmə üçün qoyuldu və aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünməli idi. SY-17/Ultrasun I8 Solary aparatı hal-hazırda cavabdehin istifadəsindədir. Cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliklərinə və arada mövcud olan qarşılıqlı razılaşmalara əməl etmir. Eyni zamanda solyari avadanlığı hər şərikli biznesi olsa da, cavabdeh həmin avadanlıqdan pul qazanır, lakin heç nə ödəmir. Halbuki həmin aparatı aldıqda razılaşmışdır ki, hər ay əldə olunan gəliri bölüşəcəklər. Bununla da, ona maddi zərər yetirmişdir.

4. Cavabdeh iddiaya etiraz etmiş və “SY-17/Ultrasun I8 Solary” aparatının işlək vəziyyətdə olmadığını, 2023-cü ilin fevral ayına qədər iddiaçıya ödənişlər edildiyini, sonradan tərəflər arasında mübahisə olduğunu, aparatın iddiaçı tərəfindən yararsız hala salındığını, aparatın istifadəsi ilə bağlı qarşı tərəfə təkliflər edildiyini, hər zaman və indi də, aparatın götürülməsi təklifinin edildiyini, lakin iddiaçının bir razılığa gəlmədiyini bildirir.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov). Məhkəmə işin mübahisələndirilməyən halı kimi müəyyən etmişdir ki, “SY- 6. 17/Ultrasun I8 Solary” aparatının şərikli alınması, qeyd edilmiş aparatın istifadəsindən gələn gəlirin yarıbayarı bölünməli olması barədə tərəflərin razılığı olmuşdur.

7. Arash Company tərəfindən verilmiş 2023-cü il ## #### tarixli aktdan görünür ki, “SY- 17/Ultrasun I8 Solary” aparatı işləməyə yararlı deyildir.

8. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2022-ci ilin may ayından 2024-cü il ## ###### tarixinədək cavabdeh (VÖEN 1003357942) tərəfindən əldə olunan gəlirin miqdarı barədə məlumatın verilməsi ilə bağlı göndərilmiş məktuba cavab olaraq bildirilmişdir ki, cavabdehin 2022-ci il # ### - 2024-cü il ## ###### tarixləri üzrə sadələşdirilmiş vergi bəyannəmələrinə əsasən dövriyyə məbləği 2.000 manat təşkil etmişdir.

9. Məhkəmə iclasında hər iki tərəfdən qeyd edilmiş salonda solyari aparatından başqa hansı xidmətlərin göstərildiyi soruşulmuş, hər iki tərəf, dırnaq ustası, saç ustası, masaj ustası, lazer aparatı olduğunu bildirmişlər.

10. Bundan başqa məhkəmə iclasında hər iki tərəfdən qeyd edilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının nə qədər olması halı soruşulmuş, hər iki tərəf təxmini aylıq icarə haqqının 2.000 manata yaxın olduğunu bildirmişlər. Vergi orqanı tərəfindən də verilmiş cavabdan görünür ki, cavabdehin 2022-ci il # ### - 2024-cü il ## ###### tarixləri tarixləri üzrə dövriyyəsi cəmi 2.000 manat olmuşdur. Iddiaçı tərəf bunu, Cavabdeh vergidən yayınması ilə izah etmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf əldən çıxmış fayda (zərər) olaraq tələbini sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilmiş salonda başqa fəaliyyət növləri olmaqla, işçilərin əmək haqları, məcburi dövlət ödənişləri, kommunal xidmət haqları, icarə haqqı da, nəzərə alındığında məhz qeyd edilmiş “SY-17/Ultrasun I8 Solary” aparatının istifadəsi nəticəsində cavabdeh tərəfinin hər hansı bir gəlir əldə etməsi halı öz təsdiqini tapmamışdır.

12. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin “SY- 15. 17/Ultrasun I8 Solary” aparatın (aromasız) satıb dəyərini bölmədiyini bildirsə də, qanuni qüvvəyə minmiş qətnamənin icrasına iddiaçının maraqlı olması iş materiallarında əksini tapmır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “SY-17/Ultrasun I8 Solary” aparatı (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaitinin tərəflər arasında bölüşdürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da, qərarın icra olunub-olmaması, cavabdeh tərəfindən mübahisəli cihazın hazırda işlək vəziyyətdə olmasına dair sübutlar iş materiallarına əlavə olunmamışdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 21.1, 21.2, 386.1, 443.4, 1096.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 423.2-ci maddəsi üzrə - cavabdeh uzun müddətdir razılaşmalarının şərtlərinə əməl etməyərək kifayət qədər gəlir əldə etsə də payını vermir, eyni zamanda aparatı da geri qaytarmır. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ##### tarixli e-*- *(***)-**/**** saylı qətnaməsinə əsasən “SY-17/Ultrasun I8 Solary” aparatı (aromasız) üzərində bərabər paylar müəyyən edilərək, həmin aparatın açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaitinin bərabər surətdə bölüşdürülməsi qət edilsə də, cavabdeh məhkəməni süni şəkildə 2 ildən artıq müddətdir yubatmaqla aparatdan qanunsuz istifadə edib gəlir əldə etməkdədir. Yəni, mübahisə üzrə məhkəmə qərarı qanuni qüvvəsini alana kimi aparatdan istifadə edib yararlanmaqdadır. Məhkəmə isə xxxxdırmaya formal yanaşıb iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh izahatında aparatın işlək vəziyyətdə olmadığını, lakin buna baxmayaraq 2023cü ilin fevral ayına kimi mənə ödəniş etdiyini (ödəniş məbləği qeyd olunmayıb) bildirsə də məhkəmə onun bu ziddiyyətli izahatına qiymət verməmişdir. Lakin iddiaçı hələ birinci instansiya məhkəməsində flaşkartı sübut kimi təqdim etmişdir. Lakin hər iki instansiya məhkəməsi flaşkarta heç bir qiymət verməmişdir.

20. MPM-in 88-ci maddəsi üzrə - məhkəməyə təqdim etdiyi flaşkartda yazılan danışıqlar sübut edir ki, aparat işləyir və cavabdeh gəlir əldə edir. Məhkəmə ümumiyyətlə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qətnamə çıxarmamış, işin faktiki hallarını nəzərə almamışdır.

21. MPM-in 372.2-ci maddəsi üzrə - məhkəmə tərəfindən yalnız formal mülahizələrə istinadən işin nəticəsinə birbaşa təsir edəcək sübutları nəzərə almaması qanunvericiliyin tələblərinə ziddir. Tərəfindən təqdim edilən sübutlar cavabdehin iddiaçaya borclu olmadığını, vəkilin cavabdehin direktoruna lazımi qaydada məlumat vermədiyini, buna görə sübutların apellyasiya instansiyası zamanı təqdim edildiyini tam təsdiqləyir. Yəni məhkəmə həmçin maddənin tələblərini kobud şəkildə pozmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi

443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu

392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər

407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

29. Belə ki, kassasiya şikayətində maddi hüquq normalarının pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

30. Bununla yanaşı, kollegiya qeyd edir ki, zərərin ümumi anlayışını müəyyən edən MMin 21-ci maddəsi və öhdəliyin pozulması nəticəsində vurulmuş zəzərin əvəzinin ödənilməsi məsələlərini tənzimləyən MM-in 443-cü maddəsinin dispozisiya şərtlərinə görə zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması.

31. Işə mahiyyəti üzrə baxan aşağı instansiya məhkəmələri tərəfindən də müəyyən edilmişdir ki, iddiaçıya zərərin dəyməsi halı sübut olunmur.

32. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

35. Lakin hazırkı işdə həmin qaydaların pozuntusuna yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

36. Işin hallarına və sübutlara hansı şəkildə qiymət verilməsi isə mübahisəyə mahiyyəti üzrə baxan aşağı instansiyası məhkəmələrinin səlahiyyətinə aiddir və məhkəmələr də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirərək müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi, habelə kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar