Məhkəmə qərarları › İş №2-2(103)-237/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-237/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-237/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin X4 hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “borcun tutulması” tələbi barədə iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh fərdi sahibkar X3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək istifadə olunmuş təbii qaza görə yaranmış 262078,40 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Pirallahı rayonu, damba-1 ərazidə yerləşən istixanaya hesablanmış 192865 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən X7 apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(81)-155/2019 saylı qərardadı ilə iş üzrə kompleks-mühəndis texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraat dayandırılmış, xx xxxxxx 2019-cu il tarixli, 22858 saylı məlumat əsasında məhkəmə ekspertizasının aparılmasından imtina edilərək, iş materialları məhkəməyə geri qaytarılmışdır. Məhkəmə qətnaməsində ekspertizanın keçirilməsi barədə qərardadının icra olunmaması səbəbini qeyd etməmişdir. Məhkəmənin qərar və qərardadları mütləq icra edilməlidir. Ekspertiza təyin edilməsi barədə qərardadın icra olunmaması əsasları Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Ekspertizanın aparılmasından imtina əsasları qətnamədə təsvir edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının əsas dəlili məhz məhkəmə mühəndis texniki və mühasibatlıq ekspertizasının rəyi ola bilərdi, o isə bu imkandan mərhum edilmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmış, cavabdeh X7 məhkəməyə teleqram ünvanlayaraq işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Teleqrama işin təxirə salınmasına əsas ola biləcək hər hansı sənəd əlavə edilmədiyindən məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı (Paylayıcı) ilə X7 (İstehlakçı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1800-09-13 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən X3 ünvanlanmış xx.xx.2017-ci il tarixli, SOCAR**********30490075X00419 saylı pretenziya məktubunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2017-ci il tarixə 38020,40 debitor borcun yarandığını bildirmiş və 10 gün müddətində ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş X2 abonent saldosundan görünür ki, cavabdehin istifadə olunmuş təbii qaza görə fevral 2019-cu il tarixinə 262.078,40 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı cavabdeh X2 iddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsi, istehlak etdiyi qaza görə sayğac üzrə 262.078,40 manat borcunun ödənilmədiyi sübut olunduğundan iddianın həmin hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində F.Ələsgərova 2017-ci ilin yay aylarına qədər yaranan borcu mübahisələndirməmişdir. Saldoya əsasən xx.xx.2017-ci il tarixə F.Həsənovanın istehlak edilmiş qaza görə 38001,80 manat ödənilməmiş borcu olmuşdur. Qeyd edilən tarixədək yaranmış borcun hansı səbəbdən ödənilmədiyi cavabdeh F.Ələsgərova tərəfindən əsaslandırılmamışdır. Qarşılıqlı iddia ərizəsinin əsas dəlili ondan ibarət olmuşdur ki, 2017-ci ilin yay aylarında sayğac yoxlamaya aparılmış, yenidən quraşdırılandan sonra sayğac düzgün işləməmiş, qaz sərfiyyatını artıq hesablamışdır. İddiaçı nümayəndəsi 2017-ci ilin avqust ayında cavabdehə məxsus obyektdə yeni sayğac quraşdırıldığını təsdiq etsə də sayğacın düzgün işləməməsi barədə qarşılıqlı iddia ərizəsinin dəlili məhkəmə araşdırması zamanı sübut edilməmişdir. Belə ki, F.Ələsgərova 2017-ci ilin avqust ayında quraşdırılmış sayğacın düzgün işləməməsi, yoxlamaya göndərilməsi ilə əlaqədar İddiaçınə müraciət etməmişdir. Bundan əlavə işdəki abonent saldosundan görünür ki, 2017-ci ilin avqust ayından sonra qaz sərfiyyatında əvvəlki aylara nisbətdə əhəmiyyətli artım olmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-155/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar