Məhkəmə qərarları › İş №2-2(103)-1164/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1164/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1164/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “Azərbaycan Beynəlxalq Əməliyyat” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı nümayəndəliyinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1577/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qərardadından iddiaçı və cavabdehin apellyasiyalarının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı nümayəndəliyinin adına qeydiyyata alınmış (1) ünvan 1 ünvannda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (2) ünvan 2 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (3) ünvan 3 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (4) ünvan 4 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (5) ünvan 5 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (6) ünvan 6 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (7) ünvan 7 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (8) ünvan 8 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (9) ünvan 9 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (10) ünvan 10 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (11) ünvan 11 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (12) ünvan 12 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (13) Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 10 Korpus E ev 1 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (14) ünvan 13 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (15) ünvan 14 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (16) ünvan 15 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (17) ünvan 16 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (18) ünvan 17 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (19) ünvan 18 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (20) ünvan 19 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (21) ünvan 20 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (22) ünvan 21 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (23) ünvan 22 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (24) ünvan 23 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (25) Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 10 Korpus D ev 1 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (26) ünvan 24 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (27) ünvan 25 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, ünvan 26 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (29) ünvan 27 ünvanda yerləşən çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan, (30) ünvan 28 ünvanda yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan 30 ədəd fərdi yaşayış evinin üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və qeyd edilən fərdi yaşayış evlərinin üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək, təsdiq olunmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli qərardadı ilə barışıq sazişinin təsdiq olunmasından imtina edilmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmiş, 13.07.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Qərardadla razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, ləğv edilməsini, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 13.09.2021-ci il tarixli qərardadı ilə şikayətlər işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 21.09.2021-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi, cavabdehin nümayəndəsi şikayətləri müdafiə etmişlər. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiyalar qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in: 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir; 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Göründüyü kimi, mülki prosessual qanunvericiliklə yalnız MPM-lə müəyyən edilən hallarda və qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət hüququ nəzərdə tutulmuşdur. MPM-lə isə barışıq sazişi təsdiq edilmədikdə məhkəmənin işə mahiyyəti üzrə baxılmasını davam etdirməsi müəyyən edilmiş, yəni bu qərardaddan şikayət nəzərdə tutulmamışdır, qərardad isə işin sonrakı hərəkətinə mane olmur. MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi KK-nın iş üzrə apellyasiyanın mümkün sayılması haqqında əvvəlki qərardadı ləğv edilməli, şikayətlər, belə bir şikayətin verilməsi MPM-lə nəzərdə tutulmadığı üçün, qeyri-mümkün sayılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 366, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hazırkı iş üzrə apellyasiyaların mümkün sayılması haqqında 21 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1577/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qərardadından iddiaçı “Azərbaycan Beynəlxalq Əməliyyat” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı nümayəndəliyinin apellyasiyaları qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar