Məhkəmə qərarları › İş №2-2(103)-104/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-104/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-104/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-883/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. İddiaçı Əliyev Savalan Lətif oğlu cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya hesablanmış 22 102,65 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 130, mənzil 44-də saylı mənzildə sahibkarlıq fəaliyyəti göstərir Tərəflər arasında xx.xx.2019-cu il tarixdə enerjisinin birtipli alqı-satqı müqaviləsi bağlanmışdır. «xxxx” ASC-nin xx.xx.2015-ci il tarixli məktubundan aydın olur ki, əvvəllər də tərəflər arsında müqavilə mövcud olmuşdur. xx xxxxxx 2018-ci il tarixli, 025220 saylı aktdan məlum olur ki, abonentin - şifahi tələbindən sonra sayğac yenisi ilə əvəz edilmişdir. Sayğac istehlakçının mülkiyyətində olan obyektdə yerləşmir və sayğaca iddiaçının özü tərəfindən hər hansı bir müdaxiləsi qeyri-mümkündür və sayğacın ploblarının qorunmasına və onun işlək vəziyyətdə saxlanmasına görə cavabdehlik daşımır. «Sayğacın və cərəyan transformatorlarının yoxlanması” barədə xx.xx.2020-ci il tarixli, 173534 saylı protokolda qeyd olunnanlara əsasən göstəricisi 293324,59 olmaqla, sayğac xüsusi cihaz vasitəsi ilə oxunur və istismara yararsızdır. Cavabdehin Yasamal RETSİ tərəfindən xx.xx.2020-ci il tarixində iddiaçıya etdiyi xəbərdarlığa əsasən onun həmin tarixədək 22102,65 manat məbləğində borcu vardır. Halbuki xx.xx.2018-xx.xx.2019-da ötən 10 ay müddətində ödənilən minimal məbləğ 162 manat, maksimal 681 manat təşkil etmiş, 08.20xx-xx.2020də keçən 3 ay müddətində isə xx.xx.2019-cu il tarixində 174.06 manat, xx.xx.2019-cu il tarixdə 183.96 manat, xx.xx.2019-cu il tarixdə 216 manat, xx.xx.2020-ci il tarixdə isə 223,92 manat istehlak haqqı ödənilmişdir. Belə çıxır ki, istelakçı tərəfindən bu qədər qısa müddət ərzində 22102,65 manat enerji istehlak edilməsi mümkün deyil, tələb edilən ödəniş məbləği həqiqətən də sayğacda yaranan texniki nasazlıq nəticəsində qeydə alınıb və real məbləğdən dəfələrlə artıqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunsuz və əsassızdır. Belə ki, işin fak1ki hallarına görə cavabdehin əməkdaşları tərəfindən tər"b edilmiş xx.xx.2020-ci il tarixli NDQ seriyalı 007077 saylı akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış obyektində (abunə kodu 04/57-328) elektrik enerjisinin uçotu və “X2"fadə Qaydaları”na riayət olunması vəziyyə" yoxlanılarkən məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü qeyd etmir, sayğacın ak"v led lampası impuls vurmur, göstəricisi və digər parametrləri oxunmur, dövlət və alt qapaq möhürlərinin stəkanlarının sim keçən hissələrində genişlənmə cızıq izləri vardır. xx.xx.2020-ci il tarixli 194134 saylı aktla sayğac yenisi ilə əvəz olunaraq laborator müayinəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixli 173534 saylı protokola əsasən sayğacın möhürlərinin pozulması və is"smara yararsız olması, xüsusi cihaz vasitəsilə göstəricisinin oxunaraq 293324 kvts olması barədə rəy verilmişdir. Akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən, sayğacın üzərində kompyüter bazasına daxil edilməmiş 245585 kvts enerji sərfiyyatını nəzərə alaraq, 293324 kvts (22.102,65manat) göstəricisinə əsasən aktagörə əlavə ödəniş sənədi təqdim edilməmişdir. Göründüyü kimi, yoxlama aktı ilə bağlı hər hansı yenidən hesablaşma aparılmamış və əlavə ödəniş sənədi verilməmiş, iddiaçıya hesablanan borcsayğacın xüsusi cihazvasitəsilə oxunan göstəricisinə əsaslanmışdır. 2) Məhkəmə borcun silinməsi qənaənə gələrkən mübahisəyə əsasız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezideninin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasıvə aparılması qaydası haqqında” Əsasnamənin müddəalarını tətbiq etmişdir. Halbuki, iddiaçı sahibkarlıq subyek" olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X3"fadə Qaydaları”nariayət olunmasıvəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrəmübahisəyə tətbiq edilə bilməzdi. Bundan başqa, nəzərə alınmalıdır ki, məhkəmənin mübahisəyə əsassız olaraq tətbiq etdiyi EEİQ-nin 8.33-cü bəndi məişət abonentləri tərəfindən pozuntu hallarınayol verildiyi zaman yenidən hesablaşma qaydasını tənzimləyir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyek"v və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarınavə tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırmamışdır Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 isə iddia ərizəsinə uyğun izahat verərək, iddiaçıya hesablanmış əlavə sərfiyyatın əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüü kimi, onun tərəfindən mübahisələndirilir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarınını pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, işdə olan sənədlərə, o cümlədən, xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının xidmət göstərdiyi ünvanda elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmış və iddiaçıya məxsus obyektin A330736302 saylı sayğaca baxış keçirilərək 007077 saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd olunur ki, sayğac sxemdən keçən yükü qeyd etmir. Sayğacın aktiv led lampası impuls vurmur, göstəricisi və digər paratetrləri oxumur. Sayğac çıxarılaraq yenisi ilə əvəz olunmuş və laboratoriyada müəyinə edilərək xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuşdur. Həmin protokolda isə qeyd olunmuşdur ki, sayğacın göstəricisi 293324,59 kvt olmaqla, sayğac xüsusi cihaz vasitəsi ilə oxunur və istismara yararsızdır. Daha sonra, cavabdehin akt komssiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən iddiaçıya - sayğac sxemdən keçən yükü qeyd etmədiyi, sayğacın dövlət və alt qapaq möhürlərinin stəkanlarının sim keçən hissəsində genişlənmə və ccızıq izləri olduğu, sayğacın üzərində komputer bazasına daxil edilməməsi və 245585 kvt/saat olduğu əsası ilə 22102,65 manat əlavə elektrik enerjisi sərfiyyatı hesablanmış və xəbərdarlıq məktubu ilə ödənilməsi tələb olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, birincisi mübahisəli sayğacın dövlət və alt qapaq plobmlarının tamlığının pozulduğu, yəni ona müdaxildə olunması barədə qəti rəy mövcud deyil. Möhürlərinin stəkanlarının sim keçən hissəsində genişlənmə və cızıq izlərin olması isə iddiaçının təqsiri üzündən əmələ gəlməsi və həmin izlərin sayğac sxeminin pozulmasına hansı təsirdən ibarət olması cavabdeh tərəfindən əsaslandırılmamışdır. Həm də qeyd olunmalıdır ki, sayğacın iddiaçının məsuliyyət balansında olduğu da müəyyən olunmur. Sayğac iddiaçının obyektindən kənarda, cavabdehin məsuliyyət balansında yerləşir və bui şin mübahisələndirilməyən halıdır. Belə olan halda, aktda qeyd olunan nöqsanların yaranmasında iddiaçının mülki məsuliyyəti istisna olunur. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinin tələbindən də məhz nəzərədə tutulur ki, şəxsin hüquqa zidd hərəkət və hərəktsizliyi, ziyan vurulmasında təqsiri sübuta yetirilməyincə, mücərrəd bir ziyanın əvəzinin ödənilməsi ondan tələb oluna bilməz. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə «X2tifadə Qaydaları»ına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri də pozulmuşdur. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «X2tifadə Qaydaları»nın qüvvədə olan 8.34-cü bəndinə əsasən: -enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQna riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin hallarından göründüyü kimi, cavabdeh qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş akt, protokol və icra vərəqi və xəbərdarlıq məktubu əsasında iddiaçıya 22102,65 manat məbləğində hesablanmış əlavə sərfiyyatın hüquqi qüvvəsi yoxdur, etibarsızdır. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin yoxlamanın Vahid məlumat reyestrində alınması üçün əsas olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vaziyyətinin yoxlanışının - birincisi, hüquqa zidd həyata keçirilməsi, ikincisi isə sayğacda aşkar edilən nöqsanların yaranmasında iddiaçının təqsirinin sübuta yetirilməməsi, bütün bunlar, onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunması və itki kimi iddiaçıya hesablanmış 22.102,65 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-883/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-883/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar