Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-14/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə və iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4516/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
2. Cavabdeh tərəfindən iddiaçıya 170.420,59 manat məbləğində borc hesablanmışdır. Həmin borc 2016-cı ilədək olan dövr ərzində yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı “Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə onun 1998-2004-cü illər ərzində cavabdehə 170.420,59 manat ödənilməmiş borcunun öhdəlik müddətinin keçməsi səbəbindən qüvvəsini itirdiyinə görə həmin borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC tərəfindən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyasına müraciət edilərək, xx.xx.2021-ci il tarixə istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 170.420,59 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcun yaranması və 7 iş günü ərzində adı çəkilən borcun ödənilməyəcəyi halda göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin çəkilməsinə çəkilmiş xərclərin kinostudiyadan məhkəmə qaydasında tutulmasını təmin edəcəkləri barədə xəbərdarlıq edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilə üzrə maliyyə imkansızlığı nəticəsində C.Cabbarlı adına "xxxx" Kinostudiyasının istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 1998-2004-cü illər ərzində Cavabdeh ASCyə 170.420,59 manat ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən 170.420,59 manat borc məbləğinin 1998-2004-cü illəri əhatə etdiyinə dair məlumatlar Yasamal rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya verilmiş arayışda öz əksini tapmışdır. 2005-ci ildən bəri Kinostudiya tərəfindən bir dəfə də olsun istifadə etdikləri su və kanalizasiya xidmətləri ilə bağlı problem yaranmamış və ödənişlər vaxtlı-vaxtında köçürülmüşdür.
5. Cavabdeh iddiaya etiraz edir və onun rədd edilməsini xahiş edir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4516/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilmiş sübutlara, iddiaçı tərəfindən borcun etiraf edilməsini göstərən cari xidmət haqqlarından əlavə artıq ödəmələrə, həmçinin tərəflər arasında təsdiq edilmiş üzləşmə aktlarına düzgün hüquqi qiymət verməmiş və nəticə də iddiaçının heç bir sübutu olmayan mülahizələrinə əsaslanaraq iddianı təmin etməklə əsassız qətnamə çıxarmış, Mülki Məcəllənin 553.1.1-ci maddəsini tətbiq etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, 2010-cu ilədək isə mühasibat uçotu ölkəmizdə təsərrüfat subyektləri, o cümlədən cavabdehlə iddiaçı tərəfindən “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun şəkildə ciddi hesabat sənədləri olan və iddiaçıya təqdim edilən vergi hesab-fakturası və tərəfindən ödənişi təsdiq edən ödəniş tapşırığı əsasında aparılırdı. Vergi orqanlarında mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron vergi-hesab fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın tətbiq edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 1156 nömrəli Qərarına uyğun olaraq, 01 yanvar 2010-cu ildən etibarən indiyədək onlayn kargüzarlıq sistemi tətbiq edilməyə başlanmışdır. Həmin tarixədək 2 nüsxədən ibarət olaraq yazılı kağız qaimə tərtib edilərək Kinostudaya təqdim edilirdi, daha sonra isə onun kəsilən kötüyü Kinostudiyanın direktorunun imzası ilə cavabdehə qaytarılırdı. Hər bir hesab-fakturada göstərilmiş xidmətin ilk və son göstəriciləri mütləq şəkildə qeyd olunurdu. Lakin mühasibat sənədlərinin 5 il müddətində saxlanılması qaydalarına uyğun olaraq, Kinostudiyada 2000-2015-ci illərlə bağlı kağız formasında olan kağız qaimələr və ödəniş tapşiriqları saxlanılmamışdır. Bu səbəbdən də, həmin sənədləri məhkəməyə təqdim etmək mümkün deyildir. Apellyasiya şikayətində cavabdeh tərəf 2009-cu il ərizndə göstərilmiş 13095 manat xidmətin qarşısında 31635,76 manat xidmət haqqının ödənildiyini iddia edir. Abonent məlumat vərəqəsində 2014-cü ilin dekabr ayı üzrə sudan istifadəyə görə 210,00 manat, kanalizasiya xidmətlərinə görə isə 63,00 manat hesablanmış və bu məbləğə əlavə olaraq qarşısında heç bir açıqlaması olmayan 16577,15 manat əlavə edilmişdir. Qeyd olunan 16577,15 manat məbləğin haradan yarandığı məlum deyil və bununla da, cavabdeh Kinostudiyanın borcunun qəsdən aylar və illər üzrə pərakəndə paylanaraq guya borcunu ödədiyinə dair təsəvvür yaratmağa çalışmışdır. Eyni zamanda, cavabdeh tərəfindən ciddi hesabat sənədləri olan və Cavabdeh ASC ilə Kinostudiya arasındakı qarşılıqlı hesablaşmaları özündə tam dəqiqliyi ilə əks etdirən yazılı qaimələr və hesab-fakturalar əvəzinə aylar və illər üzrə rəqəmlərin sürüşdürüldüyü, bəzən qəsdən təhrif edildiyi və heç bir hüquqi qüvvəsi olmayan “abonent məlumat vərəqəsi”ni məhkəməyə təqdim edilmişdir. Halbuki, Kinostudiya tərəfindən edilmiş artıq ödəmələrin əsaslı sübutu kimi kağız formasında qaimələr və ödəniş tapşiriqlarının olmadığı halda məhkəməyə həmin illər üzrə vergi orqanlarına cavabdeh tərəfindən verilmiş hesabatlar va kağız formasında olan vergi hesab-fakturalar təqdim edilməli idi, belə ki, həmin hesabatlarda onların borcu olduğu halda onlar debitor borc kimi göstərilməlidir. Yuxarıda sözügedən hesabatlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi səbəbindən, cavabdeh tərəfindən tərtib edilmiş və onun maraqlarına cavab verən “abonent məlumat vərəqəsi” sübut kimi qəbul edilə bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndələri Nümayəndə və X6 isə apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
12. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
13. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
14. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
17. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən onun iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
18. İşin halları da ondan ibarətdir ki, iddiaçının silinməsini tələb etdiyi 170.420,59 manat məbləğində borc 2016-cı ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur.
19. Lakin kollegiya hesab edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur.
20. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
21. Göründüyü kimi Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələrində göstərilən müddətlər öhdəliyin xitamına səbəb olan müddət deyil, iddia müddətidir.
22. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. Lakin hazırki işdə “Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası” MMC ona qarşı heç bir tələb irəli sürülmədən iddia müddətinin keçməsinə istinad edərək, öhdəliyinə xitam verilməsini xahiş etmişdir.
24. Halbuki, iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi, yalnız kreditor, yəni hazırki halda Cavabdeh ASC tərəfindən müvafiq olaraq borcun tutulması barədə “Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası” MMC-yə qarşı iddia qaldırıldığı halda sonuncunun həmin iddiaya etiraz kimi iddia müddətinin tətbiqi barədə ərizə verəcəyi halda məhkəmə tərəfindən müzakirə oluna və həmin məsələyə hüquqi qiymət verilə bilər.
25. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq “Cəfər Cabbarlı adına "xxxx" Kinostudiyası” MMC-nin ona qarşı heç bir tələb olmadığı halda öz təşəbbüsü ilə iddia müddətinin keçməsinə istinad edərək, hazırki iddianı qaldırması yolverilməzdir.
26. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri sübutlar, o cümlədən iş üzrə verilmiş ekspert rəyləri araşdırılmadan rədd edilməlidir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4516/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti iddiaçı Cəfər Cabbarlı adına "xxxx" X1 Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn