Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-216/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (bacısı) X1, həmçinin iddiaçının nümayəndələri və vəkilləri X2, Nümayəndə2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə (hazırda "xxxx" MMC) qarşı “kompensasiyanın və vurulmuş zərərin əvəzinin ödənilməsi” nə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-17/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən qətnaməs dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-529/2023 nömrəli, xx.xx.2023-cü il qərarı ilə qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Hazırki işə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin nümayədəsi və vəkili Vəkil2 müvafiq sənədlər təqdim edərək nümayəndəsi olduğu MMC-nin adının dəyişdiyini və hazırda "xxxx" MMC” adlandırıldığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili A.Qazıyeva hazırki mübahisəni məhkəmədən kənar qaydada həll edərək tərəflərin hər hansı təsir altında olmadan barışıq sazişi bağladıqlarını, sazişdən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu bildirdi, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həqiqətən də tərəflərin öz iradəsinə uyğun olaraq mübahisəni həll etdiklərini, barışıq sazişi bağladıqlarını, bu səbəbdən də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin məzmununa görə;
1. Cavabdeh "xxxx" MMC iddianı qismən qəbul edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 64 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın qarşılığı kimi kompensasiya olaraq 0,5 faiz bank xərcləri daxil olmaqla, 241.200 (iki yüz qırx bir min iki yüz) manat məbləği bu saziş imzalandığı vaxtdan 10 iş günü ərzində birdəfəyə iddiaçının AZ98AZFİ41010AZ**********001 saylı bank hesabına ödəməyi öhdəsinə götürür.
2. İddiaçı hazırki iddiasından imtina edir, eyni zamanda 10 iş günü müddətində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrində № ******* saylı, xx.xx.2006-cı il tarixlə onun adına aparılmış qeydin silinməsini öz öhdəsinə götürür.
3. İddiaçı hazırda məhkəmə predmeti olan əmlak üzrə gələcəkdə cavabdehə və ya onunla əlaqəli şəxslərə hər hansı bir üçüncü şəxslər tərəfindən iddia, tələb, şikayət və s. irəli sürülməyəcəyini öz öhdəsinə götürür.
4. Tərəflər onlar arasında yaranmış mübahisənin həll olunduğu, bir-birilərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və iş üzrə icraata xitam verilməsini təsdiq edirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı halda, Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qanuna zidd deyildir, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, barışıq sazişinin təsdiq edilməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Bununla belə, qanunda buna dair birbaşa göstəriş nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Cavabdeh MMC-yə (hazırda "xxxx" MMC) qarşı “kompensasiyanın və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə;
5. Cavabdeh "xxxx" MMC iddianı qismən qəbul edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 64 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın qarşılığı kimi kompensasiya olaraq 0,5 faiz bank xərcləri daxil olmaqla, 241.200 (iki yüz qırx bir min iki yüz) manat məbləği bu saziş imzalandığı vaxtdan 10 iş günü ərzində birdəfəyə iddiaçının AZ98AZFİ41010AZ**********001 saylı bank hesabına ödəməyi öhdəsinə götürür.
6. İddiaçı hazırki iddiasından imtina edir, eyni zamanda 10 iş günü müddətində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrində № ******* saylı, xx.xx.2006-cı il tarixlə onun adına aparılmış qeydin silinməsini öz öhdəsinə götürür.
7. İddiaçı hazırda məhkəmə predmeti olan əmlak üzrə gələcəkdə cavabdehə və ya onunla əlaqəli şəxslərə hər hansı bir üçüncü şəxslər tərəfindən iddia, tələb, şikayət və s. irəli sürülməyəcəyini öz öhdəsinə götürür.
8. Tərəflər onlar arasında yaranmış mübahisənin həll olunduğu, bir-birilərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və iş üzrə icraata xitam verilməsini təsdiq edirlər. Barışıq sazişin şərtləri könüllü icra edilməzsə, hazırkı qərardad məcburi icraya yönəldilsin.
Hazırkı qərardad AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrində № ******* saylı, xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 64 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m əsas, 24.2 kv.m köməkçi sahədən ibarət (hazırda sökülmüş mövcud olmayan) qeyri-yaşayış sahəsinə dair İddiaçı adına aparılmış (9 nömrəli reyestr kitabının 977 nömrəli vərəqində, qeydiyyat nömrəsi: 1********) qeydin ləğvi üçün əsasdır.
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunsun. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.