Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-22/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kərimli İlham Əziz oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, e-2-2(81)- 544/2019 saylı qətnaməsindən (hakim A.Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddiaya əlavə verərək Cavabdeh ASCdən 650936852 nömrəli, 09.01.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 2.290,77 manat borc məbləğinin; ********* nömrəli, 07.02.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 2.688.21 manat borc məbləğindən 600 manat çıxılmaqla 2.088.21 manat borc məbləğinin; ********* nömrəli, 14.03.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 2.391,12 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.791.12 manat borc məbləğinin; ********* nömrəli 08.04.2019-cu və ********* nömrəli, 25.04.2019-cu il tarixli hesab ödəniş vərəqlərinə əsasən hesablanmış 2.792.34 manat və 2.779.92 manat borc məbləğlərindən 600 manat çıxılmaqla 4.972.26 manat borc məbləğinin; ********* nömrəli, 08.05.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 2.106,63 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.506.63 manat borc məbləğinin; ********* nömrəli, 11.06.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1.658,43 manat borc məbləğindən 658 manat çıxılmaqla 1.000,43 manat borc məbləğinin; ********* nömrəli, 08.07.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1.692,90 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.092,90 manat borc məbləğinin; ********* nömrəli, 07.08.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1.931,49 manat borc məbləğindən 600 manat çıxılmaqla 1.331,49 manat borc məbləğinin; ümumilikdə hesab ödəniş vərəqlərinə əsasən 16.073,81 manat məbləğinin ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, e-2-2(81)- 544/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən təqdim edilmiş ********* nömrəli, 09 yanvar 2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 1490,77 manat borc məbləğinin, ********* nömrəli, 07.02.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən 1888,21 manat borc məbləğinin, ********* nömrəli, 14.03.2019- cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1591,12 manat borc məbləğinin, ********* nömrəli, 25.04.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1979,92 manat borc məbləğinin, ********* nömrəli, 08.05.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 1306,63 manat borc məbləğinin, ********* nömrəli, 11.06.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 858,43 manat borc məbləğinin, ********* nömrəli, 08.07.2019-cu il tarixli hesab ödəniş vərəqinə əsasən hesablanmış 892,90 manat borc məbləğinin; ********* nömrəli, 07.08.2019-cu il tarixli hesab ödəniş vərəqəsinə əsasən hesablanmış 1131,49 manat borc məbləğinin, ümumilikdə 11.139,47 manat borc məbləğinin ləğv edilməsi cavabdeh "xxxx" ASC-yə həvalə olunmuş, cavabdehdən iddiaçının xeyrinə 30 manat dövlət rüsumu tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qisməniddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 07.12.2018-ci il tarixdən 07.08.2019-cu il tarixədək olan dövr üçün aylıq istifadə olunan elektrik enerjisinə görə cəmi, 17.539,47 manat məbləğində borc hesablanmış və ödənişi üçün müvafiq hesab-fakturalar təqdim edilmişdir: dekabr 2018 üçün 2.290,77 manat; yanvar 2019-cu il üçün 2.688,21 manat; fevral 2019-cu il üçün 2.391,12 manat; mart 2019-cu il üçün 2.779,92 manat ; aprel 2019-cu il üçün 2.106,63 manat; may 2019-cu il üçün 1.658,43 manat; iyun 2019-cu il üçün 1.692,90 manat; iyul 2019-cu il üçün 1.931,49 manat. Məhkəmənin gəldiyi səhv nəticəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istfadə Qaydaları»nın 5.1, 7.6, 7.9, 7.13 və 8.4-cü bəndlərini düzgün tətbiq etməmiş, maddi hüquq normalarını pozmuş, işin hallarına uyğun olmamışdır. Belə ki, istehlakçı ilə X2yə görə hesablaşmanın balans-uçot sayğacının göstəriciləri əsasında aparılması EEİQ-nin 8.25-ci bəndinin və "xxxx" ASC üzrə «Yeni tikilmiş binalarda («MTK») elektrik enerjisi uçotunun dəqiq və itkisiz aparılması haqqında» 27.02.2008-ci il tarixli S- 08-0071 saylı sərəncamının 4-cü bəndinə əsaslanır. «Qaydaların 8.25-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Həmin sərəncamın 4-cü bəndinə əsasən MTK-lardakı mənzillər fərdi qaydada qeydiyyata alındıqdan, hesabat (balans) sayğacından əhali və digər abonentlərin sərfiyyatı çıxıldıqdan sonra qalan sərfiyyata dair fakturaların MTK-lara təqdim olunması nəzərdə tutulur. Göründüyü kimi, iddiaçının balans sayğacının göstəricilərinə əsasən hesablanmış borcu ödəmək vəzifəsi bilavasitə qanunvericilyin tələblərinə əsaslanır. Transformator məntəqəsinin kimin balansında olması elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və istismar məsuliyyəti aktının mövcud olub-olmaması, elektrik ölçü cihazlarının quraşdırıldığı yer kimi hallar isə elektrik şəbəkəsinin istimarı və elektrik avadanlıqlarının qorunması, habelə, texnoloji sərfiyyatala bağlı tərəflərin məsuliyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Ona görə də məhkəmənin tərəflər arasında balans mənsubiyyəti sərhədi aktının olmamasınna istinadən balans sayğacının quraşdırılmasını və ona əsasən borc hesablanmasını qanunsuz hesab etməsi iş üzrə gəlinmiş qanuni və əsaslı nəticə sayıla bilməz. Bundan başqa iddiaçıya məxsus yaşayış binalarında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta sərfiyyatın nə qədər təşkil etməsinin müəyyən olunması üçün məhkəmənin 29.04.2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2019-cu il tarixli məktubuna əsasən əlavə materiallar ekspertiza tədqiqatına təqdim edilmədiyindən və tədqiqat obyektlərinə baxış keçirilməsi təşkil olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2019-cu il tarixli, 2-2(103)-791/2019 saylı qətnaməsi ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 03.06.2020-ci il tarixli 2- 2(102)-110/2020 saylı qərarı ilə (hakimlər İlqar Dadaşov sədrlik edən, Azər Hüseynov, Bəhmən Qəribov) təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin X1 21 noyabr 2019-cu il tarixli, 2-2(103)-791/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 26.11.2021-ci il tarixə təyin edilmiş, məhkəmə qətnaməsi 29.11.2021-ci il tarixdə elan edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə4 məhkəmə iclaslarında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2019-cu il tarixli e-2-2(81)- 544/2019 saylı qətnaməsi dəyişdirilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçınə 2019-cu ili yanvaravqust ayları üçün hesablanmış borcun 4661,19 manatı ləğv edilərək iddiaçının abunə hesabından silinməsi cavabdehə həvalə edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya onun balans mənsubiyyəti sərhəddində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 09 yanvar 2019-cu, 07.02.2019-cu, 14.03.2019-cu, 25.04.2019-cu, 08.05.2019-cu,11.06.2019-cu, 08.07.2019-cu, 07.08.2019-cu il tarixli hesab ödəniş vərəqələri ilə X2yə görə ümumilikdə 13819,59 manat (hesablanıb 17539,47, 3719,88 manat azaldılıb) məbləğində sərfiyyat hesablanaraq ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərəf 16.073,81 manat məbləğində borcun ləğv edilməsi barədə tələb irəli sürmüş, birinci instansiya məhkəməsi bu borcun 11.139,47 manat hissəsinin əsassız hesablandığına dair nəticəyə gələrək iddianı qismən təmin etmişdir. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-162/2018 saylı 10 yanvar 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1292 /18 saylı 07 iyun 2018- ci il tarixli qərarlarında, «Qaydalar»ın qeyd olunan tələblərinə müvafiq olaraq "xxxx" MTK-ya məxsus yaşayış binasının bloklarında minus mərtəbələrdə, liftlərin giriş- çıxışlarında yerləşən elektrik lövhələrinə plomblanması, "xxxx" ASC-yə akt əsasında təhvil verilmiş bloklar, yaşayış mənzilləri və ticarət obyektlərinin sayğacların hesabatının "xxxx" MTK-nın sayğacının hesabatından ayrılması, MTK-ya aid sayğacın yaşayış mənzillərinə və ticarət obyektlərinə məxsus sayğaclardan ayrılması və yalnız MTK-ya məxsus sayğac göstəricisinə və sərf edilmiş elektrik enerjisinə görə ödəniş aparılmasının təmin edilməsi öhdəlikləri "xxxx" ASC-yə həvalə edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş, "xxxx" ASC-nin Nizami RETSİ-ESŞ-də Enerji Balansı və Kəsim Bölməsinin rəhbəri S.Abbasov ifadəsində iddiaçının müraciəti əsasında binaya hesablaşma apardıqları sayğacları hər blokun girişinə yerləşdirdiklərini, həmin sayğacların hər birinin həm sakinlərin ümumi sərfiyyatını, həm də liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatını, bütün itkiləri özündə qeyd etdiyini, birinci olaraq sakinlərin sərfiyyatlarını çıxdıqdan sonra yerdə qalan məbləği MTK-dan tələb etdiklərini, sayğacın blokda istifadə olunan enerjini, qoşulan nasosları, liftləri qeydə aldığını bildirmişdir. Şahid ifadəsində MTK-ya məxsus binada hər blokda ayrıca hesablaşma sayğacı quraşdırıldığı və həmin sayğacların həm liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatını, həmçinin bütün itkiləri qeyd etdiyini təsdiq etmişdir. "X2 Qaydaları"nın 8.25-ci bəndinə görə, yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerji təchizatı müəssisəsi ilə hesablaşır. İş materiallarından görünür ki, iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının nə qədər təşkil etməsinin müəyyən olunması üçün birinci instansiya məhkəməsinin 29.04.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 18.06.2019- cu il tarixli məktubuna əsasən əlavə materiallar ekspertiza tədqiqatına təqdim edilmədiyindən və tədqiqat obyektlərinə ekspert tərəfindən baxış keçirilməsi təşkil olunmadığından, ekspertizanın keçirilməsi və rəyin verilməsi mümkün olmamış, ekspertiza üzrə müvafiq rəyin alınmasına nail olunmadan iş üzrə məhkəmə baxışı yekunlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən aylıq sərfiyyatın həcminin 600-800 manat arasında dəyişməsi nəticəsinə isə işin nəticəsində bilavasitə maraqlı olan iddiaçı tərəfin izahatına əsasən gəlinmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında qeyd edilmişdir ki, “Bilavasitə bloklarda quraşdırılmış sayğacların liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatını qeydə aldığı, ayrı-ayrı sakinlərin və ticarət obyektlərinin özlərinin isə müvafiq sayğacları olduğu halda, texniki cəhətdən nasazlığı mübahisə predmeti olmayan bu sayğacların göstəricilərinə əsasən hesablanmış aylıq sərfiyyatların mötəbərliyi şübhə doğurmayan sübutlara istinad etmədən, yalnız iddiaçının nümayəndəsinin izahatına əsasən, aylıq 800 manat həcmində müəyyən edilməsi qanuni hesab edilə bilməz. İşə yenidən baxılarkən iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının nə qədər təşkil etməsinin müəyyən olunması üçün müvafiq ekspert rəyi alınmalı, iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının konkret olaraq nə qədər təşkil etməsi, hesablaşma (liftlərin, nasosların, işıqlandırmanın sərfiyyatı) sayğaclarının dəqiq harada (binaların bloklarında yaxud başqa yerdə) yerləşdiyi, 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarının icra edilib edilmədiyi müəyyən olunmalı və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfin 12.03.2021-ci il tarixli yazılı izahatına əsasən müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı 24.01.2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən icra edilsə də, mübahisələndirilən borc balans sayğacının göstəricisi əsasında hesablanmışdır. Nə iddiaçı tərəf, nə də cavabdeh tərəf qərarın hansı tarixdə icra edildiyi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh apelyasiya şikayətində mübahisəli borcun balans uçot sayğacının göstəricisi əsasında hesablandığını inkar etməyərək bu hesablamanın qanuni olduğunu iddia etdiyindən bu hal (mübahisəli borcun balans sayğacı göstəricisi əsasında hesablandığı) işin mübahisəsiz halı hesab olunur. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, tərəflər arasında X2yə görə hesablaşmanın yalnız MTK-ya məxsus sayğac göstəricisinə və faktiki sərf edilmiş elektrik enerjisinə görə həyata keçirilməli olduğuna dair məhkəmələrin iş üzrə gəldiyi nəticə qanuni olsa da, iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının konkret olaraq nə qədər təşkil etməsi iddiaçının izahatı əsasında deyil, ekspert rəyi əsasında müəyyən olunmalıdır. İşə apelyasiya qaydasında yenidən baxılarkən iddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi nəticəsində aylıq orta enerji sərfiyyatının nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15.12.2020-ci il tarixli məktubu ilə ekspert vəsatəti ilə tələb edilmiş materiallar tam şəkildə təqdim edilmədiyindən, su nasoslarının sərfiyyatını ölçən sayğacın bir günlük sərfiyyatı barədə məlumat təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə tərəfindən 10.03.2021-ci il tarixli qərardadla iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir. Tərəflərin nümayəndələri tərəfindən 27.05.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən iddiaçıya məxsus binada ümumi istifadədə olan yerlərin (lift, nasos, blok işıqlandırılması) günlük orta sərfiyyatının 480 kVts təşkil etdiyi qeyd edilmiş, həmin akt əsasında hesablama aparılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11.10.2021-ci il tarixli 9/5053 saylı rəyi ilə mübahisəli dövr üzrə 1 kvts elektrik enerjisi sərfiyyatının dəyəri 0,08 manat olduğu qəbul edilərək 2019-cu ilin yanvar-avqust ayları üçün (212 gün üçün) iddiaçının ödəməli olduğu elektrik enerjisinə görə haqqın 8140 manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh tərəf ekspert rəyinə etiraz edərək bildirmişdir ki, X2yə görə qeyri-əhali qrupu istehlakçıları üçün 2019-cu il üzrə tarif ƏDV daxil 0,09 manat olmuş, ekspert ƏDVni nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, ekspert tərəfindən düzgün hesablama aparılmamışdır. Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında ” 28.11.2016-cı il tarixli 17 nömrəli qərarına əsasən qeyri-əhali istehlakçı qrupu üçün X2 haqqı ƏDV daxil 1 kvts üçün 9 qəpik müəyyən edilmişdir. Bu tariflə hesablama aparılarsa 2019-cu ilin yanvar-avqust ayları üçün (212 gün) iddiaçının X2yə görə ödəməli olduğu məbləğin 9158,4 manat (480 kvts x 0,09 manat x 212 gün=9158,4) olduğu müəyyən olunur. 2019-cu ilin yanvar-avqust ayları üçün cavabdeh tərəfindən hesablanmış 13819,59 manat borcdan iddiaçının həmin dövr üçün ödəməli olduğu 9158,4 manat çıxıldıqda 4661,19 manat borcun cavabdeh tərəfindən balans sayğacının göstəricisi əsasında əsassız hesablanmış borc olduğu müəyyən olunur. Buna görə də, məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə dəyişdirilərək 2019-cu ilin yanvar-avqust ayları üçün iddiaçıya hesablanmış borcun 4661,19 manatının ləğv edilərək iddiaçının abunə hesabından silinməsi cavabdehə həvalə edilməli, qalan hissədə iddia əsassız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2019-cu il tarixli e-2-2(81)- 544/2019 saylı qətnaməsi dəyişdirilməli, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2019-cu ilin yanvar-avqust ayları üçün hesablanmış borcun 4661,19 manatı ləğv edilərək iddiaçının abunə hesabından silinməsi cavabdehə həvalə edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2019-cu il tarixli e-2-2(81)- 544/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçınə 2019-cu ilin yanvar-avqust ayları üçün hesablanmış borcun 4661,19 manatı ləğv edilərək iddiaçının abunə hesabından silinməsi cavabdehə həvalə edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Cavabdeh "xxxx" ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 150 manat ekspertiza xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-22/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-22/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver