Məhkəmə qərarları › İş №2-2(103)-500/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-500/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - digər - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-500/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 06.04.2022-ci il tarixli, e-2-2(113)-1201/2022 saylı qərardadından iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər X4, Cavabdeh və X5 qarşı cavabdeh borcalan X1 iddiaçının xeyrinə 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 54185 manat əsas borcun, 27.10.2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatma 27 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 3247 manat faiz borcunun, 100506 manat dəbbə pulu, cəmi 157939 manat borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 27 oktyabr 2019-cu il tarixindən 01 aprel 2021-ci il tarixinədək dövrü üzrə 54185 manat əsas borc məbləğinə hesablanmış 5364 manat faiz borcunun, 130041 manat dəbbə pulu borcunun, cəmi 135405 manat borcun, hər iki dövr üzrə ümumilikdə 293363 manat məbləğində borcun və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 2295 manat əsas borcun, 01 may 2015-ci il tarixdən bu kredit müqaviləsinin müddəti başa çatma tarixi 01 may 2020-ci il tarixinə kimi hesablanmış 486 manat faiz borcunun, 64773 manat dəbbə pulu borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 01 may 2020-ci il tarixindən 01 aprel 2021-ci il tarixinə kimi qalıq 147 manat faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 3788 manat dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 71491 manat borcun, 210 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 27 oktyabr 2014- cü il tarixli İ-027/2014 saylı sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015-ci il tarixli İ006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş cavabdeh X5 məxsus ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 199,5 yaşayış sahəsi 143,2 kv.m, 56,4 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evinin 298000 manat likvid dəyərlə və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 168000 manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-3938/2021 saylı qərardadı ilə iddiaçılar X2, Cavabdeh və X3 cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə qarşı cavabdeh ilə iddiaçı X6 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi və 01.05.2015-ci il tarixli K025/2015 saylı kredit müqaviləsi üzrə cəmi borc məbləğini təşkil edən (45444,53+3120,52-973,11) 47.591,94 manat kredit öhdəliyinə onun X1 cavabdehin xeyrinə tutulmaqla xitam verilməsi, cavabdeh ilə iddiaçı X6 arasında bağlanmış 27.10.2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 27.10.2014-cü il tarixli İ027/2014 saylı sonrakı ipoteka müqaviləsi və 01.05.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01.05.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş X5 məxsus ünvan 2 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar ipotekalara xitam verilməsi və həmin əmlakların ipoteka yüklülüyündən azad olunması tələbi barədə 2(006)-3938/2021 saylı mülki iş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər X4, Cavabdeh və X5 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(005)-164/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli, 2-2(113)-1199/2022 saylı qərardadı ilə işlər e-2-2(113)-1201/2021 saylı nömrə ilə bir icraatda birləşdirilmişdir. İddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 məhkəməyə vəsatət təqdim edərək, iş üzrə məhkəməmühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15.03.2022-ci il tarixli 2-2(113)-1201/2022 saylı qərardadı ilə, vəsatətin qismən təmin edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 Bakı Kommersiya Məhkəməsinin 15.03.2022ci il tarixli 2- 2(113)-1201/2022 saylı qərardadının iş üzrə icraatın dayandırılması hissəsindən eyni məzmunlu şikayətlər vermişdir. Məhkəmənin 06.04.2022-ci il tarixli 2-2(113)-1201/2022 saylı qərardadı ilə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15.03.2022-ci il tarixli 2-2(113)-1201/2022 saylı qərardadının iş üzrə icraatın dayandırılması hissəsindən Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 verdiyi şikayətlər ona geri qaytarılmışdır. Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 06.04.2022-ci il tarixli 2-2(113)-1201/2022 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə 06.04.2022-ci il tarixli qərardadında məhkəmə mübahisələndirdiyi halın düzgün həlli, xüsusi ilə qərardadın çıxarılması üçün əsasən əhəmiyyətli olan normativ tələbləri pozulmuş və faktiki halların mövcudluğu məhkəmə tərəfindən nəzərə alınmamış və onları araşdırmamışdır. İddiaçı Məhkəmənin iş üzrə 15.03.2022-ci il tarixli Qərardadını 27.03.2022-ci il tarixdə Elektron Məhkəmə sistemində "elektron kabinet"nə təsadüfən daxil olub "Məhkəmə işlərim" səhifəsinə baxarkən aşkar etmişdir. İddiaçıya onun "elektron kabinet"i ilə əlaqəli Elektron ünvan elektron poçtuna və 050 *** ** ** mobil nömrəsinə SMS səhifəsinə e-2-2(113)- 1201/2022 N-li iş üzrə "qərardad" adı ilə elektron kabinetə yerləşdirilən məhkəmə akti barədə məlumat daxil olmamışdır. Məhkəmənin 15.03.2022-ci il tarixli qərardadından şıkayət verilmə müddəti 28.03.2022-ci il tarixinədək olmasını göstərməsinə əsaslanaraq demək olar ki, Azərbaycan Respublikası MPM-nin 263.5-1-ci maddəsinin tələbinə uyğun olaraq "...elan olunmuş qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə "Elektron məhkəmə" informasiya sistemində yerləşdirilir." prosessual tələbi kobud pozulmuşdur. Belə ki, hakim iş üzrə 06.04.2022-ci il tarixli Qərardadın 5-ci səhifəsində qeyd edir ki, məhkəmənin qərardadı 16.03.2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş hesab olunduğundan, şikayətlərin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Yəni həqiqidirsə qərardad barədə məlumat 16.03.2022-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemində yerləşdirilibsə prosessual müddətin axını 17.03.2022-ci il tarixdən başlamalıdır. Qeyd olunan halda məhkəmənin 06.04.2022-ci il tarixli qərardadından verilmə müddətinin 16.03.2022-ci il tarixdən hesablanması üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir, ziddir. Prosessual hüquq normalarının tələblərini pozmadan və düşün tətbiq edilməsi ilə müəyyən olur ki, İş üzrə prosessual müddət "...hərəkətin edilə biləcəyi..."(128.2.), yəni "...məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab ediləcəyi..."(135.5., 135.8.) "...vaxt dövrü ilə müəyyən edilməklə"( 128.3.) "...məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilən"(135.5.) iddiaçının qərardadı əldə etdiyi 27.03.2022-ci il tarixdən, "...hadisənin baş verməsindən sonrakı gündən..." (128.3.) 28.03.2022-ci il tarixdən başlanır və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1201/2022 saylı kommersiya işi üzrə 15.03.2022-ci il tarixli qərardadından şıkayət vermək üçün müəyyən edilmiş 10 gün prosessual müddət (396.1.) 07.04.2022-ci il tarixdə başa çatır. Bu şikayətə əlavə olunan iddiaçının "elektron kabinet" ilə əlaqəli "Elektron ünvan " elektron poçtuna digər məhkəmə işləri üzrə E-Məhkəmə məlumatlandırmalarının nümunələrindən görünür ki, "e-2-2(113)-775/2022 nömrəli iş üzrə 07.02.2022 tarixli qərardad elektron kabinetdə yerləşdirildi.", "e-2-2(113)-4566/2021 nömrəli iş üzrə 28.03.2022 tarixli qərardad elektron kabinetdə yerləşdirildi." "e-2-2(117)- 1/2022 nömrəli iş üzrə 01.04.2022 tarixli qərardad elektron kabinetdə yerləşdirildi." Azərbaycan Respublikası MPM-nin 135.5.-cı və 135.8-ci maddələrinin tələblərinə müvafiq sənədin rəsmi qaydada verilməsi təsdiqlənir. Lakin, məhkəmənin e-2-2(113)- 1201/2022 saylı kommersiya işi üzrə "qərardad" adı ilə elektron kabinetə yerləşdirilmiş məhkəmə akti barədə məlumat daxil olmamışdır. "Azərsell" mobil operator mobil nömrələrin SMS səhifəsinə daxil olan məlumatlardan təsdiqlənmiş çıxarışı yalnız hakimiyyət səlahiyyətli orqanlarının xüsusi sorğusu əsasında verildiyi bildirilir. Ona görə də 050 *** ** ** mobil nömrəsinin SMS səhifəsinə daxil olan məlumatların "Azərsell" mobil operatorun təsdiq etdiyi çıxarışı təqdim etmək mümkün olmamışdır. Məhkəmənin nəzərə alınmadığı digər faktiki hal ondan ibarətdir ki, hüquqi şəxsin elektron kabinetindən məlumatları almaq öhdəliyini, onun icrasına məsul şəxsin üzərinə yalnız iş günlərində qoyula bilər. İstehsal zərurəti hallarında işçınin istirahət və bayram günlərində işçınin əmək funksiyasının icrasının cəlbinə zərurətin yarandığı halda yol verilir. Məhkəmənin iş üzrə 15 mart 2022-ci il tarixdə elan edilən məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşunaslıq ekspertizanın təyin edilməsinə dair qərardadı barədə məlumat 16.03.2022-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemində yerləşdirdiyindən iki gün sonra 2022-ci il 19 mart tarixindən 28 mart tarixinədək iş günləri olmamışdır. İş üzrə iddiaçının nümayəndəsi 15 mart 2022-ci il tarixli qərardadı məhkəmənin məlumatı əsasında deyil, 27.03.2022-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemində özünün elektron kabinetinə təsadüfən daxil olması ilə bu qərardadı aşkar etmişdir. Məhkəmənin 15 mart 2022-ci il tarixli qərardadının iddiaçıya çatdırılması (135.5..135.8.) 27.03.2022-ci il tarixi hesab edilməklə şıkayətin verilmə müddətinin başlanğıcı 28.03.2022-ci il tarixdən hesablanmalıdır. İddiaçının iş üzrə 06.04.2022-ci il tarixli qərardadın ləğv edilməsi barədə şıkayəti əsaslıdır. Məhkəmənin iş üzrə 15 mart 2022-ci il tarixdə elan edilən məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşunaslıq ekspertizanın təyin edilməsinə dair qərardadın Elektron Məhkəmə sistemində "elektron kabinet"də yerləşdirməsi məlumatı iddiaçının "elektron kabinet"i ilə əlaqəli "Elektron ünvan " elektron poçtuna və 050 *** ** ** mobil nömrəsinin SMS səhifəsinə daxil omamışdır; Məhkəmənin iş üzrə 15 mart 2022-ci il tarixdə elan edilən məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşunaslıq ekspertizanın təyin edilməsinə dair qərardadınin iddiaçıya çatdırılma halının məhkəmənin prosessual hüquq normalarınin tələblərinə əməl etmədiyi şəraitdə təsadüfən 27.03.2022-ci il tarixdə əldə edilməsi faktını nəzərə alınmamışdır. Məhkəmənin iş üzrə 15.03.2022-ci il tarixli qərardadından iddiasının şikayətinin verilmə müddəti prosessual hüquq normalarınin tələblərinə uyğun olmadan hesablanmışdır, İddiaçı sikayətinin verilmə müddətini buraxmamışdır və bu müddətin başa çatma vaxtı 07.04.2022-ci il tarixədək qərardadı çıxarmış məhkəməyə onun iş üzrə 29.03.2022-ci il tarixli Qərardadında yanlış qeyd etdiyi göstərişinə müvafiq qaydada 01.04.2022-ci il tarixdə "şikayət" və "apellyasiya şikayəti" formasında vermışdır. Belə ki: Yuxarıda sadalanan halların və prosessual hüququn müddəalarının məhkəməyə də məlum olduğuna görə sikayətinin verilmə müddəti məsələsinə baxılarkən məhkəmənin qanuna uyğun mövqeyinin olacağına ümid edərək təkrar dəqiqləşmə ilə 01.04.2022-ci il tarixli şikayətləri vermişdir. Məhkəmənin işi üzrə 15.03.2022-ci il tarixli Qərardadından "İş üzrə icraatin dayandirilmasi hissəsindən və icraatın təzələnməsinə dair" iddiaçi Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətin verdiyi 01.04.2022-ci il tarixli sikayətinin verilmə müddətinin keçməsi ilə əlaqədar ona geri qaytarılması barədə 06.04.2022-ci il tarixli e-2-2(113)- 1201/2022 N - li Qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 263.5-1.-ci, 128.2.-ci, 128.3.-cü, 135.5. və 135.8-ci maddələrinin qərardadın elektron kabinetdə yerləşdirilməsinə və bu məlumatın verilmə qaydasına aid tələbləri kobud pozulmuşdur və bu normaların müddəaları üzrə istirahət və bayram günləri dövrünə düzgün tətbiq edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.04.2022-ci il tarixli, e-2-2(113)-1201/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.04.2022-ci il tarixli, e-2-2(113)-1201/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Şikayətin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən olunmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin iş üzrə ekspertiza təyin edilməsi barədə 15.03.2022-ci il tarixli 2-2(113)-1201/2022 saylı qərardadı 16.03.2022-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmiş, həmin qərardaddan şikayət vermə müddəti qeyri-iş günləri nəzərə alınmaqla 28.03.2022-ci il tarixdə bitmiş, iddiaçı birləşdirilmiş iş üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 isə şikayətləri qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 01.04.2022-ci il tarixdə vermiş, ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət verməmişdir. Elektron kabinetə sənədin yerləşdirilməsi barədə məlumat kabineti açmış şəxsin elektron poçtuna və ya mobil telefon nömrəsinə sistem vasitəsilə avtomatik göndərildiyindən hazırkı halda hüquqi şəxsin elektron kabinetinə sənəd yerləşdirilməsi barədə məlumat verilmədiyinə dair mülahizəsi əsassızdır. Prosessual normalara əsasən kommersiya mübahisələri üzrə sənədlərin rəsmi təqdim edilməsi tərəfin və ya nümayəndənin elektron kabinetinə yerləşdirilməsi hesab olunduğundan, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı isə sənədin rəsmi təqdim edildiyi tarixdən hesablandığından hazırkı halda hüquqi şəxsin nümayəndəsinin elektron kabinetə yerləşdirilmiş qərardadı hansı tarixdə görməsi və ya oxuması prosessual müddətin hesablanması zamanı əhəmiyyət kəsb etmir. Göstərilənlərə əsasən məhkəmə İddiaçı1 15.03.2022-ci il tarixli 2-2(113)-1201/2022 saylı qərardadından verdiyi şikayəti qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.04.2022-ci il tarixli, e-2-2(113)-1201/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: BOKT İddiaçı1 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.04.2022-ci il tarixli, e-2-2(113)-1201/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar