Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-110/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İlham Bayram oğlun, X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Əliyev Rəşad Vaqif oğlunun, cavabdehin nümayəndəsi Hüseynova Rasimə Tofiq qızının iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin («İB») cavabdeh «xxxx» Açıq səhmdar Cəmiyyətinə («ASC») qarşı «borcun tutulması tələbinə dair» iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(81)-1098/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin («İB») cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə xx.xx.2019-cu il tarixinə qalmış 6.508,02 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaqq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.2019-cu il tarizxli ASM/48 saylı müqavilə əsasında cavabdehi təbii qazla təchiz edir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə lazımınca əməl etməmiş, nəticədə xx.xx.2019-cu il tarixə 6508,02 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə xx.xx.2019-cu il tarixli pretenziya məktubuna cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri ödənilməlidir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozuntusu ilə qəbul edilmiş və gəldiyi nəticə əsassız və işin hallarına uyğun deyildir. Belə ki, işin faktiki hallarına görə tərəflər arasında bağlanmış müqavilə üzrə xx.xx.2019-cu il tarixdə imzalanmış protokola əsasən iddiaçı tərəfindən cavabdehə məxsus 28 uçot nöqtəsinin, o cümlədən, Xəzər rayonu ərazisində yerləşən və ödəyicisi kodu 033026 olan 4 uçot (Buzovna, Öinə, Mərdəkan və Zirə qəsəbələri) nöqtəsinin təbii qazla təchiz edilməsi nəzərdə tutulmuşdur. İddiaçı 6508,02 manat borc tələbinin əsasında müqavilə dayanır. Mübahisə Mərdəkan üzrə istifadə olunan təbii qazın ödənilməsi ilə bağlıdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş abonent saldosu və 70, 72 və 117 saylı hesab-fakturalar təqdim olunmuşdur. 2019-cu ilin sentyabr ayına olan 70 saylı hesaö fakturada axırıncı ödənişin xx.xx.2019-cu il tarixdə edildiyi 110,51 manat və qalıq borcun 6508,02 manat olduğu göstərilmişdir. Abonent saldosunda sözügedən uçot nöqtəsi üzrə 2019-cu ilin yanvar-sentyabr aylarında istifadə olunmuş qaz sərfinin ümumi məbləğinin 5.394,80 manat olduğu və 2.976,60 manat ödəniş (apreldə 2846,20 və avqustda 130,40 manat) aparıldığı qeyd edilmişdir. Cavabdehin təqdim etdiyi ödəniş tapşırıqlarına əsasən (xx.xx.2019-cu il tarixli 3730 saylı, xx.xx.2019-cu il tarixli 4592 saylı və xx.xx.2019-cu il tarixli 5989 saylı) təqdim edilən hesab-fakturalar əsasında 033026 kodu üzrə cəmi 3580,68 (423,72, 3.016,62, 140,34) manat ödəniş həyata keçirilmişdir. Belə olan halda abonent saldosu üzrə mübahisəli uçot nöqtəsi üzrə 2019-cu ilin yanvar-sentyabr aylarında istifadə olunmuş qaz sərfinin ümumi məbləğindən (5.394,80 manat) həmin uçot nöqtəsi ümumi ödəniş məbləği olan 3.691,19 manatı çıxdıqda, 1703,71 manat qalıq borc təşkil edəcək. Bütün bunlara rəğmən məhkəmə hansı əsasla cavabdehdən 6508,02 manat məbləği iddiaçının xeyrinə tutması anlaşılan deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova şikayəti dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi R.Əliyev şikayətin dəlilləri ilə razılaşmamış, cavabdehin iddiaçıya 6508 manat məbləğində borcu olduğunda israrlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 1.724,28 manat məbləğin pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı üzrə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəllənin qeyd olunan normasını və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İddia tələbindən və cavabdeh tərəfin apellyasiyap şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, işin mübahisələndirilən halı yalnız cavabdehin Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən nöqtəsində istifadə olunan təbii qazın ödənilməsi ilə bağlıdır. Tərəflər arasında 2019-cu ilin fevral ayında bağlanmış təbii qazın alqı-satqısı barədə ASM/48 saylı müqavilənin 3-cü hissəsindən görünür ki, istehlak olunan istehlak olunan təbii qazın 1 kub metrinin qiyməti 0,20 manat müəyyən edilmiş və hesab qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edildikdən sonra bir ay müddətində ödənilməlidir. İşdə olan, həmin uçot nöqtəsinə dair «abonentin saldosu» şəxsi hesab vərəqindən görünür ki, 2019-cu ilin sentyabr ayına kimi həmin uçot nöqtəsi üzrə təbii qazdan istifadəyə görə 6508,02 manat məbləğində borc məbəlği qeydə alınmışdır. Qeyd olunan abonent saldosuna əsasən 2019-cu ildə Mübahisəli uçot nöqtəsi üzrə cavabdehin aşığıdakı borcu qeydə alınmışdır: yanvar ayının sonuna cəmi borcu - 5387,82 manat; fevral ayının sonuna cəmi borcu - 6588,82 manat; mart ayının sonuna cəmi borcu - 8234,02 manat; aprel ayının sonuna cəmi borcu - 6491,02 (8234,02 – (2846 manat məbləğində həmin ayda qeydə alınmış ödəniş); may ayının sonuna cəmi borcu - 6621,42 manat; iyun ayının sonuna cəmi borcu - 6621,42 manat; iyul ayının sonuna cəmi borcu - 6631,02 manat; avqust ayının sonuna cəmi borcu - 6503,82 manat; sentyabr ayının sonuna cəmi borcu-6508,02 manat təşkil etmişdir. İş materialları üzrə cavabdehin təqdim etdiyi həmin ilə dair ödəniş sənədlərinə əsasən mübahisəli uçot nöqtəsinə görə aşağıdakılar müəyyən olunur: xx.xx.2019-cu il tarixli, 3730 saylı ödəniş tapşırığına əsasən həmin ilin yanvar ayı üçün - 423,72 manat; xx.xx.2019-cu il tarixli, 4592 saylı ödəniş tapşırığına əsasən -3.016,62 manat; xx.xx.2019cu il tarixli, 5989 saylı ödəniş tapşırığına əsasən 140,34 manat . Cavabdehin istinad etdiyi 110,51 manat məbləğində ödənişə dair işdə sübut mövcud deyil, birinci instansiya məhkəməsinin belə bir ödəniş sənədi araşdırmanın predmetini təşkil etməmiş, hazırkı mərhələdə də belə ödəniş sənədi məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan ödəniş sənədləri ilə mübahisəli uçot nöqtəsinin abonentin saldosu üzrə 2019-cu il üzrə qarşılıqlı təhlil aparıldıqda müəyyən olunur ki, abonetin saldosunda 2019cu il ilin aprel ayında 2846 manat, həmin ilin avqust ayında 130,40 manat iki ödəniş qeydə alınmışdır. Halbuki, yuxarıda qeyd olunanlardan görüncdüyü kimi, cavabdeh tərəfin təqdim etdiyi ödənişlərdən görünüdüyü kimi, 2019-cu ili naprel ayında 3.016,62 manat ödəniş edilmiş, yanvar ayında 423,72 manat məbləğində edilən ödəniş üusiyyətlə nəzərə alınmamış, eyni zamanda, avqust ayı üzrə də 140,34 manat ödəniş qeydə alınmışdır. Beləliklə də, hər ay üzrə qeydə alınmış borc məbləğləri və ödənişlər qarşılıqlı təhlil olunduqda cavabdeh tərəfindən edilən 1724,28 manat ödənişinin abonentin saldosunda təsbit olunmadığı müəyyən edilir. Belə olan halda, cavabdehin iddiaçıya 2019-cu ilin sentyabr ayının sonuna olan cəmi borcu 6508,02 manat deyil, 4783,74 manat təşkil etmiş olur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən 1724,28 manat məbləğində pulun borc kimi ondan iddiaçının xeyrinə tutulması işin hallarına uyğun olmamış maddi və prosessual hüquq normalarına yuğun olmayan nəticəyə gəlmişdir. Belə olan halda, həmin hissədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1098/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunması, həmin hissədə iddia rədd olunması, qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 385, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1098/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi, qismən, istifadə olunmuş təbii qaza görə xx.xx.2019-cu il tarixinə yaranmış 1724,28 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə “Azəriqaz” İB-nin iddia tələbi rədd edilsin. Qətnamə cavabdeh «xxxx» ASC-dən iddiaçı «Azəriqaz» İB-nin xeyrinə istifadə olunmuş təbii qaza görə xx.xx.2019-cu il tarixinə tarixinə qalmış 4.783 (dörd min yeddi yüz səksən üç) manat 74 qəpik borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-110/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-110/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver