Məhkəmə qərarları › İş №2-2(103)-218/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-218/2020

03.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-218/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə; İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “domofon sisteminin servis kodlarının və texniki pasportunun təqdim edilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh MMC-yə qarşı domofon sisteminin servis kodlarının və texniki pasportunun təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-638/2020 saylı ləğv edilməsi, şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair xx.xx.2020-ci il tarixli e-2-2(113)-638/2020-016 saylı qərardad qəbul etmişdir. Məhkəmə qərardadını iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməməsi ilə əsaslandırmışdır. Hesab edir ki, məhkəmə səhvə yol vermiş, iddia ərizəsinin müqavilə ilə və ya həmin kateqoriya işlər üzrə olmamasını diqqətdən qaçırmışdır. Mülki Prosessual Məcəllə ilə hazırki iddia üzrə məhkəməyə qədər nizamlama nəzərdə tutulmasa da, cavabdehə pretenziya qaydasında "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə müraciət etmişdir. Həmin sifarişli poçt göndərişinin qəbzini iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısında göstərilmişdir. Həmçinin iddia ərizəsinin surəti cavabdehin həm faktiki olduğu və həm də hüquqi ünvanlarına sifarişli Poçt vasitəsi ilə göndərilmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi Yaqub Rəhimov şikayətin təmin edilməsini və qərardadın ləğv edilərək mülki işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 638/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, şikayət təmin edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmənin yoxlanılan qərardadından göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 152.1.3 və 152.1.6-cı maddələrinə istinad edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Göründüyü kimi, hazırki iş üzrə İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətidir. İş materiallarını araşdıran kollegiya qeyd edilmiş tərəflər arasında hazırki tələblə bağlı müqavilə münasibətləri müəyyən etməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadında qeyd edillir ki, mübahisə cavabdehlə bina sakinləri arasında bağlanmış müqavilələrdən irəli gəldiyindən hazırki iş üzrə pretenziya qaydasına riayət edilməsi zəruri şərtdir. Belə olduğu təqdirdə hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında müqavilə münasibətlərinin olub-olmamasını müəyyən etmədən (iddia ərizəsinə müqavilə əlavə edilməmişdir) mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməməsi əsası ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması ilə bağlı nəticəsi əsassızdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.6-cı maddəsinə əsasən....qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və MPM-nin 263-264, 397, 398, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-638/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “domofon sisteminin servis kodlarının və texniki pasportunun təqdim edilməsi” tələbinə dair iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. İddiaçı2 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar