Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-223/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və X7 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli e-2-2(113)-1688/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına olan kod üzrə hesablanmış 5.183,89 manat borc məbləğinin cavabdeh "xxxx" ASC tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu ərazisində yerləşən, ünvan 1 ünvan: Neftçilər küçəsi 19) Sabunçu Ticarət İctimai İaşə Birliyinə aid uçot nöqtələrindən biri olan 2 saylı Su Köşkündə sahibkarlıq fəaliyyəti göstərir. Həmin ünvan xx.xx.2001-ci il tarixindən dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən, X4 və X2, sonuncu ona icarəyə, etibarnaməli idarəçiliyə vermişdir. Bugünə kimi kommunal xidmətlərə görə olan bütün ödənişləri vicdanla, vaxtında etmiş, heç bir idarə ilə problemi olmamışdır. Lakin, Sabunçu Rayon Enerji Təchizatı və Satış Şöbəsi əsassız olaraq borc hesablanmış və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bugünə qədər cavabdehə olan müraciətlər cavabsız qalmış, qanunsuz olan borcun silinməsi üçün hər hansı tədbir görülməmişdir. İddiaçıya aid olan 2 saylı X15 Ticarət X11 tərkibində olmaqla, əvvəldən onunla birlikdə 11 ədəd uçot nöqtəsi fəaliyyət göstərmiş və hər uçot nötqəsinin də elektrik enerjisindən istifadə üçün öz ayrıca hesablaşma nömrəsi olmuş və bu "xxxx" ASC-yə məlum olmuşdur. Məsələn iddiaçının hesablaşma nömrəsi **********90019 olmuş, buna baxmayaraq, Sabunçu Ticarət X11 bir abunə kodu olmuş və həmin kod (09/K035 ) ümumi, yəni bütün uçot nöqtələrinə aid olmuşdur. Bu səbəbdən Sabunçu Ticarət İctimai İaşə Birliyinə aid olan bütün fəaliyyət subyektləri tərəfindən elektrik enerjisinə görə aparılan bütün ödənişlər, hansının tərəfindən edilməsi nəzərə alınmadan 11 ədəd subyekt (uçot nöqtələri) arasında bölünərək onların borclarına mütənasib surətdə hər birinin hesablaşma hesablarından (yəni ümumi borcdan) silinmişdir. 2018-ci ilə kimi ödənişlər bu qaydada olmuşdur. Yalnız 2018-ci ildə onlara şikayət etdikdən sonra, ilk dəfə iddiaçıya ayrıca abunə kodu (09/4222) verilmişdir. Həmin vaxtdan etibarən onun elektrik enerjisinə görə həyata keçirdiyi ödənişlər nəhayət ki, tam olaraq (yəni, 100% hissədə) ona aid edilmiş və əvvəlki kimi digərlərinin deyil, yalnız onun istifadə etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsinə yönəlmişdir. Buna qədər isə, "xxxx" ASC iddiaçı tərəfindən aparılan bütün ödənişləri ayrıca ona aid **********90019 saylı ödəyici (və ya uçot nöqtəsi) hesabına aid etmək əvəzinə, Sabunçu Ticarət X11 ümumi ödənişi olaraq qəbul etmiş, onun ödədiyi vəsaitin yalnız cüzi hissəsini iddiaçıya aid etməklə, qalan hissəsini digər uçot nöqtələrinin borcundan çıxmışdır. Yəni iddiaçı tərəfindən 2018-ci il tarixinə kimi aparılan bütün ödənişlər bu cür azaldılaraq, başqalarının borclarının ödənilməsinə silinmiş, iddiaçı isə ödəniş etdiyi halda borclu qalmışdır. Halbuki bütün ödəniş qəbzləri var və sübut edir ki, o istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəmişdir. Azərişıq ASC tərəfindən iddiaçıya təqdim olunan xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən, Sabunçu Ticarət X11 xx.xx.2018-ci il tarixinə ümumi 23.378,78 manat borcu yaranmışdır ki, bunun 18174.75 manat hissəsi Sabunçu Ticarət və X11 köhnə borcu olmuş, 5204.02 manat hissəsi isə iddiaçıya aid olmuşdur. Qeyd edilməlidir ki, bu 5204.02 manat borc məbləği iddiaçı tərəfindən ödənilən, lakin silinməyən borclar hesabına süni olaraq yaranmışdır. Həmin üzləşmə Aktından həmçinin o da məlum olur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinə (yəni bu günə) kimi olan müddət ərzində iddiaçı tərəfindən cəmi 2182.87 manat dəyərində elektrik enerjisi istifadə olunmuşdur ki, bunun da dəyəri artıqlamasıyla 2203.0 manat iddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Sabunçu Ticarət İctimai İaşə Birliyinə daxil olan 11 ədəd uçot nöqtəsindən 1-i başqa koda keçirilmiş, 6-sı 2012-ci ildən, 1-i isə 2015-ci ildən fəaliyyət göstərmir. Yalnız 3-ü fəaliyyət göstərir. Nəticədə, qalmış 10 uçot nöqtəsindən 7-si fəaliyyət göstərmir ki, onların külli miqdarda borcları qalmış, bugün "xxxx" ASC həmin borcları əsassız olaraq fəaliyyət göstərən digər subyektlərdən tələb edir.
3. Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli e-2-2(113)-1688/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09/4222 saylı abunə kodu üzrə hesablanmış 4977 (dörd min doqquz yüz yetmiş yeddi) manat, 86 (səksən altı) qəpik məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1688/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 09/4222 nömrəli abunə kodu xx.xx.2018-ci ildə verilmiş və abunə haqqında məlumat vərəqinə əsasən abonentlər xx.xx.2018-ci ildə ayrılmışdır. xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, 09/4222 nömrəli abunə kodu üzrə abonentin xx.xx.2018-ci ilə qalıq borcu 4977,86 manat təşkil etmişdir. Abunə haqqında məlumat vərəqindən göründüyü kimi abonentin bu günə kimi ümumi sərfiyyatı 11032,68 manat təşkil etmişdir. Abonent isə ümumilikdə həmin borc məbləğindən 5882,92 manat ödəniş etmişdir. Hazırda abonentin elektrik enerjisindən istifadəyə görə Cəmiyyət qarşısında ödənilməmiş 5183,89 manat borcu var. Məhkəməyə təqdim edilən abunə haqqında məlumat vərəqindən görünür ki, iddiaçının iddiada qeyd etdiyi 5867,56 manat ödəniş olaraq qəbul edilməklə borcdan silinmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o ödənişlərini vaxtında etsə də qarşı tərəf silinməyən borclar hesabına süni olaraq borc yaratmışdır. İş materiallarında olan üzləşmə aktından məlum olur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinə (yəni bügünə) kimi olan müddət ərzində onun tərəfindən cəmi 2182.87 manat dəyərində elektrik enerjisi istifadə olunmuşdur ki, bunun da dəyəri artıqlamasıyla 2203.0 manat iddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş edilmişdir.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
10. Həmin Qaydaların 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır.
11. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.
14. xx.xx.2001-ci il tarixli, 001190 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən 2 saylı su pavilyonu X3 və X9 məxsusdur.
15. 985226 nömrəli etibarnaməyə əsasən X5 ünvan 3 ünvanında yerləşən 2 saylı su pavilyonunun ona məxsus olan hissəsinə dair onu bütün dövlət və qeyri-dövlət orqanlarında və s. təşkilatlarda təmsil edərək bütün sənədləşdirmə işlərini aparmağı, ərizələri və digər sənədləri imzalamağı, rüsumları ödəməyi və s. hərəkətləri etməyi İddiaçı etibar etmişdir.
16. "xxxx" ASC ilə İddiaçı arasında 2021-ci ilin aprel ayında bağlanmış “enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssiəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssiəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin 7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir.
17. Həmin müqaviləninb 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır.
18. Abunə haqqında məlumat vərəqinə əsasən abonentlər xx.xx.2018-ci il tarixdə ayrılmış və 09/4222 nömrəli abunə kodu üzrə xx.xx.2018-ci il tarixə qalıq borcu 4977,86 manat borc sistemə daxil edilmişdir.
19. xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən abonentin xx.xx.2018-ci il tarixə qalıq borcu 4977,86 manat təşkil edir.
20. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4862 nömrəli ekspert rəyindən görünür ki, **********90019 saylı abunə kodu üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-ci ilədək 110.875 KVTS sərfiyyat hesablanmış və hesablanmış sərfiyyata görə ümumilikdə 7.322,49 manat məbləğində ödəniş edilməsi müəyyən olunmuşdur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
22. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
23. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
24. Hazırkı məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli 9/4862 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
25. X1 birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, xx.xx.2018-ci ilədək hesablanmış olan 110.875 KVTS sərfiyyata görə ümumilikdə 7.322,49 manat məbləğində ödəniş edilmiş və həmin tarixə borc qalmamışdır.
26. Göründüyü kimi cavabdeh tərəf iddiaçıya aid olan abonent kodu üzrə hansı əsasla 4977,86 manat məbləğində borcun hesablandığını sübut edə bilməmişdir.
27. Ona görə də, əsassız olaraq hesablanaraq sistemə daxil edilmiş 4977 (dörd min doqquz yüz yetmiş yeddi) manat, 86 (səksən altı) qəpik məbləğində borcun silinməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli e-2-2(113)-1688/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Rəşid Səmədov Vüsalə Baxışova