Məhkəmə qərarları › İş №2-2(103)-1100/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1100/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1100/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pulun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq" ASC-dən 190.693 manat məbləğində pulun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması və bundan sonra “Azərişıq" ASC-nin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay Korporasiyanın hesabından azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, qətnamə qəbul edildiyi tarixdən cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı “X3 Korporasiyası” ASC-yə elektrik enerjisindən istifadəyə görə haqqın hesablanması iddiaçı “X3 Korporasiyası” ASC-nin elektrik qurğuları vasitəsilə qidalandırılan "xxxx" ASC-nin abonentlərinin elektrik enerji sərfinin texnoloji itkiləri Korporasiyanın hesabından çıxılmaqla aparılması, çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı “X3 Korporasiyası” ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Həmin qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin etmiş və iddiamızın pul tələbi hissəsini əsassız varlanma halı üçün qanunla, nəzərdə tutulan, tələbetmə müddətini ötürməmiz baxımından təmin etməyərək, MM-nin 1091 və 1092-ci maddələrini səhv olaraq bu münasibətlərə tətbiq etmişdir. Belə ki, iddiaçı olaraq bizim tələblərimiz o cümlədən iddianın pul tələbinə əsassız varlanma tətbiq edilə bilməz. Çünki MM-nin 58-ci fəslində nəzərdə tutulan əsassız varlanma o tələblərə şamil edilir ki, o tələblərin yaranması üçün qanuni əsas və müqavilə əsasları mövcud olmasın. Hazırda iddiaçı ilə cavabdeh arasındakı münasibətlər 2010-cu ildə müqavilə münasibətlərinə əsaslanır. Bundan başqa, məhkəmə maddi hüquq norması olaraq "əsassız varlanma üzrə tələbetmə müddəti" ilə “iddia müddətini" eyni hüquqi məhfum kimi tətbiq və təfsir etmişdir ki, bu da həmin maddi hüquq normalarmm tələbinə və hüquqi mahiyyətinə ziddir. Bu hissədə hətta məhkəmənin əsaslandırması ilə nəticəsi də ziddiyyət təşkil edir.; Çünki məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə veriləndən 2 il əvvəlki dövr daxil olmaqla məhkəmə qətnaməsi çıxarılan dövr ərzində pul tələbi hissədə iddiaçının tələbetmə müddəti ötməyib, buna baxmayaraq 2019-cu ilin oktyabr ayından tarixi qeyd edir ki, ən azı müddətin hesablanmasında əsaslandırmasına zidd riyazi hesablama aparır. Belə ki, iddia 2020-ci ilin oktyabr aymda verilmiş, bu halda isə məhkəmənin əsaslanma formasını nəzərə alsaq, bu müddət 2019-cu ilin oktyabr ayı deyil, 2018-ci ilin oktyabr ayından hesablamalı idi. Bundan başqa, yuxarıda qeyd etdiyimiz kimi, iddianın pul tələbi hissəsi əsassız varlanma ilə deyil məhkəmənin də öz qətnaməsində müəyyən etdiyi alqı-satqı münasibətlərinə dayandığı üçün müqavilə münasibətlərini ehtiva edir. Buna görə də pul tələbimizə münasibətdə məhkəmənin müddəti qeyd edilən formada tətbiq etməsi əsassızdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin qismən ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilənin: 8-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 10-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Bu halda balans mənsubiyyət sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır). 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialına ünvanlanmış 06 avqust 2021-ci il tarixli, 6-xx/xx/3835 saylı məktubda göstərilmişdir ki, Xırdalan şəhəri ərazisində Korporasiyanın "xxxx" ASC-nin informasiya məlumat bazasında **********9 nömrəli kod altında qeydiyyatdadır və yaşayış binaların elektrik enerjisi ilə təmin edən xətlərin sərhəd nöqtəsində ********** nömrəli (əmsal 8000), ********** nömrəli (əmsal 8000), ********* nömrəli (əmsal 8000) və ********* nömrəli (əmsal 8000) elektrik sayğaclar quraşdırılmışdır. Korporasiyanın elektrik enerji sərf yuxarıda nömrələri qeyd edilən elektrik sayğaclarının göstərici əsasında hesablanan sərfiyyatdan, həmin yaşayış kompleksində "xxxx" ASC-nin abonenti olan 4200 mənzilin və 71 ədəd qeyri-əhali qrupuna aid olan abonentin aylıq istifadə etdikləri elektrik enerji sərfinin miqdarı çıxıldıqdan sonra qalan sərfiyyat Korporasiyaya aid edilir və ödənilməsi üçün müvafiq sənədlər təqdim edilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixdə Korporasiyanın hesabından 143391 kvt/saat (12.905,19 manat) azaldılmışdır və növbəti aylarda "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlamış istehlakçıların itkiləri Korporasiyaya aid edilməyəcəkdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 09 avqust 2021-ci il tarixli, AERA-21-1981/21 saylı məktubdan görünür ki, "xxxx" ilə hesablaşmalarda "xxxx" ASC tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələbləri pozulmuş, Korporasiyanın elektrik qurğuları vasitəsilə qidalandırılan və "xxxx" ASC ilə alqısatqı müqaviləsi bağlanmış istehlakçıların istifadə etdikləri elektrik enerjisinin itkiləri Korporasiyanın hesabından çıxarılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji-təchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilməlidir. Bu səbəbdən qüvvədə olan mövcud qaydaların tələblərinə uyğun "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlanmış istehlakçıların istifadə etdikləri elektrik enerjisinin texniki itkilərini Korporasiyanın hesabından çıxarılması üçün "xxxx" ASC-yə AERA-21-21-21-774/21 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. Lakin "xxxx" ASC-dən filiala daxil olmuş cavab məktubunda heç bir əsas olmadan yalnız qeyri-əhali qrupu abonentlərə aid texniki itkilərin 2021-ci ilin iyun ayından başlayaraq Korporasiyanın sərfiyyatından çıxılacağı bildirilmiş, əhali abonentlərinə ötürülən tranzit elektrik enerjisinə görə yaranan itkilərə isə münasibət bildirilməmişdir. Bununla əlaqədar EEİQ-nin 7.14-cü bəndində tranzit itkilərin hesablanması zamanı istehlakçı qrupları arasında fərq qoyulmadığını nəzərə alaraq, "xxxx" ASC-nin şəbəkəsinə Korporasiyanın şəbəkəsi vasitəsilə tranzit ötürülən elektrik enerjisi itkilərinin Korporasiyanın hesabından çıxarılması ilə bağlı məsələyə yenidən baxılması barədə "xxxx" ASC-yə AERA-21-21-21-917/21 nömrəli xx.xx.2021-ci il tarixli məktubla təkrar müraciət olunmuşdur. Təkrar müraciətlərinə cavab olaraq xx.xx.2021-ci il tarixində hesablarından 143391 kVts (dəyəri 12.905,19 manat) elektrik enerjisi sərfiyyatının çıxarıldığı və növbəti aylarda "xxxx" ASC ilə müqavilə bağlamış istehlakçıların itkilərinin Korporasiyaya aid edilməyəcəyi bildirilmiş, lakin yenidən hesablaşmanın hansı dövrü əhatə etməsi barədə məlumat verilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 01-492/21 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri abonent kodu **********9 olan "xxxx" ASC-nin 2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində elektrik enerjisindən istifadəyə görə 86.313,38 manat məbləğində borcu yaranmışdır. - Ekspertin və tərəfləri iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli tədqiqat obyektinə baxışın nəticələrinə dair aktda qeyd edilmişdir ki, "xxxx" ASC-yə məxsus Xırdalan şəhərində yerləşən yaşayış kompleksində quraşdırılmış 4 ədəd 10/0,4 kv-luq elektrik yarımstansiyalarına baxış zamanı müəyyən edilmişdir ki, hər yarımstansiyada 2 ədəd 2500 kV-lıq 2 dolaqlı güc transformatorlar quraşdırılmış və həmin y/s-lardan paylama şəbəkəsi vasitəsilə 35 binaya və qeyri-yaşayış sahələrinə (obyektlərə) elektrik enerjisi verilmişdir. Qeyd olunan y/st-lara elektrik enerjisi “Masazır” 110/35/10 kv-luq yarımstansiyadan verilir. Həmin y/s "xxxx" ASC-nin balansındadır. “Akkord” yaşayış kompleksinə aid yaşayış sahələrinə "xxxx" ASC-nin yarımstansiyalarından yeraltı elektrik kabellərlə işıq verilir. Yaşayış kompleksində 4 nasosxanası vardır. Tərəflərə elektrik enerjisinin sərfiyyatlarla əlaqədar "xxxx" ASC-yə məxsus yaşayış kompleksində olan yaşayış (əhali) və qeyri-yaşayış (əhali olmayan) obyektlərin (istehlakçıların) sayı, sayğacların tipi, mübahisə dövrünün hesablanmış sərfiyyatları, texniki şərtin, müqavilə və istismar-balans mənsubiyyəti barədə aktın ekspertizaya təqdim edilməsi təklif edilmişdir (bu barədə məhkəmə tərəfindən də tərəflərə məktub göndərilmişdir). - xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqinə əsasən 12.905,19 manat məbləğində borc Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin abonent hesabından silinmişdir. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqinə əsasən həmin tarixə "xxxx" ASCnin elektrik enerjisindən istifadəyə görə borcu 204.883,02 manat təşkil edir. - "xxxx" ASC tərəfindən təsdiq edilmiş “Abşeron rayonu, Xırdalan bələdiyyəsi ərazisində, Bakı-Sumqayıt yolunun sağ tərəfində inşa edilən “Abşeron Gənclər Şəhərciyi”nin tələb olunan gücünün azalması ilə əlaqədar "xxxx" ASC-nni xx.xx.2010-cu il tarixli texniki şərtinə yenidən baxılması barədə” texniki şərtin 6-cı bəndinə görə elektrik enerjisinin sərfiyyatını hesablamaq üçün sifarişçi təşkilatın hesabına 110-10 kv-luq “Masazır” YS-da şəhərciyin 10 kv-luq yuvalarında və şəhərciyin məhəllə daxili 10/0,4 kvluq TY-ların 0,4 kv tərəfində (elektron tipli) və yaşayış binalarının bütün mənzilllərində, infrastruktur obyektlərində müasir qabaqcadan ödənişli elektrik sayğacları (smart kart tipli) quraşdırılmalıdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş istifadə edilmiş elektrik enrjisinin hesbalaşmasına dair arayışlardan görünür ki, abunəçinin elektrik enerjisindən istifadəyə görə 2019-cu ilin oktyabrından 2021-ci ilin oktyabrınadək olan dövrdə "xxxx" ASC-yə 397674,85 manat məbləğində borc hesablanmış və həmin müddət ərzində "xxxx" ASC tərəfindən 348.654,7 manat məbləğində ödəniş edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. İşin birinci instansiya məhkəməsi müəyyən olunmuş halları ondan ibarətdir ki, Xırdalan şəhəri ərazisində yerləşən iddiaçı "xxxx" ASC ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC "xxxx" ASC-nin informasiya məlumat bazasında **********9 nömrəli kod altında qeydiyyatdadır. İddiaçının inşa etdiyi yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən xətlərin sərhəd nöqtəsində ********** nömrəli (əmsal 8000), ********** nömrəli (əmsal 8000), ********* nömrəli (əmsal 8000) və ********* nömrəli (əmsal 8000) elektrik sayğaclar quraşdırılmışdır. Korporasiyanın elektrik enerji sərfi yuxarıda nömrələri qeyd edilən elektrik sayğaclarının göstəriciləri əsasında hesablanan sərfiyyatdan, həmin yaşayış kompleksində "xxxx" ASC-nin abonenti olan mənzilin və 71 ədəd qeyri-əhali qrupuna aid olan abonentin aylıq istifadə etdikləri elektrik enerji sərfinin miqdarı çıxılmaqla hesablanır. xx.xx.2021-ci il tarixdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələblərinə əsasən elektrik şəbəkəyə qoşulmuş əhali və qeyri-əhali abonentlərinə aid olan hissəsi (həmin abonentlərin sərfiyyatların 3%-i miqdarında) Korporasiyanın hesabından 143.391 kvt (12.905,19 manat) çıxılmaqla həmin aylar üçün yenidən hesablaşma aparılmışdır. Hazırda "xxxx" ASC onunla elektrik enerjisindən istifadəyə görə hesablaşma aparılarkən balansında olan elektrik şəbəkədən qidalanan abonentlərə aid texnoloji itkilərin onun hesabından çıxılmalı olduğu halda həmin itkilərin çıxılmadığını, nəticədə ona elektrik enerjisindən istifadəyə görə artıq borc hesablandığını əsas göstərərək son altı il ərzində "xxxx" ASC-yə artıq ödədiyi pul qaytarılmasını, eləcə də bundan sonra “Azərişıq" ASC-nin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay Korporasiyanın hesabından azaldılmasını tələb edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini “elektrik enerjisindən istifadəyə görə hesablaşmanın Azərişıq" ASC-nin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay Korporasiyanın hesabından çıxılmaqla aparılması“ hissəsində əsaslı hesab etmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan faktiki halları, həmçinin tərəflərin izahatlarından "xxxx" ASC-yə məxsus baş sayğacların göstəricilərinə əsasən hesablanan elektrik enerji sərfiyyatından şəbəkəyə qoşulmuş "xxxx" ASC-nin abonentlərinə aid itkilərin çıxılmamasının işin mübahisəsiz halı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.4-ci bəndinə görə abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Həmin Qaydaların 7.14-cü bəndinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerjitəchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilməlidir. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi, qanunvericilik enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlərə, eləcə də istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlərə aid tranzit elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) əsas istehlakçıya aid edilməməsini birbaşa olaraq müəyyənləşdirmişdir. Həmçinin, işdə olan xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqinə əsasən 12.905,19 manat məbləğində borc Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin abonent hesabından silinmiş olması da öz növbəsində əhali və qeyri-əhali abonentlərinə aid itkilərin iddiaçıya hesablanan elektrik enerjisi sərfindən çıxılmalı olması barədə iddiaçının tələbinin əsaslılığını sübut edir. İddia tələbinin məhkəmə tərəfindən rədd edilən hissəsi isə cavabdeh “Azərişıq" ASC-dən 190.693 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması olmuşdur. İşdən aydın olduğu kimi, iddiaçı tələbi üzrə son 6 ilə yaxın müddət ərzində cavabdehə artıq ödədiyi pulların (190.693 manat) geri qaytarılmasını tələb edir. Eyni zamanda, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Məhkəmə tələbin iddia ərizəsi verildiyi tarixdən əvvəlki (2019-cu ilin oktyabr ayından əvvəlki) müddət üzrə olan borca münasibətdə haqlı olaraq AR Mülki Məcəlləsinin 1091, 1092, 1095-ci maddələrinə istina edərək iddia müddəti tətbiq etmiş və müddətin ötürülməsi əsası ilə tələbi rədd etmişdir. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçı apelyasiya şikayətində iddia ərizəsinin 2020ci ilin oktyabr ayında verildiyini, buna görə də müddətin 2019-cu ilin oktyabr ayı deyil, 2018-ci ilin oktyabr ayından nəzərə alınmalı olduğunu qeyd etmişdir. Buna münasibətdə kollegiya bildirir ki, iddiaçı "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinin üzərindəki ştampdan görünür ki, ərizə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuş, 1-2-2/113/-4924/2021 daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan iddiaçı ASC-yə təqdim edilmiş hesab-fakturalardan da görünür ki, balans sayğaclarının göstəricilərinə əsasən, hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentləri adları və sayğac göstəriciləri hər bir hesab-fakturada sadalanmışdır. Belə olan halda isə "xxxx" ASC transformator məntəqəsinə qoşulmuş abonentlərin sərfiyyatlarının elektrik enerjisi itkilərinin balans sayğac göstəricilərinə əsasən "xxxx" ASC-yə hesablanmış sərfiyyatdan çıxılmamasını, həmin abonentlərə aid itkilərinin "xxxx" ASC-yə hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi. İddia verildiyi tarixdən əvvəlki iki illik müddət - 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində cavabdeh "xxxx" ASC-yə artıq ödədiklərinin, yəni "xxxx" ASC-nin əsassız əldə etdiklərinin geri qaytarılması barədə iddia tələbi ilə bağlı isə işdən görünür ki, iddiaçı ASC-nin inşa etdiyi yaşayış kompleksində ümumi istifadədə olan yerlərdə quraşdırılmış (iddiaçının bilavasitə istifadə etdiyi) elektrik enerjisi qəbuledicilərinin sərfiyyatlarını ölçmək üçün elektrik enerjisi sayğacları quraşdırılmamışdır. Bu baxımdan iddiaçının ona artıq borc hesablandığını və artıq məbləğ ödəməsini iddia etdiyi müddət ərzində sonuncunun faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq ona aid edilməli olan texnoloji itkilərin miqdarının sayğac göstəricilərinə əsasən müəyyən edilməsi mümkün olmamışdır. AR MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi ilə razılaşan kollegiya həmçinin qeyd edir ki, tələb edilən müddət ərzində iddiaçının faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq ona aid edilməli olan texnoloji itkilərin miqdarının müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, lakin lazımi materiallar iddiaçı tərəfindən təqdim edilmədiyindən müəyyənləşdirmə aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi idda tələbini qeyd edilən hissədə rədd edərkən mövqeyində qeyd etmişdir ki, “...iddiaçının orta elektrik enerjisi sərfiyyatı müəyyən edilmədiyindən xətdə yaranan texnoloji ( o cümlədən transformator itkilərin) miqdarının da müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, həmin itkilərin iddiaçının mülahizəsinə görə hesabladığı 3,5%-dan az və ya çox olma ehtimalı da mövcuddur. Bundan əlavə iddiaçının iddia etdiyi kimi itkilərin abonentlərin sərfiyyatının 3,5% miqdarında olmasını qəbul etsək belə iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində "xxxx" ASC-yə 397.674,85 manat məbləğində borc hesablanmış və həmin müddət ərzində iddiaçı "xxxx" ASC tərəfindən 348.654,7 manat məbləğində ödəniş edilmişdir. Yəni həmin müddət ərzində cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun 49.020,15 manat hissəsi iddiaçı tərəfindən ödənilməmişdir.” Eyni zamanda, iddiaçının məhkəməyə təqdim etdiyi hesablamalardan da görünür ki, iddiaçının əsassız hesablanmasını iddia etdiyi və qaytarılmasını tələb etdiyi 190.693 manat məbləğinin 6584,79 manat hissəsi 2019-cu il oktyabr-dekabr aylarında, 28150,44 manat hissəsi 2020-ci ildə, 23660,98 manat hissəsi isə 2021-ci ilin 9 ayında, yəni cəmi 58.396,21 manat hissəsi 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddətdə hesablanmış borca aiddir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, əsassızlığı iddia edilən borc məbləğinin 12.905,19 manat hissəsi 2021-ci ilin iyul ayında cavabdeh tərəfindən silinmişdir. Beləliklə, iddiaçı ona 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddətdə hesablanmış borcun 45.491,02 manat (58.396,21 – 12.905,19) hissəsinin əsaslılığını mübahisələndirdiyi görünür. Odur ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının iddia etdiyi kimi ona 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində 45.491,02 manat məbləğində borcun əsassız hesablanması faktının müəyyən edilməsi ehtimal olunsa belə, iddiaçı həmin müddət ərzində cavabdeh tərəfindən ona hesablanmış borcun 49.020,15 manat hissəsini ödəmədiyindən sözügedən müddət ərzində iddiaçının cavabdehə artıq ödəmə etməsi, cavabdehin isə öz növbəsində əsassız varlanması işin halları ilə öz təsdiqi tapmır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Son olaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölünməsinə münasibətdə də düzgün nəticəyə gəlmişdir ki, “...mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.” Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirildiyindən və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-276/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar