Məhkəmə qərarları › İş №2-2(103)-266/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-266/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-266/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-125/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 dekabr 2023-cü il tarixli qərardadından cavabdeh "X2" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X2" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaitinin və 5.000 manat mənəvi ziyanın, mediasiya xərci olaraq ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 150 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "X2" MMC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 18.501 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat, cəmi 18.801 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 160 manat, vəkil xidmətlərinə çəkilmiş xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 manat hissəsi cavabdeh"X2" MMC-dən, 20 manat hissəsi isə İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh "X2" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-125/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh "X2" MMC həmin qətnamədən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərindən xx.xx.2023-cü il tarixində iki apellyasiya şikayəti elektron məhkəmə sistemi vasitəsilə göndərilmişdir. Belə ki, ilk göndərilmiş AP(113)-57635/2023 nömrəli apellyasiya şikayətində rüsum "X2" MMC-nin adından deyil, başqa bir şirkətin adından ödənildiyindən ikinci dəfə AP(113)-57646/2023 nömrəli apellyasiya şikayəti göndərilmişdir. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-125/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri geri qaytarılmışdır. Belə ki, müvafiq geri qaytarmanın ilk olaraq göndərmiş olduqları apellyasiya şikayətinə münasibətdə olduğuna əsaslanaraq, son göndərdikləri AP(113)-57646/2023 nömrəli apellyasiya şikayətinin geri qaytarılmadığını hesab etmişlər. Hər iki apellyasiya şikayətinə münasibətdə hansının birinci və ikinci olduğunu müəyyənləşdirə bilmədiklərindən xx.xx.2023-cü il tarixində elektron kabinetə əlavə edilmiş icra vərəqəsindən sonra apellyasiya şikayətinin geri qaytarılmasını bilmişlər. Belə olan halda, apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddəti baş vermiş texniki yalnışlıq səbəbindən ötürmüşlər. Eyni zamanda hansı apellyasiya şikayətinin geri qaytarıldığını müəyyənləşdirmək üçün xx.xx.2023-cü il tarixində elektron məhkəmə portalı vasitəsilə məhkəməyə ərizə ilə müraciət etmişlər. xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətlərinə münasibət bildirilsə də, hansı apellyasiya şikayətinə münasibətdə qərardad çıxarıldığı qeyd edilməmişdir. Hansı apellyasiya şikayətinə münasibət bildirildiyini müəyyən edə bilmədiklərindən yenidən qətnamədən apellyasiya şikayəti vermələrinə zərurət yaranmışdır ki, bunun üçün mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş şikayət müddəti bərpa olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "X2" MMC tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-125/2023 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə cavabdeh "X2" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh "X2" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixdə yerləşdirilmiş apellyasiya şikayətləri fərqli məzmunda deyil, tamamilə eyni məzmunda olmuşdur. Həmin şikayətlər arasında yeganə fərq rüsumu ödəyən şəxsin adının fərqli olması olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin məzmununda yol verilmiş nöqsanın həmin şikayətin EMİS-ə yüklənilmiş hər iki elektron nüsxəsinə aid olmasını bilməməsi barədə dəlilləri ağlabatan deyildir. Bundan əlavə işdən görünür ki, cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin qərardadı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə həm cavabdeh "X2" MMC-nin, həm də onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardadda açıq-aydın qeyd olunmuşdur ki, apellyasiya şikayətini verən şəxs özünün tələblərini aydın göstərməmiş, yəni məhkəmə aktının təmin edilmiş hissədə ləğv edilməsini xahiş etsə də, iddiaya münasibətdə tələbini (iddianın tam və ya qismən rədd olunması) dəqiq göstərməmişdir. Həmin nöqsan cavabdeh tərəfindən yüklənmiş hər iki apellyasiya şikayətində olmuşdur (onların hər ikisi eyni məzmunda olmuşdur). Göründüyü kimi cavabdeh ən azı həmin qərardad qəbul edildiyi tarixdə qeyd olunan nöqsandan məlumatlı idi. Lakin o, nöqsanları aradan qaldıraraq apellyasiya şikayətini həmin tarixdə deyil, xx.xx.2023-cü il tarixdə, yəni apellyasiya şikayətini geri qaytarılması barədə qərardadın rəsmi qaydada verildiyi tarixdən 27 gün sonra vermiş, eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "X2" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-125/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar