Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1179/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4666/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə istehlak edilmiş təbii qaza görə 2023-cü ilin mart ayı üçün qanunsuz olaraq hesablanmış 3.007,62 manatlıq təbii qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4666/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00011 saylı abunə kodu üzrə hesablanmış 3.007 (üç min yeddi) manat, 62 (altmış iki) qəpik məbləğində borcun silinməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4666/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, İddiaçı MMC Cavabdeh Ağsu X7 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin abonenti olmaqla **********00011 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə şərtlərinə əsasən sayğaca baxış zamanı sayğacın işləmədiyi müəyyən edilmişdir. “Qazdan istifadə qaydaları”na görə bu qəbildən olan abonentlər sayğacın işlək vəziyyətdə saxlanılmasına görə özləri məsuliyyət daşıyırlar. Qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir və xx.xx.2022-ci li tarixli 29/1640-00617 nömrəli akta əsasən çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının - Xidmətin nümayəndəsinin nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və sayğac göstəricilərinin xətasının normadan artıq olduğu və minimal sərfiyyatda hesabat aparmadığı barədə rəy verilmişdir. Bu səbəbdən uçota alınmayan qaz həcmi müəyyənləşdirilmişdir. Eyni zamanda, dövlət yoxlanılması zamanı normadan artıq xətaya yol verilməsi halları aşkar olunarsa, bu zaman sayğac üzrə uçota alınmayan qaz həcminin qaz paylayıcısı tərəfindən hesablanması “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. Beləliklə, Qaydaların 2 nömrəli əlavəsi olan “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətası Xidmətin müəyyən etdiyi normalardan artıq olduğu hallarda, faktiki istifadə edilmiş qazın həcmi yenidən hesablanır. Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə istifadə edilmiş qazın dəyərinin silinməsini qət etmişdir. Bu da iddiaçının qanuni olaraq istifadə etdiyi qaza görə hesablanmış borcun silinməsinə zəmin yaradır. Təqdim edilmiş saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qətnamə çıxarmışdır. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı tərəfdən hesabında yaranmış borcun qanunsuz hesablanması halını təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq borcun silinməsinə dair iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyi qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
9. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
10. Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
11. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
12. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
15. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında AMX-1119/19 saylı, 03 may 2019-cu tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
16. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini paylayıcı istehlakçıdan tələb edə bilməz.
17. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, 2023-cü ilin mart ayı üçün iddiaçıya 3.007,62 manat borc hesablanmışdır.
18. Ancaq bu barədə Cavabdeh İB tərəfindən hər hansı bir ayrıca akt tərtib edilməmişdir. Sadəcə olaraq Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14-2- 2- 12/2-405/2023 saylı məktubda İddiaçı MMC-yə məxsus G-250 RVG EK 230 markalı 75106559 nömrəli sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 13671m³ uçota alınmayan qazın həcmi müəyyən edildiyi bildirilmişdir.
19. Cavabdeh nümayəndəsi X5 elektron məhkəmə sisteminə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qaz sayğacının çıxarılaraq dövlət yoxlamasına göndərildiyini və xx.xx.2022-ci il tarixli 29/1640-00617 nömrəli akta əsasən çıxarılan qaz sayğacının “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının - Xidmətin nümayəndəsinin nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirildiyi və sayğac göstəricilərinin xətasının normadan artıq olduğu və minimal sərfiyyatda hesabat aparmadığı barədə rəy verildiyini bildirmişdir.
20. Qeyd edilənləri nəzərə alan məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf etirazın əsası kimi istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutu ümumiyyətlə təqdim etməmişdir. Bundan başqa da, uçota alınmayan qazın həcminin müəyyən edilməsinin nə ilə bağlı olması, iddiaçı tərəfindən hansı pozuntunun edilməsi və yaxud bu kimi heç bir hal, cavabdeh tərəfindən əsaslandırıla bilməmiş və ancaq Məhkəməyə iddiaya etiraz təqdim edilməklə kifayətlənmişdir.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 2023-cü ilin mart ayı üçün əlavə sərfiyyatın hansı əsasla hesablanması barədə ümumiyyətlə hər hansı bir sənəd təqdim edilmədiyindən iddia əsaslıdır və hesablanmış 3.007,32 manat məbləğində borc silinməlidir.
22. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə həmin məbləği qanuni olaraq iddiaçının hesabından silmişdir. Belə ki, yuxarıda borc məbləği hesablamış məktubda heç bir akta əsaslanmamışdır. Cavabdeh tərəfə məhkəmə tərəfindən təklif olunsa da, aktlar üzrə hesablamaların qaydası, hüquqi əsaslarına dair qane edici izahlar verilməmiş, sübutlar məhkəməyə təqdim edilməmişdir.
23. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”n 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
24. Həmin qaydaların 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5- 2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
25. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
26. Göründüyü kimi qaz paylayıcısı olan cavabdeh tərtib etdiyi aktların əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxiləyə istinad etməmiş, sayğacın nasazlığında iddiaçını təqsirli bilməmişdir. Belə vəziyyətdə əlavə borc məbləğinin hesablanması əsası və qaydası (faktiki və hüquqi əsaslar) ətraflı şəkildə aktlarda qeyd edilməli idi. Cavabdeh iddiaya etirazda və şikayətdə aktların əsaslılığına dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh ümumiyyətlə akt və ya ona bərabər sənəd təqdim etməmişdir.
27. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4666/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.