Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1111/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” barədə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5086/2023 nömrəli qərardadından Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 9312,66 manat əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 105 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək e-2- 2(113)-5086/2023 nömrəli işin ərazi aiddiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5086/2023 nömrəli qərardadı ilə Azəriqaz” İstehsalat Birliyinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə işin ərazi aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 5086/2023 nömrəli qərardadının ləğv edilmsini və işin ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-dən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 9312,66 manat əsas borc məbləğinin və mediasiya sesiyası üçün ödənilmiş 105 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMCnin olduğu və fəaliyyət göstəridiyi ünvan Salyan rayonu, Qalaçala qəsəbəsi ünvanıdır. Buna görə də iddia cavabdehin olduğu yerə görə Şirvan Kommersiya Məhkəməsinə verilməli idi. e-2- 2(113)-5086/2023 nömrəli işin ərazi aiddiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi üçün vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsininin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5086/2023 nömrəli Qərardadı ilə işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təmin edilməmişdir. Cavabdeh MMC-nin daimi fəaliyyət göstərdiyi ünvan Salyan rayonu, Qalaçala qəsəbəsi ünvanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsində qeyd edilmişdir ki hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Normada hüquqi şəxsin ünvanı qeyd edilmişdir yəni hüquqi şəxsin hüquqi ünvanı qeyd edilməmişdir. Buna görə də Cavabdeh MMC-nin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer Salyan rayonu, Qalaçala qəsəbəsi olduğundan hüquqi şəxsin olduğu yer həmin ünvan sayılır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5086/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 5086/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iş üzrə Cavabdeh hüquqi ünvanı ünvan 6 Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə əsasən işə baxılması Bakı Kommersiya Məhkəməsinin səlahiyyətinə aiddir. Şikayət ərizəsinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, qanunda mübahisəyə cavabdeh hüquqi şəxsin fəaliyyət ünvanı üzrə deyil, məhz hüquqi ünvanının olduğu yer üzrə baxılması nəzərdə tutulduğundan vəsatəti təmin etməməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5086/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5086/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1111/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1111/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver