Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-216/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 MTK-nın cavabdeh «xxxx» ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1790/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. İddiaçı2 MTK cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsində cavabdehin xx xxxxxx 2020-ci il tarixli, NİQ 000122 və 000123 saylı aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 4095,09 manat borcun İddiaçı2 MTK-nın 04/12-201, 10008138 saylı abunə hesabından silinməsinin “xxxx” ASC-yə həvalə edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında İddiaçı2 MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının işıq sayğacları İddiaçı2 MTK-nın adına olan sayğaclar vasitəsi ilə qeydiyyata alınmış, “xxxx” ASC tərəfindən təqdim edilən hesab-ödəniş vərəqələri həmin müəssisənin adına göndərilmiş və ödənişlər də həmin müəssisənin adına aparılmışdır. 2764 saylı Transformator Məntəqəsi (“TM”) həm çoxmərtəbəli yaşayış binasını həm də Yasamal Rayon Polis İdarəsinin, “xxxx” MTK-nın tikdiyi yaşayış binasının,orada yerləşən “Bravo” marketin, “xxxx” MTK-nın tikdiyi binanın elektrik təhcizatını həyata keçirir. 2764 saylı TM-ə mütəmadi olaraq cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilir və bundan sonra aylıq işıq sərfiyyatlarına dair hesab ödəniş vərəqələri təqdim olunur. xx xxxxxx 2020-ci ci tarixdə cavabdehin əməkdaşları TM-ə yaxınlaşılaraq İddiaçı2 MTK və “xxxx “MTK-ya məxsus elektrik sayğaclarına baxış keçirərkən elektrik sayğaclarında texniki nasazlıq olduğunu bildirərək, həmin sayğacların dəyişdirilməsi barədə protokollar tərtib etdilər. Onlara sonradan təqdim olunmuş 000123 saylı aktı nəzərdən keçirərkən sayğacın üzərinə “MAGA” sözü yazıldığını, bu səbəbdən də sayğacın dəyişdirildiyini müəyyən etdilər. Halbuki, onlar tərəfindən sayğacın üzərinə “MAGA” sözü yazılmamış və belə bir mənasız və izahı olmayan sözün yazılmasına da hər hansı bir zərurət olmamışdır. Digər 000122 saylı sayğacda isə pozuntu kimi baxış tablosunda gərginlik göstəricilərinin itməsi faktı göstərilmişdir. Halbuki, aktlardan sonra sayğaclar protokol tərtib olnumaqla cavabdeh təşkilat tərəfindən dəyişdirilmiş və dəyişdirilmədən əvvəlki aylıq ödənişləri yeni sayğacın yazdığından xeyli çox olmuşdur. Bu hal özü tərəfindən sayğaclara hər hansı bir müdaxilə olunmamasını sübut edir. Əksinə, demək olar ki, əvvəlki sayğaclar düzgün işləmədiyindən daha az işıq sərfiyyatı istehlak etdikləri halda, düzgün işləməyən sayğacların tərəflərindən istehlak edilən elektrik sərfiyyatını daha çox hesablamış, bu səbəbdən tərəflərindən daha çox məbləğlər ödənilmiş, bu da onların uzun müddətdən bəri maddi zərərə düşmələrinə səbəb olmuşdur. Təqdim olunan hesab-ödəniş vərəqlərində onlara ümumilikdə 4095,09 manat əlavə enerji haqqı borcunun yazıldığını müəyyən edilmiş, sorğuya əsasən cavabdeh təşkilat tərəfindən İddiaçı2 MTK-ya aid abunə haqqında invoysda və digər sənədlərdə elektrik enerjisi qaydalarının pozulmasına görə 000123 saylı akt əsasında 3512,97 manat, 000122 saylı akt əsasında isə 582,12 manat əlavə enerji haqqı borcunun hesablandığı müəyyən olunmuşdur. Borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən yazılı müraciət edilsə də, onlara həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1790/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, qanunsuz və əsassızdır. Belə ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyənin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X4 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Məhkəmə hazırkı iş üzrə mübahisəyə düzgün olmayaraq “X3 Qaydaları”nın 8.33-cü bəndini tətbiq etmiş, əksinə, 8.15-ci və 8.16-cı bəndlərini tətbiq etməli olduğu halda isə əsassız olaraq tətbiq etməmişdir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDQ seriyalı 000122 saylı və 000123 saylı aktlara əsasən iddiaçıya məxsus obyekt yoxlanılarkən məlum olmuşdur ki, 73202345 saylı sayğacın baxış tablosunda “A” fazasında gərginlik göstəricisi itmişdir və sayğa həmin fazadan keçən yükü qeyd etmir, P fakiki = 121 kvt olduğu halda P sayğac = 66 kvt-dır; ******* saylı sayğacın üzərində, baxış tablosunba isə yad cisim izləri vardır. xx.xx.2020-ci il tarixli 194196 və 194167 saylı aktlarla hər iki sayğac yeniləri ilə əvəz olunaraq laborator müayinəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixli 180470 və 180468 saylı laborator müayinə protokollarına əsasən 73202345 saylı sayğacın “A” fazasında xx.xx.2020-ci il tarixdən ebarən gərginlim zəifləməsinin aşkar olunması və ******* saylı sayğaca müxtəlif vaxtlarda qısa müddətli neodim maqnit təsirinin göstərilməsi barədə rəylər verilmişdir. Akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqlərinə əsasən, istehlakçı ilə yenidən hesablaşmalar aparılaraq, 000122 saylı aktla əlaqədar (121 kvt – 66 kvt) x (0,7) x 24 saat x 7 gün = 6468 kvts (582,12 manat) və 000123 saylı aktla bağlı (114,8 kvt x (0,7) x 24 saat x 49 gün) – 54960 kvts = 39033 kvts (3.512,97 manat) əlavə sərfiyyat (cəmi 4.095,09 manat) hesablanmışdır. Qeyd edilən aktlara əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmaların aparılması müvafiq olaraq EEİQ-nin 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. Aktlarda göstərilən hallar müvafiq olaraq EEİQ-nin 8.15-ci bəndində nəzərdə tutulan elektrik enerjisinin uçotunda səhv aşkar edilməsi və 8.17-ci bəndində nəzərdə tutulan hesablaşma uçot cihazları zədələnməsi hallarını ifadə etmişdir. Sözügedən hallar sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair laborator müayinə protokolları ilə öz təsdiqini tapmış, həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli 009034 saylı balans mənsubiyyə sərhəddi və issmar məsuliyyə akna əsasən hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik istehlakçının üzərinə düşmüşdür. Belə olan halda, məhkəmə mübahisəyə EEİQ-nin 8.15 və 8.17-ci bəndlərini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki,cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı mübahisələndirilmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, işin qeyd olunan faktiki hallarrından göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış binasında elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılaraq, xx.xx.2020-ci il tarixli NDQ seriyalı 000122 saylı və 000123 saylı aktlar tərtib olunmuş və həmin aktlar əsasında Akt komissiyasının xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli icra vərəqləri ilə ümumilikdə 4095,09 manat (000122 saylı akta əsasən 582.12 manat, 000123 saylı akta əsasən tarixdə 3512.97 manat, cəmi 4095,09 manat) borc hesablanmışdır. “X2 Qaydaları”nın 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Cavabdehin mübahisəlndirilən aktlarında qey olunmuşdur ki, 73202345 saylı sayğacın baxış tablosunda “A” fazasında gərginlik göstəricisinin itdiyi və sayğac həmin fazadan keçən yükü qeyd etmədiyi ******* saylı sayğacın üzərində, baxış tablosunba isə yad cisim izləri vardır. Birincisi, cavabdehin mübahisəli transformator məntəqələrinin kimin balans mənsubiyyətində olması barədə aktlarda qeyd mövcud deyil. İkincisi, həmin aktlarda iddiaçı tərəfindən sayğaclara müdaxilə edildiyi, o cümlədən, onların plomblarının tamlığının pozulduğu da görünmür. Üçüncüsü, sayğacın baxış tablosunda “A” fazasında gərginlik göstəricisinin itməsi və sayğac həmin fazadan keçən yükü qeyd etməməsi və üzərində yad cisim izlərinin mövcud olması - bütün bu formal mülahizələr heç də iddiaçının sayğacda elektrik enecisinin uçotun pozulmasına yönələn təqsirli hərəkətləri kimi qiymətləndirilə bilməz. Ən azından ona görə ki, mübahisləi aktlarda təsbit olunanların doğruluğunu sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Dördüncüsü isə sayğac dəyişdirilib yenisi ilə əvəz olunduqdan sonra elektrik enercisinin sərfiyyatı artmamış. əksinə aşağı düşmüşdür. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinin tələblərindən isə görünür ki, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret, ziyan vuran təqsirli hərəkətləri sübuta yetirilməyincə, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə aparılan «Elektrik Enerjisindən istifadə Qaydaları»ına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın qüvvədə olan 8.34-cü bəndinə əsasən: -enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan, cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, cavabdehin həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələrin, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş mübahisələndirilən akt, protokol, akt komissiyasının icra vərəqi və hesablarda təsbit olunan nəticələr hüquqi qüvvəyə malik ola bilməz, etibarsızdır. Bu baxımdan, cavabdehin apellyasiya şikayətində yoxlamanın Vahid məlumat reyestrində alınması üçün əsas olmadığını mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunması qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1790/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-216/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-216/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver