Məhkəmə qərarları › İş №2-2(103)-186/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-186/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-186/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İB-nin Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilk və Cavabdeh İddiaçı İB-nə qarşı borcun silinməsi tələbi ilə bağlı qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(113)- 618/2021 nömrəli qətnaməsindən (hakim Emin Əliyev) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 30848,50 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdeh İddiaçı İB tərəfindən 30848,50 manat məbləğində borcun silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-2(113)-618/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdehndən təbii qazdan istifadəyə görə 21.07.2020-ci il tarixə yaranmış 27109,30 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 26,36 manat cəmi 27135,66 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı İB-nə ödənilməsi, abonent kodu **********00030 olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə hesablanmış 3739,20 manat məbləğində borcun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-yi tərəfindən silinməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı İB apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, e-2-2(113)-618/2021 saylı qətnaməsini ilkin iddianın rədd edildiyi, qarşılıqlı iddianın isə təmin edildiyi hissədə ləğv edib, ilkin iddia üzrə İddiaçı İB-nin iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilərək Birliyin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya məhkəməsinin 12.10.2021-ci il tarixli, e-2-2(113)-618/2021 saylı qətnaməsini qarşılııqlı iddianın rədd edilməsi, ilkin iddianın isə təmin edilməsi hissəsində ləğv edib, cəmiyyət tərəfindən verilmiş qarşılıqlı iddianı tam təmin olunmasını, ilkin iddia üzrə tələbin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası NK-nin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 2019-cu ilin iyun ayında istehlakçıCavabdeh M M C -ni nistismarında olan ELSTER G-400 tipli, 80106339 nömrəli qaz sayğacı sərf edilən qaz həcmini qeyd etmədiyi üçün çıxarılaraq yoxlamaya göndərilmişdir. 30.01.2020-ci il tarixdə sözügedən qaz sayğacı təmir olunaraq təkrar yerinə quraşdırılmışdır. Göründüyü kimi qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin məhkəmə bu normaya ötəri yanaşaraq nəzərə almamışdır. İş materiallarına nəzər saldıqda işin mübahisəsiz halı kimi qaz sayğacının olmadığı müddət ərzində təbii qazdan istifadə olunduğunu qeyd etmək olar. Qətnamədə qeyd edilir ki, İddiaçı İB mübahisələndirilən dövr ərzində borcun hesablama qaydasına dair heç bir sübut təqdim etməmişdir. Bununla bağlı qeyd olunur ki, borcun hesablanmasına dair əsas olmuş aktlar məhkəməyə təqdim edilmiş və həmin aktlara əsasən borcun otən ilin müvafiq dövrünə uyğun hesablandığını görmək olar. İş materiallarına əlavə edilmiş abonent saldosundan da göründüyü kimi, məhkəmənin 2019-cu ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək sayğac olmayan dövr üçün hesablanmış 11757,80 manatdan, 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək sayğac sərfiyyatına əsasən hesablanmış 8018,60 manat çıxılmaqla qalan və artıq hesablanmış 3739,20 manat məbləğində borc 21.07.2020-ci il tarixə yaranmış 30848,50 manat məbləğində olan borcdan silinməsi qənaətinə gəlməsi səhvdir. Belə ki, ən azı 2018-ci ilin yanvar ayı ilə (3565,60 manat) 2020-ci ilin yanvar ayı ərzində (2579,20 manat) sərf edilən qazın dəyərini müqayisə etdikdə görmək olar ki, 2018-ci ilin yanvar ayında (3565,60-2579,20) 986,40 manat məbləğində çox təbii qazdan istifadə edilmişdir. Belə olan halda demək olar kı məhkəmə 2020-ci ilin yanvar ayı üçün müəyyən olunmuş qazın dəyərini artıraraq 3565,60 manat kimi qəbul etməli idi. Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 06.01.2017-ci il tarixli, 2831-09-17 saylı müqavilə əsasında cavabdehi təbii qazla təchiz etdiyini və cavabdeh tərəfindən isdifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəmədiyini səbəbdən müvafiq müqavilə öhdəliklərinə əməl etməmiş və nəticədə 30848,50 manat borc yarandığını qeyd etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi İddiaçı cəmiyyətə məxsus qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar sayğacı açıb aparmış və bununla əlaqədar 20.06.2019-cu il tarixli, ******* saylı akt tərtib etmişdir. Qeyd olunan aktda cəmiyyətə məxsus qaz sayğacının çıxarılmasına səbəb kimi növbədən kənar yoxlama və sayğacın işləməməsi göstərilmişdir. Bildirmək lazımdır ki, müvafiq sayğac çıxarılarkən sayğacın üzərində olan plomblar yerində olmuşdur. Qaz sayğacının quraşdırılması və və istismara qəbulu barədə 30.01.2020-ci il tarixli, ******* saylı Aktı ilə müvafiq sayğac cəmiyyətə qaytarılmışdır. Müvafiq aktdan göründüyü kimi cəmiyyətə məxsus sayğac 29.01.20-ci il tarixli, 29/1640-01437 saylı arayışa əsasən qeydiyyatdan keçmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı cəmiyyətə məxsus qaz sayğacını işləmədiyi səbəbdən 20.06.2019-cu il tarixdə açıb aparmış və onu 7 ay 10 gün sonra düzəldərək yerinə qaytarmışdır. Cəmiyyətə məxsus abonentin saldosundan göründüyü kimi 2019-cu ilin iyul ayından həmin ilin dekabr ayının sonuna kimi qaz sayğacının göstəriciləri qeyd olunmamışdır. Həmin göstəricilər 01.01.2020-ci tarixdən göstərilmişdir. Halbuki, qaz sayğacının quraşdırılması və və istismara qəbulu barədə müvafiq akt ilə sayğac cəmiyyətə 30.01.2020-ci il tarixdə qaytarılmışdır. Buna baxmayaraq, Cəmiyyətə məxsus abonentin saldosunda 2020-ci ilin yanvar ayı üçün qaz sayğacının göstəriciləri qeyd olunmuş və sayğacın bu göstəricilərinə görə ödəniş tələb edilmişdir. Bununla əlaqədar bildirmək zəruridir ki, İddiaçı cəmiyyətə məxsus qaz sayğacını apardığı gündən, onu istismara qaytardığı günədək cəmiyyət tərəfindən istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaları hansı qaydaya əsasən apardığı müəyyən edilmir. Cəmiyyətə məxsus abonentin saldosundan göründüyü kimi 2019-cu ilin iyul ayından oktyabr ayının axırınadək olan müddətdə istifadə olunan qaza görə qazın dəyəri stabil olmuşdur. İstifadə olunan qaza görə qazın dəyəri həmin ilin noyabr və dekabr aylarında dəfələrlə artıq qeyd olunmuşdur. Belə ki, 2019-cu ilin oktyabr ayında cəmiyyətin qaza görə borcu 15994,50 manat olduğu halda, noyabr ayında həmin borc 17838,50 və dekabr ayında isə 24033,30 manat olduğu qeyd olunmuşdur. Bununla yanaşı bildirmək zəruridir ki, məhkəmə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 tablolarının (elektron və mexaniki) göstəriciləri arasında böyük fərqin mövcud olmasının (təxminən 2 dəfə) həmin qaz sayğacına münasibətdə sayğacın qüsurlu olub-olmadığını müəyyən etmək və hansı əsasla istifadə olunan qaza görə ödənişlərin həmin sayğacın elektron göstəricisinə əsasən aparıldığı müəyyən etmək üçün müraciət etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyin Bakı filialın məktubunda qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında təzyiqdən asılı olaraq (standar şərait, yəni T=20 dərəcə “C” temperatur və P=101,325 kPa təzyiq şəraitində) daha böyük fərqin mövcud olması sayğacın qüsurla işləməsinə səbəb olmadığını qeyd etmişdir. Göründüyü kimi qaz sayğacının mexaniki və elektron göstəriciləri arasında olan fərq “standart şərait” olduğu təqdirdə mübahisələndirilmir. Belə bir şəraitin (standart) olması isə mümkünsüzdür və bu iş üzrə cəmiyyətə məxsus olan qaz sayğacının “standart şərait”də işləməsini təsdiq edən heç bir sübut yoxdur. Bununla yanaşı Agetlik müvafiq məktubunda qazın dəyəri üzrə hesablaşmaların sayğacın elektron göstəricisinə əsasən aparıldlğını bildirmiş, amma bunu hansı normativ hüquqi sənədə əsasən olduğunu qeyd etməmişdir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə mübahisənin düzgün həlli üçün bizim əhəmiyyətli hesab etdiyimiz faktiki halları nəzərə almamış və ümumilikdə mübahisə ilə əlaqədar məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na əsasən qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Lakin sayğacın 1 ay deyil, 7 ay təmirdə olması həmin qaydada qazın dəyərinin hesablanmasını istisna edir. Odur ki, məhkəmə qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin hesablanmasının qaydalara uyğun aparıla bilmədiyindən mübahisə olunan dövrün qaz sərfiyyatının hesabatı bir il əvvəlki anoloji dövrə uyğun aparılmalı olduğunu hesab etmişdir. Bu müddəa “Qazdan İstifadə qaydaları” nın 4.9-cu bəndinə ziddir. İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfin verdiyi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfin verdiyi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(113)-618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında 2851-09-17 nömrəli 06.01.2017-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, satılan təbii qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh qaz sayğacı sərf edilən qaz həcmini qeyd etməməsi əsası ilə 2019-cu ilin iyun ayından çıxarılaraq yoxlamaya göndərilmiş, həmin tarixdən 2020-ci ilin yanvar ayınadək MMC təbii qazdan sayğacsız istifadə etmişdir. Abonent saldosundan görünür ki, həmin dövr üçün MMC-yə İddiaçı tərəfindən aktlar əsasında 11757,80 (69,20+114+222,20+734,40+1844+6194,80+2579,20) manat sərfiyyat hesablanmışdır. İddiaçı MMC-nin qaz sayğacının olmadığı dövrdə sərfiyyatın hansı qaydada hesablanması barədə məhkəməyə izahat və ya sənəd təqdim etməmişdir. Apellyasiya şikayətində bu barədə aktların məhkəməyə təqdim edildiyi qeyd edilsə də, qeyd edilən aktlar nə kağız daşıyıcıda, nə də elektron qaydada məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı İB-nin hazırda iddiaçıdan tələb etdiyi 30848,50 manat borc 01.06.2020-ci il tarixədək yaranmışdır və həmin borcun bir hissəsi İddiaçı tərəfindən sayğac olmadığı dövrdə aktlar əsasında hesablanmış 11757,80 manat borcdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9- cu bəndində nəzərdə tutulmuş hallarda (4.9-ci bənddə nəzərdə tutulmuş hallar-istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması ) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Hazırkı halda abonent saldosuna əsasən MMC-nin 2019-cu ilin may ayında aylıq sərfiyyatı 14,80 manat olmuşdur. Abonent saldosundan eyni zamanda görünür ki, 2019-cu ilin fevral ayından MMC-nin qaz sayğacının mexaniki göstəricisi dəyişdiyi halda elektron göstəricisi dəyişilməz (370926) qalmışdır. Qaz sayğacında yaranmış nöqsana görə istehlakçının təqsirli olmadığı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının birinci instansiya məhkəməsinin sorğusuna 30 iyun 2021-ci ili tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında qüvvədə olan QOST 2939- 63 standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə T=20C0 temperatur və P=101,325 kPa təzyiq olmaqla hesablanmalıdır. Bunun üçün qaz sayğacları elektron korrektorla təchiz edilir və qazın dəyəri üzrə hesablaşmalar sayğacın elektron göstəricisinə aparılır. Bu cavaba əsasən müəyyən olunur ki, elektron korrektorun düzgün işləməməsi sayğacın qaz sərfiyyatını düzgün qeydə almamasına səbəb olur. Belə olan təqdirdə Cavabdeh qaz sayğacı 2019-cu ilin fevral ayından düzgün işləmədiyindən sayğacın olmadığı dövr üçün qaz sərfiyyatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbinə uyğun olaraq 2019-cu ilin may ayındakı sərfiyyat əsas götürülməklə hesablanması düzgün olmazdı. Lakin “Qazdan istifadə Qaydaları”nda sayğac çıxarıldığı gündən əvvəlki aylarda sayğacın qüsurla işlədiyi dövrdə sərfiyyatın hansı qaydada hesablanmalı olduğu nəzərdə tutulmamışdır. Yəni bu vəziyyət qanunla tənzimlənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndindən irəli gələn prinsip ondan ibarətdir ki, düzgün işləməyən qaz sayğacının olmadığı dövr üçün istehlak edilən qazın dəyəri qaz sayğacının işlək vəziyyətdə olduğu dövrün sərfiyyatına uyğun olaraq ödənilməlidir. Qaz sərfiyyatının ilin müxtəlif mövsümlərində qaza olan tələbatdan asılı olaraq fərqli olduğunu nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, MMC-nin əvvəlki ildə həmin aylar ərzində istifadə etdiyi qazın həcmi müəyyən edilməli, 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək sayğac göstəriciləri əsasında qeydə alınmış sərfiyyatı 8018,60 (0,40+1844+4303,80+1870,40) manat olduğundan 2019-cu ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək sayğac olmayan dövr üçün hesablanmış 11757,80 manatdan həmin məbləğ çıxılmaqla əlavə hesablanmış 3739,20 manat məbləğində borcun silinməsi cavabdehə həvalə edilməlidir. Cavabdeh mübahisələndirdiyi qalan borc məbləği qazdan istifadəyə görə MMC-yə sayğac göstəriciləri əsasında hesablanmış borc olduğundan və həmin borcun silinməsi üçün qanuni əsaslar olmadığından iddia düzgün olaraq qalan hissədə təmin edilməmişdir. Cavabdeh digər bir dəlili bundan ibarətdir ki, 2020-ci ilin yanvar ayında MMC-nin qaz sayğacı olmadığından (sayğac 30.01.2020-ci il tarixdə quraşdırıldığından) həmin ay üçün sayğac göstəriciləri qeyd edilmiş və buna əsasən ödəniş tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MMC-nin bu mülahizəsi işin həqiqi hallarına uyğun deyil. Belə abonent saldosundan görünür ki, 2020-ci ilin yanvar ayı üçün ödənilməli olan məbləğ 2579,20 manat Sərfin məbləği” qrafasında deyil, “Qalıq və aktlar” qrafasında qeyd edilmişdir. Bu da onu təsdiq edir ki, bu ay üçün ödəniş İddiaçı İB tərəfindən akt əsasında hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə düzgün həll edildiyindən, işə baxılarkən maddi və prosessual pozuntulara yol verilmədiyindən apellyasiya şikayətləri əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(113)-618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli e-2-2(113)-618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar