Məhkəmə qərarları › İş №2-2(103)-198/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-198/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-198/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi (vəili) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə X1 cavabdeh “Cavabdeh ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1892/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinin daxil olması ilə əlaqədar işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə həmin məhkəmənin müraciətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1892/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X2 iddia tələbi qismən təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə işə baxılması xx xxxx 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx xxxxxx 2021 tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə Cavabdeh ASC-nin apelyasiya şikayətinin daxil olması ilə əlaqədar işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Bağırov və iddiaçının nümayəndəsi (vəkili) Vəkil, işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etirazı olmadıqlarını bildirmişlər. Məhkəmə kollegiyası həmin müraciəti və iş materiallarını araşdırıb belə hesab edir ki, iş baxışdan çıxarılmalı və cavabdehin apellyasimya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və MPM-nin 363-364, 395, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş baxışdan çıxarılsın. Cavabdeh ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1892/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar iş materialları həmin məhkəməyə göndərilsin . Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar