Məhkəmə qərarları › İş №2-2(103)-1088/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1088/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1088/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6076/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Gənclərin X2 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Xəzər“ Gənclərin X1 təbii qazdan istifadəyə görə yaranmış 86420,14 (səksən altı min dörd yüz iyirmi manat, on dörd qəpik) manat, Cavabdeh2 PHŞ-dən isə təbii qazdan istifadəyə görə yaranmış 23577,50 (iyirmi üç min beş yüz yetmiş yeddi manat, əlli qəpik) manat borcun və müştərək qaydada 400 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6076/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2017-ci il tarixli, 1308-05-17 saylı müqavilə əsasında **********00001 saylı qaz hesabı olan “Xəzər“ Gənclərin X2 məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz etdiyini, cavabdehin müqavilə öhdəliklərinə əməl etməməsini, nəticədə xx.xx.2022-ci il tarixə 86420,14 (səksən altı min dörd yüz iyirmi manat, on dörd qəpik) borcunun yarandığını, eyni zamanda xx.xx.2021-ci il tarixdə Cavabdeh2 PHŞ ilə AMX-3591/21 saylı müqavilə bağlandığını, cavabdehin istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etmədiyini və nəticədə xx.xx.2022-ci il tarixə 23577,50 (iyirmi üç min beş yüz yetmiş yeddi manat, əlli qəpik) borcunun yarandığını bildirmişdir. Göründüyü kimi iddiaçı iki müstəqil (hər birinin ayrıca VOEN-i olan), fərqli hüquqi şəxsə qarşı ayrı-ayrılıqda iddia qaldırmalı olduğu halda, iddia ərizəsində iki fərqli müstəqil hüquqi şəxsi cavabdeh kimi göstərmiş və onlara qarşı bir-biri ilə əlaqədar olmayan müstəqil tələblər irəli sürmüş və hər ikisidən fərqli borcların tutulmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsində göstərilən əsasların mövcud olması tam təsdiq olunmur. Belə ki, şikayətin dəlillərinə görə iddia ərizəsi iki müstəqil hüquqi şəxsə qarşı verilsə də, bir biri ilə əlaqəli tələb üzrə verilmişdir. Çünki hər iki müqavilənin icra yeri eynidir, istehlakçı hesabı eynidir və mübahisələndirilən borc məbləği eyni qeyri-yaşayış sahəsində istifadə edilən təbii qazın dəyərini təşkil edir. Mmübahisənin predmeti bir ünvanda istifadə edilmiş təbii qazın ümumi dəyərini məhkəmə qaydasında iki hüquqi şəxsə (istehlakçıya) münasibətdə təsdiq edərək məcburi qaydada tutulmasından ibarətdir. İş materiallarından isə müəyyən edilir ki, İddiaçı ilə “Xəzər“ Gənclərin X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1308-05-17 saylı müqavilədə və İddiaçı ilə Cavabdeh2 PHŞ arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-3591/21 saylı müqavilədə sayğacın markası və nömrəsi eynidir (G-1000, ********). Bu baxımdan kollegiya hesab edir ki, qeyd olunan hallar araşdırılmalı və bundan asılı olaraq hazırki işdə Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsində göstərilən əsasların olub-olmamasına qiymət verilməlidir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda əks olunan göstərişlər nəzərə alınmaqla iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6076/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar