Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-102/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1nın Cavabdehnə qarşı borcun silinməsinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-419/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: X1 cavabdeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə məhkəməyə müraciət edərək, sonradan iddianın dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında X1na əsassız olaraq hesablanmış 6217,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 ilə cavabdeh “Cavabdeh’ İstehsalat Birliyi arasında “qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx xxxxxx 2016-cı il tarixli, 049- 02-2016 saylı müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixdə Cavabdeh nümayəndələri X3 məxsus kafeyə baxış keçirmiş və xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qaz cihazlarının saatlıq sərfiyyatı qaz sayğacının sərfinə uyğun gəlmir. Aktda qeyd edilənlər həqiqətə uyğun olmamışdır. Akt əsasında iddiaçıya borc hesablanmışdır. Aktla razı olmadığından aktı imza etməkdən imtina etmişdir. Akt əsasında əsassız olaraq dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və dəymiş ziyanın həcmi 30456 m3 müəyyənləşdirilmişdir. Akt tamamilə əsassızdır. Belə ki, Baki şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllə bina 4, giriş İ ünvanında yerləşən iddiaçıya məxsus kafeyə heç bir bidiriş və xəbərdarlıq edilmədən əsassız olaraq borc hesablanmışdır. İddiaçı hər ay mütəmadi olaraq qaz sərflyyatına görə borcunu vaxtı- vaxtında bildiriş əsasında ödəyir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-419/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1na (Abonent kodu: **********02942) Cavabdeh tərəfindən hesablanmış 4144 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 419/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hər ay mütəmadi olaraq qaz sərfiyyatına görə borcunu vaxtı-vaxtında bildiriş əsasında ödəyir. Qazın sayğacı binadan kənarda yerləşir və ona görə nəzarət də Cavabdeh İB-nin üzərinə düşür. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun tələbindən də ğöründüyü kimi qaz dəyərini sayğacm göstəriciləri əsasxnda hesablamalıdırlar. Təqdim edilən qaz sayğacları üzrə hesablanmış dəyər ödənilmişdir və hal-hazırda Cavabdeh İB-yə heç bir borcu yoxdur. Cavabdeh İB isə hal-hazırda borcu olduğunu iddia edir, halbuki hər ay üzrə qaz dəyəri üzrə verilən borc iddia etdikləri borcla eynilik təşkil etmir. Belə ki, əgər qaz paylayıcısı hesabı bizə təqdim etmişdirsə artıq hesabın düzgün olub-olmaması iddiaçının məsuliyyətində deyil və bu Cavabdeh-İB-nin məsuliyyətindədir. Qaz sayğacı görünən yerdədir və hər üzrə hesab aparılarkən sayğac üzrə hesablanıb. Artıq bu onların məsuliyyətində deyildir. Məhkəmə isə qətnaməsində əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 29995 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 giriş 1 ünvanında yerləşən “Beer Barrel” restoranında 2 ədəd kombi cihazı quraşdırılaraq istifadə edilir. “Beer Barrel” restoranın təbii qaz ilə təmin edən G 4T markalı, ******* nömrəli sayğacın texniki pasportu təqdim edilmədiyinə görə, sayğacın maksimal saatlıq qaz buraxma qabiliyyətinin restoranda istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfiyyatına uyğun olubolmaması barədə tədqiqat aparılmadı. Məhkəmə araşdırması zamam müəyyən edilmişdi ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfındən X3 məxsus qeyriyaşayış sahəsində qaz cihazlarının saatlıq sərfıyyatı qaz sayğacının sərfinə uyğun gəlmədiyi əsas gətirilərək ******* saylı akt tərtib edilərək iddiaçıya hesabat müddəti 180 gün qəbul edilməklə 30456 kub metr qaz sərfiyyatına görə 6217,60 manat məbləğində borc hesablanmışdır. Halbuki, iddiaçı tərəfındən sözügedən qeyri-yaşayış sahəsində 2 ədəd kombi cihazı istifadə edilmişdir. Odur ki, 2 ədəd kombi cihazının istifadəsinə görə borcun hesabatı aparılaraq iddiaçıya hesablanmış borcdan silinməlidir. Məhkəmə fərziyyələrə və təxəyüllərə inanaraq iddianı qismən təmin etmiş halbuki, hüquqi qanunvericilik iddiaçının iddiasında haqlı olduğunu və borcun əsassız olaraq hesablandığını göstərir. Ekspertiza rəyi tövsiyə xarkateri daşısa belə hər bir halda ekspert rəyinə ehtiyac vardır. Məhkəmə sayğacla əlaqəli ekspert deyil və iddianın qalan hissədə təmin olunmamasını və məbləği necə hesabladığını qətnaməsində qeyd etməmişdir. Cavabdeh İB-nin sayğacında hər hansı bir problem olması isə iddiaçının məsuliyyətində deyildir və hər iki kombidən xəbərdar olan Cavabdeh İB vaxtında məlumat vermək əvəzinə borcu qabartmaq üçün müddət gözləməsi qanuna və hüquq prinsipallığına ziddir. Bundan əlavə olaraq nəzərə almaq lazımdır ki, hüquqi şəxslər fiziki şəxslərə nisbətən qaz qiymətini 3 dəfə daha artıq ödəyir və hər ay üzrə iddiaçıya təqdim olunan ödənişlər tamam ödənilmişdir. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 419/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsinı və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış qazın alqı-satqısına dair müqavilə əsasında X3 məxsus Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə ünvanda yerləşən qeyri yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin iddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş, müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə (heç bir icazə və lazimi sənədlər olmadan) cihazlar quraşdırmış və bununla bağlı Birliyə heç bir məlumat verməmişdir. Birliyin əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə cihazlar quraşdırıldığı aşkarlanmış və müvafiq qaydada aktlaşdırılmışdır. Qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m olduğu halda faktiki işlədicilərin gücü 20,1 m olmuşdur. Bununla da Qaz təchizatı haqqında qanun tələbləri kobud şəkildə pozulmuş və Birliyə 6091,20 manat ziyan dəymişdir. X4 ilə Cavabdeh İB arasında bağlanılmış müqavilənin 4.3-cü bəndində istifadə olunacaq qaz qurğuları göstərilmiş və həmin qurğulardan istifadə olunacağı razılaşdırılmışdır. Belə ki, nəzərdə tutulan cihazlar Kombi 1 ədəd göstərilmişdir. Lakin Birliyin nümayəndələri X3 məxsus qeyri-yaşayış sahəsinə baxış keçirən zaman müqavilədə nəzərdə tutulmayan əlavə qaz cihazlarından istifadə olunduğunu aşkar etmişlər. Qeyri-yaşayış sahəsinə baxış kecirən zaman heç bir razılaşma olmadan əlavə quraşdırılmış cihazlar qeyri standart PQ-4 restoran tipli 1 ədəd, Kombi 1 ədəd, təndir 1 ədəd və QSQ 1 ədəd aşkarlanaraq müvafiq qaydada xx.xx.2019-cu il tarixli aktla aktlaşdırılmışdır. Göründüyü kimi X4 qaz təchizatı haqqında qanunun tələblərini kobud sürətdə pozaraq heç bir razılaşma olmadan əlavə qaz cihazları quraşdırmışdır. Müqavilədə nəzərdə tutulan cihazlar həmin müəssisəyə quraşdırılmış qaz sayğacının ölçmə qabilyətinə tam uyğun olduğundan G-4 tipli qaz sayğacı quraşdırılmış və həmin sayğacın maksimal ölçmə gücü 6 m³/saatdır. Lakin həmin müəssədə heç bir razılaşma olmadan quraşdırılmış cihazların saatlıq qaz sərfi 20,1 m³/saatdır. Belə olduğu halda qaz sayğacı sayğacdan keçən qazın tam şəkildə qeydiyyatını apara bilmir və Birliyə ziyan dəymiş olur. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, sonradan xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin ediməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 419/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək 6091,20 manat borcun silinməsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus obyektə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən edildi ki, qaz cihazlarının saatlıq sərfiyyatı qaz sayğacının sərfinə uyğun gəlmir. Həmin akt əsasında xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə iddiaçıdan 30456 m3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə xx.xx.2019-cu il tarixli ərizəsində akt əsasında hesablanmış 6217,60 manat məbləğində borcun silinməsini xahiş etsə də, abunə haqqında hesabdan görünür ki, akt əsasında iddiaçıya dəymiş ziyana görə hesablanmış məbləğ 6091,20 manat təşkil edir. Cavabdeh İB-yə məxsus xx.xx.2019-cu il tarixli “Sənaye üzrə İnventar aktı”na əsasən Səfərova Məhbuba məxsus restoranda 2 ədəd 50 kw-lıq kombi (istilik sistemi), 2 ədəd təndir, 1 ədəd restoran tipli PQ-4 və 1 ədəd 20 litrlik QSQ cihazının istifadə olunduğu qeyd edilir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29995 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, ünvan 1 giriş 1 ünvanında yerləşən “Beer Barrel” restoranında 2 ədəd kombi cihazı quraşdırılaraq istifadə edilir. “Beer Barrel” restoranını təbii qaz ilə təmin edən G 4T markalı, ******* nömrəli sayğacın texniki pasportu təqdim edilmədiyinə görə, sayğacın maksimal saatlıq qaz buraxma qabiliyyətinin restoranda istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfiyyatına uyğun olub-olmaması barədə tədqiqat aparılmadı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən aşağıdakı normaların tələblərini nəzərə almadığından iş üzrə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5ci hissəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Qanunvericiliyin tələbinə görə iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəməyə bu barədə sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyriyaşayış obyektində quraşdırılmış sayğacla bağlı aparılmış yoxlamalar hüquqi nəticə doğurmadığı üçün həmin yoxlama nəticəsində hesablanmış 6091,20 manat borcun silinməsi hissəsində iddia qanuni və əsaslı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçının silinməsini tələb etdiyi 126,40 manat borc akt əsasında hesablanmış borc deyil, qaz sərfiyyatına görə yaranmış borc olduğundan həmin borcun silinməsinə dair hissədə iddia əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-419/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək 6091,20 manat borcun silinməsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-419/2020 saylı, xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək X1nın 6091,20 manat borcunun silinməsi Cavabdeh İByə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-102/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-102/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver