Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-10/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nın Cavabdeh1 ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası ilə əlaqədar iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-328/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh1 ASC-nin X5rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tullantı suyuna görə cəmiyyətə cavabdehlər tərəfindən əsassız olaraq səhv hesablanmış xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 68.601,12 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək isə 1884,76 manat olmaqla ümumilikdə 70485,88 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC («Cəmiyyət») ilə Cavabdeh1 ASC-nin Sabunçu rayon Sukanal İdarəsi arasında x xxxxx 2014-cü il tarixli 011213 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə hər ay təqdim olunan hesablarda tullantı suyunun həcmi düzgün hesablanmayaraq Cəmiyyətə tullantı suyu üzrə xx.xx.2014-cü il tarixindən 01.11 2015-cı il tarixinədək alınan ümumi texniki və içməli su həcminin 100%-i miqdarında hesablama aparılmaqla 98001,60 manat məbləğində, 28 04.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək isə 30% miqdarında hesablama aparılmaqla 28269,80 manat məbləğində borc hesablanmışdır. Tullantı suyunun həcminin düzgün hesablanmaması ilə bağlı Cəmiyyətin nümayəndələri tərəfindən işçi qaydada dəfələrlə edilən müraciətlərdən sonra Cavabdehlər hesablanmanın faktiki sərfiyyatdan çox olmaqla səhv aparıldığını təsdiqləmiş və 2015-cı ilin noyabr ayında «X13» hazırlanana qədər müvəqqəti olaraq təchiz edilən suyun 30%-i həcmində kanalizasiya xidməti haqqının hesablanması qərara alınmışdır. X7 İdarəsi arasında bununla bağlı xx.xx.2015-ci il tarixli akt imzalanmışdır. Aktda qeyd edilir kı, 01 04.2014-cü ıl tarixindən təchiz edilən suyun 30%-i həcmində kanalizasiya xidmətləri haqqı hesablanmalıdır və gələcəkdə «X13» təsdiq edildikdən sonra həmin rəqəm dəqiqləşdiriləcəkdir. Daha sonra xx xxxxx 2016-cı il tarixində «X13» təsdiq edilmiş və həmin sənədin Razılaşdırma şərtinin 1-ci bəndində kanalizasiya şəbəkəsindən istifadə haqqının təchiz edilən suyun 28 %-i əsas götürülərək hesablanması müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq əslində Cəmiyyətə hesablanmalı olan borc məbləğləri xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 29400,48 manat (Cavabdehin səhv hesablaması ilə 100% həcmində hesablanmaqla 98001,60 manat), xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək isə 26385,04 (Cavabdehin səhv hesablaması ilə 30% həcmində hesablanmaqla 28269,80) manat təşkil edir. Beləliklə, səhvə yol verməklə artıq hesablanmış borc məbləği xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 68.601,12 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək isə 1884,76 manat olmaqla ümumilikdə 70485.88 manat təşkil edir. Bu isə faktiki olaraq həmin dövrlər üçün Cəmiyyət tərəfindən həmin məbləğdə artıq vəsaitin ödənilməsi deməkdir. Məsələ ilə bağlı Cəmiyyət tərəfindən Sabunçu rayon Sukanal İdarəsinə xx xxxxxx 2018-ci il tarixli TŞ-X/O-382/2018 nömrəli məktubla müraciət olunsa da, müraciət bu günədək cavabsız qalmışdır. Azərbaycan Respublikasının «Su təchizatı və tullantı suları haqqında» Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»na əsasən, su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) (qısa olaraq STKM) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxslərdir. İstehlakçı isə STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir; Qaydaların 2.1.4 bəndinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq STKM-nin vəzifəsidir. Qaydaların 5.1.5 bəndinə əsasən istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqıqləşdirilməsıni, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Buna baxmayaraq, cavabdeh nəinki öz vəzifəsini düzgün icra etməmiş, həm də Cəmiyyətin əsaslı tələbindən imtina etməklə onun hüquqlarını pozmuşdur. Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-cı ıl tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.2-cı maddəsinə əsasən, Cavabdeh1 ASC-nin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Nizamnamənin 3.3.1-ci bəndinə əsasən, bu məqsədlə Cavabdeh1 ASC suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir; 3.3.2-ci bəndinə əsasən tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; 3.3.3-cü bəndinə əsasən tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci maddələrdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir; Nizamnamənin 9.4-cü maddəsinə əsasən, Cavabdeh1 ASC-nin sədri ASC-nin idarə edilməsi, cari fəaliyyətin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində ASC-nın və onun müəssisələrinin bütün işçiləri üçün məcburi qüvvəyə malik əmrlər verir. Qeyd olunanlarla bağlı əsassız hesablanmış borc məbləğinin silinməsi üçün Cəmiyyət tərəfindən Cavabdeh1 ASC-yə də TŞ-XO-74/2016 nömrəli xx.xx.2016 tarixli məktubla müraciət edilmiş və Cavabdeh1 ASC tərəfindən xx.xx.2017 tarixli, 03/03-3/3/7039 nömrəli cavab məktubunda bildirilmişdir ki, «X13» təqdim olunduğu tarixdən kanalizasiya xidmətlərinə görə 28%, xx.xx.2014 tarixdən xx.xx.2015 tarixinədək isə 30% həcmində hesabat aparılmışdır və xidmətlərin dəyəri Cəmiyyət tərəfindən tam ödənilmişdir. Bununla belə, qanunvericiliyin tələblərinə və bütün qeyd olunanlara baxmayaraq, fatiki olaraq haqqında bəhs olunan əsassız borc məbləğinin cavabdehlər tərəfindən silinməsi hələ də təmin edilməmişdir. Buna görə də, iddiaçı ona əsassız olaraq səhv hesablanmış xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 68.601,12 manat, xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək isə 1884,76 manat olmaqla ümumilikdə 70485,88 manat məbləğin silinərək rədd edilməsi və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat vəsaitin iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx xxxx 2013-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 ASC-nin X12 cavabdehlərin sırasından çıxarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-328/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nın iddia tələbinin qismən təmin edilməsi, tullantı suyuna görə iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək artıq hesablanmış 1884,76 manat borcun İddiaçı ASC-nin hesabından silinməsi, iddia tələbinin qalan hissədə hissədə (xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixinədək hesablanmış 68.601,12 manat borcun silinməsi hissəsində) təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən apellyasiya şikayəti verilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılması, iddia tələbinin təmin edilmədiyi 68.601,12 manat hissədə isə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına və «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununa zidd olaraq müddəalarının geriyə şamil olunmasına yol verilməyən, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın müddəalarını rəhbər tutmuş, haqqında bəhs olunan qaydalarda iddiaçıya məxsus təsərrüfat obyektinin mövcud su təsərrüfatı və kanalizasiya sistemini tənzimləyəcək adekvat normaların olmadığını, qaydalardakı mövcud olan normaların isə onun su təsərrüfatı və kanalizasiya sisteminə uyğun olmamasını nəzərə almamış, həmçinin, işin faktiki hallarına və tərəflərin mülki hüquq münasibətlərində tullantı suyunun hesablanması ilə bağlı gəldikləri qarşılıqlı razılığa düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasındaiştiraketmiş iddiaçının nümayəndəsi X11 apellyasiyaşikayətinəuyğunizahatverərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılması, iddia tələbinin təmin edilmədiyi 68.601,12 manat hissədə isə ləğv edilərək iddia tələbinin həmin hissədə təmin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X9 verdiyi izahatında apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinciinstansiyaməhkəməsininqətnaməsininapellyasiya şikayəti ilə mübahisələndirilən hissəsində də dəyişdirilmədən qüvvədəsaxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-328/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək dövr üzrə 68.601,12 manat borc məbləğinin silinməsi hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, tullantı suyuna görə iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək artıq hesablanmış 68.601,12 manat borc İddiaçı ASC-nın hesabından silinməlidir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, 1-ci instansiya məhkəməsi öz qətnaməsi ilə iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək artıq hesablanmış 1884,76 manat borcun İddiaçı ASC-nin hesabından silinməsini qət etsə də,Cavabdeh1 ASC tərəfindən qətnamənin həmin hissəsi üzrə apellyasiya şikayəti verməmişdir. Həmçinin iddiaçı verdiyi apellyasiya şikayətində 1-ci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmamış hissəsində ləğv olunaraq, həmin hissədə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Həmin Qərarda həmçinin qeyd olunur ki, «birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissə üzrə münasibətini bildirməyə haqlıdır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərindən çıxış edərək, birinci instansiya məhkəməsinin qətnaməsinə yalnız iddiaçının apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmamış hissəsində qiymət verməyə lüzum görür və 1-ci intansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsivə iddia tələbinin həmin hissədə də təmin edilməsiilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Kommersiya hüquqi şəxslərinin Dövlət Qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, İddiaçı ASC xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən № ********** saylı VÖEN verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 ASC arasında bağlanmış «Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün» 011213 saylı xx.xx.2014-cü il tarixli müqavilə»dən görünür ki, abonent su xəttinə diametri 200 mm olan boru vasitəsilə qoşulmuşdur. Müqavilənin 2.1.3-cü bəndində qeyd edilmişdir ki, abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının göstəricilərinə görə, sayğac olmadıqda və nasaz olduqda isə Qaydaların 4.2 və 4.3-cü bəndlərinə uyğun, su təchizatı, su xəttinin giriş nöqtəsindəki borunun en kəsiyindən, suyun axma sürətindən və abonentin iş rejimindən asılı olaraq təyin edilir. İş materiallarından görünür ki, Cavabdeh1 ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə İddiaçı ASC-nin əməkdaşlarının iştirakı ilə xx xxxxxx 2015-ci il tarixdə Akt tərtib edilmişdir. Aktda qeyd edilir ki, İddiaçı ASC-nin təsərrüfat sahələrində qurulmuş texnoloji prosesdə istifadə edilən suyun yalnız 30%-nin kanalizasiya xətlərinə axıdılmasını nəzərə alaraq, İddiaçı ASC ilə Cavabdeh1 ASC-nin Sabunçu Rayon Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün x xxxxx 2014-cü il tarixli 011213 nömrəli müqaviləyə əsasən müvəqqəti olaraq x xxxxx 2014-cü il tarixindən təchiz edilən suyun 30% həcmində kanalizasiya xidmətləri haqqı hesablanmalıdır. X3 hazırlandıqdan və təsdiqləndikdən sonra həmin rəqəm dəqiqləşdiriləcəkdir. İş materiallarında olan, İddiaçı ASC-nin Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ASC ilə Sabunçu rayon Sukanal İdarəsi arasında bağlanmış x xxxxx 2014-cü il tarixli 011213 nömrəli müqaviləyə əsasən hər ay təqdim olunan hesablarda tullantı su həcmi alınan ümumi texniki və içməli su həcminin 100% miqdarında hesablanmış və bu səbəbdən xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək tullantı suyu üzrə cəmiyyətə 101.710,8 manat məbləğində borc hesablanmışdır. Tullantı suyunun həcminin düzgün hesablanmaması ilə əlaqədar cəmiyyətin nümayəndələri tərəfindən işçi qaydada Sabunçu rayon Sukanal İdarəsinin nümayəndələrinə dəfələrlə edilən müraciəti nəticəsində qərara alınmışdır ki, «Su təsərrüfatı» pasportu hazırlanana qədər müvəqqəti olaraq təchiz edilən suyun 30% həcmində kanalizasiya xidməti haqqı hesablansın və bu barədə İddiaçı ASC ilə Sabunçu rayon Sukanal İdarəsi aralarında xx xxxxxx 2015-ci il tarixli akt imzalanmışdır. Bundan sonra xx.xx.2014-xx.xx.2015 müddət üçün hesablanmış 30% kanalizasiya xidməti haqqının - 30.513,24 manat (101.710,8 x 30%) cəmiyyət tərəfindən tam şəkildə ödənilməsi təmin edilmişdir. xx xxxxx 2016-cı il tarixində Cavabdeh1 ASC-nin «Sukanal» Elmi-Tətqiqat və Layihə İnstitutu tərəfindən hazırlanmış «Su təsərrüfatı» pasportuna əsasən tullantı su həcmi alınan su həcminin 28% miqdarında göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2014-cü il tarixindən tullantı suyuna görə hesablamaların yenidən aparılması üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan, İddiaçı ASC-nin Cavabdeh1 ASC-yə ünvanladığı TS-XO- 382/2018 saylı xx xxxxxx 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki İddiaçı ASC ilə Cavabdeh1 ASC Sabunçu rayon Sukanal İdarəsi arasında x xxxxx 2014-cü il tarixli 011213 nömrəli müqavilə imzalanmışdır. Bakı bərk məişət X1nda tullantı suyunun həcminin duzgun hesablanmaması səbəbindən cəmiyyətimiz tərəfindən edilən müraciət nəticəsində x xxxxx 2014-cu ıl tarixindən «X13» hazırlanana qədər müvəqqəti olaraq təchiz edilən suyun 30%-i həcmində kanalizasiya xidməti haqqının hesablanması qərara alınmış və bu barədə İddiaçı ASC ilə Sabunçu rayon Sukanal İdarəsi aralarında xx xxxxxx 2015-cı ıl tarixli akt imzalanmışdır. Lakin adı çəkilən aktın mövcudluğuna baxmayaraq, tərəfinizdən hər ay təqdim olunan hesablarda tullantı su həcmi alınan umumı texniki və içməli su həcminin 100% miqdarında hesablanmış və bu səbəbdən xx.xx.2014-cü ıl tarixindən xx.xx.2015-cı il tarixinədək tullantı suyu üzrə cəmiyyətimizə 98.001,60 manat məbləğində borc hesablanmışdır. Cəmiyyətimiz tərəfindən isə akt nəzərə alınaraq xx.xx.2014 – xx.xx.2015-cı il tarixləri arasındakı dövr üçün hesablanmış 30% kanalizasiya xidməti haqqı yəni 29.400,48 manat hesablanmış və tam şəkildə ödənilmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə xx xxxxxx 2016-cı il tarixli TŞ-XO-74/2016 nömrəli məktubla tərəfimizdən yenidən Cavabdeh1 ASC-yə müraciət edilmişdir. Cavabdeh1 ASC-nin xx.xx.2017-ci tarixli 03/03-3/3/7039 nömrəli cavab məktubunda xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə gorə 30 % həcmində hesabat aparıldığı və xidmətlərin haqqının cəmiyyətimiz tərəfindən tam şəkildə ödənilməsi qeyd edilmişdir. Bununla belə, tərəfinizdən xx.xx.2018-ci il tarixinə cəmiyyətimizin 117.423.40 manat məbləğində borcunun olduğu bildirilir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Bakı bərk məişət X1nun «X13» xx xxxxx 2016-cı il tarixində Cavabdeh1 ASC tərəfindən təsdiq edilmişdir. Pasportun razılaşma şərtinə əsasən kanalizasiya şəbəkəsindən istifadə haqqının təchiz edilən suyun 28 %-i əsas götürülərək hesablanması müəyyən edilmişdir. Bununla belə, pasportun təsdiq olunduğu xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün kanalizasiya xidmətinin haqqı təchiz edilən suyun 30 %-i əsas götürülərək hesablanmış (yəni 2 % çox), bu da həmin dövr uçun cəmiyyətimiz tərəfindən 1.884,76 manat məbləğində artıq vəsaitin ödənilməsi ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2014 - xx.xx.2015-ci il tarixləri arasındakı dövr üçün hesablanmış artıq 70.485.88 manat məbləğində vəsaitin silinməsi xx.xx.2016-cı il tarixindən xx.xx.2016cı il tarıxınədək olan dovr uçun isə tullantı suyuna görə hesablamaların yenidən aparılması və cəmiyyətimiz tərəfindən artıq ödənilmiş vəsaitin sonrakı hesablaşmalar zamanı nəzərə alınması barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 ASC-nin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tullantı suyun düzgün hesablanmaına dair «Su təsərrüfatı» Pasportu təqdim edildiyi tarixdən 28% həcmində hesablandığı, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə görə 30 % həcmində hesabatın aparıldığı və xidmətlərin dəyəri iddiaçı tərəfindən tam ödənildiyi qeyd olunmuş və «Su təsərrüfatı» Pasportu təqdim olunduğu tarixdən düzəliş olunur və müvafiq sənədlərin vaxtında təqdim olunmadıqda iddiaçının hesabında düzəlişin aparılması imkan xaricində olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxx 2016-cı il tarixdə İddiaçı ASC «Bakı Bərk Məişət X1»nun «Su Təsərrüfatı» Pasportu Cavabdeh1 ASC tərəfindən təsdiq edilmişdir. «Su Təsərrüfatı» Pasportunun Razılaşdırma şərtinin 1-ci bəndinə müvafiq olaraq kanalizasiya şəbəkəsindən istifadə haqqı və təbiətdən istifadəyə görə rüsum şəhər su kəmərləri şəbəkəsindən 53683 saylı abonentlə (müqavilə № 011213) alınan su həcminin 28%-i miqdarında tutulduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, 1-ci instansiya məhkəməsi iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kanalizasiya xidmətlərinə görə 30 % həcmində hesablanaraq 68.601,12 manat məbləğində borcunun silinməsini tələb etməsi ilə bağlı olan iddia tələbinin təmin olunmaması nəticəsinə gələrkən ona istinad etmişdir ki, iddiaçının Abonent haqqında Məlumatdan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2015ci il tarixədək kanalizasiya xidmətlərinə görə 1 kub metr çirkab suyun qiyməti 0,30 manat məbləğində hesablanmışdır. Nəticə etibarilə, sözügedən Qərara əsasən 1 kub metr çirkab suyun qiymətinin 0,30 manat müəyyən edilməsi hesablamaların 30% həcmində aparılması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə ilə razılaşmır və bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli aktdan da göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 ASC-nin X12 arasında x xxxxx 2014 - x xxxxxx 2015-ci il aralığında tullantı suyunun həcminin 30% nəzərə alınması və gələcəkdə X13 təsdiqləndikdən sonra bu həcmin dəqiqləşdiriləcəyi ilə bağlı razılıq əldə edilmişdir. Kollegiya akta münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi akta düzgün hüquqi qiymət verməmiş və qətnamədə Cavabdeh1 ASC-nin Sabunçu rayon Sukanal İdarəsinin rəis müavini Elnur Əliyevin Cavabdeh1 ASC-nin adından kanalizasiya xidmətləri haqqının hesablanmasının müəyyən edilməsi üçün səlahiyyətinin olmamasına, həmçinin əmək müqaviləsi ilə də həmin vəzifəyə təyin edilərkən sözügedən müvafiq səlahiyyətlərin verilməməsinə istinad etməkdə haqlı olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, akt X12 adından rəis müavini Elnur Əliyev tərəfindən deyil, məhz idarənin rəhbəri – rəisi F.K. Əliyev tərəfindən təsdiq edilmişdir. Akt, həmçinin, hər iki tərəfin möhürü ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Digər tərəfdən, kollegiya idarə və əqdlərlə bağlı qüvvədə olan mülki qanunverciliyin müddəalarının məcmu şəklində aydınlaşdırılmasını xüsusilə əhəmiyyətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54-cü maddəsinə əsasən, «hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. (54.1); İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. (54.2); İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. (54.3); İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.» (54.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən, «əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.» İşin hallarından da göründüyü kimi, iddiaçı ilə X12 arasında haqqında bəhs olunan əqd bağlanarkən idarənin və onun rəhbərinin həmin əqdi bağlamaq hüququnun müqavilə və ya hər hansı əsasla məhdudlaşdırılmış olmasını və ya qoyulmuş məhdudiyyətlərdən kənara çıxmaqla həmin əqdi bağlamasını iddiaçı bilməmişdir. Eyni zamanda, iddiaçı bu halı bilməyə məcbur da olmamışdır. Belə ki, Mülki Məcəllənin 54.3-cü maddəsinə əsasən, X8 möhürə və birbaşa rəhbərə malik olmasını nəzərə alaraq, onun müstəqil və ya «Cavabdeh1 ASC»-nin tapşırığı ilə həmin hərəkətlərə yol verdiyi qənaətinə gəlməsi üçün iddiaçıda haqlı əsaslar yaranmışdır. Eyni zamanda, Mülki Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin qeyd olunan əqd əsasında meydana gələn öhdəlikləri üçün Cavabdeh1 ASC-nin birbaşa məsuliyyəti yaranmışdır. Əlavə olaraq, Kollegiya əqdlərin bəyənilməsi ilə bağlı mülki qanunvericiliyin müddəalarını da nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbinin xüsusilə cavabdeh qismində məhz Cavabdeh1 ASC tərəfindən təmin edilməsi zəruridir. Belə ki, Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən, «əgər təmsil edilənin – yəni, Cavabdeh1 ASC-nin) adından əqdi bağlayan şəxsin (yəni, X8 və onun rəisinin) təmsil edilənin adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin (yəni – İddiaçı ASC-nin) təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, təmsil edilən əqdi sonradan bəyənməsin. Cavabdeh1 ASC-nin həmin əqdi xx xxx 2017-ci tarixli 03/03-3/3/7039 nömrəli cavab məktubu ilə bəyənməsi də tərəflər arasında mövcud olan razılaşmanın mahiyyətini və Cavabdeh1 ASC-nin öhdəliyini bir daha təsdiq etmişdir. Bu səbəbdən, kollegiya qeyd edir ki, haqqında bəhs olunan aktın (əqdin) mübahisələndirilməsində özünü tam hüquqlu şəxs və tərəf hesab edən Cavabdeh1 ASC həmin əqdi bəyəndiyinə görə həmin akt (əqd) etibarsız hesab edilə bilməz və o, X12 ilə İddiaçı ASC arasında bağlanmış olsa da, onun tələblərinin təmin edilməsi üçün birbaşa Cavabdeh1 ASC özü öhdəlik daşıyır. Kollegiya yuxarıda qeyd olunanlara əsasən, bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə səhv nəticəyə gəlməklə, onun qətnaməsində göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin Tarif Şurasının 01 №li xx xxxxxx 2011-ci il tarixli Qərarına əsasən 1 kub metr çirkab suyun qiyməti 0,30 manat müəyyən edildiyi halda, iddiaçının tələbinin 30% həcmində hesablama aparılma hissəsində təmin edilə bilməməsi qənaəti ilə də razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi rəyə əsasən, tullantı suyunun həcminə münasibətdə hesablamaların müvafiq olaraq 30% və 100% həcmində aparıldığı təqdirdə yaranan borc məbləği tam və aşkar şəkildə müəyyən edilmiş, məbləğlər üzrə gəlinmiş nəticələr iddiaçının irəli sürdüyü məbləğlərdən fərqlənməmişdir (100% olduqda 98001,60 manat, 30% olduqda 29400,48 manat, yaranmış fərq 68.601,12 manat). Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının suyun 30% həcmində nəzərə alınması tələbinə suyun müəyyən edilmiş məbləğinin 30 qəpik olmasına görə ümumi məbləğin 30% həcmində (30 qəpiyin 1 manatın 30%-i kimi) hesablanması kimi səhv yanaşmaqla hesablama mexanizmində səhvə yol vermiş, Cavabdeh1 ASC-nin xx.xx.2017-ci il tarixli məktubunun mahiyyətinə və iddiaçının verdiyi izahlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində suyun məbləğinin deyil, həcminin düzgün tətbiq edilmədiyini mübahisələndirmiş və bunu əsaslandıran normativ sənədləri təqdim etmiş, Cavabdeh1 ASC-nin cavab məktubunda da məhz xidmətlərin 30% həcmində hesabat aparıldığı qeyd edilmişdir. İş materiallaraından görünür ki, birinci instansiya məhkəməsi isə əsaslı hesab etdiyi hesablamanı və onun nə üçün 30% həcmində tətbiq edilməməli olduğunu suyun məbləğinə və aidiyyəti olmayan normativ akta - Tarif Şurasının 01 №li xx xxxxxx 2011-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu zaman faktlara və iddiaçının tələbinə mahiyyəti üzrə düzgün yanaşmamış, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə, onun qətnaməsində göstərdiyi dəlillər növbəti dəfə işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında təsdiq edilmiş «X13»nda da haqqında bəhs olunan həcmin 28% müəyyən olunması faktını da nəzərə almamışdır. Halbuki, bu faktın özü də bir daha təsdiq etmişdir ki, həqiqətən də qeyd olunan təsərrüfat obyektində tullantı sularının miqdarı ona verilən suyun 100%-i həcmində olmamış, tərəflərin razılığı əsasında bu həcmin 30% müəyyən edilməsi də ədalətli, ağlabatan və əsaslı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla yanaşı, onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının pozulmasına da yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İş materiallaraından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən hal, yəni artıq hesablamalar x xxxxx 2014-cü il tarixindən başlansa da, məhkəmə Nazirlər Kabineti tərəfindən üç ay sonra xx xxxx 2014-cü il tarixində təsdiq edilmiş və qüvvəyə minmiş «Sudan istifadə Qaydaları»nın 7.25 bəndinə istinad etmişdir ki, bu da geriyə qüvvəsi şamil edilməməli olan normanın iddiaçıya münasibətdə keçmiş tarixə tətbiq edilməsinə görə yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara, iş üzrə müəyyən edilmiş hallara, sadalanan qanunvericilik normalarına və apellyasiya şikayətlərinin dəlillərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddia tələbinin xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək dövr üzrə 68.601,12 manat borc məbləğinin silinməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmamış, bununla bağlı sübutlara dürüst qiymət verilməmiş, həmin hissədə iddianı tam təmin etməməklə, işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə 1-ci instansiya məhkəməsinin 2-2(81)-328/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə yoxlanılan hissəsində, yəni iddia tələbinin xx.xx.2014cü il tarixindən xx.xx.2015-ci il tarixinədək dövr üzrə 68.601,12 manat borc məbləğinin silinməsi hissəsində təmin edilməməsi hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ASCtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-328/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək dövr üzrə 68.601,12 manat borc məbləğinin silinməsi hissəsində təmin edilməməsi hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Tullantı suyuna görə iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək artıq hesablanmış 68.601,12 manat borc İddiaçı ASC-nın hesabından silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-2(103)-10/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-10/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver