Məhkəmə qərarları › İş №2-2(103)-217/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-217/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - digər - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-217/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1061/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 66.981,19 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4A saylı evin 53 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 410000 manat müəyyən olunması, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, mənzil satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 1 ay ərzində həmin mənzili tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli e-2-2(113)-1061/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 14.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə 66.981,19 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat olmaqla, cəmi 60 manat pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4A saylı evin 53 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 410.000,00 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh1 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi 2-2(103)-302/2021 saylı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1061/2020 saylı 13.11.2020-ci il tarixli qətnaməsinin (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.09.2021-ci il tarixli 2-2(102)-410/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(103)-302/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh3 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermişlər və qətnaməni qismən, yəni kredit borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişlər, Bakı Apelyasiya Məhkəməsi qətnaməyə hüquqi qiymət verərək apelyasiya şikayətlərinin təmin edilməməsi və mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmiş, eyni zamanda həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 isə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli e-2-2(113)-1061/2020 saylı qətnaməsinin yenə də həmin hissələrdə mübahisələndirmişdir. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli e-2-2(113)- 1061/2020 saylı qətnaməsinin hazırda mübahisələndirilən hissələrinə artıq yuxarı instansiya məhkəmələri tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Qeyd olunan halları və “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2017-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə Cavabdeh3 apellyasiya şikayətinə əsasən yenidən apellyasiya qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli kommersiya mübahisəsi üzrə qəbul etdiyi e-2-2(113)-1061/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar