Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-92/2019 13.03.2019 ALİ MƏHKƏMƏ İddiaçı-nin Cavabdehnə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu X1 ibarət tərkibdə, İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə İddiaçı-nin Cavabdehnə qarşı “hesab fakturanın ləğv edilməsi və hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı təşkilat hü quqi şəxs yaratmaqla 09.06.2004-cü il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçıya məxsus obyektdə 16 dekabr 2013-cü il tarixdə “Turbin” tipli G-400, 80070525 №-li qaz sayğacı quraşdırılmış və həmin sayğacın göstəricilərinə əsasən hər ay iddiaçıya hesab təqdim edilmişdir. Tərəflər arasında 11 iyul 2017-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 23.08.2017-ci il tarixdə iddiaçıya məxsus obyektə cavabdeh tərəfindən baxış keçirilərək orada quraşdırılan qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarılaraq laborator yoxlamaya götürülmüş və lobarator müayinə zamanı onun mexaniki və elektron göstəriciləri arasında uyğunsuzluq müəyyən edilmiş, düzgün korreksiya getmədiyi əsas tutularaq iddiaçıya 06.10.2017-ci il tarixli 2627/587 №-li hesab faktura ilə təbii qazdan istifadəyə görə 145.868 kub m həcmdə, yəni, 29.173,6 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Əlavə sərfiyyatın hesablanmasını əsassız hesab edən İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən təqdim edilmiş 06.10.2017-ci il tarixli 2627/587 №-li hesab fakturanının ləğv edilməsi, həmin sənəd əsasında qaz səfiyyatına görə hesablanmış 29.173,6 manat məbləğində borcun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Sumqayıt Qaz İstismar sahəsi tərəfindən təqdim edilmiş 06.10.2017-ci il tarixli 2627/587 №-li hesab-faktura ləğv edilmi ş həmin sənəd əsasında qaz sərfiyyatına görə hesablanmış 29.173,6 manat borc məbləği etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, işlək vəziyyətdə olan sayğacda qaz sərfiyyatının korreksiyasının baş verməsində iddiaçının təqsiri olmadığından onun məsuliyyəti istisna olunur və yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə aparılandığından yoxlamanın (baxışın və sair) hüquqi nəticəsi ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, ilk növbədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun normalarının hazırkı işə tətbiqi yol verilməzdir. Belə ki, sayğaca baxış keçirilməsinin iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaq əsi yoxdur. Bundan əlavə, cavabdehin hesabladığı və mübahisələndirilən məbləğ məsuliyyətə cəlbetmə ilə bağlı deyildir, sayğacın qeyd etmədiyi qaz sərfiyyatının qarşılığıdır. Başqa sözlə iddiaçıdan istehlak etdiyi, lakin dəyəri ödənilməyən qaz sərfiyyatının əvəzi tələb olunur. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi “X3ı”nın 5.2-ci bəndini səhv tətbiq etmişdir. Kassator MPM-nin 386, 417.1.4, 418.1-ci maddələrinə, “X3ı”nın 4.2, 4.9, 5.2-ci bəndlərinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada mə lumat verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bü tün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər və sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Hazırkı iş üzrə 23.08.2017-ci il tarixdə iddiaçıya məxsus obyektə cavabdeh tərəfindən baxış keçirilərək orada quraşdırılan qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün çıxarılaraq laborator yoxlamaya götürülmüş və lobarator müayinə zamanı onun mexaniki və elektron göstəriciləri arasında uyğunsuz luq müəyyən edilmiş, düzgün korreksiya getmədiyi əsas tutularaq iddiaçıya 06.10.2017-ci il tarixli 2627/587 №-li hesab faktura ilə təbii qazdan istifadəyə görə 145.868 kub m həcmdə, yəni, 29.173,6 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Qeyd olunan normaların məzmununa əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "Cavabdeh" ASC-nin də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın, müayinənin baxışın hüquqi nəticəsi yoxdur. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinktinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X3ı”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edi lməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqaviləni n 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq, həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək qaz paylayıcısının vəzifələrinə aiddir. Həmin müqavilənin 2.2.5-ci maddəsinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək qaz paylacısının hüquqlarından biridir. Həmin müqavilənin 2.3.7-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti d aşımaq istehlakçının vəzifələrindən biridir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə istehlakçı qazın istifadəsində qanunsuz hərəkətlərə yol verdikdə məsuliyyət daşıyır. Belə ki, müqavilənin 2.1.5-ci bəndinə əsasən qaz qurğularının tam və dəqiq uçotunu aparmaq cavabdehin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazıkı iş üzrə sayğacda qaz sərfiyyatının düzgün qeyd edilməməsində iddiaçının təqsirinin olmaması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda “Qaydalar”ın qeyd edilən, 4.9-cu bəndinin 1-ci cümləsinin tələbi baxımından, iddiaçının təqsirli hərəkəti və onun təqsiri mövcud olmadığı halda məsuliyyəti istisna olunduğundan iddiaçıya əlavə sərfiyyatın hesablanması yol verilməzdir. Həmçinin iddiaçının qaz sərfiyyatı barədə “Abonentin Saldosun”ndan görünür ki, qaz sayğacı çıxarılana qədər iddiaçı onun göstəricilərinə əsasən cavabdeh tərəfindən ona təqdim olunmuş hesab-fakturalar əsasında qazdan istifadə haqlarını aylar üzrə ödəmişdir. “Qaydalar”ın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) təl əb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərəflər arasında 11 iyul 2017-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.8-ci və 3.3-cü bənidinin şərtində də məhz nəzərdə tutulur ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız dəyərini yalnız sayğacın göstəricliərinə əsasən hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməli (göndərməli) dir. Göründüyü kimi, cavabdeh tərəfindən “X3”ın və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin tərəfindən iddiaçıya mübahisələndirilən hesabın təqdim edilməsi əsassız olmuşdur. Mülki Məcəllənin 217.4-cü maddəsin ə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə düzgün nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-473/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-92/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-92/2019
13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver