Məhkəmə qərarları › İş №2-2(103)-187/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-187/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-187/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-822/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 təbii qazdan istifadəyə görə yaranmış 8113,10 (səkkiz min yüz on üç manat, on qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN**********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-822/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X3 təbii qazdan istifadəyə görə yaranmış 8113,10 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı, KOD 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X8 apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-822/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində yerləşən ona məxsus obyektdə İddiaçı nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə onun xəbəri olmadan yoxlama aparılmışdır. Yoxlama nəticəsində xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən ona 6.609,60 manat cərimə hesablanmışdır. Aktda qeyd olunmuşdur ki, obyektdə guya layihədən kənar qaz cihazları quraşdııldığından sayğac sərfiyyatı tam qeydə alınmır. Nəticədə mənə 6.609,60 manat cərimə hesablanmışdır. Aktda qeyd olunur ki, guya sayğac istifadə edilmiş təbii qazı tam qeydiyyata ala bilmir. Obyektdə «İtron» tipli, G-6 markalı, 1605AZ**********3 nömrəli qaz sayğacı quraşdırılıb. Həmin qaz sayğacı vasitəsi ilə «smart» karta pul yükləyərək təbii qazdan istifadə olunmuşdur. Qaz sərfiyyatına nəzər salınsa, görünər ki, aylıq sərfiyyat 3000-4500 m3 arası olmuşdur ki, G-6 markalı qaz sayğacı da qeyd olunan sərfiyyatı asanlıqla qeydə ala bilir. Belə ki, ən çox təbii qazdan 2011-ci il ərzində 56410 kubmetr istifadə edilmişdir ki, onu da aylara bölsək, (56410:12 ay=4700 m3) aylıq sərfiyyat 4700 m3 alınır. İddiaçı iddia etdiyi kimi burada sayğacın sərfiyyatı qeydə almamasından söhbət gedə bilməz. 2011-ci il ərzində ortalama (56410:12 ay=4700 m3) aylıq sərfiyyat 4700 m3-i sayğac qeydə ala bilirsə, 2018-ci ilin 6 ayı ərzində ortalama aylıq (16260 m3:6 ay=2710 m3) 2710 m3-i niyə qeydə ala bilmir? İddiaçı nəzərə almır ki, obyektdə smart tipli qaz sayğacı quraşdırıldığından qaz sayğacına yüklənmiş qaz qurtardıqda sayğacın klapanı bağlanır və belə olan halda sayğacdan qaz keçmir. Həmin sahə üzrə mütəxəssislər təsdiq edə bilər ki, elektron qaz sayğaclarının sərfiyyatı qeydə almağa gücü çatmayanda sayğac həmin an «ALARM» rejiminə düşür və təbii qazdan istifadə etmək mümkün olmur. İddiaçı x xxx 2018-ci il tarixli ******* nömrəli aktına əsasən ona əsassız hesablanmış 6 609, 60 (altı min altı yüz doqquz altmış) manat borc daha da şişirdilərək heç bir əsas olmadan xx.xx.2019-cu il tarixə 8113,10 (səkkiz yüz min yüz on üç manat, 10 qəpik) manat borc kimi göstərilmişdir. 2018-ci ilin mart ayında tərəfindən İddiaçınə müraciət edilərək əlavə qaz cihazı qoşulması və bunun üçün texniki şərtdə və layihə sənədlərində düzəlişlər edilməsi xahiş edilmiş, komissiyanın üzvləri olan FHN-nin X5 Görülməsi Müfəttişliyinin və Energetika Nazirliyi Enerji X1 nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə obyektdəki qaz kəmərinin, binadaxili (sexdaxili) qaz kəmərinin qaz avadanlıqlarına layihə icra sənədlərində qeyd olunan sayda baxış keçirilərək quraşdırılmış əsas qaz avadanlıqları sisteminin texniki cəhətdən istismara hazır olduğunun təyin olunmasına dair aktlar tərtib edilərək təsdiq olunsa da, bu iş nəticəsiz qalmışdır. Eyni zamanda «Qazdan istifadə qayalarına» əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Həmin qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu qanunun 3.2, 13, 20 və 34-cü maddələri şamil edilir. Qanunun 3.2-ci maddəsinə müvafiq onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası Qanunlarının və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Göründüyü kimi iddiaçı təşkilat tərəfindən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmış, iddiaçı işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X8 məhkəmənin iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-822/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iddia cavabdeh X3 İddiaçı xeyrinə 6609,60 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "İddiaçı" İB ilə istehlakçı X8 arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 1768-05-17 saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. X4 xx.xx.2020-ci il tarixinə çap olunmuş abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə ödənilməmiş son borcu 8113,10 manat təşkil edir. Saldodan görünür ki, bu borcun 6609,6 manat hissəsini 2018-ci ilin may ayında tərtib edilmiş akt əsasında hesablanmış borc təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Qeyd edilən normaların tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təbii qazdan istifadəyə görə yaranmış 1503,5 manat borcun tutulmasına dair hissədə iddia tələbi əsaslı olduğundan qətnamə həmin borcun cavabdehdən tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Akt əsasında hesablanmış 6609,60 manat borcun tutulması hissəsində məhkəmə kollegiyası iddiaçının tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən cavabdehdən tələb etdiyi 6609,60 manat borcun hesablanmasına əsas olmuş aktı sübut olaraq məhkəməyə təqdim etməmişdir. “Qaz təchizatı haqqında” Qanunun 3–cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5- ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, İddiaçı tərəfindən qaz təchizatı sisteminə texniki baxış yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındığı halda hüquqi nəticə doğura bilər. Hazırkı iş üzrə 2018-ci ildə cavabdehin qaz təchizatı sisteminə texniki baxış keçirilərkən yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehdən tələb edilən 6609,60 manat borcla bağlı təqdim edilməli olan sübutlar iş materiallarında mövcud olmadığından qeyd edilən borcun cavabdehdən tutulması barədə məhkəmənin mövqeyi düzgün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-822/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iddia cavabdeh X3 iddiaçının xeyrinə 6609,60 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X4 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-822/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia cavabdeh X3 iddiaçı "İddiaçı" İB-nin xeyrinə 6609,60 manat borcun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar