Məhkəmə qərarları › İş №2-2(103)-1141/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1141/2024

26.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1141/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Əliyevanın sədrliyi və məruzəsi ilə, X5 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7393/2024 saylı qərardadından ilkin Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Əhədpur X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlaklar iddiaçı "xxxx" ASC-nin mülkiyyətinə verilməsi, Cavabdeh1 MMC-nin təsis payları iddiaçı "xxxx" ASC-yə keçirilməsi, Cavabdeh1 MMC-nin canlı invertarı olaq 3 min ton balıq iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işin aidiyyatı üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7393/2024 nömrəli qərardadı ilə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş işin ərazi aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 MMC nümayəndəsi Məhkəmənin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7393/2024 nömrəli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi 3 hissədən ibarətdir; 1. Cavabdeh1 MMC-nin mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə verilməsi; 2. "xxxx" MMC-nin təsis paylarının iddiaçıya keçirilməsi; 3. "xxxx"MMC-nin canlı inventarı olan 3 min ton balığın iddiaçınınxeyrinə tutulması. İddiaçının qeyd olunan iddia tələbindən göründüyü kimi iddia tələbi yalnız Cavabdeh1 MMC-yə yönəlmiş və iş üzrə digər cavabdeh Əhədpur XangahMənuçehir Əli oğluna qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunan prosessual hüquq norması şəxsin işdə cavbdeh olması üçün ona qarşı tələbin irəli sürülməsini birbaşa müəyyən etmişdir. Hazırkı işdə isə X2 qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Həmçinin X4 "xxxx" MMC-nin təsisçisi belə olmadığından, iddia ərəzisində qoyulmuş 2-ci tələbin, yəni Cavabdeh1 MMC-nin təsis paylarının iddiaçıya keçirilməsi hissəsinin də ona qarşı yönəldiyi hesab edilə bilməz. Göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən birbaşa Cavabdeh1 MMC-yə yönəldiyi və digər cavabdeh X1 iş üzrə cavabdeh kimi göstərilməsinin formal olması müəyyən olunur. Qeyd olunanlara əsasən də hazırkı işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə dair məhkəməyə vəsatət verilmiş və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 35.2, 44.2.2 və 50.3-cü maddələrinin pozulmasına yol verərək vəsatətin təmin edilməməsinə dair əsassız və qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə mülki işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin təmin edilməməsinə dair qərardad qəbul edərkən, hazırkı şikayətin 5-ci bəndində göstərilən halları və əsasları nəzərə almamış, bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 35.2, 44.2.2 və 50.3cü maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7393/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili şikayətin rədd edilməsini xahiş etdi. Cavabdeh Əhədpur X14 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, "xxxx" ASC iddia tələbinin əsası kimi onunla “X20 Azerbaijan” MMC arasında bağlanmış tələbin güzəşti haqqında müqaviləyə əsasən “X20 Azerbaijan” MMC-yə məxsus tələb hüquqlarının "xxxx" ASC-yə ötürülməsinə istinad etmişdir. Göründüyü kimi hazırkı mübahisə üzrə iddia tələbləri əşya hüququndan irəli gəlmədiklərindən, mübahisənin ərazi aidiyyəti MPM-in 35-ci maddəsinin tələblərinə əsasən müəyyən edilməlidir. İş materiallarından isə görünür ki, iş üzrə cavabdehlərdən biri olan X6 ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, iddiaçı "xxxx" ASC MPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının seçim imkanından istifadə etməklə cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə məhkəmədə irəli sürməkdə haqlı olmuşdur. İddiada cavabdeh X3 qarşı konkret tələb irəli sürülməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək cavabdeh X17 qarşı irəli sürülmüş tələb dəqiqləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd etməkdə haqlı olmuşdur. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7393/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar